Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-395/2023 28.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı - Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X6 onun xeyrinə tutulan Bakı şəhər Səbail rayon məhkəməsinin 2(009)- 159/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş “hər ay aylıq qazancının 1/4 hissəsi və əlavə olaraq sabit pul məbləği şəkilində 53, 75 (əlli üç manat yetmiş beş qəpik) manat miqdarında” təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, bir uşağa görə hər ay sabit pul şəkilində 220 (iki yüz iyirmi) manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X10 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur və bir övladları vardır, X9 - xx.xx.2015-ci il təvəllüdlü. Bakı şəhər Səbail rayon məhkəməsinin 2(009)-159/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Mövcud qətnamənin qət etdi hissəsində qeyd edilmişdir ki, “Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, 06 may 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay aylıq qazancının 1/4 hissəsi və əlavə olaraq sabit pul məbləği şəkilində 53,75 (əlli üç manat yetmiş beş qəpik) manat miqdarında aliment tutularaq X2 ödənilməsi, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir”. Qeyd edim ki, cavabdeh icra məmuruna bəyan etmişdir ki, rəsmi formada işləmir və artıq iş yerindən alimentin ödənilməsini həyata keçirməyəcəkdir. Cavabdeh bildirmişdir ki, sabit pul formasında alimentin tam formada ödənilməsinə dair məhkəmə qətnaməsi mövcud olmalıdır və ondan sonra alimentin ödənişini həyata keçirəcəkdir. Azyaşlı uşağa baxmaq və onların ehtiyaclarını ödəmək çox çətindir. Cavabdeh isə alimenti tam olaraq sabit pul şəkilində ödənilməsini və alimentin miqdarının artırılmasını könülü etmir. Bu səbəbdən də o məhkəmədə iddia qaldırır ki, xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X6 onun xeyrinə tutulan Bakı şəhər Səbail rayon məhkəməsinin 2(009)-159/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş “hər ay aylıq qazancının 1/4 hissəsi və əlavə olaraq sabit pul məbləği şəkilində 53,75 (əlli üç manat yetmiş beş qəpik) manat miqdarında” təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, bir uşağa görə hər ay sabit pul şəkilində 220 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin uşaqla görüşməsinə heç bir maneə törətmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh, üç ildir ona uşağı göstərmədiyini, mediasiya mərhələsində barışıq sazişi bağlamasını, dəfələrlə uşaqla görüşünə manüələr yaradılmasını, daha əvvəl SOCAR-da işlədiyinə görə alimentin əmək haqqına yönəldilməsini, hal hazırda isə işləmədiyini, həmçinin alimenti ödəyə biləcəyini, lakin iddiaçının uşağı görməsinə maneələr yaratdığı üçün aliment ödəməyəcəyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında xx.xx.2022-ci il tarixdə nikaha xitam verilmişdir və nikahın pozulması haqqında akt qeydləri kitabında 93 № ilə qeydiyyat aparılmışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci il tarixdə X9 Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 159/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X8 arasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 26 may 2014-cü il tarixli, 1190 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, 06 may 2015-ci il təvəllüdlü X5 anası - X3 yanında qalmasının müəyyən edilməsi, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, 06 may 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq qazancının 1/4 hissəsi və əlavə olaraq sabit pul məbləği şəklində 53,75 (əlli üç manat, yetmiş beş qəpik) manat miqdarında aliment tutularaq X4 ödənilməsi, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi, Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 43 (qırx üç) manat məbləğində pul tutulması qət edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından anadan olmuş 06 may 2015-ci il təvəllüdlü X9 iddiaçının himayəsindədir və uşağın saxlanması üçün cavabdehdən hər ay aylıq qazancının 1/4 hissəsi və əlavə olaraq sabit pul məbləği şəklində 53,75 (əlli üç manat, yetmiş beş qəpik) manat miqdarında aliment tutularaq X4 ödənilməsi məhkəmə qətnaməsi ilə qət edilmişdir. Lakin cavabdeh işdən azad olunduğu üçün alimentin əmək haqqına yönəldilməsi mümkün olmur. Tutulmalı olan sabit pul məbləğində 53,75 (əlli üç manat, yetmiş beş qəpik) müəyyən edilən alimentin məbləği isə uşağın artan tələbatlarını ödəmək üçün kifayət etmir. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Məhkəmə alimentin miqdarını müəyyən edərkən uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas meyar olması ilə yanaşı, yalnız bir tərəfin deyil, hər iki tərəfin də ailə və maddi vəziyyətinin öyrənilməli olmasını nəzərə alır. Alimentin miqdarını müəyyən edərkən məhkəmə, cavabdehin işdən azad olunduğunu, hazırda stabil aylıq qazancının və ya gəlirinin olmadığını, qətnamənin çıxarılmasından müəyyən müddət keçməsini, hazırkı dövrədək müddət ərzində yaşayış səviyyəsinin müəyyən dərəcədə artmasını, uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının zəruriliyini, Respublikada 2023-cü il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, eyni zamanda hər iki tərəfin ailə və maddi vəziyyətini, eləcə də cavabdehin alimenti ödəmək qabiliyyətinin olduğunu, lakin uşaqla görüşməsinə iddiaçı tərəfindən maneələr yaradıldığı üçün alimenti də ödəməyəcəyinə dair izahatını nəzərə alaraq hesab edir ki, tutulan alimentin məbləği dəyişdirilərək, tərəflərin uşağı xx.xx.2015-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması məqsədəuyğundur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 46.4 (qırx altı manat qırx qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhər Səbail rayon məhkəməsinin 2(009)-159/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş “hər ay aylıq qazancının 1/4 hissəsi və əlavə olaraq sabit pul məbləği şəkilində 53, 75 (əlli üç manat yetmiş beş qəpik) manat miqdarı” dəyişdirilməklə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməli, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşağın yetkinlik yaşına çatanadək) İddiaçı ödənilməlidir, iddia qalan hissədə təmin edilməməlidir. Cavabdehdən 46.4 (qırx altı manat qırx qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-159/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş “hər ay aylıq qazancının 1/4 hissəsi və əlavə olaraq sabit pul məbləği şəkilində 53,75 (əlli üç manat yetmiş beş qəpik) manat” alimentin miqdarı dəyişdirilməklə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilsin və birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşağın yetkinlik yaşına çatanadək) İddiaçı ödənilsin. Cavabdeh 46.4 (qırx altı manat qırx qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-395/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-395/2023
28.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver