Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-420/2021 01.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Məmmədli Kənan Fuad oğlunun katibliyi, İddiaçı SOCAR “Azəriqaz” İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı SOCAR “Azəriqaz” İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İB Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2986,14 manat məbləğində dəymiş ziyanın, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 3316,14 manat pulun “Azəriqaz” İB-nin Azərbaycan Beynəlxalq Bankın Sabunçu filialının Azəriqaz şöbəsi üzrə (kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı, VÖEN **********, İBAN: AZ72İBAZ********************) bank hesabına ödənilməsi “Azəriqaz” İB-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İB xx.xx.2019-cu il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təhciz edir. Həmin ünvana “Azəriqaz” İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********01480 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təhciz edən qaz xəttinin üzərində Smart G-4 İTRON DİAFRAQMA markalı, **********8 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndinin və “X3”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərin, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən fotoşəkillər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “təbii X3nın pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli akt əsasında 594 manat (2970 kub.m), xx.xx.2018-ci il tarixli akt əsasında 133,20 manat (666 kub.m), xx.xx.2018-ci il tarixli akt əsasında 115,20 manat (576 kub.m), xx.xx.2018-ci il tarixli akt əsasında 133,20 manat (666 kub.m), xx.xx.2018-ci il tarixli akt əsasında 133,20 manat (666 kub.m), xx.xx.2018-ci il tarixli akt əsasında 133,20 manat (666 kub.m), xx.xx.2018-ci il tarixli akt əsasında 133,20 manat (666 kub.m), xx.xx.2018-ci il tarixli akt əsasında 133,20 manat (666 kub.m), xx.xx.2018-ci il tarixli akt əsasında 74,60 manat (373 kub.m), xx.xx.2018-ci il tarixli akt əsasında 173,20 manat (866 kub.m), xx.xx.2018-ci il tarixli akt əsasında 53,20 manat (266 kub.m), xx.xx.2018-ci il tarixli akt əsasında 133,20 manat (666 kub.m), xx.xx.2018-ci il tarixli akt əsasında 53,20 manat (266 kub.m), xx.xx.2018-ci il tarixli akt əsasında 133,20 manat (666 kub.m), xx.xx.2019-cu il tarixli akt əsasında 133,20 manat (666 kub.m), xx.xx.2019-cu il tarixli akt əsasında 64,80 manat (324 kub.m), xx.xx.2019-cu il tarixli akt əsasında 64,80 manat (324 kub.m), xx.xx.2019-cu il tarixli akt əsasında 64,80 manat (324 kub.m), xx.xx.2019-cu il tarixli akt əsasında 64,80 manat (324 kub.m), xx.xx.2019-cu il tarixli akt əsasında 64,80 manat (324 kub.m), xx.xx.2019-cu il tarixli akt əsasında 133,20 manat (666 kub.m), xx.xx.2019-cu il tarixli akt əsasında 133,20 manat (666 kub.m) və iddia ərizəsinə əlavə edilmiş abonentin saldosundan göründüyü kimi cavabdeh tərəfindən dəfələrlə sayğacdan kənar qaz istifadə etməklə cəmi 2986,14 manat “Azəriqaz” İstehsalat Birliyinə ziyan dəymişdir. Həmin ziyandan cavabdeh tərəfindən heç bir ödəniş ödənilməmişdir. Cavabdeh Birliyinin nümayəndələri tərəfindən 2986,14 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Məhkəmə iclasında iddiaçı “Azəriqaz” İB-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Təbii X3nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı aktların surətlərindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, x/ev 148 ünvanında baxış keçirilərkən abonent sayğacı çıxarıb yerinə rezin boru qoşaraq qaz sayağacından kənar qeyri-qanuni istifadə olunması aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, AKX-01555xx/xx-2019 saylı qaz paylayıcısı ilə qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısına əsasən Cavabdeh ilə “İddiaçı” arasında cavabdehə məxsus ünvan 3 148 ünvanının təbii qazla təhciz edilməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq istehlakçının sərf etdiyi təbii qazın məsrəfinə görə hər ay üçün ödənişin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh tərəfindən istifadə etdiyi qaza görə ödəniş tam həyata keçirilməmiş, bundan başqa qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə etməklə iddiaçıya zərər vurmuşdur. Müqavilənin 2-ci bəndinə əsasən istehlakçının müqavilənin və “X3”nın tələblərinə əməl etmək, təqsirli hərəkət, habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələri icra etməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi vardır. “Qaz təminatı haqqında” Azərbaycan Respubikası Qanununun 22-ci maddəsinə, “Enerji resuslarının istifadəsi” haqqında Azərbaycan Respublikasının 29-cu maddəsinə əsasən enerji resuslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Müılki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (m 443.1) Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilmiyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki huquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (Mülki Məcəllənin 1097.1. maddəsi). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzə əsasən iddiaçı “Azəriqaz” İB məhkəməyə müraciət üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edirki ödənilmiş dövlət rüsumunun məbləği olan 30 manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavavdeh Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 2986,14 (iki min doqquz yüz səksən altı manat on dörd qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq “Azəriqaz” İB-nın ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H:AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı, VÖEN:**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-420/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-420/2021
01.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver