Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-48/2021 24.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2, X1 iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh verdiyi 120000 (yüz iyirmi min) manat borcun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, əvvəllər tanıdığı Cavabdeh ona müraciət edərək Bakı şəhəri, Səbail rayonu,13-cü Badamdar yolu, 16 saylı evin, 1 saylı mənzili müəssisə evi olduğundan həmin mənzili özəlləşdirərək satmaq istədiyini bildirmişdir. O, demişdir ki, əgər həmin mənzili gələcəkdə satarsa razılaşsalar, o, həmin mənzili alacaqdır. Aralarındakı razılaşmaya əsasən 15 sentyabr 2018-ci il tarixində iki şahidin yanında Cavabdeh 120000 (yüz iyirmi min) manat pul vermişdir. Həmin vaxt Cavabdeh ona pulun alınmasına dair qəbz vermiş və ondan götürdüyü pulu 2019-cu ilin avqust ayında qaytaracağına söz vermişdir. Həmçinin, götürmüş olduğu pulun zəmanəti kimi istifadəsində olan mənzilin sənədlərini ona vermişdir. Təqribən 2019-cu ilin əvvəllərində pulunu istədikdə o, bildirmişdir ki, baş etibarnamə versin, mənzili özəlləşdirdikdən sonra qiymətdə razılaşsalar. Onlar razılaşmış və Cavabdeh 03 may 2019cu il tarixində iki il müddətinə etibarnamə vermişdir. O, mənzili özəlləşdirməyə verərkən məlum olmuşdur ki, Cavabdeh ona vermiş etibarnaməni 27.06.2019-cu il tarixdə ləğv etdirib. Beləlikilə, Cavabdeh ondan borc adı ilə etibarından istifadə edərək 120 000 (yüz iyirmi min) manat pulunu ələ keçirmişdir. Sonradan İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə verərək Cavabdeh 120 000 (yüz iyirmi min) manat əsas borcun və Mərkəzi Bankın müəyyən etdiyi illik 9,25 faiz dərəcəsinə uyğun olaraq 13500 (on üç min beş yüz) manat faiz, ümumilikdə 133500 (yüz otuz üç min beş yüz) manat pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(009)- 2634/2019 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh 120 000 (yüz iyirmi min) manat əsas borc və Mərkəzi Bankın müəyyən etdiyi illik 9,25 faiz dərəcəsinə uyğun olaraq 13 500 (on üç min beş yüz) manat faiz borcu, ümumilikdə 133500 (yüz otuz üç min beş yüz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Mülki iş üzrə Cavabdeh məhkəmənin qeyd edilən qiyabi qətnaməsinin ləğvinə dair şikayət verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(009)- 1686/2020 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(009)-2634/2019 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianın əsasının dəyişdirilməsi barədə ərizə verərək Cavabdeh 133.500 (bir yüz otuz üç min beş yüz) manat tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsasının dəyişdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair" qərarında Konstitusiya Məhkəməsi iddianın predmeti, obyekti və əsası barədə geniş izah verilmişdir. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına əsasən “Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətindən irəli gələn maddi hüquqi tələbi başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsası dedikdə isə iddiaçının öz tələbini təsdiq etmək üçün irəli sürdüyü hallar, yəni tərəflər arasındakı maddi-hüquq münasibətlərinin yaranması, dəyişməsi və xitamının bağlı olduğu hallar başa düşülür. İddianın faktiki əsasına iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar, iddianın hüquqi əsasına isə iddiaçının cavabdehə qarşı olan tələbinin hüquqi cəhətdən əsaslandırılması aiddir”. Hazırki mülki iş üzrə İddiaçı Cavabdeh 133.500 (bir yüz otuz üç min beş yüz) manat tələbi iddianın predmetini təşkil edir. İlkin iddia üzrə iddianın əsasını iddiaçının cavabdehə verdiyi borc məbləği və həmin borc məbləğinin verilməsini sübut edən cavabdeh tərəfindən təqdim edilən müvafiq qəbz təşkil etmişdir. İddianın dəyişdirilməsi ilə bağlı hazırki ərizə ilə iddiaçı iddianın əsasının dəyişdirilməsini məhkəmədən xahiş edir. Belə ki, məhkəmə araşdırması zamanı sübut edilmişdir ki, cavabdehin yaşadığı mənzilə dair heç bir hüquq müəyyənedici sənədi olmamışdır. Həmin mənzilə dair rəsmi sənəd, yalnız mənzilin cavabdehin babasının istifadəsində verilməsi barədə order olmuşdur. Cavabdehin valideynləri vəfat etdikdən sonra Müdafiə Nazirliyindən cavabdehə bildirilmişdir ki, kompensasiya kimi ona 5.000 (beş min) manat pul veriləcək və onun həmin mənzildən istifadə hüququna xitam veriləcəkdir. Əgər cavabdeh bu təkliflə razılaşmasa həmin mənzil məhkəmə qaydasında cavabdehdən alınacaqdır. Belə ki, cavabdehin həmin mənzil üzərində hər hansı hüququnun olması dövlət tərəfindən tanınmırdı. Cavabdeh və iddiaçı iddianın obyektini təşkil edən mənzil üzərində cavabdehin hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı razılaşma əldə edirlər. Qeyd edilən razılaşmanın şərtlərinə əsasən iddiaçı mənzili Müdafiə Nazirliyinin balansından çıxarmalı (mənzilin xidməti mənzillər siyahısından çıxarılması) və həmin mənzil üzərində cavabdehin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını təmin etməli, cavabdeh isə iddiaçının bu xidmətlərinin qarşılığı olaraq həmin mənzildə cavabdeh və onun ailəsi ilə birgə yaşamağı, yaxud Badamdar qəsəbəsində yerləşən iddianın obyektini təşkil edən mənzili cavabdehin, cavabdehə məxsus olan Əhmədli qəsəbəsindəki iki otaqlı mənzil isə iddiaçının mülkiyyətinə verilməklə dəyişdirilməsini tərəflər öz öhdələrinə götürürlər. İddianın faktiki əsası məhkəmə araşdırması zamanı tam şəkildə sübut edilmişdir. Belə ki, 15 oktyabr 2020-ci il tarixli məhkəmə iclasında (iclas protokolunun 3-cü səhifəsi) cavabdeh bildirmişdir ki, "razılaşmaya görə əmlaka dair sənədləşmə Marina xanımın adına ediləndən sonra mən Əhmədli qəsəbəsində yerləşən onların iki otaqlı mənzilinə qeydiyyata düşəcəkdim”. 27 oktyabr 2020-ci il tarixli məhkəmə iclasında (məhkəmə iclas protokolunun 1-ci səhifəsi) cavabdeh bildirmişdir ki, “razılaşmaya əsasən iki variant mövcud idi: 1) sənədləşmə bitəndən sonra Badamdar qəsəbəsində yerləşən sənədləşmiş evin yanında Marina xanım həyat yoldaşı ilə ev tikib mənimlə birlikdə yaşayacaq, 2) Badamdar qəsəbəsində yerləşən evə səndlər Marina xanımın adına keçirilir, Əhmədli qəsəbəsində yerləşən iki otaqlı ev isə olur mənim mülküm”. 06 noyabr 2020-ci il tarixli məhkəmə iclasında (məhkəmə iclas protokolunun 1-ci və 2-ci səhifələri) cavabdeh bildirmişdir ki, “evi Müdafiə Nazirliyinin balansından çıxarıb mənim adıma sərəncam verilməsini Marina xanım edib". "Əmim rəhmətə gedəndən sonra Müdafiə Nazirliyinin mənzil idarəsinə evin səndləşməsi ilə bağlı gedəndə mənə bildirdilər ki, mənə ya 5000 manat kompensasiya verəcəklər mən evdən çıxacağam, ya da məhkəmə yolu ilə məni həmin evdən çıxaracaqlar. Çünki həmin evdə qalmağıma heç bir hüququm yox idi". Nəhayət 16 noyabr 2011-ci il tarixli məhkəmə iclasında (məhkəmə iclas protokolunun 1-ci səhifəsi) cavabdeh aşağıdakı formada razılığa gəldiklərini bildirmişdir: “sənədləşmə işlərinin düzəlməsində Marina xanımgil bizə kömək etsin. Sənədləşmə işi yekunlaşandan sonra mənim evimin yerləşdiyi sahədə ev tikib birgə yaşayaq. Həmçinin razılaşdıq ki, sənədləşmə işləri yekunlaşandan sonra mənim evimi satıb mənə ev alaq, qalan məbləği isə Marina xanıımgil götürsün və ya bu evin əvəzinə mənə onların Əhmədli qəsəbəsində olan evini versinlər bu evi isə Marina xanımgil götürsün yəni öz aramızda evləri dəyişək. Razılaşmaya əsasən Marina xanım və onun ailəsi onlara düşən öhdəliyi yerinə yetiriblər sənədləşməni reallaşdırıblar mən isə yox." Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - Mülki Məcəllə) 405.1-ci maddəsinin tələblərinə əsasən “tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır". Göründüyü kimi, tərəflər arasında xidmətlərin göstərilməsinə dair müqavilə üzrə mühüm şərtlər barədə razılıq əldə edilmiş və beləliklə müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçı (müqavilə üzrə icraçı) iddianın obyektini təşkil edən Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən mənzili cavabdehin adına rəsmiləşdirməyi, cavabdeh isə icraçının xidmətlərinin qarşılığını ödəməyi öhdəsinə götürmüşdür. İcraçının xidmətləri tərəflər arasında 120.000 (bir yüz iyirmi min) manat məbləğində qiymətləndirilmişdir. Lakin tərəflər cavabdehin həmin məbləği ödəmək qabiliyyətinin olmamasını nəzərə alaraq, həmin məbləğin əvəzinə Badamdar qəsəbəsindəki mənzil üzərində birgə mülkiyyət hüququnu qeydə aldırmağı, yaxud tərəflərə məxsus olan tərəfindən 01 sentyabr 2018-ci il tarixdə verilmiş qəbz icraçının xidmətlərinin dəyərinin 120.000 manat olması barədə tərəflərin razılığa gəlməsini sübut edir. Tərəflərin razılaşmasına əsasən iddiaçının göstərdiyi xidmətlərin dəyəri 120000 manat həcmində müəyyən edilmişdir. Cavabdeh tərəfindən təqdim edilən qəbz məhz həmin razılığın təsdiqini ifadə etməkdədir. Mülki Məcəllənin 404.1-ci maddəsinin tələblərinə əsasən ''Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır". Həmin Məcəllənin 404.2-ci maddəsinin tələblərinə əsasən "Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə almır." Mülki Məcəllənin 425.1-ci maddəsinin tələblərinə əsasən "öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir". Mülki Məcəllənin 430.1-ci maddəsinin tələblərinə əsasən “əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir”. Mülki Məcəllənin 434.1-ci maddəsinin tələblərinə əsasən “bir neçə öhdəlikdən biri (alternativ öhdəlik) icra edilməli olduqda seçmək hüququ, əgər müqavilədən, bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, borcluya mənsubdur”. Mülki Məcəllənin 435-ci maddəsinin tələblərinə əsasən “kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır”. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələblərinə əsasən "əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir". Mülki Məcəllənin 449.1-ci maddəsinin tələblərinə əsasən “özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər”. Mülki Məcəllənin 560-cı maddəsinin tələblərinə əsasən “hüquqdan sui-istifadəyə yol verilmir”. Həmin Məcəllənin 560.3.2-ci maddəsində “şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi”, 560.3.4cü maddəsində isə “digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi” hüquqdan sui istifadəyə aid edilir. Mülki Məcəllənin 777.1-ci maddəsinin tələblərinə əsasən “tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür”. Mülki Məcəllənin 783.2-ci maddəsinin tələblərinə əsasən “vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun”. Göründüyü kimi, iddianın istər hüquqi, istərsə də faktiki əsası iddiaçıya cavabdehdən göstərilən xidmətlərin qarşılığı olaraq tərəflərin razılaşmasına uyğun olaraq ödənişin edilməsini tələb etmək hüququ verir. İddiaçı bu ərizə ilə iddianın predmetini dəyişmədən, yəni cavabdehdən 133.500 (bir yüz otuz üç min beş yüz) manat pul vəsaitinin ödənilməsini tələb etməklə yanaşı, həmin ödənişin əsasını (borcun qaytarılması) dəyişib, qarşılıqlı razılaşmaya əsasən göstərilən xidmətlərin əvəzi kimi muzd qismində ödənişin həyata keçirilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, əvvəllər tanıdığı İddiaçı ilə söhbət edərkən qeydiyyatda olduğu və daimi yaşadığı ünvan 1 ünvanında yerləşən mənzili öz adına sənədləşdirmək istədiyini bildirmişdir. Marina isə ona evi sənədləşdirəcəyi halda qardaşının ev üzərində iddia qaldıracağını və ya satacağını deyərək bu işdə ona kömək edə biləcəyini bildirmişdir. Belə ki, Marina ona “gəl öz aramızda səninlə əqd bağlayaq və həmin əqddə qeyd edək ki, guya mən (Marina) sənə 120000 (yüz iyirmi min) manat borc pul vermişəm və sən də həmin borcun müqabilində evi girov qoymusan, belə etsək qardaşın ev üzərində iddia qaldırsa belə mən həmin vaxt bu əqdi ona göstərəcəm və o heç nə edə bilməyəcək” demişdir. Bundan sonra o, bu fikirlə razılaşmış və Marinanın evində qeyd olunan əqdi bağlamışlar. Lakin həmin vaxt onların yanında heç bır şahid olmamış, ancaq Marina onun tanımadığı iki nəfər şəxsin şəxsiyyət vəsiqələrinin seriya və nömrələrini yazaraq onların əvəzinə imza çəkmişdir. Bildirmək istəyir ki, aralarında bağlanan əqd sırf formal xarakterli olmuş, onun Marinaya heç bir borcu olmamışdır. Həmçinin bildirmək istəyir ki, o, söhbətin məğzini anladıqdan sonra Marinanın evinə getmiş və həmin vaxt Marina özü də ona “sənin mənə heç bir borcun yoxdur əqdi sadəcə formal xarakterli bağlamışıq” demişdir. Həmçinin, bildirmək istəyir ki, Marinanın həmin vaxt dediyi sözlərin hamısı səs yazıları ilə təsdiqlənir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh əlavə olaraq bildirmişdir ki, dayısı rəhmətə gedəndən sonra Müdafiə Nazirliyinin mənzil idarəsinə evin səndləşməsi ilə bağlı gedəndə ona bildirdilər ki, ona ya 5000 manat kompensasiya verəcəklər və o, evdən çıxacaq, ya da məhkəmə yolu ilə onu həmin evdən çıxaracaqlar. Çünki həmin evdə qalmağına heç bir hüququ yox idi. İddiaçı ilə aralarında razılığa gəldilər ki, sənədləşmə işlərinin düzəlməsində Marina xanımgil ona kömək etsin. Sənədləşmə işi yekunlaşandan sonra onun evinin yerləşdiyi sahədə ev tikib birgə yaşasınlar. Həmçinin razılaşdılar ki, sənədləşmə işləri yekunlaşandan sonra onun evini satıb ona ev alsınlar, qalan məbləği isə Marina xanımgil götürsün və ya bu evin əvəzinə ona onların Əhmədli qəsəbəsində olan evini versinlər bu evi isə Marina xanımgil götürsün yəni öz aralarında evləri dəyişsinlər. Razılaşmaya əsasən Marina xanım və onun ailəsi onlara düşən öhdəliyi yerinə yetiriblər sənədləşməni reallaşdırıblar o, isə yox. Bundan əlavə bildirmişdir ki, evi Müdafiə Nazirliyinin balansından çıxarıb onun adına sərəncam verilməsini Marina xanım edib. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, iddia ərizəsində abstrakt, olmayan müqavilədən söhbət gedir. Tərəf onu hüquqi baxımdan əsaslandırmağa çalışır. Ola bilər ki, tərəflər arasında müəyyən fikirlər, razılaşmalar olub, lakin şifahi formada olub. Hər hansı bir müqavilə imzalanmayıb və belə bir müqavilə mövcud deyil. 120.000 manat böyük məbləğdi, belə bir məbləğlə bağlı müqavilə yazılı bağlanmalı idi. Viktor evlənəndən sonra tərəflərin münasibətləri pozuldu. Cavabdeh evin qardaşı tərəfindən ələ keçirilməsindən qorxduğu üçün iddiaçı ilə danışıqlar aparıb, iddiaçı da onun bu vəziyyətindən istifadə edib. Viktor sonradan fikrini dəyişib. Hazırda onun belə bir iradə ifadəsi yoxdur. Viktor iddiaçının evinə də gedəndə yenidən qəbzi yazmaqla bağlı mübahisə ediblər. Viktor özünü balkondan atıb, bu da onu göstərir ki, onun iradə ifadəsi olmayıb bu danışıqları davam etdirməyə. Bundan başqa qəbzdə borc ifadəsi qeyd edilib. Dəqiqləşdirmə ərizəsində isə xidmət müqabilində həmin pulun tələb edildiyi göstərilir. Hesab edir ki, iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Buna görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, onların izahatlarını və ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi AZE ********) CavabdehN tərəfindən imzalanmış 01.09.2018-ci il tarixli qəbzdən görünür ki, o, iki nəfər şahid - N.V. Maqaldadze və F.Q.Hacıyevin iştirakı ilə iltizam vermişdir ondan ötrü ki, o, İddiaçı və X3 120.000 manat məbləğində borc almış və Mülki Məcəllənin maddələrinə müvafiq olaraq borcunu 2019-cu ilin avqustunda qaytarmağı öhdəsinə götürür, göstərilən müddətdə borcunu qaytarmadıqda qanunla nəzərdə tutulan məsuliyyəti daşıyacağaqdır. Borcun təminatı kimi girov qismində onun adına olan mənzilin sənədlərini qoyur, borcverənlər həmin sənəd əsasında öz mülahizələri ilə əmlakı üzərində sərəncam vermək hüququnu əldə edirlər. İş materiallarına əlavə olunmuş Bakı şəhəri, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 07.12.2018-ci il tarixli 290 saylı sərəncamından görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil xidməti mənzillər siyahısından çıxarılması və ünvan 2 ünvanında yerləşən mənzilə dair vətəndaş Cavabdeh ilə daimi icarə müqaviləsinin bağlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, 16 saylı evin 1 saylı mənzili 17.10.2019-cu il tarixdən Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 25 saylı evin 100 saylı mənzili 17.07.2014-cü il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatsıçı, polis leytenantı Yasəf Rüstəmov tərəfindən qəbul edilmiş 09.07.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, 23.06.2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, 13-cü Badamdar yolu, ev 16 ünvanında qeydiyyatda olan və yaşayan vətəndaş Cavabdeh Səbail RPİ-nin 8-ci PB-yə həmin tarixdə ünvan 4 ünvanında yerləşən 4 A saylı mənzildə Marina Pavlovna tərəfindən döyülməsi barədə ərizə ilə müraciət etmişdir. Həmçinin, 23.07.2019-cu il tarixdə saat təxminən 17:06 radələrində ünvan 5 ünvanında qeydiyyatda olan və ünvan 6 ünvanında yaşayan vətəndaş İddiaçı DİN-nin 102 xidmətinə zəng edərək, yaşadığı mənzildə Cavabdeh tərəfindən döyülməsi barədə məlumat vermişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış materialda cinayət tərkibi madığı üçün cinayət işinin başlanması rədd edilmiş və vətəndaş Cavabdeh və İddiaçı Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tulmuş məsuliyyətə cəlb olunması məqsədi ilə qərarın surəti icra edilməsi üçün Səbail RPİnin 8-ci PB-nin aidiyyəti əməkdaşına həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Abşeron rayon Mənzil İstismar hissəsinin 3 saylı MİS-nin 02.08.2018-ci il tarixli 314 saylı arayışından görünür ki, 1990-cı il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi 16 saylı evin 1 saylı mənzilində qeydiyyatdadı. Babası, 1926-cı il təvəllüdlü X10 1953-cü ildən bu ünvanda qeydiyyatda olmuş, 30.05.2008-ci ildə vəfat etmişdir. Nənəsi 1924-cü il təvəllüdlü X5 1965-ci ildən bu ünvanda qeydiyyatda olmuş, 26.10.2009-cu ildə vəfat etmişdir. Anası 1957-ci il təvəllüdlü X4 1973-cü ildən bu ünvanda qeydiyyatda olmuş, 20.11.2017-ci ildə vəfat etmişdir. Dayısı, 1952-ci il təvəllüdlü X9 1980-cı ildən bu ünvanda qeydiyyatda olmuş, 24.06.2010-cu ildən bu evin sahibi olmuş, 26.02.2018-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28.04.2021ci il tarixli qərardadı ilə daşınmaz əmlakların bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və "xxxx" MMC-nin, Cavabdeh mülkiyyətində olan Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi 16 saylı evin 1 saylı mənzilinin yerləşdiyi torpaq sahəsi də nəzərə alınmaqla və İddiaçı məxsus ünvan 7 ünvanında yerləşən mənzilin bazar dəyərlərinin müəyyən edilməsi üzrə ƏEM/İ 58-717/21 saylı, 23.08.2021-ci il tarixli ekspert rəyi ilə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi 16 saylı evin 1 saylı mənzilinin bazar dəyəri 40.000 (qırx min) manat, torpaq sahəsinin isə dəyəri 123500 (yüz iyirmi üç min beş yüz) manat və İddiaçı məxsus ünvan 7 ünvanında yerləşən mənzilin bazar dəyəri 61000 (altmış bir min) manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, İddiaçı onun rəfiqəsidir və onun ailəsi ilə onların ailəsinin dostluq münasibətləri vardır. O, Marina ilə birgə müxtəlif insanlara münasibətdə xeyriyyə işlərini təşkil edirlər. Bildirir ki, Cavabdeh iki il bundan öncə İddiaçı müraciət edərək bildirmişdir ki, onun yaşadığı ev Müdafiə Nazirliyinin balansındadır və həmin əmlak onun ya dayısına, ya babasına istifadəyə verilmişdir. Həmin şəxsin vəfatından sonra Viktorun həmin evə dair hər hansı bir hüququ olmadığına görə onu o evdən çıxaracaqdılar, qalmağa yeri olmayacaqdı. Onun etnik olaraq rus olduğunu, onların da xeyriyyə yardımları etdiklərini, yaxşı əlaqələrinin olmasını nəzərə alaraq Marinaya müraciət etmişdir. Bundan sonra sənədləşmə işləri ilə əlaqədar Marina və Viktor arasında razılaşma yazılmış və imzalanmışdır. Sənədləşmə ilə bağlı dövlət qurumlarına müraciətlər etməyə başlamışlar. Evin sənədləşməsi ilə bağlı, ümumiyyətlə Viktorla bağlı Marina tərəfindən çox böyük işlər görülüb, əziyyət çəkilib – həm maddi, həm də mənəvi cəhətdən. Bu müddət ərzində Viktor Marinagildə qalmış, yeməyini onlarda yemişdir. Telefon vasitəsi ilə Marina ilə danışanda dəfələrlə eşitmişdir ki, Viktor Marinaya və onun yoldaşına “ana və ata” kimi müraciət edirdi, onların münasibətləri çox yaxşı idi. Viktor və Marina aralarında şifahi razılığa gəlmişlər, o və digər şəxs – Fazil Həciyev – şahid qismində iştirak etmişlər. Razılaşma imzalandıqdan sonra işlər davam etmişdir. Lakin bir müddət keçmiş və Viktor telefonlara cavab verməməyə başlamış, onunla əlaqə saxlamaq mümkün olmamışdır. Bir gün Marina ona zəng edib bildirdi ki, Viktor onu döymüşdür. O, Marinagilin evinə gələndə Marinanın ağladığını görmüş və ona polisə müraciət etməyini məsləhət vermişdir. Marina polisə zəng edəndə bildiriblər ki, Viktor artıq polisə müraciət etmişdir. Onun qızı ilə balkonda razılaşma kağızının hissələrini tapıb yığmışlar və yapışdırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, İddiaçı həyat yoldaşıdır. Cavabdeh uşaq olan vaxtlarda ailəsi onu onların yaşadığı əraziyə tez-tez gətirirdi, ailəsi ilə tanış idilər, onun qızı ilə birlikdə uşaqlıqda məhəllədə oynayırdılar. Uzun müddət sonra Viktorun valideynləri və dayısı dünyasını dəyişəndən sonra, Viktor onlara gəlib bildirdi ki, onu yaşadığı evdən çıxarırlar və xahiş etdi ki, ona bu məsələdə köməklik etsinlər. Marina ondan xahiş etdi ki, Viktora yardım etsin və o, Marinanın xətrinə razılaşmışdır. O, Cavabdeh evinə getmiş, Tarasov qardaşı ilə birlikdə evdə olmuş, o, təklif etmişdir ki, bu məsələni həll edər və həlli üçün onunla müəyyən razılığa gəlmişlər. Bu məsələnin həlli ilə bağlı üç dəfə onlardan soruşmuş, ona razı olduqlarını bildirmişlər. Onlar Cavabdeh evlərinə qəbul etmişlər, o, onların evinə oğulları kimi gəlmişdir. O, bu işlərin həlli üçün iş yerindən 50.000 ABŞ dolları məbləğində pul götürmüşdür. Onların aldatmaq məqsədləri olsa idi, öncədən evi öz adlarına sənədləşdirə bilərdilər, lakin onlar bunu etməmişlər. Bütün bunlardan sonra o, anlamışdır ki, Tarasov əvvəldən onları aldatmaq fikrində olmuşdur. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş audio yazı dinlənilən zaman Cavabdeh İddiaçı evinə gəlməsi, yazılmış qəbzlə bağlı aralarında münaqişə yaşandığı, Cavabdeh qəbzdə qeyd edilən məbləğdə pulu İddiaçıgildən götürmədiyini bildirməsi, İddiaçı isə ona qəbzi yenidən yazmasının lazım olduğunu bildirməsi müəyyən edilmişdir. Beləliklə də, işin araşdırılmış hallarından məlum olur ki, iddiaçı cavabdehdən ilkin olaraq 15 sentyabr 2018-ci il tarixində iki şahidin yanında Cavabdeh 120000 (yüz iyirmi min) manat pul verməsini, Cavabdeh ondan borc adı ilə etibarından istifadə edərək həmin məbləğdə pulunu ələ keçirməsini göstərərək həmçinin 13500 (on üç min beş yüz) manat faiz, ümumilikdə 133500 (yüz otuz üç min beş yüz) manat borcun ondan tutulmasını iddia etmiş, sonradan isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddiasının əsasını dəyişərək həmin məbləğin borc deyil, göstərilən xidmətlərin qarşılığı olaraq tərəflərin razılaşmasına uyğun olaraq ödəniş olmasını göstərmiş və tələbinin maddi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1, 404.2, 405.1, 425.1, 430.1, 434.1, 435, 448.1, 449.1, 777.1-ci maddələrinə istinad etmişdir. İddia tələblərinə əsasən iddiaçı tərəfindən göstərilən xidmətlər cavabdehin yaşadığı və qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzilə dair sonuncunun adına müvafiq sərəncamın verilməsi və özəlləşdirilməsindən ibarət olmuşdur. Başqa sözlə, iddiaçı mənzili Müdafiə Nazirliyinin balansından, yəni mənzilin xidməti mənzillər siyahısından çıxarılmasını və həmin mənzil üzərində cavabdehin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını təmin etməli, cavabdehin isə iddiaçının bu xidmətlərinin qarşılığı olaraq həmin mənzildə iddiaçı və onun ailəsi ilə birgə yaşamağı, yaxud Badamdar qəsəbəsində yerləşən iddianın obyektini təşkil edən mənzili iddiaçının, iddiaçıya məxsus olan Əhmədli qəsəbəsindəki iki otaqlı mənzil isə cavabdehin mülkiyyətinə verilməklə dəyişdirilməsi və ya sənədləşmə işləri yekunlaşandan sonra Badamdar qəsəbəsində yerləşən evin satılaraq cavabdehə ev alınması, qalan məbləğin isə iddiaçının götürməsi razılaşdırılmışdır. Cavabdeh isə iddianı qəbul etməyərək iddiaçının ilk tələbinin əsası olan aralarında heç bir borc münasibətlərinin olmamasını, aralarında bağlanan əqdin formal xarakter daşımasını, onun iddiaçıya heç bir borcu olmamasını, iddiaçının onun yaşadığı mübahisəli mənzilin onun adına sənədləşdirilməsində köməklik etsə də, bununla bağlı ona 133.500 manat verməli olması ilə razılaşmamışdır. Həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında məzmununda 120000 (yüz iyirmi min) manat borc pul verilməsinə dair sənədin əlavə olaraq imzalanması ilə bağlı mübahisələri olmuş və mübahisə polis orqanında araşdırılmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatsıçı, polis leytenantı Yasəf Rüstəmov tərəfindən qəbul edilmiş 09.07.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında əksini tapmış Cavabdeh izahatından görünür ki, 23.07.2019-cu il tarixdə yaxın tanışı olan və ünvan 8 ünvanında yerləşən 4a saylı mənzildə yaşayan İddiaçı evinə getmiş, orada olan zaman həmin şəxs ona 120000 manat pul alması barədə qeydlər olan yazılı kağızı imzalamasını tələb etmiş, bu zaman həmin kağızı cırmış və oradan uzaqlaşmaq istədikdə İddiaçı əli ilə ona çoxsaylı zərbələr vuraraq döyməyə başlamışdır. Sözügedən qərarda əksini tapmış İddiaçı izahatından görünür ki, keçmiş rəfiqəsi Elmira Quliyevanın vəfat etməsindən sonra həmin şəxsin oğlu Cavabdeh onun ailəsinə sığınmış, bundan sonra Viktorun bütün xərclərini öz üzərinə götürmüşdür. Yetkinlik yaşına çatdıqdan sonra Viktor Badamdar yolunda yerləşən evin təmir-tikinti işləri, həmçinin sənədləşməsində ondan pul köməkliyi göstərməsini xahiş etmiş və gələcəkdə evin satılması halında əldə olunan puldan ona olan öhdəliyini qaytaracığını, yaxud da evi ona verəcəyini vəd etmişdir. bundan sonra həmin işləri və xərclərin ödənilməsi üçün təxminən 12000 manat məbləğində pul sərf etmiş və Cavabdeh öz aralarında tərtib olunmuş müqavilə kağızını imzası ilə təsdiq etmişdir. Bir neçə gün əvvəl həmin müqavilə kağızına əlavələr olunması haqqında razılaşma əldə edilmiş, buna görə də 23.06.2019-cu il tarixdə Cavabdeh evə dəvət etmişdir. Həmin tarixdə Viktor onun yaşadığı evə gəlmiş, əvvəlcə sakit davranış sərgiləmiş və kağız müqaviləni gətirib birlikdə əlavələr edən zaman həmin şəxs kağız vərəqlərini qəflətən cırmağa, bir hissəsini ağzına alıb çeynəməyə başlamışdır. Bu zaman Viktorun niyyətini, yəni öhdəlik götürdüyü pula dair maddi sübutu yox etmə arzusunda olduğunu başa düşmüş və buna əngəl olmağa çalışmışdır. İşin materiallarından daha sonra görünür ki, iddiaçı Cavabdeh 120000 (yüz iyirmi min) manat əsas borc və Mərkəzi Bankın müəyyən etdiyi illik 9,25 faiz dərəcəsinə uyğun olaraq 13 500 (on üç min beş yüz) manat faiz, ümumilikdə 133500 (yüz otuz üç min beş yüz) manat pulun ona qaytarılması iddiası ilə müraciətindən sonra məhkəmə baxışı zamanı iddiasının predmetinə toxunmayaraq onun əsasını dəyişərək cavabdehin ona həmin məbləğdə pulu borc kimi deyil, göstərilən xidmətlərin qarşılığı olaraq tərəflərin razılaşmasına uyğun olaraq ödəniş kimi tutulmasını iddia etmişdir. Məhkəmə iddia tələbləri ilə qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala-qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Hər hansı iddia tələbi üzrə ilk olaraq iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. İddia tələbinin məzmununa əsasən cavabdehdən pul tələbinin əsasını iddiaçının cavabdehə mənzilinin özəlləşdirilməsi ilə bağlı göstərdiyi tapşırıq hüquq münasibətləri üzrə xidmətlərə görə, razılaşdırılmış və üzərinə götürdüyü öhdəlikləri sonuncunun icra etməməsi təşkil edir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi hallara, izahatlarına, şahid ifadələrinə və cavabdehin iddiaya olan etirazının dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən cavabdehin hazırda adına olan mənzilin sənədləşdirilməsi ilə bağlı müəyyən işlər görülməsi faktı olsa da, hətta onlar arasındakı bu münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1-ci maddəsinin tələblərinə əsasən tapşırıq müqaviləsi üzrə münasibətlər kimi qiymətləndirilməli olsa da belə, iddiaçı özünün bildirdiyi kimi cavabdehə göstərdiyi bu xidmətlərin (xərclərin) haqqının ümumilikdə 135500 manat təşkil etməsinin meyarları barədə məhkəməyə heç bir mötəbər və tutarlı sübut növləri təqdim etməmişdir. Məhkəmə bu qənaətə gələrkən həmçinin nəzərə alır ki, ilkin olaraq verilən iddia üzrə iddianın əsasını iddiaçının cavabdehə verdiyi borc məbləği və həmin borc məbləğinin verilməsini sübut edən cavabdeh tərəfindən təqdim edilən müvafiq qəbz təşkil etmişdir. Başqa sözlə, iddiaçı məhkəmə baxışının gedişatında iddianın əsasını dəyişdiryindən və göstərilən xidmətlərin qarşılığı olaraq tərəflərin razılaşmasına uyğun olaraq ödəniş tələb etdiyindən faktiki olaraq iş materiallarında olan 01.09.2018-ci il tarixli qeyd edilmiş qəbz də sübut əhəmiyyətini itirmişdir. Məhkəmə, iddianın maddi əsası kimi «Müqavilə təfsiri» «Müqavilənin mühüm şərtləri barəsində razılaşma», «Öhdəliklərin icrası zamanı vicdanlılıq», «Öhdəliyin icrasından imtina» «Alternativ öhdəlik» adlanan maddi hüquq normalarına istinad edilməsinə də qiymət verərək qeyd edir ki, tərəflər arasında mübahisəli mənzilin özəlləşdirilməsi və bununla bağlı sonrakı proseslərlə bağlı müəyyən razılaşmaların olmasına dair tərəflərin izahatlarının doğruluğu belə cavabdehin iddiaçının qarşısında pulla ifadə olunan mülki məsuliyyət daşımasına hüquqi əsas vermir. Başqa sözlə, tərəflər arasında iddiada göstərilən məzmunda olan razılaşmanın mövcudluğu tanındığı təqdirdə belə, bu razılaşma üzrə yaranan öhdəliklərin yerinə yetirilməməsi nəticəsində, yəni onun şərtləri pozulduğu halda şərtləri pozan şəxsdən pul məbləğinin tutulması ilə bağlı şərt olması müəyyən edilməmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Belə olan halda isə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli, "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manat İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manat İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************; Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************; KOD: 505594; SWİFT: GUNAAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-48/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-48/2021
24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver