Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-501/2021 15.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə, Cavabdeh Məmmədov Elşən Müdür oğlunun iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 2898,88 manat, bundan 1567.53 manat əsas, 2244.79 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 86,56 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq «xxxx» ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X2 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 853327 saylı kredit kartının verilməsi və istifadəsi müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 27 faizlə 1049.15 manrat məbləğində kredit verilmişdir. Kredit kartının verilməsi və istifadəsi müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq cərimələri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 21.10. 2020-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 2898.88 manat təşkil edir. Bundan 1567.53 manat əsas, 2244.79 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 86.56 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şi fahi müracəitlər olunmasına və **********9483 saylı xx.xx.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadı kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2-1(103)-3194/2017 saylı qərarı ilə Azərbaycan Respublikası Maliyyə X1 ərizəsi təmin edilmiş, “xxxx” ASC müflis elan edilmiş və iflas proseduruna başlanılsın. Əmanətlərin Sığortalanması Fondu İddiaçı təyin edilməsi qərara alınmışdır. LPO xxxx ASC ilə Məmmədov Elşən Müdür oğlu arasında bağlanmış xx xxxxxx 2014-cu il tarixli, 853327 saylı kredit müqaviləsinə əsasən 1567.53 manat əsas, 2244.79 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 86,56 manat faiz borcu, cəmi 2898,88 manat borcu mövcuddur.Bank tərəfindən Cavabdeh müraciətlər edilmiş, lakin Cavabdeh verdiyi vədlərə əməl etməyərək tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, onunla bank arasında xx.xx.2014-cü il tarixdə heç bir müqavilə bağlanmamışdır. Cavabdeh göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İddiaçı, sözügedən iddia tələbini irəli sürərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərlə bağlı müddəalarına istinad etmiş və tələblərini bu əsaslarla müdafiə etmişdir. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiaçının istinad etdiyi qanunvericilik normalarının dispozisiya şərtlərinin hazırkı iddiaya münasibətdə mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Adı çəkilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qanunvericiliyin qeyd olunan müddəalarının qarşılıqlı təhlilindən aydın olur ki, kredit müqaviləsi çərçivəsində bir şəxsin digər şəxsdən borcun ödənilməsini tələb etməsi üçün tərəflər arasında müqavilə münasibətlərinin yaranmasına istiqamətlənmiş qarşılıqlı iradə ifadəsi olmalıdır. Çünki tərəf iradə ifadəsi nəticəsində müqavilədən irəli gələn tələb üzrə öhdəlik daşıya bilər. Hazırkı mülki mübahisədə Cavabdeh “xxxx” ASC ilə xx xxxxxx 2014-cü ilin tarixində ümumiyyətlə hər hansı müqavilə bağlamadığını bildirmiş və həmin tarixdə bağlanmış müqavilə üzrə öhdəlik daşımadığını göstərmişdir. Məhkəmə cavabdeh tərəfindən mübahisələndirilən halın mülki mübahisənin hüquqi həlli üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alınmalıdır. Məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh “xxxx ASC ilə göstərilən müqaviləni bağlamamış, bu səbəbdən cavabdehin müqavilədən irəli gələn öhdəliyi yaranmamışdır. İş materiallarından görünür ki, xx xxxxxx 2014-cü il tarixli 853327 saylı kredit kartının verilməsi və istifadəsi müqaviləsi iddiaçı tərəfindən iş materiallarına əlavə olunmamış və eləcə də məhkəmə iclasında təqdim edilməmişdir. Qeyd olunanlar ona dəlalət edir ki, Cavabdeh xx xxxxxx 2014-cü il tarixli, 853327 saylı kredit müqaviləsi üzrə bank qarşısında öhdəlik daşımır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının iddia tələbi məhkəmə tərəfindən rədd edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması”tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-501/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-501/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver