Məhkəmə qərarları › İş №2(009)-4/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-4/2022

19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-4/2022 19.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin - cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB - cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" Kommersiya Bankı ilə Cavabdeh3 arasında bağlanmış 11 avqust 2014-cü il tarixli, 100/00/77836/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 1.953.571,38 (bir milyon doqquz yüz əlli üç min beş yüz yetmiş bir dollar otuz səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 436.297,66 (dörd yüz otuz altı min iki yüz doxsan yeddi dollar altmış altı sent) ABŞ dolları məbləğində faiz borcu, 118.195,07 (bir yüz on səkkiz min yüz doxsan beş dollar yeddi sent) ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə isə 2.508.064,11 (iki milyon beş yüz səkkiz min altmış dörd dollar on bir sent) ABŞ dolları məbləğində pulun, 30 (otuz) manat məhkəmə üçün və 31 (otuz bir) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 61 (altmış bir) manat məbləğində dövlət rüsümunun əvəzinin tutulmasına, ipoteka predmetinin ilkin satış qiyməti 988.000 (doqquz yüz səksən səkkiz min) manat məbləğində müəyyən edilməklə Cavabdeh3 tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Saray qəsəbəsi, e/2 ünvanında mülkiyyətində olan 0.1202 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə, Abşeron rayonu, Saray qəsəbəsi, e/4 ünvanında mülkiyyətində olan 0.1311 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə, Abşeron rayonu, Saray qəsəbəsi, e/3 ünvanında mülkiyyətində olan 0.1317 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə, Abşeron rayonu, Saray qəsəbəsi, e/6 ünvanında mülkiyyətində olan 0.1316 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsinə və torpaq sahələrinin və fərdi yaşayış evlərinin açıq hərracdan satılması, fərdi yaşayış evlərinə tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birgə yaşayan ailə üzvləri yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı ilə Cavabdeh3 arasında 11 avqust 2014-cü il tarixində kredit verilməsi haqqında 100/00/77836/14 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh3 illik 12 (on iki) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 2.000.000 (iki milyon) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 tam mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, e/2 ünvanında mülkiyyətində olan 0.1202 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evini, Abşeron rayonu, Saray qəsəbəsi, e/4 ünvanında mülkiyyətində olan 0.1311 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini, Abşeron rayonu, Saray qəsəbəsi, e/3 ünvanında mülkiyyətində olan 0.1317 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini, Abşeron rayonu, Saray qəsəbəsi, e/6 ünvanında mülkiyyətində olan 0.1316 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini 17.09.2014-cü il tarixində 100/00/77836/14 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 11.08.2014-cü il tarixli 100/00/77836/14 saylı zaminlik müqaviləsi əsasında Cavabdeh3 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin borclu şəxs hazırkı iş üzrə Cavabdeh3 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 1.953.571,38 (bir milyon doqquz yüz əlli üç min beş yüz yetmiş bir dollar otuz səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 436.297,66 (dörd yüz otuz altı min iki yüz doxsan yeddi dollar altmış altı sent) ABŞ dolları məbləğində faiz borcu, 118.195,07 (bir yüz on səkkiz min yüz doxsan beş dollar yeddi sent) ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 2.508.064,11 (iki milyon beş yüz səkkiz min altmış dörd dollar on bir sent) ABŞ dolları məbləğində borcu qalmışdır. 11 avqust 2014-cü il tarixli 100/00/77836/14 saylı kredit müqaviləsinin 5.1.6-cı bəndinin tələbinə görə «Kreditor»un müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş zərərin əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Həmin müqavilənin 5.4.5-ci bəndində isə göstərilir ki, alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək «Borc alan»ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Bank tərəfindən cavabdehlərə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Eyni zamanda bildirmək istəyirlər ki, cavabdeh borclu tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi Banka zərər dəyməsi ilə nəticələnir. Bu səbəbdən də öhdəliyin tam icra olunması gününədək hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Bundan başqa, Bank ilə Cavabdeh1 arasında bağlanmış 11.08.2014cü il tarixli 100/00/77836/14 saylı ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. Həmin müqavilənin 4.2.8ci bəndində isə göstərilir ki, «Borc alan»ın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi təqdirdə, «İpoteka saxlayan»ın ipoteka predmetinə ödəniş yönəltməsi üçün zəruri şəraitin təmin edilməsi və bunun icrası ilə bağlı bütün hərəkətlərin həyata keçirilməsi «İpoteka qoyan»ın vəzifəsidir. Bütün bunlardan əlavə, Bank ilə Cavabdeh2 arasında bağlanmış 11 avqust 2014-cü il tarixli 100/00/77836/14 saylı zaminlik müqaviləsinə əsasən «Borc alan» kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdə «Zamin» «Borc alan» ilə birlikdə «Kreditor» qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. Həmin müqavilənin 4.3-cü bəndində göstərilir ki, «Zamin» şəxs «Kreditor» qarşısında «Borc alan»ın öhdəliklərinə görə tam həcmdə - borcun əsas məbləğinin qaytarılması, faizlərin və cərimənin ödənilməsi, borcun alınması üzrə məhkəmə xərclərinin əvəzinin ödənilməsi və «Borc alan»ın «Kreditor» qarşısında öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən «Kreditor»a dəymiş digər zərərin əvəzinin ödənilməsi daxil olmaqla məsuliyyət daşıyır. Eyni müqavilənin 8.1-ci bəndinə əsasən zaminlik müqaviləsi «Borc alan»ın «Kreditor» qarşısındakı öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədədir. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi Cavabdeh2 və Cavabdeh3 Bank qarşısında birgə məsuliyyət daşıyırlar. 17.09.2014-cü il tarixli 100/00/77836/14 saylı ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri 988.000 (doqquz yüz səksən səkkiz min) manat məbləğində müəyyən edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, QSC "xxxx" Kommersiya Bankı ilə Cavabdeh3 arasında bağlanmış 11 avqust 2014-cü il tarixli, 100/00/77836/14 saylı kredit müqaviləsi üzrə yaranmış 1.953.571,38 (bir milyon doqquz yüz əlli üç min beş yüz yetmiş bir dollar otuz səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 436.297,66 (dörd yüz otuz altı min iki yüz doxsan yeddi dollar altmış altı sent) ABŞ dolları məbləğində faiz borcu, 118.195,07 (bir yüz on səkkiz min yüz doxsan beş dollar yeddi sent) ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə isə 2.508.064,11 (iki milyon beş yüz səkkiz min altmış dörd dollar on bir sent) ABŞ dolları məbləğində pulun, 30 (otuz) manat məhkəmə üçün və 31 (otuz bir) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 61 (altmış bir) manat məbləğində dövlət rüsümunun əvəzinin Cavabdeh3 və Cavabdeh2 müştərək qayadada tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 988.000 (doqquz yüz səksən səkkiz min) manat məbləğində müəyyən edilməklə Cavabdeh3 tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Saray qəsəbəsi, e/2 ünvanında mülkiyyətində olan 0.1202 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə, Abşeron rayonu, Saray qəsəbəsi, e/3 ünvanında mülkiyyətində olan 0.1317 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə, Abşeron rayonu, Saray qəsəbəsi, e/4 ünvanında mülkiyyətində olan 0.1311 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə, Abşeron rayonu, Saray qəsəbəsi, e/6 ünvanında mülkiyyətində olan 0.1316 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi və torpaq sahələrinin və fərdi yaşayış evlərinin açıq hərracdan satılması, fərdi yaşayış evlərinə tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birgə yaşayan ailə üzvləri yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, onun Cavabdeh2 ilə heç bir münasibəti yoxdur. Onun Rafael adlı tanışı, bir gün ona demişdir ki, «gəl bankdan sənin adına kredit götürək, problemimiz var». O, da razılaşmış, lakin məbləğin nə qədər olması barədə isə heç maraqlanmamışdır. Rafaelin Samir adında yeznəsi və eləcə də bacısı həmin bankda işləyirdilər. Rafael özü isə tikinti işləri ilə məşğul olurdu. O, banka gedərkən onu Samir qarşılamış və müqaviləni ona imzalatmışdır. O, müqaviləni oxumadan imzalamış, lakin imzaladıqdan sonra tanış olduqda oradakı məbləğin 2.000000 (iki milyon) olduğunu gördükdən sonra buna etiraz etmiş və bildirmişdir ki, o bu qədər kredit borcunun onun adına rəsmiləşdirilməsinə etiraz edir və onlardan imzaladığı kredit müqaviləsinin ləğv edilməsini tələb etmişdir. Onlar isə heç bir problemin olmamasını bildirərək müqaviləni ləğv edəcəklərini bildirmişlər. O, isə ona bu barədə sənəd verilməsini tələb etmiş və səhərisi gün "xxxx" QSC ona həmin kredit müqaviləsi üzrə hər hansı borcunun və öhdəliyinin olmaması barədə arayış vermişdir. O, arayışı aldıqdan sonra müqavilənin ləğv edildiyindən əmin olaraq daha sonra bu barədə heç maraqlanmamışdır. Bu hadisənin üstündən bir neçə il keçdikdən sonra o, özü üçün kredit götürmək məqsədi ilə həmin banka müraciət etmiş və bu zaman ona banka 2.000000 ABŞ dolları kredit borcunun olduğu bildirilmişdir. O, həmin gündən başlayaraq Respublika Prokurorluğuna, Prezident aparatına və müxtəlif dövlət qurumlarına şikayət ərizəsi göndərmiş və bu işlə bağlı cinayət işi qaldırılmış, istintaq zamanı Cavabdeh2 vəzifə səlahiyyətlərindən istifadə edərək dələduzluq yolu ilə küllü miqdarda pul vəsaitini ələ keçirməsi müəyyən olunmuşdur. Cavabdeh3 həmçinin izahatında digər cavabdeh (ipoteka qoyan) Cavabdeh1 tanımadığını, onunla heç vaxt münasibətlərinin olmadığını, bankdan bir manat da olsun pul götürmədiyini və Cavabdeh1 məxsus əmlakların onun adına rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilməsindən də ümumiyyətlə xəbərinin olmadığını bildirmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə Cavabdeh2 məhkəməyə məlum olan qeydiyyat ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişləri “köçüb” qeydi ilə geri qaytarılmış, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq İdarəsindən məhkəməyə daxil olmuş məktubla, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələri 41 epizod üzrə külli miqdarda ziyan vurulması aşkar edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, lakin istintaqdan gizləndiyinə görə barəsində axtarış elan olununaraq interpol xətti ilə axtarışa verilməsi müəyyən edilmişdir. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehin Cavabdeh3 izahatlarını dinləyib belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan QSC "xxxx" KB ilə Cavabdeh3 arasında bağlanmış 11.08.2014-cü il tarixli, 100/00/77836/14 nömrəli Kredit müqaviləsindən görünür ki, Bank Cavabdeh3 36 ay müddətinə, illik 12 faiz hesablanmaqla 2.000000 (iki milyon) ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan QSC "xxxx" KB ilə Cavabdeh2 arasında bağlanmış 11.08.2014-cü il tarixli, 100/00/77836/14 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 11.08.2014-cü il tarixli, 100/00/77836/14 nömrəli kredit müqaviləsi üzrə üzərinə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət götürmüşdür. İş materiallarında olan QSC "xxxx" KB ilə Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən Cavabdeh2 arasında bağlanmış 17.09.2014-cü il tarixli, 100/00/77836/14 nömrəli ipoteka müqaviləsindən görünür ki, 11.08.2014-cü il tarixli, 100/00/77836/14 nömrəli Kredit müqaviləsi üzrə borcalan Cavabdeh3 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, e/2 ünvanında mülkiyyətində olan 0.1202 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini, Abşeron rayonu, Saray qəsəbəsi, e/4 ünvanında mülkiyyətində olan 0.1311 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini, Abşeron rayonu, Saray qəsəbəsi, e/3 ünvanında mülkiyyətində olan 0.1317 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini, Abşeron rayonu, Saray qəsəbəsi, e/6 ünvanında mülkiyyətində olan 0.1316 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü etmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, e/2 ünvanında olan 0.1202 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi 11.08.2014-cü il tarixli, 100/00/77836/14 nömrəli Kredit müqaviləsinin təminatı qismində QSC "xxxx" KB-nin qarşısında ipoteka ilə yüklü edilmiş və bu barədə 18.10.2014-cü il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, e/3 ünvanında olan 0.1317 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi 11.08.2014-cü il tarixli, 100/00/77836/14 nömrəli Kredit müqaviləsinin təminatı qismində QSC "xxxx" KB-nin qarşısında ipoteka ilə yüklü edilmiş və bu barədə 18.10.2014-cü il tarixdə qeydiyyat aparılmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, e/4 ünvanında olan 0.1311 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi 11.08.2014-cü il tarixli, 100/00/77836/14 nömrəli Kredit müqaviləsinin təminatı qismində QSC "xxxx" KB-nin qarşısında ipoteka ilə yüklü edilmiş və bu barədə 18.10.2014-cü il tarixdə qeydiyyat aparılmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, e/6 ünvanında olan 0.1316 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi 11.08.2014-cü il tarixli, 100/00/77836/14 nömrəli Kredit müqaviləsinin təminatı qismində QSC "xxxx" KB-nin qarşısında ipoteka ilə yüklü edilmiş və bu barədə 18.10.2014-cü il tarixdə qeydiyyat aparılmışdır. İşə əlavə edilmiş ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən verilmiş 27.10.2016-cı il tarixli maliyyə arayışından görünür ki, QSC "xxxx" KB ilə Cavabdeh3 arasında bağlanmış 11.08.2014-cü il tarixli, 100/00/77836/14 nömrəli Kredit müqaviləsinə əsasən 1.953.571,38 (bir milyon doqquz yüz əlli üç min beş yüz yetmiş bir dollar otuz səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 436.297,66 (dörd yüz otuz altı min iki yüz doxsan yeddi dollar altmış altı sent) ABŞ dolları məbləğində faiz borcu, 118.195,07 (bir yüz on səkkiz min yüz doxsan beş dollar yeddi sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2.508.064,11 (iki milyon beş yüz səkkiz min altmış dörd dollar on bir sent) ABŞ dolları kredit borcu vardır. İş materiallarında olan QSC "xxxx" KB tərəfindən Cavabdeh3, Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsinə ünvanlanmış 03.11.2016-cı il tarixli “kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə bildirişdən görünür ki, 2.508.064,11 (iki milyon beş yüz səkkiz min altmış dörd dollar on bir sent) ABŞ dolları məbləğində borcun 3 (üç) gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə Bank kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacaqdır. İş materiallarında olan QSC "xxxx" KB tərəfindən Cavabdeh2 ünvanlanmış 03.11.2016-cı il tarixli “kredit borcunun ödənilməsi” barədə bildirişdən görünür ki, ondan 2.508.064,11 (iki milyon beş yüz səkkiz min altmış dörd dollar on bir sent) ABŞ dolları məbləğində borcun 3 (üç) gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə Bank kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacaqdır. İş materiallarında olan QSC "xxxx" KB tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə ünvanlanmış 24.01.2017-ci il tarixli məktubdan görünür ki, ipoteka qoyana 19.01.2017-ci il tarixli yazılı bildiriş göndərilməklə, məhkəmə qaydasında ipoteka predmetinə tutmanın yönəldilməsinə dair xəbərdarlrq edilmiş, göstərilən ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin dövlət qeydiyyatına alınması xahiş olunmuşdur. İşə əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16.06.2017-ci il tarixli qərardadı ilə göstərilən daşınmaz əmlakların bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş, "xxxx" MMC-nin, bazar dəyərinin müəyyən edilməsi üzrə ƏEM/M 07-248/18 saylı, 02 mart 2018-ci il tarixli ekspert rəyi ilə Abşeron rayonu, Saray qəsəbəsi, e/2 ünvanında olan 0.1202 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 764933 (yeddi yüz altmış dörd min doqquz yüz otuz üç) manat, likvid dəyəri 650193,05 (altı yüz əlli min yüz doxsan üç manat beş qəpik) manat məbləğində, Abşeron rayonu, Saray qəsəbəsi, e/3 ünvanında olan 0.1317 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 767808 (yeddi yüz altmış yeddi min səkkiz yüz səkkiz) manat, likvid dəyəri 652636,80 (altı yüz əlli iki min altı yüz otuz altı manat səksən qəpik) manat məbləğində, Abşeron rayonu, Saray qəsəbəsi, e/4 ünvanında olan 0.1311 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 767658 (yeddi yüz altmış yeddi min altı yüz əlli səkkiz) manat, likvid dəyəri 652509,30 (altı yüz əlli iki min beş yüz doqquz manat otuz qəpik) manat məbləğində, Abşeron rayonu, Saray qəsəbəsi, e/6 ünvanında olan 0.1316 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 767783 (yeddi yüz altmış yeddi min yeddi yüz səksən üç) manat, likvid dəyəri 652615,55 (altı yüz əlli iki min altı yüz on beş manat əlli beş qəpik) manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan QSC "xxxx" KB tərəfindən Cavabdeh3 verilmiş 12.08.2014-cü il tarixli, 14/5407 nömrəli arayışın surətindən görünür ki, QSC "xxxx" KB ilə bağlanmış 11.08.2014-cü il tarixli, 100/00/77836/14 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin verilməsi müqaviləsinə əsasən borcluya qarşı tələb hüququnun saxlanılmasını nəzərə alaraq Bankın ona qarşı heç bir iddia tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikasının Prokurorluğu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna cavab olaraq ünvanlamış 26.12.2017-ci il tarixli məktubundan görünür ki, 15.03.2017-ci il tarixdə QSC "xxxx" KB-nin vəzifəli şəxsləri, həmçinin qeyd edilən bankda adlarına kredit müqavilələri rəsmiləşdirilmiş borcalanlar tərəfindən qeyd edilən banka vurulmuş külli miqdarda ziyan faktına görə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 179.3.2, 193-1.3.2 və 308.2-ci maddələri ilə ********* saylı cinayət işindən ********* saylı cinayət işi ayrılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır. Aparılmış istintaq zamanı 28.09.2016-cı il tarixdə Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələri 41 epizod üzrə cəmi 114.757.155,76 manat ziyan vurulması aşkar edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilmiş, lakin istintaqdan gizləndiyinə görə həmin ittihamı ona elan etmək mümkün olmamış və həmin tarixdə barəsində axtarış elan olunmuş, Binəqədi Rayon Məhkəməsinin 05.10.2016-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Eyni zamanda Cavabdeh2 barəsində interpol xətti ilə axtarış elan edilmişdir. Qeyd edilən 41 epizoddan biri isə məhz sorğu edilən əmlaklarla bağlı olmuşdur. Belə ki, Cavabdeh2 göstərilən vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək təkrarən eyni məqsədlə, 12.08.2014-cü il tarixli 1602 saylı əmri ilə 11.08.2014-cü il tarixli 100/00/77836/14 saylı müqavilə əsasında “fərdi evinin tikintisi və abadlaşdırılması üçün” 36 ay müddətinə Cavabdeh3 adına ayrılmış 2.000.000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 1.568 600 manat) məbləğində kredit vəsaiti üzrə, şəxsən özü zamin kimi çıxış etməklə Cavabdeh3 məxsus olmayan Abşeron rayonu, Saray qəsəbəsi “Villa Badam” yaşayış kompleksindəki E2, E3, E4 və E6 saylı fərdi yaşayış evlərini girov kimi təqdim edərək müqavilədə nəzərdə tutulan müddətdə cüzi ödənişlər aparıb, Cavabdeh3 adına ayrılmış qeyd olunan pul vəsaitini, yəni 2.000.000 ABŞ dollarını sonuncunun məlumatı olmadan nağd qaydada məxaric orderləri əsasında çıxararaq ona etibar edilmiş külli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə mənimsəyərək təkrarən talamışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7693/2017 nömrəli, 28.11.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək Atlas Volkan tərəfindən etibarnamə əsasında Cavabdeh1 adından 02.08.2014-cu il tarixdə Cavabdeh2 Abşeron rayonu 1 saylı notariat kontorunda verdiyi 11764, 11765, 11766, 11763 reyestr nömrəsi ilə qeydə alınmış etibarnamələrin etibarsız hesab edilməsi, 17.09.2014-cü il tarixdə "xxxx" QSC ilə Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən Cavabdeh2 ilə bağlanan 100/00/77836/14 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, qeyd edilən ipoteka müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən "xxxx" QSC xeyrinə yüklü edilməsinə dair Dövlət reyestrində 31 nömrəli reyestr kitabının, 53 nömrəli vərəqində qeydiyyat və onun əsasında verilmiş 18.10.2014-cü il tarixli, ******* nömrəli Dövlət reyestrində 30 nömrəli reyestr kitabının, 89 nömrəli vərəqində qeydiyyat və onun əsasında verilmiş 18.10.2014-cü il tarixli, ******* nömrəli Dövlət reyestrində 31 nömrəli reyestr kitabının, 54 nömrəli vərəqində qeydiyyat və onun əsasında verilmiş 18.10.2014-cü il tarixli, ******* nömrəli Döv reyestrində 30 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyat və onun əsasında verilmiş 18.10.2014-cü il tarixli, ******* nömrəli çıxarışların ləğv olunması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-404/2021 saylı, 26.02.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7693/2017 nömrəli, 28.11.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7693/2017 nömrəli, 03.11.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7693/2017 nömrəli, 28.11.2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Məhkəmə iddia tələblərinə qiymət verərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7693/2017 nömrəli, 28.11.2017-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-404/2021 saylı, 26.02.2021-ci il tarixli qətnamələrindən görünür ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin rəisi Əli Quliyevin məhkəməyə ünvanladığı 24.10.2017-ci il tarixli ********* saylı məktuba əsasən 15.03.2017-ci il tarixdə QSC "xxxx" KB-nin vəzifəli şəxsləri, həmçinin qeyd edilən bankda adlarına müqavilələri rəsmiləşdirilmiş borcalanlar tərəfindən qeyd edilən banka vurulmuş külli miqdarda ziyan faktına görə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 179.3.2, 193-1.3.2 və 308.2-ci maddələri ilə ********* saylı cinayət işindən ********* saylı cinayət işi ayrılaraq icraata qəbul edilməklə istintaq aparılmışdır. Aparılmış istintaq zamanı 28.09.2016-cı il tarixdə QSC "xxxx" KB-nin idarə heyətinin sədri işləmiş Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə 41 epizod üzrə cəmi 114.757.155,76 manat ziyan vurulması aşkar edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilmiş, lakin o, istintaqdan gizləndiyinə görə həmin ittihamı ona elan etmək mümkün olmamış və həmin tarixdə barəsində axtarış elan olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.10.2016-cı il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, eyni zamanda Cavabdeh2 barəsində interterpol xətti ilə axtarış elan edilmişdir. Qeyd edilən 41 epizoddan biri isə məhz sorğu edilən əmlaklarla bağlı olmuşdur. Belə ki, Cavabdeh2 göstərilən vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək təkrarən eyni məqsədlə, 12.08.2014-cü il saylı əmri ilə 11.08.2014-cü il tarixli 100/00/77836/14 saylı müqavilə əsasında “fərdi evinin tikintisi və abadlaşdırılması üçün” 36 ay müddətinə Cavabdeh3 adına ayrılmış 2,000.000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 1.568 600 manat) məbləğində kredit vəsaiti üzrə, şəxsən özü zamin kimi çıxış etməklə ona təqdim edilmiş Abşeron rayonu, Saray qəsəbəsi «Villa Badam» yaşayış kompleksindəki E2, E3, E4 və E6 saylı fərdi yaşayış evlərini girov kimi təqdim edərək müqavilədə nəzərdə tutulan müddətdə cüzi ödənişlər aparıb, Cavabdeh3 adına ayrılmış qeyd olunan pul vəsaitini, yəni 2.000.000 ABŞ dollarını Cavabdeh3 məlumatı olmadan nağd qaydada məxaric orderləri əsasında çıxararaq ona etibar edilmiş külli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə mənimsəyərək təkrarən talamışdır. Eyni məzmunlu 29.05.2019-cu il tarixli, ********* saylı məktub Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin rəisi Nemət Əvəzov tərəfindən Ali Məhkəməyə də göndərilmiş məktubda qeyd edilir ki, Cavabdeh3 adına ayrılmış qeyd olunan pul vəsaitini, yəni 2.000.000 ABŞ dollarını Cavabdeh2 Cavabdeh3 məlumatı olmadan nağd qaydada məxaric orderləri əsasında çıxararaq ona etibar edilmiş külli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə mənimsəyərək təkrarən talamışdır. Həmçinin mülki işdə olan QSC "xxxx" KB-nin X4 ünvanladığı 12.08.2014-cü il tarixli, 14/5407 saylı məktubdan görünür ki, 11.08.2014-cü il tarixli, 100/00/77836/14 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin verilməsi müqaviləsinə əsasən borcluya qarşı tələb hüququnun saxlanılmasını nəzərə alaraq, Bankın ona qarşı heç bir iddia tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-404/2021 saylı, 26.02.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, 11.08.2014-cü il tarixli müqavilə əsasında “fərdi evinin tikintisi və abadlaşdırılması üçün” 36 ay müddətinə Cavabdeh3 adına ayrılmış 2.000.000 ABŞ məbləğində kredit vəsaitini Cavabdeh2 şəxsən özü zamin kimi çıxış etməklə Cavabdeh3 adına ayrılmış pul vəsaitini, yəni 2.000.000 ABŞ dollarını Cavabdeh3 məlumatı olmadan nağd qaydada məxaric orderləri əsasında çıxararaq talamışdır və həmin vaxt o, bankın idarə heyətinin sədri olmuşdur. Bu halı, Azərbaycan Respublikası Prokurorluğunun Baş prokuror yanında korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş 24.10.2017-ci il tarixli və 29.05.2019-cu il tarixli eyniməzmunlu məktublar da təsdiq edir. Bundan əlavə, 11.08.2014-cü il tarixli kredit müqaviləsininin bağlandığının səhərisi günü, QSC "xxxx" KB tərəfindən X4 ünvanlanmış 12.08.2014-cü il tarixli, 14/5407 saylı rəsmi məktubda da 11.08.2014-cü il tarixli, kredit müqaviləsinin 100/00/77836/14 N° li kredit müqaviləsi üzrə öhdəliklərin verilməsi müqaviləsinə əsasən borcluya qarşı tələb hüququnun saxlanılmasını nəzərə alaraq, bankın ona qarşı heç bir iddia tələbinin olmadığı və gələcəkdə də olmayacağı göstərilmişdir. Bundan başqa, yuxarıda qeyd edilən qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7693/2017 nömrəli, 28.11.2017-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-404/2021 saylı, 26.02.2021-ci il tarixli qətnamələri ilə həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 24.12.2013-cü il tarixli etibarnamə ilə səlahiyyətlərini Atlas Volkana vermiş, o, da 02.08.2014-cü il tarixdə "xxxx" QSC-nin idarə heyyətinin sədri Cavabdeh2 etibarnamə vermiş və bu etibarnamədə Cavabdeh1 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi ev E/2, E/3, E/4, E/6 ünvanında yerləşən fərdi yaşayış evləri üzərində sərəncam və s. səlahiyyətləri həyata keçirmək əks edilmişdir. "xxxx" QSC-nin idarə heyyətinin sədri Cavabdeh2 bu etibarnamələrdən istifadə edərək Cavabdeh3 ilə 11.08.2014-cü ildə 100/00/77836/14 saylı 36 ay müddətinə, ililk 12 faizlə məbləği ******* ABŞ dolları olan kredit müqaviləsi bağlamış, sonra özünün rəhbər olduğu bankda 17.09.2014-cü il tarixdə Cavabdeh1 adından mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, «Villa Badam» yaşayış kompleksində olan E2, E3, E4 və E6 nömrəli fərdi yaaşayış evlərini özünün müavini X2 ilə ipoteka müqaviləsi bağlayaraq Cavabdeh1 tanımadığı Cavabdeh3 xeyrinə yüklü etmişdir. Cavabdeh1 iddiası üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 7693/2017 nömrəli, 28.11.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Atlas Volkan tərəfindən etibarnamə əsasında Cavabdeh1 adından 02.08.2014-cu il tarixdə Cavabdeh2 Abşeron rayonu 1 saylı notariat kontorunda verdiyi 11764, 11765, 11766, 11763 reyestr nömrəsi ilə qeydə alınmış etibarnamələrin etibarsız hesab edilməsi, 17.09.2014-cü il tarixdə "xxxx" QSC ilə Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən Cavabdeh2 ilə bağlanan 100/00/77836/14 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, qeyd edilən ipoteka müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən "xxxx" QSC xeyrinə yüklü edilməsinə dair Dövlət reyestrində 31 nömrəli reyestr kitabının, 53 nömrəli vərəqində qeydiyyat və onun əsasında verilmiş 18.10.2014-cü il tarixli, ******* nömrəli Dövlət reyestrində 30 nömrəli reyestr kitabının, 89 nömrəli vərəqində qeydiyyat və onun əsasında verilmiş 18.10.2014-cü il tarixli, ******* nömrəli Dövlət reyestrində 31 nömrəli reyestr kitabının, 54 nömrəli vərəqində qeydiyyat və onun əsasında verilmiş 18.10.2014-cü il tarixli, ******* nömrəli Döv reyestrində 30 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyat və onun əsasında verilmiş 18.10.2014-cü il tarixli, ******* nömrəli çıxarışlar ləğv olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 404/2021 saylı, 26.02.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7693/2017 nömrəli, 28.11.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh1 iddiası təmin edilərək onun adından verilmiş etibarnamələr, eləcə də adından çıxış edilərək bağlanmış ipoteka müqavilələri etibarsız hesab edilmiş, onun mülkiyyətində olan əmlakların ipoteka ilə yüklü edilməsinə dair çıxarışlar ləğv olunmuşdur. Həmin qətnamələr ilə həmçinin müəyyən edilmişdir ki, 11.08.2014-cü il tarixli müqavilə əsasında “fərdi evinin tikintisi və abadlaşdırılması üçün” 36 ay müddətinə Cavabdeh3 adına ayrılmış 2.000.000 ABŞ məbləğində kredit vəsaitini Cavabdeh2 şəxsən özü zamin kimi çıxış etməklə Cavabdeh3 adına ayrılmış pul vəsaitini, yəni 2.000.000 ABŞ dollarını Cavabdeh3 məlumatı olmadan nağd qaydada məxaric orderləri əsasında çıxararaq talamışdır və həmin vaxt o, bankın idarə heyətinin sədri olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. “X1 şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13.02.2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Təsadüfi deyildir ki, MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və MPM-nin 82.3-cü maddəsinin məzmununa əsasən, yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Yəni qətnamə ilə müəyyən edilən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı olan iddia tələblərinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7693/2017 nömrəli, 28.11.2017-ci il tarixli qətnaməsi ilə hüquqi qiymət verildiyindən, həmin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan akt kimi qəbul edilməlidir. Belə olan halda həmin qətnamə ilə müəyyən edilmiş hallar hazırkı işdə mübahisələndirilə bilməz və həmin halların təkrarən sübut edilməsinə heç bir əsas yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi» barədə iddiası onlara aid hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iddia tələbinə qiymət verməkdə davam edərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallardan da göründüyü kimi 11.08.2014-cü il tarixli müqavilə əsasında “fərdi evinin tikintisi və abadlaşdırılması üçün” 36 ay müddətinə Cavabdeh3 adına ayrılmış 2.000.000 ABŞ məbləğində kredit vəsaitini Cavabdeh2 şəxsən özü zamin kimi çıxış etməklə Cavabdeh3 adına ayrılmış pul vəsaitini, yəni 2.000.000 ABŞ dollarını Cavabdeh3 məlumatı olmadan nağd qaydada məxaric orderləri əsasında çıxararaq talamışdır və həmin vaxt o, bankın idarə heyətinin sədri olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh2 11 avqust 2014-cü il tarixli, 100/00/77836/14 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun, faiz və cərimə borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin 02.03.2018-ci il tarixli məktubundan məlum olur ki, daşınmaz əmlakların qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri 400 manatdır. İş materiallarına əlavə edilmiş orderdən görünür ki, iddianın verilməsi ilə bağlı iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin iş materiallarında olan elektron ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetləri olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ümumilikdə 31 (otuz bir) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, Cavabdeh2 hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmalı, 10 (on) manatı iddiaçıya aid edilməli və "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manatın 350 (üç yüz əlli) manatı Cavabdeh2, 50 (əlli) manat hissəsi Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankından tutulmaqla "xxxx" MMC-nin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 11 avqust 2014-cü il tarixli, 100/00/77836/14 saylı kredit müqaviləsi üzrə 1.953.571,38 (bir milyon doqquz yüz əlli üç min beş yüz yetmiş bir dollar otuz səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 436.297,66 (dörd yüz otuz altı min iki yüz doxsan yeddi dollar altmış altı sent) ABŞ dolları məbləğində faiz borcu, 118.195,07 (bir yüz on səkkiz min yüz doxsan beş dollar yeddi sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 2.508.064,11 (iki milyon beş yüz səkkiz min altmış dörd dollar on bir sent) ABŞ dolları məbləğində (ödəniş gününə qüvvədə olan məzənnəyə uyğun Azərbaycan Respublikası manatı ilə) pul vəsaiti, ipotekanın qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmalı, 10 (on) manatı iddiaçıya aid edilməli, "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 400 (dörd yüz) manatın 350 (üç yüz əlli) manatı Cavabdeh2, 50 (əlli) manat hissəsi Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankından tutulmaqla "xxxx" MMC-nin hesabına köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 11 avqust 2014-cü il tarixli, 100/00/77836/14 saylı kredit müqaviləsi üzrə 1.953.571,38 (bir milyon doqquz yüz əlli üç min beş yüz yetmiş bir dollar otuz səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 436.297,66 (dörd yüz otuz altı min iki yüz doxsan yeddi dollar altmış altı sent) ABŞ dolları məbləğində faiz borcu, 118.195,07 (bir yüz on səkkiz min yüz doxsan beş dollar yeddi sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 2.508.064,11 (iki milyon beş yüz səkkiz min altmış dörd dollar on bir sent) ABŞ dolları məbləğində (ödəniş gününə qüvvədə olan məzənnəyə uyğun Azərbaycan Respublikası manatı ilə) pul vəsaiti, ipotekanın qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 400 (dörd yüz) manatın 350 (üç yüz əlli) manatı Cavabdeh2, 50 (əlli) manat hissəsi Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankından tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************; Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************; KOD: 505594; SWİFT: GUNAAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar