Məhkəmə qərarları › İş №2(009)-41/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-41/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-41/2022 26.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 29 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 20521.69 ABŞ dolları əsas, 8230.1 ABŞ dolları faiz, 3330.47 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 32082.26 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi və üzərindəki 4 otaqlı, 159.5 kv.m ümumi, 69.0 kv.m yaşayış, 90.5 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması və borcun Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi və üzərindəki 4 otaqlı, 159.5 kv.m ümumi, 69.0 kv.m yaşayış, 90.5 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi Cavabdeh1 məxsus olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi və üzərindəki 4 otaqlı, 159.5 kv.m ümumi, 69.0 kv.m yaşayış, 90.5 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 (digər şəxslərin) Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi və üzərindəki 4 otaqlı, 159.5 kv.m ümumi, 69.0 kv.m yaşayış, 90.5 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 (digər şəxslərin) həmin mənzildən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi və Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 29 mart 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 29 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB-nin “MXM” filialından illik 25%-lə 36 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Eyni zamanda Cavabdeh1 kredit verilərkən digər Cavabdeh2 ilə Bank arasında 29 mart 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi və üzərindəki 4 otaqlı, 159.5 kv.m ümumi, 69.0 kv.m yaşayış, 90.5 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli fərdi yaşayış evi 29 mart 2015-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 29 mart 2015-ci il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 1.14-cü bəndinə əsasən bank 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il fevralın 26-dək Cavabdeh1 29 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 20521.69 ABŞ dolları əsas, 8230.1 ABŞ dolları faiz, 3330.47 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 32082.26 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmış, müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Sonradan İddiaçı ASC məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 29 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 20521.69 ABŞ dolları əsas, 8230.1 ABŞ dolları faiz, 3330.47 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 32082.26 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi və üzərindəki 4 otaqlı, 159.5 kv.m ümumi, 69.0 kv.m yaşayış, 90.5 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi və üzərindəki 4 otaqlı, 159.5 kv.m ümumi, 69.0 kv.m yaşayış, 90.5 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi və üzərindəki 4 otaqlı, 159.5 kv.m ümumi, 69.0 kv.m yaşayış, 90.5 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli fərdi yaşayış evinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1 Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi və üzərindəki 4 otaqlı, 159.5 kv.m ümumi, 69.0 kv.m yaşayış, 90.5 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi və Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 29 mart 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 bildirmişdir ki, iddia tələbini qismən qəbul edirlər. Ekspert rəyləri olsa da 0.05 ha torpaq üzərində olan 2 mərtəbəli ev üçün qoyulan qiymət (90.000 manat) azdır. Eyni zamanda əsas borc çox hesablanıb, cərimə və faiz borcu isə şişirdilmişdir. Bu səbəbdən iddianın qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsini, Cavabdeh1 nümayəndəsi və vəkilinin izahatlarını dinləyib belə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" İKB-nin “MXM” filialı ilə Cavabdeh1 arasında bağlanmış 6-GZ-1-0-328-15 nömrəli, xx.xx.2015-ci il tarixli Kredit müqaviləsindən görünür ki, Bank borcluya istehlak məqsədilə 36 ay müddətinə, illik 25 faiz hesablanmaqla 20.000 (iyirmi min) ABŞ dolları məbləğində kredit vermiş, borclu isə həmin borc məbləğini xx.xx.2018-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" İKB-nin “MXM” filialı ilə “Zamin” qismində Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 6-GZ-1-0-328-15 nömrəli zaminlik müqaviləsinə əsasən zamin borc alan Cavabdeh1 bankla bağladığı xx.xx.2015-ci il tarixli, 6-GZ-1-0-328- 15 nömrəli kredit müqaviləsi üzrə irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan "xxxx" İKB-nin “MXM” Filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli İpoteka müqaviləsindən görünür ki, "xxxx" İKBnin “MXM” filialı ilə Cavabdeh1 arasında bağlanmış 6-GZ-1-0-328-15 nömrəli, xx.xx.2015-ci il tarixli Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi və üzərindəki 4 otaqlı, 159.5 kv.m ümumi, 69.0 kv.m yaşayış, 90.5 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli fərdi yaşayış evini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin bazar qiyməti 70000 (yetmiş min) manat qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi və üzərindəki 4 otaqlı, 159.5 kv.m ümumi, 69.0 kv.m yaşayış, 90.5 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi və üzərindəki 4 otaqlı, 159.5 kv.m ümumi, 69.0 kv.m yaşayış, 90.5 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli fərdi yaşayış evi 6-GZ-1-0-328-15 nömrəli, xx.xx.2015-ci Kredit müqaviləsinin təminatı kimi "xxxx" İKB-nin “MXM” filialınının qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan "xxxx" İKB-nin “MXM” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Sazişdən görünür ki, 1-GZ-1-0-328-15 nömrəli, xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə əsasən kreditin qalıq məbləği 20756.98 ABŞ dolları manat müəyyən edilmiş, kreditin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışa əsasən "xxxx" İKB ASC-nin adı İddiaçı ASC-yə çevrilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişdən görünür ki, 6-GZ-1-0- 328-15 nömrəli, xx.xx.2015-ci Kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli Əlavə Saziş əsasında ona 36 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit verilmiş, verilmiş kredit üzrə ödəniş planına əsasən ödəməli olduğu ödənişləri yubatmış və hazırki vaxtadək ipoteka saxlayana kredit ödənişlərini ödəməmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə o, öz öhdəliklərini yerinə yetirmədiyi üçün tutmanın ipoteka predmeti olan, ona məxsus Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi və üzərindəki 4 otaqlı, 159.5 kv.m ümumi, 69.0 kv.m yaşayış, 90.5 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2020-cı il tarixli məktubdan görünür ki, ipoteka predmeti olan Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi və üzərindəki 4 otaqlı, 159.5 kv.m ümumi, 69.0 kv.m yaşayış, 90.5 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli fərdi yaşayış evinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması xahiş olunmuş və bildiriş xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun 5 gün ərzində ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə borcun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb aidiyyəti üzrə məhkəməyə göndəriləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Banka 20521.69 ABŞ dolları əsas, 8230.1 ABŞ dolları faiz, 3330.47 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 32082.26 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 03 sentyabr 2022-ci il tarixli 9/3977 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 6-GZ-1-0-328-15 nömrəli, xx.xx.2015-ci Kredit müqaviləsi üzrə əsasən "xxxx" İKB ASC-yə (hazırda İddiaçı ASC-yə) xx.xx.2021-ci il tarixə 18239.54 ABŞ dolları əsas, 9447.41 ABŞ dolları faiz borcu vardır. (ekspertiza dəyəri 200 manat) İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə göstərilən daşınmaz əmlakın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş, "xxxx" MMC-nin Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi və üzərindəki 4 otaqlı, 159.5 kv.m ümumi, 69.0 kv.m yaşayış, 90.5 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli fərdi yaşayış evinin bazar dəyərinin müəyyən edilməsi üzrə ƏEM/M 34- 374/22 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə qeyd edilən mənzilin bazar dəyəri 105.000 ( yüz beş min) manat, likvid dəyəri 90.000 (doxsan min) manat məbləğində müəyyən olunmuşdur. (ekspertiza dəyəri 300 manat) İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının 22 avqust 2022-ci il tarixli 4/1048 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh2 adından olan xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsinə Əlavə Sazişdə “5.3 Zamin Cavabdeh2” qrafasındakı imza Cavabdeh2 tərəfindən icra olunmuşdur. (ekspertiza dəyəri 126 manat) İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının 11 yanvar 2022-ci il tarixli 4/1673 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 adından olan xx.xx.2017-ci il tarixli “xx.xx.2015ci il tarixli, 6-GZ-1-0-328-15 saylı kredit müqaviləsinə İstehlak (təminatlı xüsusi şərtlər)” əlavə sazişdə “5.2 Borcalan: Cavabdeh1” qrafasındakı imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. (ekspertiza dəyəri 126 manat) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd edilən normalara əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almış, tərəflər arasında borc-kredit münasibətləri və öhdəlikləri yaranmış, lakin cavabdeh kredit üzrə əsas borcu və ona hesablanmış faizləri ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, iddiaçı əsas, faiz və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Borc məbləğini müəyyən edərkən məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 03 sentyabr 2021-ci il tarixli, 9/3977 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, "xxxx" İKB” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 6-GZ-1-0-328-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2021-ci il tarixə banka olan borcu ümumilikdə 27686.95 ABŞ dolları məbləğində müəyyən olunur. O cümlədən xx.xx.2021-ci il tarixə əsas borc üzrə 18239.54 ABŞ dolları, faiz borcu üzrə 9447.41 ABŞ dolları borcunun olduğu müəyyən edilmişdir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə əsas borcun tutulması ilə bağlı hissədə iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışında əsas borc 20521.69 manat qeyd edildiyindən ekspert rəyini əsas götürərək əsas borcun hesablanmasını məqsədə müvafiq hesab edir. Məhkəmə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulması ilə bağlı hissədə iddia tələbini əsas götürərək borcun hesablanmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, xx.xx.2021-ci il tarixli maliyyə arayışında göstərilən həcmdə 8230.1 (səkkiz min iki yüz otuz ABŞ dolları, on sent) ABŞ dolları faiz borcu Cavabdeh1 tutulmalıdır. Məhkəmə iddia ərizəsinin “3330.47 (üç min üç yüz otuz ABŞ dolları qırx yeddi sent) ABŞ dolları cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər Məhkəmə işin hallarını və müqavilələr üzrə ödənilməli ola əsas borcun məbləğini nəzərə alaraq borclunun ödənişi gecikdirməsinə görə hesablanmış “3330.47 (üç min üç yüz otuz ABŞ dolları, qırx yeddi sent) ABŞ dolları cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 911.97 (doqquz yüz on bir ABŞ dolları, doxsan yeddi sent) ABŞ dolları məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə kredit müqaviləsi üzrə borcun cavabdehlərdən müştərək qaydada tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar(maddə 472.3). Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi zamin Cavabdeh2 qarşı münasibətdə təmin edilməlidir. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 319.6-ci maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiyməti, zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirlərini göstərməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini və açıq hərracda satılmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək qeyd edir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Odur ki, kredit müqaviləsi üzrə borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməli və ipoteka ilə yüklü edilmiş əmlak açıq hərracdan satılmalıdır. Məhkəmə iddia tələbində həmçinin ilkin satış qiymətinin müəyyən edilməsinin də xahiş edildiyini nəzərə alaraq hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən 70000 manat məbləğində müəyyən edilsə də, hazırkı iş üzrə ipoteka predmetinin bazar dəyərinin məbləği məhkəmə tərəfindən də müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə göstərilən daşınmaz əmlakın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş, "xxxx" MMC-nin Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi və üzərindəki 4 otaqlı, 159.5 kv.m ümumi, 69.0 kv.m yaşayış, 90.5 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli fərdi yaşayış evinin bazar dəyərinin müəyyən edilməsi üzrə ƏEM/M-34-374/22 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə qeyd edilən mənzilin bazar dəyəri 105000 (yüz beş min) manat, likvid dəyəri 90.000 (doxsan min) manat məbləğində müəyyən olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi və üzərindəki 4 otaqlı, 159.5 kv.m ümumi, 69.0 kv.m yaşayış, 90.5 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin ekspert-mütəxəssis rəyi əsasında məhkəmə tərəfindən 90000 (doxsan min) manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olarsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Məhkəmə iddia tələbinin “satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin ümumi qaydada icra edilməsi” hissəsini əsassız hesab etməklə təmin edilməsini mümkün hesab etmir. Belə ki, iddia tələbinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsi hissəsi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, məhkəmə hazırki qətnamə ilə artıq borcun cavabdehdən tutulması məsələsinə hüquqi qiymət vermiş, borcun cavabdehdən tutulmalı olduğu qənaətinə gəlmişdir. Qətnamənin icrası təmin edilərkən satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə ümumi qaydada icra edilməsi icra proseduru çərçivəsində təmin edilməli olduğundan bu halın əlavə olaraq müəyyən edilməsinə heç bir zərurət yoxdur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 63.1., 63.1.1., 63.1.2. və 63.1.3. maddələrinə görə vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə, icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda və tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Məhkəmə eyni zamanda, iddia tələbinin “tutma ipoteka əmlakına yönəldildikdə və əmlak satıldıqdan 1 ay sonra həmin mənzil boşaldılaraq, İddiaçı ASC-yə təhvil verilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, mübahisəli mənzil mülkiyyətçisi tərəfindən ipoteka müqaviləsi üzrə kreditin təminatı olaraq qaytarılması üçün ipoteka qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə eyni zamanda, iddia tələbinin 6-GZ-1-0-328-15 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli əlavə sazişinin ləğv edilməsi”nə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı "xxxx" İKB (İddiaçı ASC) ilə Cavabdeh1 arasında kredit müqaviləsi xx.xx.2015-ci il tarixdə 36 ay müddətinə, yəni xx.xx.2018-ci il tarixə kimi bağlanmış, daha sonra isə tərəflər arasında xx.xx.2017-ci il tarixli Əlavə Saziş bağlanmış və həmin sazişlə kredit müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. xx.xx.2017-ci il tarixli Əlavə Sazişinin müddəti bitmədiyini nəzərə alaraq, iddianın qeyd edilən hissədə təmin edilməsini mümkün hesab edir. Məhkəmə, hazırki mərhələdə iddiaçının Cavabdeh1 Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi və üzərindəki 4 otaqlı, 159.5 kv.m ümumi, 69.0 kv.m yaşayış, 90.5 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 (digər şəxslərin) həmin mənzildən çıxarılmaları”na dair iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından, iddianı həmin hissələrdə əsassız hesab edərək rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan məlum olur ki, daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri 300 (üç yüzi) manatdır. Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri 200 (iki yüz) manatdır. Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatlarının dəyəri 126 (bir yüz iyirmi altı) manatdır. Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatlarının dəyəri 126 (bir yüz iyirmi altı) manatdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddianın verilməsi ilə bağlı iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 200 (iki yüz) manatın 120 (yüz iyirmi) manat hissəsi Cavabdeh1 və Cavabdeh2, 80 (səksən) manat hissəsi İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülməlidir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olan 252 (iki yüz əlli iki) manatın 126 (yüz iyirmi altı) manat hissəsi Cavabdeh1dan, 126 (yüz iyirmi altı) manat hissəsi və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülməlidir. "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın 200 (iki yüz) manat hissəsi Cavabdeh1 və Cavabdeh2, 100 (yüz) manat hissəsi İddiaçı ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************; Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************; KOD: 505594; SWİFT: GUNAAZ22) köçürülməlidir. Bundan başqa iddiaçı həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun da cavabdehlərdən tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehlərdən tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 6-GZ-1-0-328-15 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli əlavə saziş ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18239.54 (on səkkiz min iki yüz otuz doqquz ABŞ dolları, əlli dörd sent) ABŞ dolları əsas, 8230.1 (səkkiz min iki yüz otuz ABŞ dolları, on sent) ABŞ dolları faiz borcu, 911.97 (doqquz yüz on bir ABŞ dolları, doxsan yeddi sent) ABŞ dolları cərimə borcu (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi tutularaq İddiaçı ASC-yə ödənilməli, tələb ipoteka predmeti olan - Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi və üzərindəki 4 otaqlı, 159.5 kv.m ümumi, 69.0 kv.m yaşayış, 90.5 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli fərdi yaşayış evinə yönəldilməli, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi və üzərindəki 4 otaqlı, 159.5 kv.m ümumi, 69.0 kv.m yaşayış, 90.5 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiyməti 90000 (doxsan min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı ASC-yə olan borc ödənilməli, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi və üzərindəki 4 otaqlı, 159.5 kv.m ümumi, 69.0 kv.m yaşayış, 90.5 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra həmin mənzil boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməli, Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 200 (iki yüz) manatın 120 (yüz iyirmi) manat hissəsi Cavabdeh1 və Cavabdeh2, 80 (səksən) manat hissəsi İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülməli, Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olan 252 (iki yüz əlli iki) manatın 126 (yüz iyirmi altı) manat hissəsi Cavabdeh1dan, 126 (yüz iyirmi altı) manat hissəsi və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülməli, "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın 200 (iki yüz) manat hissəsi Cavabdeh1 və Cavabdeh2, 100 (yüz) manat hissəsi İddiaçı ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************; Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************; KOD: 505594; SWİFT: GUNAAZ22) köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehdən tutulması tələb olunan pul məbləği xarici valyuta ilə göstərildiyindən, tutulacaq məbləğ Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 6-GZ-1-0-328-15 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli əlavə saziş ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18239.54 (on səkkiz min iki yüz otuz doqquz ABŞ dolları əlli dörd sent) ABŞ dolları əsas, 8230.1 (səkkiz min iki yüz otuz ABŞ dolları on sent) ABŞ dolları faiz borcu, 911.97 (doqquz yüz on bir ABŞ dolları doxsan yeddi sent) ABŞ dolları cərimə borcu (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan - Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi və üzərindəki 4 otaqlı, 159.5 kv.m ümumi, 69.0 kv.m yaşayış, 90.5 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli fərdi yaşayış evinə yönəldilsin. Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi və üzərindəki 4 otaqlı, 159.5 kv.m ümumi, 69.0 kv.m yaşayış, 90.5 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiyməti 90000 (doxsan min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı ASC-yə olan borc ödənilsin. Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi və üzərindəki 4 otaqlı, 159.5 kv.m ümumi, 69.0 kv.m yaşayış, 90.5 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra həmin mənzil boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 200 (iki yüz) manatın 120 (yüz iyirmi) manat hissəsi Cavabdeh1 və Cavabdeh2, 80 (səksən) manat hissəsi İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olan 252 (iki yüz əlli iki) manatın 126 (yüz iyirmi altı) manat hissəsi Cavabdeh1dan, 126 (yüz iyirmi altı) manat hissəsi və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın 200 (iki yüz) manat hissəsi Cavabdeh1 və Cavabdeh2, 100 (yüz) manat hissəsi İddiaçı ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************; Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************; KOD: 505594; SWİFT: GUNAAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar