Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-392/2024 01.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçı - Cavabdeh qarşı «dəymiş zərər görə pulun ödənilməsi» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində 01 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «zərər» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 1,690 manat vurulmuş maddi ziyanın, əmtəəlik görünüşünün itirilməsinə görə 600 manat pulun, avtomobilin qəzalı vəziyyətdə qaldığına və təmir olunduğu müddət üçün çəkdiyi 600 manat pulun və 49 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə cavabdehin idarə etdiyi Hyundai Elantra markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə iddiaçıya məxsus avtomobilin toqquşması nəticəsində iddaçıya məxsus avtomobil zərər görmüşdür. Cavabdeh təqsirli hesab olunmuşdur. Avtomobilə dəymiş ziyan 1690 manat dəyərləndirilmişdir. Dəfələrlə cavabdehdən pulu ödəməsini tələb etsə də, o pulu ödəməkdən imtina etmişdir. Cavabdehin hərəkəti nəticəsində avtomobil yararsız vəziyyətə düşməsəydi iddiaçı hadisənin baş vermə tarixindən bu günə və məhkəmədə mübahisələri ilə əlaqədar olacaq bütün müddətə öz maşını ilə şəxsi xərclərini qarşılaya biləcəkdi. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İş materiallarından olan: TP seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan, İXP ******* nömrəli protokoldan görünür ki, Cavabdeh 29 aprel 2023-cü il tarixdə Hyundai Elantra markalı ** PU *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən İddiaçı məxsus Chevrolet Ravon R3 markalı, ** EL *** dövlət nömrə nişanlı avtomobili ilə toqquşaraq avtomobilə zərər yetirmiş və İXM-nin 327.2-ci və 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə təqsirli bilinmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 9/962 №-li məhkəmə ekspertizası tərəfindən verilmiş rəydən aydın olur ki, xx.xx.2023-cü il tarixli qüsur aktında olan məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı Chevrolet Ravon R3 markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1340 manat müəyyən edilmişdir. Avtomobilin zədələnməsi nəticəsində aşınması nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 3 % -270 manat aşağı olması istisna edilmir. Məhkəmə işin faktiki hallarını, maddi və prosessual normaların tələblərini dəyərləndirərək hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslı olmaqla baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçının əmlakına dəymiş zərərin məbləği 1340 manat müəyyən edilməli və həmin pul vəsaiti nəqliyyat vasitəsini qanuni əsaslarla idarə edən Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddianın avtomobilin əmtəə dəyərinin itirilməsinə görə 600 manat məbləğində pulun cavabdehdən tutulmasına münasibətdə qeyd edir ki, tələb bu hissədə qismən əsaslıdır. Belə ki, iş materiallarında olan ekspert rəyinin mötəbərliyini əsas gətirərək məhkəmə hesab edir ki, iddiaçıya məxsus avtomobilin yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər müqabilində itirmiş olduğu əmtəə dəyərinə görə 270 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının avtomobilin qəzalı vəziyyətdə qaldığına və təmir olunduğu müddət üçün çəkdiyi 600 manat manat tələb etməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı bununla bağlı məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi qismən təmin olunduğu halda, hazırkı iş üzrə çəkilmiş xərclər (dövlət rüsumu və ekspert tədqiqatının dəyəri) yarı hissələrdə tərəflərə aid edilməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 49 manat dövlət rüsumundan və 50 manat Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspert tədqiqatının dəyərindən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Chevrolet Ravon R3 markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci kimi 1340 manat pul vəsaiti və avtomobilin zədələnməsi nəticəsində aşınması nəzərə alınmaqla 270 manat amortizasiya xərci olmaqla ümumilikdə 1610 manat pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 25 manat hissəsi Cavabdeh alınıb İddiaçı ödənilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərlərini təşkil edən 50 manat vəsaitin 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə Cavabdeh tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-392/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-392/2024
01.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver