Məhkəmə qərarları › İş №2(009)-47/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-47/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-47/2022 20.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, X4 oglunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 20 noyabr 2019-cu il tarixli YSNPU-3852 saylı kredit müqaviləsi üzrə borcuna görə 252,92 manat əsas, 9,83 manat faiz, cəmi 262,75 manat məbləğində borcun və həmçinin ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC-nin «Yasamal» filialı ilə borclu Cavabdeh1 arasında bağlanmış 20 noyabr 2019-cu il tarixli, YSNPU-3852 saylı kredit müqaviləsinə əsasən illik 23% dərəcəsi olmaqla 18 ay müddətinə 1000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminatı olaraq 20 noyabr 2019-cu il tarixdə İddiaçı ASC-nin Yasamal filialı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 20 noyabr 2019-cu il tarixli, YSNPU-3852 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 20 noyabr 2019-cu il tarixli, YSNPU-3852 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 Məmməd oğlu kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 20 noyabr 2019-cu il tarixli, YSNPU-3852 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 20-dən gec olmayaraq hər ay 66,22 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 Məmməd oğlunun 20 noyabr 2019-cu il tarixli, YSNPU-3852 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 252,92 manat, faiz borcuna görə 9,83 manat, cəmi 262,75 manat təşkil edir. Səbail rayon Məhkəməsinin 2(009)-47/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 12 mart 2021-ci ildə vəfat etdiyi üçün İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı iddia tələbi üzrə mülki işin icraatına xitam verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli YSNPU-3852 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin «Yasamal» filialı ilə borclu Cavabdeh1 arasında bağlanmış 20 noyabr 2019-cu il tarixli, YSNPU-3852 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana illik 23% dərəcəsi olmaqla 18 ay müddətinə 1000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 20 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 20 noyabr 2019-cu il tarixli, YSNPU-3852 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu Cavabdeh1 ilə birlikdə məsuliyyət daşıyır. İş materiallarında olan 27 aprel 2021-ci il tarixli RB-02/PK-4339 nömrəli arayışdan görünür ki, Cavabdeh1 20 noyabr 2019-cu il tarixli, YSNPU-3852 saylı müqaviləsi üzrə 26 aprel 2021-ci il tarixinə əsas borcu 252,92 manat, 9,83 manat faiz borcu, cəmi 262,75 manat təşkil edir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, tərəflər arasında kreditin və ona hesablanmış faizlərin xx.xx.2019-cu il tarixdən başlayıb, hər ay 66,22 manat, sonuncu ay 66,28 manat ödəməklə xx.xx.2021-ci il tarixdə bitməli olmasını göstərən ödəniş qrafiki tərtib edilmişdir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehlərə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarında olan AZ-İİ 176743 nömrəli, 15 mart 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 12 mart 2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021 ilin 03 ayının 12 günündə 499 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin xx.xx.2022-ci il tarixli, 05/3721-11 nömrəli məktubundan görünür ki, «Elektron Notariat» informasiya sistemində xx.xx.2022-ci il tarixədək aparılmış araşdırma nəticəsində Cavabdeh1 adına vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci və 472.2-ci maddələrinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2019-cu il tarixdə, YSNPU-3852 saylı kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən illik 23% dərəcəsi olmaqla 18 ay müddətinə Cavabdeh1 1000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminatı olaraq 20 noyabr 2019-cu il tarixdə İddiaçı ASC-nin Yasaal filialı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 20 noyabr 2019-cu il tarixli, YSNPU-3852 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. Cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə dövri ödənişlər etməli olduğu halda, müəyyən miqdarda ödəniş etmiş, sonradan öhdəliyini pozaraq borcunu vaxtında qaytarmamışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə bağlı cavabdehlərə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisənin məhkəmədən kənar qaydada həll olunması cəhdi heç bir nəticə verməmişdir. Nəticədə cavabdehin 20 noyabr 2019-cu il tarixli, YSNPU-3852 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 252,92 manat, faiz borcuna görə 9,83 manat, cəmi 262,75 manat məbləğində borcu yaranmışdır. Cavabdeh1 12 mart 2021ci ildə ölmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Cavabdeh1 12 mart 2021-ci ildə öldüyü, zamin Cavabdeh2 20 noyabr 2019-cu il tarixli, YSNPU-3852 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıdığı üçün 20 noyabr 2019-cu il tarixli YSNPU-3852 saylı kredit müqaviləsi üzrə 252,92 manat əsas, 9,83 manat faiz, cəmi 262,75 manat məbləğində borc zamin Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 252,92 (iki yüz əlli iki manat doxsan iki qəpik) manat əsas, 9,83 (doqquz manat səksən üç qəpik) manat faiz borcu olmaqla, cəmi 262,75 (iki yüz altmış iki manat yetmiş beş qəpik) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar