Məhkəmə qərarları › İş №2(009)-410/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-410/2022

09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-410/2022 09.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Tomayev Deputat Süleyman oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 28 saylı Notariat Kontoruna və Cavabdeh2 qarşı “icra qeydinin ləğvi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 28 saylı Notariat Kontoruna və Cavabdeh2 qarşı “icra qeydinin ləğvi” barədə iddia ərizə ilə məhkəməyə müraciət edərək, 14 iyul 2021-ci il tarixdə 28 saylı Notariat ofisində bağlanmış kredit müqaviləsinə əsasən aparılmış icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, zərurətlə əlaqədar olaraq Cavabdeh2 12.000 manat borc almışdır. Həmin borc 14.07.2021-ci il tarixdə 28 saylı Notariat ofisində kredit müqaviləsinə əsasən rəsmiləşdirilmişdir. Hazırda həmin borcdan 2.000 manat qaytarmışdır. Lakin buna baxmayaraq tələbkar Xətai rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək, borcun tam şəkildə ödənilməsini istəmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsi xahiş etmişdir. Bildirmişdir ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi 28 saylı Notariat ofisi tərəfindən rəsmiləşdirilməsinə baxmayaraq, icra qeydi Xətai rayonu ərazisində yerləşəb ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən notarius tərəfindən verilmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən iddiaçının, 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, cavabdehin izahatını və çıxışını dinləyib, tərəflərin təqdim etdiyi sübutları araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: 28 saylı Notariat ofisi tərəfindən məhkəməyə ünvanlanmış 19 yanvar 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, 28 saylı Notariat ofisində Cavabdeh2 ilə İddiaçı arasında 14.07.2021-ci il tarixdə 3M-330 reyestr nömrəli kredit müqaviləsi rəsmiləşdirilmişdir. Lakin həmin müqavilə əsasında notariat ofisi tərəfindən hər hansı icra qeydi aparılmamışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında 14 iyul 2021-ci il tarixdə kredit müqaviləsi bağlanmış və bu müqavilə 28 saylı Notariat ofisi tərəfindən rəsmiləşdirilmişdir. Məhkəmə iddia ərizəsində qeyd edilənləri iş materialları ilə yanaşı yoxlayaraq qeyd edir ki, iş üzrə iddiaçı cavabdeh tərəfindən icra qeydi aparıldığını göstərsə də, məhkəmə iclasında 28 saylı Notariat Kontoru tərəfindən hər hansı icra qeydinın aparılmadığı müəyyən olunmuşdur. İddiaçı bu barədə ərizəsində qeyd etdiklərini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Hazırkı mübahisə ilə bağlı məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. Yuxarıda göstərilənlənə istinad edərək məhkəmə yekun nəticəyə gəlir ki, iddia tələbi ona cavab verməli olmayan tərəfə qarşı qaldırıldığından əsassız sayılmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməli olduğunu hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 28 saylı Notariat Kontoruna və Cavabdeh2 qarşı “icra qeydinin ləğvi” barədə iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar