Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-462/2021 10.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi vəkili Vəkil Rüfət oğlunun iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9800 (doqquz min səkkiz yüz) manat borc, gecikdirilmiş vaxt üçün hesablanmış 490 (dörd yüz doxsan) manat, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 10320 (on min üç yüz iyirmi) manat pulun alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh onun anası vasitəsi ilə tanımışdır. Cavabdeh 2019-cu ilin may ayında ona müraciət edərək qısa müddətə 9800 manat borc pul istəmiş, o, da sadəlik edib və borcu vaxtında qaytaracağını düşünüb həmin tarixdə 9800 manat pulu cavabdehə vermişdir. Bu barədə hətta bir il müddətinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlamışlar. Lakin cavabdeh borcunu bugünədək qaytarmamışdır. Artıq dediyi müddətdən də, hətta müqavilənin müddətindən də 7 ay keçmişdir. O, cavabdehə borcun qaytarılması barədə müraciət etsə də, nəticəsi olmamışdır. Sonradan telefonları bağlayaraq zənglərinə cavab verməmişdir. Ona görə də məhkəmə müraciət etməyə məcbur olmuşdur. O, cavabdehə borcu heç bir əlavə gəlir güdmədən köməyə ehtiyacı olduğundan vermişdir. Cavabdehdən girov kimi heç bir əşya qəbul etməmişdir. Cavabdeh də 9800 manat puldan ona heç nə qaytarmamışdır. Həmçinin cavabdeh borcun ödənilməsini gecikdirdiyinə görə ondan gecikdirilmiş vaxt üçün 5 faiz hesablanmaqla 490 manat pulu da tələb edir. Cavabdehə borcun qaytarılması barədə bildiriş də rəsmi olaraq göndərilmiş, ancaq yenə də heç bir xeyri olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi vəkili Vəkil Rüfət oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri 22 saylı X1 Esmira Sabir qızı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 9800 (doqquz min səkkiz yüz) manat məbləğində borc pul vermiş, Cavabdeh isə həmin borcu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Bakı şəhəri Bakı şəhəri 22 saylı Notariat Ofisində xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən 9800 (doqquz min səkkiz yüz) manat məbləğində borc məbləğinin ona qaytarılması təklif olunmuş, habelə bu xəbərdarlığa 20 gün müddətində ödənilmədiyi halda yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydinin aparılacağı barədə xəbərdar olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı dövlət rüsumu olaraq 30 (otuz) manat məbləğində ödəniş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri 22 saylı X1 Esmira Sabir qızı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 9800 (doqquz min səkkiz yüz) manat məbləğində borc pul vermiş, Cavabdeh isə həmin borcu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürsə də, ona edilmiş xəbərdarlıqlara baxmayaraq borcu hazıradək ödəməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh yerinə yetirməli olduğu öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün, yəni onun tərəfindən imzalanmış kredit müqaviləsində qeyd olunduğu kimi, qaytarmalı olduğu pul vəsaitini tam həcmdə xx.xx.2020-ci il tarixədək qaytarmaq öhdəliyini yerinə yetirmədiyi üçün, həmin kredit müqaviləsi üzrə ödənilməmiş 9800 (doqquz min səkkiz yüz) manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, eyni zamanda, iddia tələbinin borc məbləğinə illik hesablanmış 5% dərəcəsində pul vəsaitinin tutulması hissəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı aldığı pul vəsaitini qaytarmayaraq iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə iddiaçıya qaytarmalı olduğu, lakin 9800 (doqquz min səkkiz yüz) manat pulun xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan gecikdirilmiş müddət üçün illik beş faiz dərəcəsi ilə hesablanmaqla, yəni 400 (dörd yüz) manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməli, 10 (on) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 9800 (doqquz min səkkiz yüz) manat məbləğində borc, gecikdirilmiş vaxt üçün hesablanmış 5% dərəcəsində olan 400 (dörd yüz) manat məbləğində pul, cəmi 10200 (on min iki yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat hissəsi olmaqla, Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Dövlət rüsumunun 10 (on) manat hissəsi iddiaçıya aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 9800 (doqquz min səkkiz yüz) manat məbləğində borc, gecikdirilmiş vaxt üçün 5% dərəcəsində hesablanmış olan 400 (dörd yüz) manat məbləğində pul vəsaiti, cəmi 10200 (on min iki yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-462/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-462/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver