Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-378/2021 24.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı "xxxx" Bank Olmayan Kredit X9 Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit X9 Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" BOKT ASC-nin xeyrinə 03.12.2014-cü il tarixli, MZ/PB-0489/12/14-1 saylı kredit müqaviləsinə əsasən 18159.26 ABŞ dolları əsas borc, 34535.83 ABŞ dolları faiz, 48048.72 ABŞ dolları hesablanmış dəbbə, cəmi 100743.81 ABŞ dolları və 13.02.2015-ci il tarixli MZ/PB-0489/12/14-2 saylı kredit müqaviləsi üzrə isə 7411.58 ABŞ dolları əsas borc, 13291.31 ABŞ dolları faiz, 19 787.41 ABŞ dolları hesablanmış dəbbə, cəmi 40490.30 ABŞ dolları kredit borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması, tələbin Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində istifadədə olan 0.12424 ha torpaq sahəsində yerləşən 24 nömrəli, 4 mərtəbəli binada 45 kv.m ümumi, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 39 saylı mənzilə yönəldilməsi (MH seriyalı, ******* nömrəli, **********98-05101-093002 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, 27.10.2006 qeydiyyat tarixli Çıxarışa əsasən), girov predmeti olan qeyri-yaşayış sahəsinin 48000 manat qiymətlə hərraca çıxarılacaq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi, mənzildə yaşayanların- X5, X7, X1 mənzilə istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılması, mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh və əvvəlki "xxxx" ASC (indiki "xxxx" BOKT ASC) arasında 21.11.2012-ci il tarixli, MZ/PB-1267/11/12 saylı “Vahid təminatlı Kredit Xətt (Borc)” müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə uyğun olaraq Cavabdeh və bank arasında 03.12.2014-cü il tarixli, MZ/PB-0489/12/14-1 saylı kredit müqaviləsi əsasən 48 ay müddətinə, illik 24 faiz olmaqla 19 829.92 ABŞ dolları və 13.02.2015-ci il tarixli MZ/PB-0489/12/14-2 saylı kredit müqaviləsinə əsasən 9 650.91 ABŞ dolları məbləğində kredit verilmişdir. 21.11.2012-ci il tarixli, MZ/PB-1267/11/12 saylı kredit müqaviləsinin təminatı kimi 21.11.2012-ci il tarixli, MZ/PB-1267/11/12 saylı ipoteka müqaviləsinə 03.12.2014-cü il tarixli 1 saylı Əlavə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində istifadədə olan 0.12424 ha torpaq sahəsində yerləşən 24 nömrəli, 4 mərtəbəli binada 45 kv.m ümumi, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 39 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. 03.12.2014-cü il tarixində verilmiş kreditin təminatı kimi həmçinin ipoteka müqaviləsinə 1 saylı Əlavə bağlanmışdır. Kredit müqavilələrinin 2.9-cu bəndinə əsasən Cavabdeh müəyyən edilmiş cədvəldə göstərilən gündə ödəniş aparmadıqda, həmin gündən sonrakı gündən etibarən icranı gecikdirmiş sayılır və gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faizi həcmində dəbbə pulu ödəyir. Müqavilənin 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. 03.12.2014-cü il tarixli, MZ/PB-0489/12/14-1 saylı kredit müqaviləsinə əsasən Cavabdeh BOKTa 18 159.26 ABŞ dolları əsas borc, 34 535.83 ABŞ dolları faiz, 48 048.72 ABŞ dolları hesablanmış dəbbə, cəmi 100 743.81 ABŞ dolları və 13.02.2015-ci il tarixli MZ/PB-0489/12/14-2 saylı kredit müqaviləsi üzrə isə 7411.58 ABŞ dolları əsas borc, 13 291.31ABŞ dolları faiz, 19 787.41 ABŞ dolları hesablanmış dəbbə, cəmi 40 490.30 ABŞ dolları borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə reyestr orqanında elektron qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdehlər bildirişə münasibət bildirməmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" BOKT ASC-nin nümayəndəsi X3 iddia ərizəsində göstərdiyi xüsusatları müdafiə edərək bildirmişdir ki, 21.09.2021-ci il tarixdə tutmanın yönəldilməsi barədə yenidən bildiriş təqdim etmişlər. Yəni nöqsan aradan qalxmışdır. Nə qədər ki, ipoteka müqaviləsinə xitam verilməyib, əlavə bağlamaq hüquqları vardır. Tərəflər arasında əlavə bağlanıb və indiyə qədər cavabdeh tərəf bununla bağlı pretenziya bildirməyib. Tərəf müqaviləni bəyənib, imzalayıb və notarial təsdiq olunub. Əgər qanunvericiliyə zidd idisə notarius təsdiq etməzdi. 2012-ci il tarixdə cavabdeh bankdan kredit götürüb və ödəyə bilmədiyinə görə 2014-cü ildə kapitallaşdırılaraq yenidən kredit verilib. İpoteka müqaviləsinə xitam verilmədiyi üçün əlavə bağlanılıb. Bununla bağlı qərar var. Orada göstərilir ki, tərəflər müqavilə azadlığı prinsipinə uyğun olaraq qanunla qadağan edilməmiş istənilən əqdi bağlaya bilərlər. Bu səbəbdən cavabdehdən 40 490.30 ABŞ dolları kredit borcunun tutulması, tələbin cavabdehə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində istifadədə olan 0.12424 ha torpaq sahəsində yerləşən 24 nömrəli, 4 mərtəbəli binada 45 kv.m ümumi, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 39 saylı mənzilə yönəldilməsi, mənzildə yaşayanların istifadə hüququna xitam verilməklə evdən çıxarılması və mənzilin məcburi boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, o iddia tələbini qəbul etmir. 23 oktyabr 2020-ci il Para BOKT cavabdehə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş verib. Bildiriş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə 4 noyabr 2020-ci il tarixdə verilib. İddiaçı isə ərizəni ipotekanın dövlət qeydiyyatı orqanına 11 gün sonra göndərib. Qəbul etsək ki, tutmanın ipoteka predimentinə yönəldilməsi proseduruna sonradan riayət olunub, bu halda isə bildirişin reyestrdə qeydiyyata alınması barədə sübut yoxdur, bəlkə imtina edib. İddia ərizəsində iki, 2014 və 2015-ci il tarixli kredit müqavilələri göstərilib. 2014-cü il tarixli kredit müqaviləsi üzrə ipoteka müqaviləsinə əlavə tərtib olunub. 13.02.2015-ci il tarixli müqaviləyə isə əlavə və ya sonrakı ipoteka tərtib olunmayıb, yəni təminatı yoxdur. İddiaçı 03.12.2014-cü il tarixli ipoteka müqaviləsinə əlavədə 2012-ci il tarixli müqaviləyə istinad edir. Lakin tərəfin 2012-ci il tarixli müqavilə üzrə öhdəliyi mövcud deyil. Belə olan halda öhdəlik mövcud deyilsə təminatı qüvvədən düşür. Qüvvədən düşmüş təminata əlavə müqavilə bağlanıla bilməz. Qanunun tələbinə əsasən öhdəlik bitdikdən sonra ipoteka predmeti girovdan azad olunmalı, sonra yenidən yüklü edilməlidir. İpoteka haqqında qanunun 9-cu maddəsinə əsasən qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər. Yəni sonrakı ipoteka müqaviləsi bağlanmalıdır. İpoteka haqqında qanunun 14-cü maddəsinə əsasən ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə, əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə, ipoteka predmeti özgəninkiləşdirildikdə əlavə bağlanmalıdır. Bu hallar bu işdə olmadığına görə əlavə bağlana bilməzdi. Bununla bağlı 05.11.2014-cü il tarixli qərar var. Hesab edir ki, 2012-ci ildə bağlanmış kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya qarşı öhdəliyi olmadığına görə 21.11.2012-ci il tarixli ipoteka müqaviləsi qüvvədən düşüb. Ekspert rəyi ilə qismən razıdır. Kreditor borcun artmasına yönələn hərəkətlər etdiyinə görə faizin kredit müqaviləsinin bitmə tarixinə qədər hesablanmasını xahiş edir. Bank iddia müddətinin bitməsinə 1 həftə qalmış məhkəməyə müraciət edib. İddiaçı tərəfindən təqdim edilən Ali Məhkəmənin Qərarında mahiyyətə diqqət yetirilməli olduğu qeyd edilib. İpoteka müqaviləsinin mahiyyətində qeyd olunur ki, 21.11.12-ci il tarixli kredit müqavilənin təminatıdır. İpotekaya əlavə isə 2014-cü il tarixli kreditin təminatıdır. Demək mahiyyət dəyişmişdir. Əgər tərəf mahiyyətin eyni olduğunu deyirsə, əlavəyə nə ehtiyac var idi? Məhkəmə tələbin ipoteka predimentinə yönəldilməsi ilə bağlı tələbə baxarkən ipoteka müqaviləsinin qanuniliyini yoxlamalıdır (bununla bağlı Ali Məhkəmənin qərarı var) Məhkəmə tərəfindən yoxlanıldığı üçün, ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı qarşılıqlı iddia ilə müraciət etməmişdir. 2015-ci il tarixli müqavilənin təminatı olmadığından, ipotekaya əlavə yox, sonrakı ipoteka olduğundan həmin hissələrdə təmin olunmamasını, borcun isə qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 21.11.2012-ci il tarixli, MZ/PB-1267/11/12 saylı “Vahid təminatlı Kredit Xətt (Borc)” müqaviləsindən görünür ki, Cavabdeh 24 ay müddətinə kredit verilmişdir. Borc müqaviləsinin təminatı 21.11.2012-ci il tarixli MZ/PB-1267/11/12 saylı ipoteka müqaviləsi, 21.11.2012-ci il tarixli MZ/PB-1267/11/12 nömrəli daşınar əmlakın girov müqaviləsi və 21.11.2012-ci il tarixli MZ/PB-1267/11/12 saylı zaminlik müqavilələri bağlanmışdır. İş materiallarında olan 21.11.2012-ci il tarixli MZ/PB-1267/11/12 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh xüsusu mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 24 nömrəli, 4 mərtəbəli binada 45 kv.m ümumi, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 39 nömrəli mənzil kredit öhdəliklərinin icrasının təmin edilməsi üçün ipoteka ilə yüklü edilmişdir. İpotekanın predmeti tərəflərin qarşılıqlı razılığı əsasında 44000 manat qiymətləndirilmişdir. İş materiallarında olan 03.12.2014-cü il tarixli, MZ/PB-0489/12/14 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 48 ay müddətinə, illik 25.42 faiz olmaqla 50994 ABŞ dolları kredit verilmişdir. Borc müqaviləsinin təminatı 21.11.2012-ci il tarixli MZ/PB- 1267/11/12 saylı ipoteka müqaviləsinə 03.12.2014-cü il tarixli 1 nömrəli əlavə, 03.12.2014cü il tarixli MZ/PB-0489/12/14 nömrəli daşınar əmlakın girov müqaviləsi və 03.12.2014-cü il tarixli MZ/PB-0489/12/14 saylı zaminlik müqavilələri qüvvədə saxlanılmışdır. İş materiallarında olan 21.11.2012-ci il tarixli MZ/PB-1267/11/12 saylı ipoteka müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, Cavabdeh 03.12.2014-cü il tarixli MZ/PB- 0489/12/14 saylı “Vahid təminatlı Kredit Xətt (Borc)” müqaviləsi üzrə illik 24%, 48 ay müddətinə 50.994 ABŞ dolları kredit öhdəliklərinin icrasının təmin edilməsi üçün xüsusu mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 24 nömrəli, 4 mərtəbəli binada 45 kv.m ümumi, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 39 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İpotekanın predmeti tərəflərin qarşılıqlı razılığı əsasında 48000 manat qiymətləndirilmişdir. İş materiallarında olan 05.12.2014-cü il tarixli kassa-məxaric orderindən görünür ki, MZ/PB-0489/12/14-1 saylı kredit müqaviləsinə əsasən 31.867.00 ABŞ dolları müştərinin imzası qrafasında Cavabdeh Viktrovna tərəfindən imzalanmaqla verilmişdir. (kredit münasibətlərində müqavilə şərtlərinə əsasən pulun kredit alana verilməsini təsdiq edən sənəd kassa-məxaric orderidir). İş materiallarında olan 13.02.2015-ci il tarixli kassa-məxaric orderindən görünür ki, MZ/PB-0489/12/14-2 saylı kredit müqaviləsinə əsasən 19122 ABŞ dolları müştərinin imzası qrafasında Cavabdeh Viktrovna tərəfindən imzalanmaqla verilmişdir. (kredit münasibətlərində müqavilə şərtlərinə əsasən pulun kredit alana verilməsini təsdiq edən sənəd kassa-məxaric orderidir). Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışlarından göründüyü kimi cavadehin 03.12.2014-cü il tarixli, MZ/PB-0489/12/14-1 saylı kredit müqaviləsinə əsasən 18 159.26 ABŞ dolları əsas borc, 34 535.83 ABŞ dolları faiz, 48 048.72 ABŞ dolları hesablanmış dəbbə, cəmi 100 743.81 ABŞ dolları və 13.02.2015-ci il tarixli MZ/PB- 0489/12/14-2 saylı kredit müqaviləsi üzrə isə 7411.58 ABŞ dolları əsas borc, 13 291.31ABŞ dolları faiz, 19 787.41 ABŞ dolları hesablanmış dəbbə, cəmi 40 490.30 ABŞ dolları borcu vardır. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli 2(009)- 378/2021 nömrəli Qərardadına əsasən təyin edilmiş ekspertizanın nəticələrini əks etdirən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.08.2021ci il tarixli 9/5136 saylı rəyindən görünür ki, cavabeh Cavabdeh 03.12.2014-cü il tarixli, MZ/PB-0489/12/14-1 saylı kredit müqaviləsi üzrə borcu 24.11.2020-ci il tarixə 17474.32 ABŞ dolları əsas borc, 5304.78 ABŞ dolları faiz borcu olmaqla ümumi borcu 22779.10 ABŞ dolları, 13.02.2015-ci il tarixli MZ/PB-0489/12/14-2 saylı kredit müqaviləsi üzrə isə 7362.21 ABŞ dolları əsas borc, 2304.58 ABŞ dolları faiz borcu olmaqla ümumi borcu 9666.78 ABŞ dolları təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə uyğun olaraq ekspert rəyini sübut kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddiaçı MZ/PB-0489/12/14-1 saylı kredit müqaviləsinə əsasən 18159.26 ABŞ dolları əsas borc, 34535.83 ABŞ dolları faiz, 48048.72 ABŞ dolları hesablanmış dəbbə, cəmi 100743.81 ABŞ dolları və 13.02.2015-ci il tarixli MZ/PB-0489/12/14-2 saylı kredit müqaviləsi üzrə isə 7411.58 ABŞ dolları əsas borc, 13291.31 ABŞ dolları faiz borcu tələb etmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.08.2021-ci il tarixli 9/5136 saylı rəyindən görünür ki, cavabeh Cavabdeh 03.12.2014-cü il tarixli, MZ/PB-0489/12/14-1 saylı kredit müqaviləsi üzrə borcu 24.11.2020-ci il tarixə 17474.32 ABŞ dolları əsas borc, 5304.78 ABŞ dolları faiz borcu olmaqla ümumi borcu 22779.10 ABŞ dolları, 13.02.2015-ci il tarixli MZ/PB-0489/12/14-2 saylı kredit müqaviləsi üzrə isə 7362.21 ABŞ dolları əsas borc, 2304.58 ABŞ dolları faiz borcu olmaqla ümumi borcu 9666.78 ABŞ dolları təşkil edir. Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 03.12.2014-cü il tarixli, MZ/PB-0489/12/14-1 saylı kredit müqaviləsi üzrə gecikdirilmiş 17474.32 ABŞ dolları əsas borca görə 48048.72 ABŞ dolları və 13.02.2015-ci il tarixli MZ/PB-0489/12/14-2 saylı kredit müqaviləsi üzrə isə gecikdirilmiş 7362.21 ABŞ dolları əsas borca görə 19787.41 ABŞ dolları cərimə (dəbbə pulu) yüksək məbləğdir. Odur ki, tərəflərin əmlak mənafeləri nəzərə alınmaqla cavabdehdən 03.12.2014-cü il tarixli, MZ/PB-0489/12/14-1 saylı kredit müqaviləsi üzrə 200 ABŞ dolları, 13.02.2015-ci il tarixli MZ/PB-0489/12/14-2 saylı kredit müqaviləsi üzrə isə 100 ABŞ dolları cərimə tutulmalı, həmin tələb qalan hissədə rədd edilməlidir. İddia tələbinin Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində istifadədə olan 0.12424 ha torpaq sahəsində yerləşən 24 nömrəli, 4 mərtəbəli binada 45 kv.m ümumi, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 39 saylı mənzilə yönəldilməsi ilə bağlı məhkəmə qeyd edir ki, ipoteka müqaviləsi özü müstəqil əqd deyil və əsas öhdəliyin təminatı qismində çıxış edir, ona görə də əsas öhdəliyə hər hansı əsasla xitam verildiyi halda ipotekaya da xitam verilir. Qanunverici «İpoteka müqaviləsi» və «Sonrakı ipoteka müqaviləsi» formalarını tanıyır. Birinci halda ipoteka müqaviləsi əsas öhdəliyi təmin etmək məqsədilə, ikinci halda isə hər hansı ipoteka predmeti əlavə olaraq başqa müstəqil öhdəliyin təminatı kimi çıxış etdikdə yazılı formada bağlanır. «İpoteka müqaviləsinə əlavə» adı ilə ipoteka predmetinin ipoteka ilə yüklü edilməsinə yol verilmir. Düzdür, ipoteka müqaviləsinə əlavə və dəyişikliklər edilməsi yolveriləndir, ancaq bu, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdiyi, əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdiyi, ipoteka predmeti dəyişdirildiyi və ipoteka predmeti özgəninkiləşdirildiyi təqdirdə mümkündür. Hazırki işdə isə göstərilən xüsusatların heç biri mövcud deyil və tərəflər arasında bağlanmış 01 nömrəli əlavənin 21.11.2012-ci il tarixli MZ/PB-1267/11/12 saylı ipoteka müqaviləsinə aidiyyəti yoxdur, onların bağlılığı yalnız predmet baxımında eynidir. “İpoteka haqqında” Qanunun 14.1-ci maddəsində göstərilir ki, ipotekanın əlavə qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır. Həmin Qanunun 14.1.1-ci maddəsinə əsasən İpoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə; 14.1.2.Əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə; 14.1.3.İpoteka predmeti dəyişdirildikdə; 14.1.4.İpoteka predmeti özgəninkiləşdirildikdə; Məzmunundan göründüyü kimi bu maddənin müddəaları konkret kredit müqaviləsinin təminatı olaraq ipoteka müqaviləsi əsasında ipotekaya qoyulmuş əmlakı başqa bir kredit müqaviləsinin təminatı kimi əvvəlki ipoteka müqaviləsinə əlavə razılaşma bağlamaqla ipotekanın əlavə qeydiyyatı qaydasında yenidən ipotekaya qoyulmasını istisna edir. Eyni zamanda nəzərə almaq lazımdır ki, “İpoteka haqqında” Qanunun 9-cu maddəsi ipoteka qoyana digər öhdəliyini təmin etmək üçün əvvəldən ipotekaya qoyulmuş əşyanı sonrakı ipoteka qaydasında yenidən girov qoymaq hüququ verir. Belə ki, “İpoteka haqqında” Qanunun 9-cu maddəsinə görə qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qaydada nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliyini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). İş materiallarından isə mübahisəsiz qaydada görünür ki, 21.11.2012-ci il tarixli ipoteka müqaviləsi ilə ipotekaya qoyulmuş əmlak Cavabdeh 03 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərin təminatı olaraq sonrakı ipoteka qaydasında ipotekaya qoyulmamışdır. İpoteka müqaviləsindən görünür ki, 21.11.12-ci il tarixli kredit müqaviləsinin təminatıdır. İpotekaya əlavə isə 03.12.2014-cü il tarixli kreditin təminatıdır. Beləliklə, məhkəmə hesab edir ki, bir tərəfdən, 21.11.2012-ci il tarixli MZ/PB- 1267/11/12 saylı ipoteka müqaviləsi və 01 nömrəli əlavə qanunun tələbləri baxımından düzgün tərtib olunmamış, digər tərəfdən isə 21.11.2012-ci il tarixli kredit müqavilələri üzrə mövcud borclar bağlandığı andan onların təminatı qismində çıxış etmiş ipoteka müqaviləsi üzrə ipotekaya da xitam verilmişdir. Məhkəmə hesab edir ki, 21.11.2012-ci il tarixli MZ/PB-1267/11/12 saylı ipoteka müqaviləsinə 01 nömrəli əlavənin bu iş üçün əhəmiyyəti yoxdur, o, etibarsızdır və həmin əlavəyə istinad etmək yolverilməzdir. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: 9.1-ci maddəsinə görə, qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliyini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). Həmin Qanunun 10.1-ci maddəsinə görə ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. 48.1.2-ci maddəsinin tələbinə görə isə əsas öhdəliyə xitam verildikdə, ipotekaya xitam verilir. İpoteka müqaviləsi bağlanan zaman qüvvədə olan «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.5-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə görə, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinin tələbinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinin tələbinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Yuxarıda sadalanan normalara istinadən əsas öhdəliyə xitam verilməsi ipotekaya da xitam verilməsi ilə nəticələnir və bu, ipoteka saxlayanın və ya qeyrisinin iradəsindən asılı deyildir. Belə hallarda ipotekaya xitam verilməsi qanunun imperativ göstərişidir. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş "xxxx" BOKT ASCnin 23 oktyabr 2020-ci il tarixli 1125/PB nömrəli və 04 noyabr 2020-ci il tarixli 1154/PB nömrəli bildirişlərinin surətlərindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş cavabdehə 23 oktyabr 2020-ci il tarixdə, ipotekanın dövlət qeydiyyatı orqanına isə 04 noyabr 2020-ci il tarixdə (11 gün sonra) göndərilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.4.1-ci maddəsinə əsasən tutmanın yönəldilməsi haqqında bildiriş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Sonradan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin DƏDRX-nə 21 sentyabr 2021-ci il tarixdə göndərildiyi qəbul edilsə belə, bu halda isə bildirişin reyestrdə qeydiyyata alınması barədə sübut yoxdur. Bu baxımdan da, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsini qeyri-mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh 03.12.2014-cü il tarixli, MZ/PB-0489/12/14-1 saylı kredit müqaviləsi üzrə 17474.32 ABŞ dolları əsas, 5304.78 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə borcu, 13.02.2015-ci il tarixli MZ/PB-0489/12/14-2 saylı kredit müqaviləsi üzrə isə 7362.21 ABŞ dolları əsas, 2304.58 ABŞ dolları faiz, 100 ABŞ dolları borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş dövlət rüsumunun 20 manatı tutularaq iddiaçı "xxxx" BOKT ASC-yə ödənilməlidir. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası xərci, 145 manat məbləğində pulun 50 (əlli) manatı "xxxx" BOKT ASC-dən, 95 (doxsan beş) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı "xxxx" BOKT ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbi dair iddiası qismən təmin edilsin. Cavabdeh 03.12.2014-cü il tarixli, MZ/PB-0489/12/14-1 saylı kredit müqaviləsi üzrə 17474.32 ABŞ dolları əsas, 5304.78 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə borcu, 13.02.2015-ci il tarixli MZ/PB-0489/12/14-2 saylı kredit müqaviləsi üzrə isə 7362.21 ABŞ dolları əsas, 2304.58 ABŞ dolları faiz, 100 ABŞ dolları borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş dövlət rüsumunun 20 manatı tutularaq iddiaçı "xxxx" BOKT ASC-yə ödənilsin. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası xərci, 145 manat məbləğində pulun 50 (əlli) manatı "xxxx" BOKT ASC-dən, 95 (doxsan beş) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-378/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-378/2021
24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver