Məhkəmə qərarları › İş №2(009)-469/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-469/2021

06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-469/2021 06.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 qızının cavabdehlər X2 və Cavabdeh3 qızının iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 qarşı borc tələbi və tutumanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 29 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 11459.41 ABŞ dolları əsas, 14547.91 ABŞ dolları faiz, 2002.17 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 29.09.2018-ci il tarixdən 20.11.2020-ci il tarixədək gecikdiriımiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1236.95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 29246.44 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən, 3 otaqlı, 60.63 kv.m ümumi, 42.63 kv.m yaşayış, 18.0 kv.m yardımçı sahədən ibarət 7 nömrəli evin 56 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən, 3 otaqlı, 60.63 kv.m ümumi, 42.63 kv.m yaşayış, 18.0 kv.m yardımçı sahədən ibarət 7 nömrəli evin 56 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən, 3 otaqlı, 60.63 kv.m ümumi, 42.63 kv.m yaşayış, 18.0 kv.m yardımçı sahədən ibarət 7 nömrəli evin 56 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X3, Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən, 3 otaqlı, 60.63 kv.m ümumi, 42.63 kv.m yaşayış, 18.0 kv.m yardımçı sahədən ibarət 7 nömrəli evin 56 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, X3, Cavabdeh3 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci il 29 sentyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “13 saylı” filialından illik 25%-lə 36 ay müddətinə 14300 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən, 3 otaqlı, 60.63 kv.rn ümumi, 42.63 kv.m yaşayış, 18.0 kv.m yardımçı sahədən ibarət 7 nömrəli evin 56 nömrəli mənzili 2015-ci il 29 sentyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 29 sentyabr tarixli kredit müqaviləsinə görə şərtləşdiriİmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2020-ci il noyabrın 20-dək Cavabdeh1 2015-ci il 29 sentyabr tarixli kredit müqaviləsi üzrə banka 11459.41 ABŞ dolları əsas, 14547.91 ABŞ dolları faiz, 2002.17 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 28009.49 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Bundan başqa, 20 noyabr 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 29 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 11459.41 ABŞ dolları əsas, 14547.91 ABŞ dolları faiz, 2002.17 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 29.09.2018-ci il tarixdən 20.11.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1236.95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 29246.44 ABŞ dolları borcu vardır. 29.09.2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. 09 mart 2021-ci il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsinin giriş hissəsində cavabdeh X3 adının səhvən Cavabdeh2 kimi göstərildiyindən iddia ərizəsinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Ona görə də, cavabdehlər Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 29 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 11459.41 ABŞ dolları əsas, 14547.91 ABŞ dolları faiz, 2002.17 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 29.09.2018-ci il tarixdən 20.11.2020-ci il tarixədək gecikdiriımiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1236.95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 29246.44 ABŞ borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən, 3 otaqlı, 60.63 kv.m ümumi, 42.63 kv.m yaşayış, 18.0 kv.m yardımçı sahədən ibarət 7 nömrəli evin 56 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən, 3 otaqlı, 60.63 kv.m ümumi, 42.63 kv.m yaşayış, 18.0 kv.m yardımçı sahədən ibarət 7 nömrəli evin 56 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən, 3 otaqlı, 60.63 kv.m ümumi, 42.63 kv.m yaşayış, 18.0 kv.m yardımçı sahədən ibarət 7 nömrəli evin 56 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X3, Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən, 3 otaqlı, 60.63 kv.m ümumi, 42.63 kv.m yaşayış, 18.0 kv.m yardımçı sahədən ibarət 7 nömrəli evin 56 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, X3, Cavabdeh3 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X2 iddianı qismən qəbul edərək bildirmişdir ki, onun həqiqətən də İddiaçı Açıq Səhmdar Cəmiyyətinə kredit borcu vardır. İpotekaya qoyulmuş evin hərracdan satışa çıxarılmasını istəmir, belə ki, özləri evi satışa çıxarıblar, ev satılarsa, borcunu ödəyəcəkdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qismən qəbul edərək bildirmişdir ki, Cavabdeh1 onun anasıdır, anası bankdan pul götürən zaman o, hərbi xidmətdə olmuşdur. evin satışa çıxarılmasını istəmir, O, ipotekaya qoyulmuş evlərinin hərracdan satılmasını istəmir, evi özləri satıb borcu ödəmək istəyirlər. Cavabdeh X5 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, mülki işin materiallarında olan 2015-ci il 29 sentyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “13 saylı” filialından illik 25%-lə 36 ay müddətinə 14300 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən, 3 otaqlı, 60.63 kv.rn ümumi, 42.63 kv.m yaşayış, 18.0 kv.m yardımçı sahədən ibarət 7 nömrəli evin 56 nömrəli mənzili 2015-ci il 29 sentyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İş materiallarında olan maliyyə arayışdan görünür ki, cavabdeh X1 20.11.2020-ci il tarixə11459.41 ABŞ dolları əsas, 14547.91 ABŞ dolları faiz, 2002.17 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 29.09.2018-ci il tarixdən 20.11.2020-ci il tarixədək gecikdiriımiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1236.95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 29246.44 ABŞ dolları borcu təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli, RX seriyalı çıxarışdan görünür ki, ünvan 1 ünvan Cavabdeh1 tərəfindən Nikoil Bank İKB 13 saylı filiala. yüklü edilmişdir. İşdə olan bildirişlərdən aydın olur ki, cavabdehlərə borcun ödənilməsi, əks halda müvafiq iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarında olan cavabdehlə bank arasında bağlanmış 22.11.2013-cü il tarixli, «Kredit müqaviləsi»nin təminatı qismində, AR ƏMDK yanında DƏDRX-in RX seriyalı, ******* №-li, **********26-05101-093014 reyestr №-li, ********** qeydiyyat №-li, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, X9 xüsusi mülkiyyət hüququ əsasında məxsus, ünvan 2 ünvanında yerləşən, banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə 22.11.2013-cü il tarixli «İpotekanın əlavə qeydiyyat haqqında razılaşma» bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin «Razılaşma» qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən 03.03.2016-cı il tarixli, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, tərəflər arasında kreditin və ona hesablanmış faizlərin 22 dekabr 2013-cü il tarixdən başlayıb 22 noyabr 2017-ci il tarixdə bitməli olmasını göstərən ödəniş qrafiki tərtib edilmişdir. Məhkəmə hazırkı iddia tələbinin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci və 741-ci maddələrinə əsasən iddiaçı cavabdehə qarşı iddia ərizəsində göstərilən borcunun ödənilməsi tələblərini irəli sürməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, 2015-ci il 29 sentyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “13 saylı” filialından illik 25%-lə 36 ay müddətinə 14300 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən, 3 otaqlı, 60.63 kv.rn ümumi, 42.63 kv.m yaşayış, 18.0 kv.m yardımçı sahədən ibarət 7 nömrəli evin 56 nömrəli mənzili 2015-ci il 29 sentyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini pozaraq borcunu vaxtında qaytarmamışdır. Nəticədə cavabdehin banka 11459.41 ABŞ dolları əsas borcu yaranmışdır ki, həmin borc ondan iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə cavabdehdən faiz borcunun tutulması ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/2815 saylı, 24.06.2021-ci il tarixli rəyindən görünür ki, kredit müqaviləsinin müddətinin bitdiyi 29.09.2018-ci il tarixə Cavabdeh1 banka olan faiz borcu 8519,19 ABŞ dolları təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehdən faiz borcunun tutulması hissəsində iddia tələbi qismən təmin edilərək, cavabdehdən kredit müqaviləsinin müddətinin bitdiyi tarixə yaranmış faiz borcu olaraq 8519,19 ABŞ dolları tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.1 və 443.2-ci maddələri). İş materiallarında olan maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1 müqavilənin bitdiyi tarixdən 20.11.2020-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1236,95 ABŞ dolları faiz borcu yaranmışdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Qanunun qeyd olunan normasının məzmunundan göründüyü kimi, kredit müəyyən müddətə borc verilən pul vəsaitidir. Yəni kredit müqaviləsi müddətlidir və müəyyən vaxt çərçivəsi ilə məhdudlaşdırılmalıdır. Əks halda bu, hüquqi müəyyənlik prinsipinin pozulması hesab olunmalıdır. Çunki hər bir şəxs müqavilə münasibətlərinə daxil olarkən, bu hərəkətin onun üçün konkret hansı nəticələrə səbəb olacağını görmək imkanına malik olmalıdır. Müqavilədə müddət öz əksini Azərbaycan Respublikası MM-nin müddətlər haqqında müddəalarına (AR Mülki Məcəlləsinin 367.2, 367.3-cü mad.) uyğun olaraq tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, qanunun mənasına görə əgər müqavilədə onun qüvvədə olma müddətinin qurtarmasının tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olması barədə şərt nəzərdə tutulmamışdırsa, belə müqavilə, öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Beləliklə, müqavilənin qüvvədə olma müddəti 2 qaydada müəyyən oluna bilər: müqavilənin qüvvədə olduğu konkret müddət təsbit oluna bilər; belə müddət təyin olunmamışdırsa, müqavilə öhdəliyinin icrasının qurtarması müddəti müqavilənin qüvvədə olma müddəti hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.4-cü maddəsinə müvafiq olaraq müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Yəni tərəf müqavilənin qüvvədə olduğu müddət üçün məsuliyyət daşıyır. Müqavilənin qüvvədə olduğu müddət bitdikdən sonrakı dövr üçün müqavilə öhdəliyindən və müqavilə üzrə məsuliyyətdən söhbət gedə bilməz və deməli, bu müddətdən sonrakı dövr üçün iddiaçı müqavilədən irəli gələn tələb hüququna malik deyildir. O, yalnız qanundan irəli gələn tələb irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, müqavilə öhdəlikləri Cavabdeh1 tərəfindən lazımınca yerinə yetirilmədiyinə görə ondan 11459.41 ABŞ dolları əsas borc, müqavilə müddəti üçün hesablanmış 8519,19 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitən tarixdən illik 5 % hesablanmış 1236,95 ABŞ dolları faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Cavabdehdən 2002,17 ABŞ dolları məbləğində cərimə məbləğinin tutulmasına gəldikdə isə məhkəmə bu iddianı qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimənin dəbbə pulunun bir növü olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı bankın bu məbləğdə dəbbə hesablaması ədalətli deyildir və bu məbləğin kredit müqaviləsi üzrə 1145 ABŞ dolları həcmində müəyyənləşdirilməsi tərəflərin əmlak mənafeləri baxımından daha ədalətlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınça icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərraçdan satmaq hüququna malikdir. “İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. “İpoteka haqqında” Qanunun 59.3.1-ci və 59.3.2-ci maddələrinə əsasən, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekayaya qoyulmuş olduqda və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, qanunverici ipoteka müqaviləsi əsasında kreditin qaytarılması üçün ipoteka ilə yüklü edilmiş mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi qaydasını müəyyən etmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər icra olunmadığından, məhkəmə, tutmanın cavabdehə məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən, 3 otaqlı, 60.63 kv.m ümumi, 42.63 kv.m yaşayış, 18.0 kv.m yardımçı sahədən ibarət 7 nömrəli evin 56 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun ipotekaya qoyulmuş mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, ipoteka mənzil satıldıqdan 1 ay sonra mənzilin boşaldılması barədə tələbləri əsaslı hesab edir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən, 3 otaqlı, 60.63 kv.m ümumi, 42.63 kv.m yaşayış, 18.0 kv.m yardımçı sahədən ibarət 7 nömrəli evin 56 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, X3, Cavabdeh3 həmin mənzildən çıxarılmaları hissəsində əsassızıdr və təmin edilməməlidir. Məhkəmə hesab edir ki, bank iddiaçı kimi cavabdehlərin mənzilindən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılmaları üzrə iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətində boşaldılması aid ola bilər. Nə Mülki Məcəllədə, nə də «İpoteka haqqında» Qanunda bankın cavabdehə və mənzildə qeydiyyatda olan digər şəxslərə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmaları predmeti ilə iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Həmin hüquq ipoteka predmetinə tutma yönəldilərək mənzil özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İş üzrə təyin edilmiş qiymətləndirmə ekspertizası üzrə "xxxx" MMC-nin QXM 390/M saylı, 12.07.2021-ci il tarixli rəyindən görünür ki, edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən, 3 otaqlı, 60.63 kv.m ümumi, 42.63 kv.m yaşayış, 18.0 kv.m yardımçı sahədən ibarət 7 nömrəli evin 56 nömrəli mənzilinin likvid dəyəri 93500 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspert rəyi ilə mənzilin likvid dəyəri 93500 manat müəyyən edilməlidir. İşdə olan ödəniş tapşırığı və elektron xidmət portalından görünür ki, iddiaçı məhkəməyə müraciət etmək 30 manat, ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, həmin xərclər cavabdehlərə aid edilməli. Mülki-Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 29.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə 11459,41 (on bir min dörd yüz əlli doqquz ABŞ dolları qırx bir sent) ABŞ dolları əsas borc, 8519,19 (səkkiz min beş yüz on doqquz ABŞ dolları on doqquz sent) ABŞ dolları faiz borcu, 1145 (bir min yüz qırx beş )ABŞ dolları cərimə borcu, illik 5% dərəcəsi ilə 1236 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutumanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı tutulsun. Tutma Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 7 saylı evin 56 saylı mənzilinə yönəldilsin, həmin mənzil ilkin satış qiyməti 93500 (doxsan üç min beş yüz) manat olmaqla hərracdan satılsın və əldə edilmiş vəsait hesabına borc ödənilsin. Mənzil satıldıqdan 1 ay sonra boşaldılsın. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh1 tutularaq tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X4, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, Bank rekvizitləri: "xxxx" ASC-nin «Promo» filialı,H/h AZ64BBTB**********1583000005, M/h: AZ13NABZ013501000**********, KOD:501554; SWİFT:BBTBAZ22, VÖEN **********) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar