Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-403/2025 23.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı - Cavabdeh firmasına qarşı «pul» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh firmasına qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 50,250 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh firması arasında 12 iyun 2023-cü il tarixdə “mənzilin alqı-satqısına dair” 85 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən satıcı Səbail rayonu, Salyan şossesi 14 km/2, D2-77 yaşayış binası ünvanındakı ümumi sahəsi 112 kv.m olan yaşayış sahəsinin 1 kv.m 1500 manat olmaqla iddiaçıya satır. Mənzilin qiyməti olan 168.000 manat pulu tam olaraq ödəmişdir. 29 noyar 2024-cü il tarixdə mənzilə çıxarış almışdır. Çıxarışı alarkən məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 112 kv.m deyil, 75.50 kv.metrdir. Göründüyü kimi, cavabdeh iddiaçıdan 50,250 manat artıq pul almışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili bildirmişdir ki, tərəflər bağladıqları müqavilə ilə razılaşdırmışdırlar ki, mənzilin sahəsi çöl divarlarından hesablanacaq. Mənzilin dəyəri də iddiaçıdan buna uyğun olaraq alınmışdır. Bu səbəbdən iddianın təmin olunmaması xahiş olunur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: 12 iyun 2023-cü il tarixli Cavabdeh firması (satıcı) ilə İddiaçı (alıcı) arasında imzalanmış “alqı-saqısına dair” Müqavilənin surətindən görünür ki, satıcı Səbail rayonu, Səlyan şossesi 14 km/2, D2-77 yaşayış binası ünvanındakı ümumi sahəsi 112 kv.m-dən yaşayış sahəsini bir kv.m 1500 manat olmaqla alıcıya satır, alıcı isə həmin mənzili qəbul edir və müqavilə razılaşdırılmış qaydada mənzilin dəyərini satıcıya ödəyir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən sahə ölçülərinin hesablanması çöl divarlarla hesablanmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 78,50 kv.metr təşkil edən Bakı şəhəri, Səbail rayonu, ünvan 3; yeni qaydalarla Bakı şəhəri, Səbail rayonu, Liman küçəsi giriş 27C, M1, m2 xx.xx.2024-cü il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh firması (satıcı) ilə İddiaçı (alıcı) arasında imzalanmış “mənzilin alqı-saqısına dair” Müqavilənin surətindən görünür ki, satıcı Səbail rayonu, Səlyan şossesi 14 km/2, D2-77 yaşayış binası ünvanındakı ümumi sahəsi 112 kv.m-dən yaşayış sahəsini bir kv.m 1500 manat olmaqla alıcının mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşdürlər. Müqavilənin şərtinə əsasən mənzilin ümumi sahəsinin 1 kv.m-nin qiyməti 1500 manat müəyyən edilmişdir. Mənzilin dəyəri kimi 168.000 azn pul alıcı tərəfindən ödənilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona müqavilə üzrə müəyyən edilmiş ölçüdən kiçik ölçüdə mənzil təhvil verildiyini qeyd edir və mənzilin artıq kvadrat metrinə görə ödədiyi məbləğin cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə bu halı müəyyən etmək üçün ekspertiza təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 02 iyun 2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, ünvan 3 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsinin bütün otaqlar nəzərə alınmaqla çöl divarlarından hesablanmaqla 112.0 kv.m, bütün otaqlar nəzərə alınmaqla çöl divarlarından hesablanmamaqla isə 78,5 kv.m olduğu müəyyən olunur. Məhkəmə qeyd edir ki, ekspertin rəyi sübut növlərindən biri kimi məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirilməlidir. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqaviləyə konkret halda podrat müqaviləsi üzrə öhdəliklərə şamil edilməli olduğu əsaslandırılmalı, belə əsaslandırma tərəflərin bağladıqları müqavilə şərtləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin şərtlərini ekspert rəyi və iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla müəyyən olunan halla birlikdə qiymətləndirməklə belə nəticəyə gəlir ki, tərəflər bağlamış olduqları müqavilə ilə razılaşdırmışdırlar ki, Müqavilə üzrə nəzərdə tutulmuş mənzilin sahəsi çöl divarlarından hesablanır. Belə ki, iddiaçı özü də müqaviləni bağlayarkən mənzilin ümumi sahəsinin çöl divarlarından hesablandığı haqqında məlumatlı olmuş və bu şərti qəbul edərək müqaviləni imzalamışdır. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, tərəflər mənzilin sahəsinin hesablanmasının çöl divarlardan hesablamaqla bağlı razılığa gəlmiş və həmin sahənin ekspert rəyi ilə də təsdiq olunduğu kimi 112 kv.m olduğu təsdiqini tapır. Ekspert rəyi ilə tərəflər arasında bağlanmış müqaviləni nəzərdən keçirərkən isə müəyyən olunur ki, çöl divarlarından hesablanmaqla mənzilin ümumi sahəsi 112 kv.m təşkil edir və hər kv.m üçün 1500 manatdan hesablanmaqla mənzilin dəyəri 168.000 manat təşkil edir. İddiaçı özünün də bildirdiyi kimi mənzilin dəyəri kimi 168.000 manat pul ödəmişdir. Belə olan halda, cavabdehin müqavilənin şərtinin ziddinə əsasən iddiaçıdan razılaşdırılmış məbləğdən artıq məbləğdə vəsait aldığı müəyyən edilmir. Məhkəmə eyni zamanda tələbin hüquqi əsasına münasibətdə qeyd edir ki, iddianın predmetinə nəzərə yetirdikdə müəyyən olunur ki, iddianın əsasının təşkil edən müqavilə şərtləri podrat münasibətlərini özündə ehtiva edir. AR Mülki Məcəlləsinin: 752.1-ci maddəsiə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 766-cı maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə həmçinin tələbin ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia qismən təmin olunduğundan məhkəmə xərcləri hər iki tərəfə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti İddiaçı alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) ödənillsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-403/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-403/2025
23.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver