Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-50/2025 21.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, iddiacı İddiaçı, onun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması tələbinə dair mülki işə Səbail Rayon Məhkəməsinin inzibati binasında acıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun atasına məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki baxış keçirmə və çöl ölçmə işlərinin aparılmasına maneənin aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi verərək, Cavabdeh iddiaçının atasına məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki baxış keçirmə və çöl ölçmə işlərinin aparılmasına maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X8 Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 1845 saylı xx.xx.1998-ci il tarixli sərəncamla ünvan 1 ərazisində torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə çıxarış almaq məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuş və həmin İdarədən mütəxəssis onun atasına məxsus torpaqda baxış keçirərkən cavabdeh tərəfindən torpağın həyət qapısı qaynaqlanaraq ora qıfıl bağlanmış və mütəxəssis tərəfindən hər hansı işlərin görülməsi mümkün olmamışdır. Bununla əlaqədar olaraq ona 11 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən rəsmi məktub da göndərilmişdir. Ona görə də, maneəni aradan qaldırmaq üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş, eləcə də bildirmişdir ki, atası X1 bir neçə dəfə torpaq sahəsi verilmişdir. Belə ki, hal-hazırda Cavabdeh yaşadığı ünvan 2 ünvanında olan 600 kv.m. torpaq sahəsi onun atası, cavabdehin isə ata babası olan X8 Binəqədineft NQÇİ-nin müraciəti əsasında Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının “Badamdar qəsəbəsində fərdi evlərin tikintisi üçün torpaq sahələrinin ayrılması haqqında” 2259 saylı, 14 iyul 1994-cü il tarixli sərəncamı əsasında ayrılmışdır. Həmin torpaq sahəsi sonradan X4 ərizəsi əsasında Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 3472 saylı, 24 oktyabr 1994-cü il tarixli sərəncamı ilə X7 oğlu, onların qardaşı, cavabdehin isə atası mərhum X9 adına sənədləşdirilmişdir. X4 adına torpaq sahəsi olmadığı üçün onun müraciəti əsasında Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının “Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində mövcud bağ sahəsinin sənədləşdirilməsi barədə” 1845 saylı, 14 dekabr 1998-ci il tarixli sərəncamı ilə “Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində mövcud bağ sahəsi X7 adına sənədləşdirilərək, orada fərdi evin tikintisinə icazə verilmişdir. 1994 və 1998-ci il tarixli sərəncamlarla ayrılmış torpaq sahələri qonşu sahələr olmuş və onlar bir-birindən hasarla ayrılmış, hər birinin ayrıca giriş-çıxış yolları olmuşdur. 1994-cü ildə ayrılmış torpaq sahəsində cavabdehin atası, onların isə qardaşı olan mərhum X16 tərəfindən fərdi yaşayış evi tikilmiş, 1998-ci ildə ayrılmış torpaq sahəsində isə ev tikilməmiş və oradan bağ sahəsi kimi istifadə edilmişdir. X2 vəfatından sonra cavabdeh və onun anası, X3 arvadı Nümayəndə1 tərəfindən torpaq sahələri arasında olan hasar sökülərək, torpaq sahələri birləşdirilmişdir. Cavabdeh və anası Nümayəndə1 torpaq sahələrini satmağa və iddiaçını miras əmlakdan məhrum etməyə çalışırlar. Hal-hazırda iddiaçının müraciəti əsasında xx.xx.2015-ci ildə vəfat etmiş X4 adına Bakı şəhəri 45 saylı Notariat Ofisində vərəsəlik işi açılmış və notarius tərəfindən 135 saylı, xx.xx.2022-ci il tarixli məktubla X7 adına olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair reyestrdən çıxarış verilməsi xahişi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Lakin cavabdeh tərəfindən torpağın həyət qapısı qaynaqlanaraq ora qıfıl bağlandığı üçün 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki baxış keçirmə və çöl ölçmə işlərinin aparılması indiyədək mümkün olmamışdır. Ona görə də, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və nümayəndəsi Nümayəndə2 izahatı ilə razı olduğunu bildirmişdir. Cavabdeh məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etmiş və izahat verərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi, yəni Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən 600 (0,06 ha) kv.metr torpaq sahəsi cavabdehin babası X8 Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 14 iyul 1994-cü il tarixli, 2259 nömrəli sərancamına əsasən ayrılmışdır. Sonradan Bakı şəhəri Səbail Rayon icra Hakimiyyəti başçısının 24 oktyabr 1994-cü il tarixli, 3472 nömrəli sərancamına əsasən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 14 iyul 1994-cü il tarixli, 2259 nömrəli sərəncamının 2.12-ci bəndində düzəliş edilərək, həmin torpaq sahəsi cavabdehin mərhum atası X9 adına sənədləşdirilmişdir. Bundan sonra həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmiş və cavabdeh və ailə üzvləri həmin evdə yaşamağa başlamşlar və halhazırda da cavabdeh ailə üzvlərilə birlikdə həmin mübahisəli torpaq sahəsində inşa edilmiş evdə yaşayırlar. Bunu Səbail RİHB-nın Badamdar qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 372 saylı arayışı da təsdiq edir. Cavabdehin mərhum atası X16 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra cavabdeh və onun bacısı X15 notariat ofisinə miras əmlakın qəbulu ilə əlaqədar müraciət etmişlər və onlar ataları X9, yəni miras qoyanın vərəsəsi kimi tanınmışlar. Bakı şəhəri 40 sayİı notariat ofisinin xx.xx.2022-ci il tarixli arayışı da bunu təsdiq edir. Həmin arayışdan həmçinin aydın olur ki, hal-hazırda vərəsəlik işi ilə əlaqədar notariat ofisinə onlardan başqa heç bir müraciət daxil olmamışdır. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi ilk olaraq cavabdehin babası, yəni iddiaçının da atası X8 Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 14 iyul 1994-cü il tarixli, 2259 nömrəli sərancamına əsasən ayrılsa da, sonradan Bakı şəhəri Səbail Rayon icra Hakimiyyəti başçısının 24 oktyabr 1994-cü il tarixli, 3472 nömrəli sərancamına əsasən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 14 iyul 1994-cü il tarixli, 2259 nömrəli sərəncamının 2.12-ci bəndində düzəliş edilərək, həmin torpaq sahəsi cavabdehin mərhum atası X9 adına sənədləşdirilmişdir. Bundan sonra həmin əmlak üzərində olan bütün hüquqlar cavabdehin mərhum atası X5 və onun da birinci növbəli vərəsələri cavabdeh və bacısı olduğundan, onların mərhum atalarının bacısının, yəni hazırkı İddiaçı həmin əmlak, torpaq üzərində heç bir subyektiv hüququ mövcud deyildir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək ümumiyyətlə mümkün deyildir. Eləcə də bildirir ki, iddiaçının iddia etdiyi “Köhnə bağlar” ərazisində torpaq sahəsi cavabdehin torpaq sahəsinin yerləşdiyi yerdə deyil, tamamilə başqa istiqamətdə yerləşir. Ona görə də, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işə baxıb, iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia təmin olunmamalıdır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci ildə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı və Cavabdeh ünvan 4 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan AR İqtisadiyya Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-2-30/2-71580- 8/202-**********15 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciəti ilə əlaqədar olaraq bildirilir ki, torpaq sahəsinə texniki baxış keçirmək və çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Elektron kadastr məlumatlarına əsasən şərti göstərilən torpaq sahəsinə digər fiziki şəxsin müraciəti mövcuddur. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində istinadlar, istinad məsafələr qeyd edilməmişdir. Bundan əlavə, təqdim edilmiş Səbail Ryaon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 1845 saylı sərəncamında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərin aparılması və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planların hazırlanması təmin edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının “Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində mövcud bağ sahəsinin sənədləşdirilməsi barədə” 1845 nömrəli, 14 dekabr 1998-ci il tarixli Sərəncamından görünür ki, Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində mövcud bağ sahəsinin X7 adına sənədləşdirilməsinə və orada fərdi evin tikintisinə icazə verilmişdir. Qeyd olunan sərəncama eskiz əlavə edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının “Badamdar qəsəbəsində fərdi evlərin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” 2259 nömrəli, 14 iyul 1994-cü il tarixli Sərəncamından görünür ki, Bakı şəhər icra hakimiyyətinin 921 nömrəli, 01.07.94-cü il tarixli sərəncamına istinad edərək və “Bibiheybətneft” NQÇİ-nin rəhbərliyinin təqdim etdiyi fəhlə və qulluqçuların siyahısına əsasən /01.Х.454 №-li, 11.07.94-cü il tarixli məktub/ aşağıda qeyd olunan vətəndaşlara fərdi evlərin tikintisi üçün torpaq sahələri hərəsi /600 /altı yüz/ kv.m ayrılması, Badamdar qəsəbəsində 600 /altı yüz/ kv.m fərdi ev tikmək üçün X8 ayrılması qərara alınmışdır. Qeyd olunan sərəncama eskiz əlavə edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, AZ-İİ 252510 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2022-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022 ilin 04 ayının 13 günündə 466 No ilə qeyd edilmişdir. İş materiallarında olan Səbail RİHB-nın Badamdar qəsəbə üzrə nümayəndəsinin 372 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X16 rəhmətə gedən günə qədər Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ev 268 ünvanında qeydiyyatda olmuş və qonşuların aktına əsasən Cavabdeh ailə üzvləri ilə birlikdə bu ünvanda qeydiyyatsız yaşayır. İş materiallarında olan Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən X10 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 vərəsəlik işi ilə əlaqədar ərizəçi tərəfindən notariat ofisinə müraciət daxil olmuş, o və qardaşı Cavabdeh miras qoyanın vərəsəsi kimi tanınmışlar. Hal-hazırda vərəsəlik işi ilə əlaqədar notariat ofisinə onlardan başqa heç bir müraciət daxil olmamışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının “Səbail RİHB-nın 2259 №-li, 14.07.94-cü il tarixli sərəncamının 2.12-ci bəndində düzəliş edilməsi barədə” 3472 nömrəli, 24 oktyabr 1994-cü il tarixli Sərəncamından görünür ki, “Bibiheybətneft” NQÇİ-nin vx. 2951 №-li, 11.10.94-cü il tarixli məktubuna istinad edilərək, “Bibiheybətneft” NQÇİ-nin fəhlə və quluqçularına Badamdar qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə Səbail RİHB-nın 2259 №-li, 14.07.94-cü il tarixli sərəncamının 2.12-ci bəndinə əsasən X12 ayrılmış torpaq sahəsi, onun oğlu X13 adına sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri 45 saylı Notariat ofisi tərəfindən İqtisadiyya Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 135 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı mütaciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2015-ci ildə vəfat etmiş X11 adına vərəsəlik işi açılmışdır. Qeyd olunanlarla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum X11 adına olan Bakı şəhəri, Səbail rayonu, Badamqar qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair reyestrdən çıxarış verilməsi xahiş olunmuşdur. İş materiallarında olan İqtisadiyya Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsinə ünvanlanmış 06 dekabr 2024-cü il tarixli, 3-21-3-30/2-49434/2024 nömrəliməktubundan görünür ki, torpaq sahəsinə baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 670.0 kv.m.təşkil edir. Faktiki olaraq göstərilən torpaq sahəsi digər 660.0 kv.m olan sahə ilə bir hasar daxilindədir (ara sərhədləri daş divarın bünövrəsi ilə sərhədlənib). Mübahisəli olan torpaq sahəsi üzərində birmərtəbəli qeyri-yaşayış obyekti mövcuddur. Digər 660.0 kv.m olan sahə üzərində isə ikimərtəbəli yaşayış evi var. Bundan əlavə sahə üzərindən yüksək gərginlikli (35 kVt-lıq) elektrik hava xətti keçir. Vahid elektron kadastr baza məlumatına əsasən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir. Sahə Dövlət mülkiyyəti torpağıdır. Əlavə olaraq bildirilir ki, torpaq sahələrinə dair heç bir sənəd təqdim edilmədiyindən qərardadda qeyd olunan sualların cavablandırılması tərəflərindən mümkün olmamışdır. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələrəli Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisinin 3-21-3-30/2-5171/2025 saylı, 10 fevral 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 600.0 kv.m.olsa da, faktiki olaraq 670.0 kv.m.təşkil edir. Faktiki olaraq göstərilən torpaq sahəsi digər 660.0 kv.m olan sahə ilə bir hasar daxilindədir (ara sərhədləri daş divarın bünövrəsi ilə sərhədlənib). Mübahisəli olan torpaq sahəsi üzərində birmərtəbəli qeyriyaşayış obyekti mövcuddur. Digər 660.0 kv.m olan sahə üzərində isə ikimərtəbəli yaşayış evi var. Bundan əlavə sahə üzərindən yüksək gərginlikli (35 kVt-lıq) elektrik hava xətti keçir. Torpaq sahəsinin yerləşmə cizgisində perimetrik ölçülər və dəqiq istinadlar qeyd olunmayıb. Mübahisəli olan faktiki olaraq göstərilən 670.0 kv.m. torpaq sahəsinin koordinatları əlavə olunur. Bir hasar daxilində yerləşən 660.0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. Vahid elektron kadastr baza məlumatına əsasən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir. Sahə Dövlət mülkiyyəti torpağıdır. Bundan əlavə, sahələrdən birinə dair yerləşmə cizgisi təqdim edilmədiyindən, digər sahəyə dair təqdim edilmiş cizgidə heç bir istinad, istinad məsafəsi qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını və sahələrin yanaşı qonşu olub-olmamasını müəyyənləşdirmək mümkün deyildir. İş materiallarında olan məhkəmə-torpaqşünaslıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 10/760 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələrəli Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-5171/2025 saylı, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir: Göstərilən torpaq sahəsi sənəd üzrə 600.0 kv.m.olsa da, faktiki olaraq 670.0 kv.m.təşkil edir. Faktiki olaraq göstərilən torpaq sahəsi digər 660.0 kv.m olan sahə ilə bir hasar daxilində olduğu müəyyən edilmişdir (ara sərhədləri daş divarın bünövrəsi ilə sərhədlənib). Mübahisəli olan torpaq sahəsi üzərində birmərtəbəli qeyriyaşayış obyekti olduğu müəyyən edilmişdir. Bundan əlavə sahə üzərindən yüksək gərginlikli (35 kVt-lıq) elektrik hava xətti keçdiyi müəyyən edilmişdir. Torpaq sahəsinin yerləşmə cizgisində perimetrik ölçülər və dəqiq istinadlar qeyd olunmayıb. Mübahisəli olan faktiki olaraq göstərilən 670.0 kv.m. torpaq sahəsinin koordinatları əlavə olunur. Məhkəmə bildirir ki, mülki prosessual hüquq üçün səciyyəvi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Məhkəmə, formal həqiqət prinsipini və cavabdeh tərəfindən iddia tələblərinin qəbul edilməyərək bütünlüklə mübahisələndirildiyini nəzərə alaraq hesab edir ki, mübahisələndirilən xüsusatlara, yəni cavabdehin iddiaçı qarşısında öhdəlik münasibətləri çərçivəsində məsuliyyət daşımasının müəyyən edilməsinə sübutetmə yükü aspektindən yanaşılmalıdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Mülki-prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə, iddia tələbləri üzrə iddiaçının söykəndiyi faktiki halların təsdiqi üçün irəli sürdüyü dəlillərə və qeyd etdikləri xüsusatlara sübutlar, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verməyi zəruri hesab edir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-nin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin cavabdehin mərhum atasına ayrılmış torpaq sahəsi ilə eyni ünvanda yerləşməsinin müəyyən edilməsi, mübahisəli sahəyə dair təqdim edilmiş cizgidə heç bir istinad, istinad məsafəsi qeyd edilmədiyindən, mümkün deyildir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi üzrə mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi əsaslı sayıla və təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüzi) manat İddiaçı tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X6, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-50/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-50/2025
21.04.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver