Məhkəmə qərarları › İş №2(009)-401/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-401/2021

06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-401/2021 06.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh1 nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 10R000014010 saylı kredit razılaşması üzrə 7501.72 ABŞ dolları məbləğində kredit borcu, 12799.8 ABŞ dolları məbləğində faiz borcu və 5579.98 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 25881,50 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 9 saylı evin 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 55.4 kv.m ümumi, 31.8 kv.m yaşayış, 23.6 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 21 nömrəli mənzilin açıq hərracdan satılması, 25881,50 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 ümumi qaydada tutulması, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 9 saylı evin 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 55.4 kv.m ümumi, 31.8 kv.m yaşayış, 23.6 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 21 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 həmin mənzilə istifadə hüquqlarının itirilməsinə, onların həmin mənzildən çıxarılmasına, həmin mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 05.05.2014-cü il tarixli 10L000006383 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 08.05.2014-cü il tarixli 10R000014010 saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 11.03.2015-ci il tarixli 10R000014010S saylı, 06.04.2015-ci il tarixli 10R00001401 OSA saylı, 09.04.2015-ci il tarixli 10R000014010SB saylı, 08.02.2016-cı il tarixli 10R000014010SC saylı, 05.05.2016-cı il tarixli 10R000014010SD saylı, 05.05.2017-ci il tarixli 10R000014010SE saylı, 08.11.2017-ci il tarixli 10R000014010SF saylı, ı 02.05.2018-ci il tarixli 10R000014010SG saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 08.01.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 22498.28 ABŞ dolları ödəmiş, onun 7501.72 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 06.10.2020-ci il tarixə 637 gün üçün hesablanmış faiz borcu 12799.8 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. 06.10.2020ci il tarixə 637 gün üçün hesablanmış cərimə 5579.98 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1nın öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh - ipoteka verən Cavabdeh1 ilə Bank arasında bağlanılmış 06.05.2014-cü il tarixli 10M000001389 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 9 saylı evin 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 55.4 kv.m ümumi, 31.8 kv.m yaşayış, 23.6 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 21 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 2119 №-li reyestr kitabının 196081 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 9 saylı evin 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 55.4 kv.m ümumi, 31.8 kv.m yaşayış, 23.6 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 21 nömrəli mənzil Cavabdeh1nın kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh ipoteka verən Cavabdeh1 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq 02.09.2020-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 10.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək edərək eləcə də bildirdi ki, Cavabdeh1 tərəfindən kredit borcu üzrə müəyyən ödənişlər edildiyi üçün kredit müqaviləsi üzrə 08.01.2019-cu il tarixə onun banka əsas məbləğ üzrə 7149,18 ABŞ dolları, faiz üzrə 9104,48 ABŞ dolları, cərimə borcu üzrə 0 ABŞ dolları borcu, ümumilikdə 16253,66 ABŞ dolları borcu qalmışdır, həmin borc üzrə maliyyə arayışını və hesabdan çıxarışı məhkəməyə təqdim edərək, tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə3 bildirmişdir ki, onun həqiqətən də İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə kredit borcu vardır. O, götürdüyü kredit borcunu vaxtı-vaxtında banka ödəmişdir, lakin pandemiya ilə əlaqədar olaraq 5 ay işləyə bilmədiyindən borcunu banka verə bilməmişdir. Lakin hazırda işləyir və hər ay banka ödəmələrini edir. Qeyd edilənlərin nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin çəkilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 05.05.2014cü il tarixli 10L000006383 saylı kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Ə.Ə.Həsənova veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 Afiyətdin oğlu arasında bağlanmış 08.05.2014-cü il tarixli 10S000013193 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1la birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. İş materiallarında olan Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 08.05.2014-cü il tarixli 10R000014010 saylı kredit razılaşması əsasında Cavabdeh1 bankdan 48 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 11.03.2015ci il tarixli 10R000014010S saylı, 06.04.2015-ci il tarixli 10R00001401 OSA saylı, 09.04.2015-ci il tarixli 10R000014010SB saylı, 08.02.2016-cı il tarixli 10R000014010SC saylı, 05.05.2016-cı il tarixli 10R000014010SD saylı, 05.05.2017-ci il tarixli 10R000014010SE saylı, 08.11.2017-ci il tarixli 10R000014010SF saylı, 02.05.2018-ci il tarixli 10R000014010SG saylı sazişlərdən görünür ki, həmin sazişlərlə 08.05.2014-cü il tarixli 10R000014010 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir ki, kredit razılaşması üzrə ödənişin son tarixi 08.01.2019-cu il müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 06.05.2014cü il tarixli 10M000001389 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 Kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 9 saylı evin 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 55.4 kv.m ümumi, 31.8 kv.m yaşayış, 23.6 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 21 nömrəli mənzili bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan 26.11.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 06.10.2020-ci il tarixə Cavabdeh1 08.05.2014-cü il tarixli 10R000014010 saylı kredit razılaşması üzrə borcu aşağıdakı kimidir: əsas məbləğ üzrə 7501,72 ABŞ dolları, faiz üzrə 12799,8 ABŞ dolları, cərimə borcu 5579,98 ABŞ dolları. İş materiallarında olan 02.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 08.01.2019-cu il tarixə Cavabdeh1 08.05.2014-cü il tarixli 10R000014010 saylı kredit razılaşması üzrə borcu aşağıdakı kimidir: əsas məbləğ üzrə 7325,5 ABŞ dolları, faiz üzrə 9104,48 ABŞ dolları, cərimə borcu 73,26 ABŞ dolları. Təqdim olunmuş 06.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 08.01.2019cu il tarixə Cavabdeh1 08.05.2014-cü il tarixli 10R000014010 saylı kredit razılaşması üzrə borcu aşağıdakı kimidir: əsas məbləğ üzrə 7149,18 ABŞ dolları, faiz üzrə 9104,48 ABŞ dolları, cəmi borc 16253,66 ABŞ dolları. Məhkəmə hazırkı iddia tələbinin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci və 741-ci maddələrinə əsasən iddiaçı cavabdehə qarşı iddia ərizəsində göstərilən borcunun ödənilməsi tələblərini irəli sürməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 472.2-ci maddələrinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 05.05.2014-cü il tarixli 10L000006383 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 08.05.2014-cü il tarixli 10R000014010 saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 11.03.2015ci il tarixli 10R000014010S saylı, 06.04.2015-ci il tarixli 10R00001401 OSA saylı, 09.04.2015-ci il tarixli 10R000014010SB saylı, 08.02.2016-cı il tarixli 10R000014010SC saylı, 05.05.2016-cı il tarixli 10R000014010SD saylı, 05.05.2017-ci il tarixli 10R000014010SE saylı, 08.11.2017-ci il tarixli 10R000014010SF saylı, 02.05.2018-ci il tarixli 10R000014010SG saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1nın öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 ilə Bank arasında bağlanılmış 06.05.2014-cü il tarixli 10M000001389 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 9 saylı evin 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 55.4 kv.m ümumi, 31.8 kv.m yaşayış, 23.6 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 21 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və 08.01.2019-cu il tarixə onun banka əsas məbləğ üzrə 7149,18 ABŞ dolları, faiz üzrə 9104,48 ABŞ dolları olmaqla, ümumilikdə 16253,66 ABŞ dolları borcu yaranmışdır ki, həmin borc ondan və zamin Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınça icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərraçdan satmaq hüququna malikdir. “İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. “İpoteka haqqında” Qanunun 59.3.1-ci və 59.3.2-ci maddələrinə əsasən, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekayaya qoyulmuş olduqda və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, qanunverici ipoteka müqaviləsi əsasında kreditin qaytarılması üçün ipoteka ilə yüklü edilmiş mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi qaydasını müəyyən etmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər icra olunmadığından, məhkəmə, tutmanın cavabdehə məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 9 saylı evin, 21 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun ipotekaya qoyulmuş mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, ipoteka mənzil satıldıqdan 1 ay sonra mənzilin boşaldılması, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 mənzilə istifadə hüquqlarının itirilməsi barədə tələbləri əsaslı hesab edir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İş üzrə təyin edilmiş qiymətləndirmə ekspertizası üzrə "xxxx" MMC-nin QXM 386/M saylı, 07.06.2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 9 saylı evin, 21 saylı mənzilinin bazar dəyəri 70000 manat, likvid dəyəri 60000 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspert rəyi ilə mənzilin likvid dəyəri 60000 manat müəyyən edilməlidir. İşdə olan ödəniş tapşırığı və elektron xidmət portalından görünür ki, iddiaçı məhkəməyə müraciət etmək 30 manat, ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, həmin xərclər cavabdehlərə aid edilməli. Mülki-Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 7149,18 (yeddi min yüz qırx doqquz ABŞ dolları on səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 9104,48 (doqquz min yüz dörd ABŞ dolları qırx səkkiz sent) ABŞ dolları məbləğində faiz borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu, 20 (iyirmi) manat xidmət haqqı tutulsun. Tutma ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 9 saylı evin, 21 saylı mənzilinə yönəldilsin. Mənzilin ilkin satış qiyməti 60.000 (altmış min) manat müəyyən edilsin. Mənzilin satışından əldə olunacaq pul vəsaiti Cavabdeh1 İddiaçı QSC-nə olan kredit borcunun ödənilməsinə yönəldilsin. İpoteka predmeti olan mənzil satıldıqdan 1 ay sonra mənzil boşaldılsın, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi,Neftçilər küçəsi, 9 saylı evin, 21 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat Cavabdeh1 oglundan tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, Bank rekvizitləri: "xxxx" ASC-nin «Promo» filialı,H/h AZ64BBTB********************,M/h: AZ13NABZ**********000003944, KOD:501554; SWİFT:BBTBAZ22, VÖEN **********) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar