Məhkəmə qərarları › İş №2(009)-421/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-421/2021

02.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-421/2021 02.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı «Azəriqaz» İB-nin nümayəndəsi və vəkili F.S.Məmmədlinin, Cavabdeh iştirakları ilə İddiaçı «Azəriqaz» İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı «Azəriqaz» İstehsalat Birliyi Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “Azəriqaz” İstehsalat Birliyi xx.xx.2017-ci il tarixli AK-2/19927 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqı Cavabdeh barədə Müqavilə” (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “Azəriqaz” İBnin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00038 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən xəttinin üzərində Smart G-4 İtron Diafraqma markalı mexaniki, 1702AZ**********0 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir: xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1098 m3, dəyəri 109,8 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1098 m3, dəyəri 109,8 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1098 m3, dəyəri 109,8 manat. Sadalanan aktlardan və iddia ərizəsinə əlavə edilmiş abonentin saldosundan göründüyü kimi, cavabdeh dəfələrlə sayğacdan kənar qaz istifadə etməklə “Azəriqaz” İstehsalat Birliyinə cəmi 2241,14 manat ziyan vurmuşdur. Cavabdehə Birliyin nümayəndələri tərəfindən yaranmış borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin da ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İstehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hal aşkar olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən ”Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2241,14 manat məbləğində dəymiş ziyanın, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin, həmçinin 30 manat dövlət rüsumunun, cəmi 2571,14 manat pulun məcburi qaydada tutularaq “Azəriqaz” İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «Azəriqaz» İstehsalat Birliyinin etibarnamə əsasında nümayəndəsi və vəkili X1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırda iddia ərizəsində qeyd edilən aktların hamısı etibarsız hesab edilmişdir. Qətnamə 2019-cu ilin avqust ayında qəbul olunsa da, bu günkü vaxtadək həmin akt əsasında onun abunə hesabına yazılmış borc silinmədiyindən hər ay apardığı ödənişlərin müəyyən hissəsi həmin borcun bir hissəsinə çıxılmışdır. Rəsmi qaydada “Azəriqaz” İByə müraciət etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur, borc silinməlidir. Lakin hazırki vaxtadək qətnamə icra olunmamışdır. Digər tərəfdən hesab edir ki, qətnamə mövcud olduğundan iddia əsassız hesab edilməli və təmin edilməməlidir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İş üzrə “Paylayıcı” qismində “Azəriqaz” İB ilə Cavabdeh arasında bağlanılmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəsiçi arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli müqaviləsinə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçının keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İş üzrə “Azəriqaz” İB tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı aktlarından görünür ki, “Azəriqaz” İB tərəfindən Cavabdeh məxsus evə sayğacdan kənar qeyri-qanuni qoşulmanı aşkarlanmışdır. İş üzrə Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-1045/2019 saylı qətnamənin surətindən görünür ki, “Azəriqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli aktların etibarsız hesab edilməsi və həmin aktlara əsasən Cavabdeh (abonent kodu **********00038) itirilmiş qaz sərfinə görə hesablanmış borcun silinməsi qət edilmişdir. İş üzrə Xətai rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarın kserosurətindən görünür ki, Səbail rayon Məhkəməsinin 2(009)-1045/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Məhkəmə verilmiş iddia tələbi tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh “Azəriqaz” İB-nin abonenti olmaqla aralarında qazın alqı-satqısı barədə müqavilə bağlanılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı təşkilat tərəfindən cavabdeh barəsində qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında iddiaçı tərəfindən qəbul edilmiş qərarlarla itirilmiş qazın bərpası üçün əlavə sərfiyyat hesablanmışdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh tərəfindən təbii qazdan qeyriqanuni istifadəyə görə aktlar tərtib edilmiş və bununla əlaqədar 2241,14 manat məbləğində dəymiş ziyanın hesablanmışdır. Bu səbəbdən iddiaçı həmin ziyanın tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh barəsində qazdan qeyri-qanuni istifadəyə görə aktlar tərtib edilsə də, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin aktlar etibarsız hesab edilərək ləğv edilmiş və həmin aktlar əsasında hesablanmış Cavabdeh abunə hesabına itirilmiş qaz sərfiyyatına görə hesablanmış borc silinmişdir. Belə ki, Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-1045/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iş üzrə aktın etibarsız hesab edilməsinə və əsassız hesablanmış 2011 manat borcun silinməsi barədə iddiası təmin edilmiş, “Azəriqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli aktların etibarsız hesab edilməsi və həmin aktlara əsasən Cavabdeh (abonent kodu **********00038) itirilmiş qaz sərfinə görə hesablanmış borcun silinməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, məhkəmə tərəfindən Cavabdeh evinə qeyri-qanuni qaz xəttinin çəkilib-çəkilməməsinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 11234 nömrəli rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsində yerləşən 3Z saylı ünvana baxış keçirilən zaman qaz sayğacının və qaz xətlərinin dəyişdirildiyi səbəbindən qaz xəttinə sayğacdan kənar müdaxilə halının olması məsələsinin müəyyən edilməsi mümkünsüz olmuşdur. Məhkəmə qeyd edir ki, Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-1045/2019 saylı qanuni qüvvəsini almış qətnaməsi ilə müəyyən olunan hallar hazırki işdə preyudisial əhəmiyyətə malik olduğu üçün, yəni iddiaçı məhkəmə qətnaməsi ilə ləğv edilmiş aktlara görə hesablanmış ziyanı tələb etdiyi üçün, həmin tələb əsaslı hesab edilə bilməz. AR MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. «Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli Qərarının 7-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82.3-cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və MPM-nin 82.3-cü maddəsinin məzmununa əsasən, yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Yəni qətnamə ilə müəyyən edilən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbin əsası kimi istinad edilən aktlar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə etibarsız hesab edilib ləğv edildiyinə görə, həmin aktlara əsasən hesablanmış ziyanın tutulması ilə bağlı tələb əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia dəymiş zərərin əvəzinin ödənilməsi hissəsində əsassız hesab olunduğundan, iddia tələbi hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərclərin və dövlət rüsumunun əvəzi kimi 30 manatın tutulması hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddiaçı «Azəriqaz» İstehsalat Birliyinin Cavabdeh qarşı təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2241,14 manat məbləğində dəymiş ziyanın, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və 30 manat dövlət rüsumunun tutulması barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar