Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-393/2022 07.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı Cavabdeh qızına qarşı maddi ziyan tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: İddiaçı Cavabdeh qızına qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 11.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində — Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. Məhkəmə sənədləri işdə iştirak edən şəxslərə məhkəmə icraatının aparıldığı dildə verilir (maddə 11.3). Göründüyü kimi Azərbaycan Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dili olan azərbaycan dilində aparılmalı olduğundan, məhkəməyə təqdim edilən sənədlər də azərbaycan dilində tərtib edilməlidir. Əgər məhkəməyə müraciət edən şəxs qeyri-millətin nümayəndəsi olarsa (rus, ingilis, fransız və sair) həmin şəxslər məhkəməyə öz bildikləri dildə deyil, azərbaycan dilində tərtib etdikləri sənədləri təqdim etməlidirlər (hətta ərizə onların ana dilində tərtib edilsə belə həmin ərizə azərbaycan dilinə tərcümə olunmuş variantda məhkəməyə təqdim olunmalıdır). Beləliklə məhkəmə hesab edirəm ki, iddia ərizəsi rus dilində tərtib edildiyindən və ərizənin azərbaycan dilinə tərcümə olunmuş variantı məhkəməyə təqdim edilmədiyindən, onun məhkəmə icraatına qəbul edilməsindən imtina olunmalı və ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 149-152.1.1-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALİR: İddiaçı Cavabdeh qızına qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-393/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-393/2022
07.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver