Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-40/2022 23.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Beynəlxalq Bankı ASC işə cəlb olunmaqla) cavabdeh Bakı şəhəri 1 saylı Notariat Ofisinə qarşı borc məbləğinin yenidən hesablanması və icra sənədinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Beynəlxalq Bankı ASC işə cəlb olunmaqla) cavabdeh Bakı şəhəri 1 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 310615 nömrəli 18.10.2020-ci il tarixli icra sənədinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə aralarında olan 18.06.2019-ci il tarixli kredit müqaviləsinə əsasən o, Bankdan 36 ay müddətinə 10 000 manat kredit götürmüşdür, müqavilə üzrə öhdəliklərini icra edir, müqavilənin müddəti bitməmişdir (08 may 2022-ci ilədək), hazırkı günə banka 8000 manat civarında borcu var. Lakin bir müddət öncə Səbail İcra Şöbəsindən ünvanına bildiriş daxil oldu və maraqlandıqda ona məlum oldu ki, ünvan 2fisi tərəfindən 18.10.2020 tarixdə 8İ-10615 nömrəli icra sənədi verilmişdir. İcra qeydinə əsasən 8858 manat ondan birdəfəlik tutulmalıdır. Bundan sonra dərhal 1 saylı Notarial Kontora müraciət etdi və icra sənədinin geri çağırılmasını xahiş etdi. Lakin 1 saylı Notarial Ofisi müraciətinə 11.12.2020 tarixdə cavab verərək, icra qeydinin məhkəmə qaydasında mübahisələndirmə hüququnu izah etmişdir. Nə bank, nə də ki, Notarial Ofisi ona icra qeydinin hazırda verilmə səbəbini izah etməmişdir, ümumiyyətlə Bankla aralarında olan kredit müqaviləsi üzrə Notarial ofisin icra qeydi vermək səlahiyyətinin olub-olmaması məsələsinə aydınlıq gətirilməmişdir. Bildiyinə görə notarial qaydada icra vərəqəsi yalnız həmin notarial ofisdə bağlanmış borc müqavilələrinə dair verilə bilər, o da yalnız borcun və faizlərin məbləğinə dair mübahisənin olmadığı təqdirdə və borc müqaviləsində qeyd olunmuş müddət bitdikdən sonra. Lakin Bankla aralarında bağlanmış müqavilə hələ də qüvvədədir və o, kredit öhdəliklərini vaxtaşırı lazımi qaydada icra edir. Xüsusən qeyd olunmalıdır ki, qlobal pandemiya ilə əlaqədar ölkədə sərt karantin rejimi tətbiq edilir, bununla bağlı bir çox sahələrin fəaliyyəti dayandırılmışdır və iş yerləri müvəqqəti bağlanmışdır. Belə olan şəraitdə Mərkəzi Bank ölkədəki banklara və kredit təşkilatlarına müraciət edərək kredit münasibətlərində vətəndaşlara güzəşt etməyi tövsiyə etdiyi bir vaxtda, hazırda qüvvədə olan müqavilə üzrə onun kredit borcunun birdəfəlik tutulması ağlabatan deyildir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Ona görə də, iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 01.06.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsinə dəqiqləşmə ünvanlayaraq, borc məbləğinin yenidən hesablanması və ünvan 310615 nömrəli 18.10.2020-ci il tarixli icra sənədinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və iddia tələbinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, “Notariat haqqında” qanuna əsasən icra qeydi borcun və faizlərin məbləğinə dair mübahisənin olmadığı təqdirdə verilir. Lakin Bankla aralarında bağlanmış müqavilə hələ də qüvvədə olduğu və o, kredit öhdəliklərini vaxtaşırı lazımi qaydada icra etdiyi üçün icra qeydində göstərilən borc məbləği ilə razı deyildir. Ona görə də, hesab edir ki, iddia tələbi əəsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsi Nümayəndə iddia tələbinin təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 08.05.2019-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçıya 36 ay müddətinə 10 000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən iddiaçı müqavilədə göstərilən müddətdə və qaydada kredit və kredit üzrə hesablanacaq faizləri ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı kredit vəsaitindən istifadə etmiş, lakin hesablanmış 7887,61 manat məbləğində əsas kredit borcunu, 859,98 manat məbləğində faiz borcunu ödəməməklə müqavilə şərtlərini pozduğuna görə 22.09.2020-ci il tarixdə ona bildiriş göndərilərək nəzərinə çatdırılmışdır ki, borcu 20 gün müddətində ödəmədiyi halda, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barədə notarius tərəfindən icra qeydi aparılması üçün müraciət olunacaqdır. Həmin bildirişi iddiaçı qəbzə imza etməklə 24.09.2020-ci il tarixdə qəbul etmiş, lakin bildirişi aldığı vaxtdan 20 gün müddətində həmin bildirişə heç bir münasibət bildirməmişdir. Ona görə də, bank qanunda göstərilən 20 gün müddətdən sonra yaranmış borc üzrə icra qeydinin verilməsi haqqında ərizə ilə 15 oktyabr 2020-ci il tarixdə notariat ofisinə müraciət etmişdir. Hesab edir ki, yaranmış borc və ona hesablanmış faiz məbləği ilə bağlı mübahisə olmadığı üçün icra qeydinin ləğvi barədə tələb əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının və 3-cü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış BPM**********85 saylı, 08.05.2019-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 36 ay müddətinə illik 24%-lə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 08.05.2019-cu il tarixli, BPM**********85 saylı kredit müqaviləsinə əlavədən görünür ki, kredit borcu aylıq 392.4 manat olmaqla, 08.06.2019-cu il tarixdən başlayaraq 08.05.2022-ci il tarixdə bitməli idi. İş materiallarında olan Bakı şəhəri 1 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 11.12.2020-ci il tarixli, 863 nömrəli məktubun surətindən görünür ki, «Notariat haqqında» Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinin 1-ci və 4-cü hissələrinə əsasən borcludan pul məbləğini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Həmin Qanununun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərir. Eyni zamanda «Notariat haqqında» Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinin 8-ci hissəsinə əsasən icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. İş materiallarında olan Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin 19.10.2020-ci il tarixli, № e169529/2020-16-23-003 8529 nömrəli məktubundan görünür ki, İddiaçı tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən aparılmış 8İ-10615 saylı, 17 oktyabr 2020-ci il tarixli İcra qeydindən görünür ki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən İddiaçı BPM**********85 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 8858 manat 41 qəpik tutulmalıdır. İş materiallarında olan "xxxx" ASC-nin 15.10.2020-ci il tarixli Notariat icra qeydi haqqında ərizəsindən görünür ki, İddiaçı 08.05.2019-cu il tarixli, BPM**********85 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 7887,61 manat əsas, 970,40 manat faiz borcu, komissiya haqqı üzrə 0,40 manat borcu olmaqla,cəmi 8858,41 manat borcu vardır. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 22-4918/2020 saylı, 22.09.2020-ci il tarixli bildirişdən görünür ki, "xxxx" ASC-nin Xətai Filialı ilə İddiaçı arasında bağlanmış 08.05.2019-ci il tarixli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan müqavilədə göstərilən müddətdə və qaydada kredit və kredit üzrə hesablanacaq faizləri ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı kredit vəsaitindən istifadə etmiş, lakin hesablanmış 7887,61 manat məbləğində əsas kredit borcunu, 859,98 manat məbləğində faiz borcunu ödəməməklə müqavilə şərtlərini pozmuşdur. Ona görə də, borc 20 gün müddətində ödənilmədiyi halda, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barədə notarius tərəfindən icra qeydi aparılacaqdır. İş materiallarında olan sürətli poçt daşıma xidmətinin poçt qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 22-4918/2020 saylı, 22.09.2020-ci il tarixli bildirişi İddiaçı qəbzə imza etməklə 24.09.2020-ci il tarixdə qəbul etmişdir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 21.09.2021-ci il tarixli, 9/6503 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatları və iddiaçı "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında bağlanılmış 08 may 2019-cu il tarixli, BPM**********85 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh İddiaçı "xxxx" ASCyə 13.10.2020-ci il tarixə olan borcu 6.218,03 manat məbləğində müəyən edilir, o cümlədən: əsas borc üzrə 5.608,30 manat, faiz borcu üzrə 609,73 manat müəyyən edilmişdir. İş üzrə təyin edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 18.01.2022-ci il tarixli, 9/9571 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatları və iddiaçı "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında bağlanılmış 08 may 2019-cu il tarixli, BPM**********85 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh İddiaçı "xxxx" ASC-yə sualda göstərilən tarixə yəni 13.10.2020-ci il tarixə olan borcu 9.263,71 manat məbləğində müəyən edilir, o cümlədən: əsas borc üzrə 8.157,93 manat, faiz borcu üzrə 1.105,78 manat müəyyən edilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış BPM**********85 saylı, 08.05.2019-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 36 ay müddətinə (08.05.2022-ci il tarixədək) illik 24%-lə 10000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC İddiaçı 22.09.2020-ci il tarixdə bildiriş göndərərək, kredit vəsaitindən istifadəyə görə hesablanmış 7887,61 manat məbləğində əsas kredit borcunun, 859,98 manat məbləğində faiz borcunun 20 gün müddətində ödənilmədiyi halda, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barədə notarius tərəfindən icra qeydinin aparılacağını bildirmişdir. "xxxx" ASC 15.10.2020-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə Notariat icra qeydi haqqında ərizə ilə müraciət edərək, İddiaçı 08.05.2019-cu il tarixli, BPM**********85 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 7887,61 manat əsas, 970,40 manat faiz borcu, komissiya haqqı üzrə 0,40 manat borcu olmaqla,cəmi 8858,41 manat borcu ilə bağlı icra qeydinin verilməsini xahiş etmiş və Bakı şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən İddiaçı BPM**********85 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 8858,14 manat məbləğin tutulması barədə 8İ- 10615 saylı, 17.10.2020-ci il tarixdə İcra qeydi aparılmışdır. İddiaçı borcla razılaşmadığı üçün həmin icra qeydinin ləğvi barədə notariusa müraciət etmiş və Bakı şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu «Notariat haqqında» Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinin 8-ci hissəsinə əsasən iddiaçıya icra qeydi aparılmış tələbin məhkəmə qaydasında mübahisələndirilməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında eləcə də, müəyyən olundu ki, tərəflər arasında bağlanmış BPM**********85 saylı, 08.05.2019-ci il tarixli kredit müqaviləsinin müddəti 08.05.2022-ci il tarixədək müəyyən olunmaqla bitməmişdir və kredit götürülməklə tərəflər arasında yaranmış hüquq münasibətləri hazırki vaxta kimi davam edir. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakıları bildirir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Beləliklə, yuxarıda qeyd olunan Qanunun tələbindən də göründüyü kimi, icra qeydi yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyən olundu ki, tərəflər arasında kredit müqaviləsi üzrə borcun məbləği ilə bağlı mübahisə vardır, eləcə də, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 08.05.2022-ci il tarixədək müəyyən olunmaqla bitməmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, iddia tələbində qanuniliyi mübahisələndirilən kredit borcunun birdəfəlik tutulması üçün hüquqi əsas olmuş Bakı şəhəri, 1 saylı Notariat Ofisinin 8İ-10615 nömrəli, 17.10.2020-ci il tarixli icra qeydinin qanunla müəyyən edilmiş qaydada verilməməsindən ibarət iddia dəlilləri işin müəyyən edilmiş halları və məhkəmə baxışında tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığı üçün ləğv edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi təmin olunduğundan, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan cəmi 200 ASC-dən manat Azərbaycan Beynəlxalq Bankı ASC-dən tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Bakı şəhəri, 1 saylı Notariat Ofisinin 8İ-10615 nömrəli, 17.10.2020-ci il tarixli icra qeydi ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Azərbaycan Beynəlxalq Bankı ASC-dən tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 310615 nömrəli, 17.10.2020-ci il tarixli icra qeydi ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Azərbaycan Beynəlxalq Bankı ASC-dən tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ**********0000003944, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-40/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-40/2022
23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver