Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-510/2025 10.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cinayət əməlləri nəticəsində LPO İddiaçı ASC-yə dəymiş 15.144.364 ABŞ dolları, 11.212.466 Avro və 3.244.394 manat məbləğində ziyanın, həmçinin, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 25.712,50 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 1(101)-59/2022 saylı hökmü ilə Cavabdeh2 (İİR pasportu № G2260079 - pasport üzrə ad və soyad - JAM ALİ MOHAMMAD HASSAN, ABŞ pasportu № ********* - pasport üzrə ad və soyad - JAM ALİ) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 03 (üç) il müddətə maliyyə və bank sahəsində təşkilat sərəncamverici və inzibati təsərrüfat funksiyasınının həyata keçirilməsi ilə bağlı rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 08 (səkkiz) il müddətə azadlıqdlıqdan məhrum etmə cəzasına, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsin 179.3.2, 193-1.3.2, 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 179.3.2-ci maddəsi ilə barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə maliyyə və bank sahəsində təşkilat sərəncamverici və inzibati təsərrüfat funksiyasınının həyata keçirilməsi ilə bağlı rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə, 02 (iki) il müddətə maliyyə və bank sahəsində təşkilat sərəncamverici və inzibati təsərrüfat funksiyasınının həyata keçirilməsi ilə bağlı rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1195/2022 say xx.xx.2022-ci il tarixli Qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə ilə bağlı əsas cəzanın 6 (altı) ilə, Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə ilə bağlı əsas cəzanın 7 (yeddi) il 6 (altı) aya endirilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddəsinə əsasən, əsas cəzaları əsas cəza ilə, əlavə cəzaları birinci instansiya məhkəməsinin hökmünə əsasən Cinayət Məcəllənin 46.2ci maddəsi tətbiq edilməklə qəti olaraq təyin edilmiş əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə, Cavabdeh1 üzərində qəti olaraq təyin edilmiş 03 (üç) il müddətinə maliyyə və bank sahəsində təşkilat sərəncamverici və inzibati təsərrüfat funksiyasının həyata keçirilməsi ilə bağlı rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması, hökmün məhkum edilmiş şəxs Cavabdeh1 müdafiəçisi X1, həmçinin məhkum edilmiş şəxs Cavabdeh2 müdafiəçisi X2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilməməsi qərara alınmışdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətə verilmiş sorğu əsasında müəyyən edilmişdir ki, Cavabdeh2 və Cavabdeh1 hazırda Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 10 saylı cəzaçəkmə müəssəsində cəza çəkir. Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 və Cavabdeh1 özəl müəssisələrin fəaliyyətinə faktiki rəhbərlik etməklə səlahiyyətli vəzifəli şəxs kimi, xidməti vəzifələrinin fəaliyyətinə faktiki rəhbərlik etməklə səlahiyyətli vəzifəli şəxs kimi, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, eyni zamanda öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olduğu qeyrisi ilə bir qrup şəxslə ona etibar edilmiş özgənin küllü miqdarda əmlakını vahid qəsdlə mənimsəməklə talamışdır. Belə ki, onlar 2004-cü ildən xx.xx.2012-ci il tarixədək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri vəzifəsində işləməklə, xx.xx.2007-ci il tarixdə təsdiq olunmuş Müşahidə Şurasının əsasnaməsinə əsasən Müşahidə Şurasının üzvləri arasında vəzifə bölgüsünü aparmaq, müşahidə Şurasının iclaslarını çağırmaq, iclasların gündəliyini təsdiq etmək, iclaslara sədrlik etmək, iclasların katibini təyin etmək, iclasların protokollarını imzalamaq, iclaslarda qəbul olunmuş sənədləri imzalamaq və təsdiq etmək, bankı təmsil etmək, səhmdarların ümumi yığıncağının ona vermiş olduğu səlahiyyətlər çərçivəsində digər qərarlar qəbul etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs olmaqla, Azərbaycan Respublikası Milli Bankı (hazırki adı Mərkəzi Bank) idarə Heyətinin xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Banklarda kreditlərin verilməsinin daxili prosedurları və uçotu haqqında qaydaları”, Azərbaycar Respublikası Mərkəzi X3 xx.xx.2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili qaydaları”, xx.xx.2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Banklarda hesabların açılması, aparılması və bağlanması qaydaları”, xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması qaydaları” və xx.xx.2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Banklarda kreditlərin verilməsi qaydaları”na əsasən bankın mənafelərinə uyğun olaraq kredit resuslarının yerləşdirilməsi istiqamətləri müəyyən edilməklə kredit strategiyasının düzgün qurulması, kreditin verilməsi üçün müəyyən edilmiş meyarların, yəni borcalan və onun sifariş etdiyi kreditlə bağlı riskin səviyyəsi, kreditin müqabilində təklif olunan təminatın adekvatlığı və həssaslığı, borcalanın kredit tarixi, habelə digər məlumatlara əsasən cari krediti qaytarma və öhdəlik götürmə qabiliyyətinin, borcalanın nüfuzunun nəzərə alınması, bankın maddi sərvətləri, pul vəsaitlərinin mühafizəsi və dəqiq uçotunun aparılması, konkret müştərilərin kredit sifarişlərinin ciddi təhlil olunması, müştəri tərəfindən ərizə, kredit, girov bank hesabı müqavilələri və digər sənədlərin bankda şəxsən imzalanması, müştəriyə nağd pulun kassadan məxaricinin icraçının yanında imzalanmış məxaric orderi ilə, şəxsiyyət vəsiqəsinə əsasən şəxsin eyniliyi müəyyənləşdirildikdən sonra icra olunmasının vacibliyi kimi tələblərə əməl olunması üçün bankın və filialların fəaliyyətinin qeyd olunan normativ tələblərə uyğun qurulmasını və həmin sahələr üzrə müvafiq nəzarətin həyata keçirilməsini təmin etməli olduğu halda, qeyd edilən tələblərə əməl etmədən özünün Müşahidə şurasının sədri kimi təsdiq etdiyi xx.xx.2007-ci il tarixli "xxxx" ASC-də kreditlərin verilməsinin daxili prosedurları və uçotu qaydaları”nın tələblərinə əsasən təminatından asılı olmayaraq 100.000 manat məbləğindən yuxarı kreditlərin verilməsi kredit komitəsinin rəyi əsasında bankın Müşahidə Şurasının qərarı ilə verilməklə, həmin böyük məbləğdə kreditlərin göstərilən normativ qaydaların tələblərinin pozulmaqla təyinatında bank əməkdaşlarına birbaşa göstəriş verilməsi və müşahidə şurasının üzvlərinin yığıncağının protokollarından çıxarışların imzalanması ilə iştirak etməklə, Bankın Kredit Departamentinin direktoru vəzifəsində işləmiş oğlu Cavabdeh1 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə qeyd edilən agentlikdən vəzifəli şəxs kimi rəsmi sənəd hesab olunan kredit sənədlərinə tamah niyyəti ilə bilə-bilə yalan, yəni guya kənd təsərrüfatı ilə məşğul olan şəxslərlə kredit müqaviləsi bağlanması, pul vəsaitlərinin ayrı-ayrı kredit götürən şəxslərə təhvil verilməsi barədə məlumatlar daxil etməklə, o cümlədən Cavabdeh1 vasitəsilə verdiyi tapşırığa uyğun olaraq qanunsuz olaraq götürüb qabaqcadan əlbir olduğu bir qrup şəxslə, öz qulluq mövqeyindən istifadə edərək etibar edilmiş özgə əmlakını, yəni İddiaçı ASC-yə məxsus külli miqdarda əmlakı Cavabdeh1 və qeyriləri ilə birlikdə vahid niyyətlə mənimsəyərək talamış və qabaqcadan əlbir olduğu bir qrup şəxslə vahid niyyətlə vəzifə saxtakarlığı törədərək ümumilikdə 15.144.364 ABŞ dolları, 11.212.466 Avro və 3.244.394 manat pul vəsaitini öz aralarında bölməklə şəxsi ehtiyaclarına xərcləyərək, öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olduğu bankın idarə heyətinin rəhbəri ilə- bir qrup şəxslə vahid qəsdlə etibar edilmiş özgənin külli miqdarda əmlakını mənimsəməklə talamış və həmin qanunsuz hərəkətləri ilə hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında istifadə olunan əməlləri ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Cavabdeh2 və Cavabdeh1 törətdikləri cinayət üzrə hökmə əsasən Banka kredit müqavilələri üzrə 15.144.364 ABŞ dolları, 11.212.466 Avro və 3.244.394 manat məbləğində ziyan dəymişdir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-59/2022 saylı hökmü ilə Cavabdeh2 və Cavabdeh1 cinayət əməlləri nəticəsində 49.844.999,56 manat məbləğində dəymiş ziyan cavabdehlərdən tutularaq zərərçəkmiş LPO İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Bildirir ki, İddiaçı ASC Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 25 iyul 2012-ci il tarixli Qərarına əsasən müflis elan edilərək iflas proseduruna başlanılmış və xx.xx.2016-cı ildə Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Məhkəmə iclasında İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 1(101)-59/2022 saylı hökmündən görünür ki, Cavabdeh2 (İİR pasportu № G2260079 pasport üzrə ad və soyad - JAM ALİ MOHAMMAD HASSAN, ABŞ pasportu № ********* pasport üzrə ad və soyad - JAM ALİ) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 03 (üç) il müddətə maliyyə və bank sahəsində təşkilat sərəncamverici və inzibati təsərrüfat funksiyasınının həyata keçirilməsi ilə bağlı rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 08 (səkkiz) il müddətə azadlıqdlıqdan məhrum etmə cəzasına, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsin 179.3.2, 193-1.3.2, 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 179.3.2-ci maddəsi ilə barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə maliyyə və bank sahəsində təşkilat sərəncamverici və inzibati təsərrüfat funksiyasınının həyata keçirilməsi ilə bağlı rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2ci maddəsi ilə, 02 (iki) il müddətə maliyyə və bank sahəsində təşkilat sərəncamverici və inzibati təsərrüfat funksiyasınının həyata keçirilməsi ilə bağlı rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 1195/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, məhkum edilmiş şəxslərin müdafiəçilərinin apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 1(101)-59/2022 saylı hökmü dəyişdirilərək, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə ilə bağlı əsas cəza 6 (altı) ilə endirilmiş, onun üzərində Cinayət Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 03 (üç) il müddətə maliyyə və bank sahəsində təşkilat sərəncamverici və inzibati təsərrüfat funksiyasınının həyata keçirilməsi ilə bağlı rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 06 (altı) il müddətə azadlıqdlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökmdən Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsi barədə epizodlardan onun “qabaqcadan əlbir olduğu bir qrup şəxslə vahid niyyətlə vəzifə saxtakarlığı törətməsi”nə dair müddəalar xaric edilmişdir. Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə ilə bağlı əsas cəza 6 (altı) ilə, Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə ilə bağlı əsas cəza 7 (yeddi) il 6 (altı) aya endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddəsinə əsasən, əsas cəzaları əsas cəza ilə, əlavə cəzaları birinci instansiya məhkəməsinin hökmünə əsasən Cinayət Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə qəti olaraq təyin edilmiş əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə, Cavabdeh1 üzərində qəti olaraq təyin edilmiş 03 (üç) il müddətinə maliyyə və bank sahəsində təşkilat sərəncamverici və inzibati təsərrüfat funksiyasının həyata keçirilməsi ilə bağlı rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması, hökmün məhkum edilmiş şəxs Cavabdeh1 müdafiəçisi X1, həmçinin məhkum edilmiş şəxs Cavabdeh2 müdafiəçisi X2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilməməsi qərara alınmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 və Cavabdeh1 törətdikləri cinayət üzrə Banka aşağıdakı kredit müqavilələri üzrə 15.144.364 ABŞ dolları, 11.212.466 Avro və 3.244.394 manat məbləğində ziyan dəymişdir: 1) 14 oktyabr 2009-cu il tarixli 017 №-li kredit müqaviləsi üzrə 360.000 (üç yüz altmış min ABŞ dolları) ABŞ dolları, 14 oktyabr 2009-cu il tarixli 016 №-li kredit müqaviləsi üzrə 395.000 (üç yüz doxsan beş min ABŞ dolları) ABŞ dolları, 20 oktyabr 2009-cu il tarixli 021 №-li kredit müqaviləsi üzrə 160.800 (bir yüz altmış min səkkiz yüz manat) manat, 14 oktyabr 2009-cu il tarixli 019 №-li kredit müqaviləsi üzrə 450.000 (dörd yüz əlli min ABŞ dolları) ABŞ dolları, 14 oktyabr 2009-cu il tarixli 018 №-li kredit müqaviləsi üzrə 375.000 (üç yüz yetmiş beş min ABŞ dolları) ABŞ dolları, 20 oktyabr 2009-cu il tarixli 020 №-li kredit müqaviləsi üzrə 176.950 (bir yüz yetmiş altı min doqquz yüz əlli manat) manat olmaqla, cəmi 1.580.000 (bir milyon beş yüz səksən min) ABŞ dolları və 237.750 (iki yüz otuz yeddi min yeddi yüz əlli manat) manat pul vəsaiti; 2) xx.xx.2007-ci il tarixli 246 №-li kredit xətti müqaviləsi üzrə xx.xx.2007-ci il tarixində 150.000 ABŞ dolları, xx.xx.2007-ci il tarixdə 100.000 ABŞ dolları, xx.xx.2007-ci il tarixdə 6.000 ABŞ dolları, xx.xx.2007-ci il tarixdə 100.000 ABŞ dolları, xx.xx.2007-ci il tarixdə 9.000 ABŞ dolları olmaqla, cəmi 365.000 (üç yüz altmış beş min ABŞ dolları) ABŞ dolları məbləğində pul vəsaiti; 3) xx.xx.2007-ci il tarixli 804 №-li kredit xətti müqaviləsi üzrə xx.xx.2007-ci il tarixdə 150.000 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə 70.000 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə 90.000 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə 210.000 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə 94.700 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə 18.900 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə 550.000 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə 10.000 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə 30.000 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə 22.000 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə 10.000 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə 13.710 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə 22.500 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə 500.000 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə 100.000 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə 120.000 ABŞ dolları və xx.xx.2008-ci il tarixdə 50.000 ABŞ dolları olmaqla, cəmi 2.061.810 (iki milyon altmış bir min səkkiz on ABŞ dolları) ABŞ dolları məbləğində pul vəsaiti; 4) xx.xx.2010-cu il tarixli 246 №-li kredit xətti müqaviləsi üzrə xx.xx.2010-cu il tarixdə 6.500 manat məbləğində pul vəsaiti; 5) 18 iyul 2008-ci il tarixli 950 №-li kredit xətti müqaviləsi üzrə xx.xx.2008-ci il tarixdə 6.500 manat məbləğində pul vəsaiti; 6) 22 iyul 2008-ci il tarixli 953 №-li kredit xətti müqaviləsi üzrə xx.xx.2008-ci il tarixdə 319.000 ABŞ dolları və xx.xx.2008-ci il tarixdə isə 681.000 ABŞ dolları olmaqla, cəmi 1.000.000 (bir milyon ABŞ dolları) ABŞ dolları məbləğində pul vəsaiti; 7) 02 oktyabr 2009-cu il tarixli 1016 №-li kredit xətti müqaviləsi üzrə xx.xx.2009-cu il tarixdə 48.992 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 15.544 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 238.525 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 51.363 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 65.156 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 16.133 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 26.198 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 70.858 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 58.761 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 31.844 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 76.398 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 322.621 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 45.795 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 73.082 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 22.712 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 76.798 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 59.769 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 40.725 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 90.108 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 50.385 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 92.994 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 25.035 ABŞ dolları, xx.xx.2010-cu il tarixdə 7.878 ABŞ dolları, xx.xx.2010-cu il tarixdə 3.220 ABŞ dolları, xx.xx.2010-cu il tarixdə 20.000 ABŞ dolları olmaqla, cəmi 1.630.894 (bir milyon altı yüz 30 min səkkiz yüz doxsan dörd ABŞ dolları) ABŞ dolları məbləğində pul vəsaiti; 8) 08 dekabr 2009-cu il tarixli 1033 №-li kredit xətti müqaviləsi üzrə xx.xx.2009-cu il tarixdə 620.894 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 104.358 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 97.172 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 25.668 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 149.155 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 67.615 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 9.339 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 3.845 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 34.939 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 49.807 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 63.843 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 67.684 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 34.418 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 86.494 ABŞ dolları, xx.xx.2010-cu il tarixdə 67.410 ABŞ dolları, xx.xx.2010-cu il tarixdə 29.253 ABŞ dolları, xx.xx.2010-cu il tarixdə 13.013 ABŞ dolları, xx.xx.2011-ci il tarixdə 50.000 manat, xx.xx.2011-ci il tarixdə 15.000 manat, xx.xx.2011-ci il tarixdə 50.000 manat, xx.xx.2011-ci il tarixdə 50.000 manat, xx.xx.2011-ci il tarixdə 50.000 manat, xx.xx.2011-ci il tarixdə 35.577 manat olmaqla, cəmi 1.524.907 (bir milyon beş yüz iyirmi dörd min doqquz yüz yeddi ABŞ dolları) ABŞ dolları və 250.577 (iki yüz əlli min beş yüz yetmiş yeddi manat) manat məbləğində pul vəsaiti; 9) 20 aprel 2010-cu il tarixli 1058 və xx.xx.2011-ci il tarixli MXD-2011 M-77 №-li kredit xətti müqavilələri üzrə xx.xx.2010-cu il tarixdə 539.041 ABŞ dolları, xx.xx.2011-ci il tarixdə 89.340 manat, xx.xx.2011-ci il tarixdə 100.000 manat, xx.xx.2011-ci il tarixdə 67.212 manat, xx.xx.2011- ci il tarixdə 100.000 manat, xx.xx.2011-ci il tarixdə 81.995 manat, xx.xx.2011-ci il tarixdə 60.000 manat, xx.xx.2011-ci il tarixdə 153.000 manat, xx.xx.2011-ci il tarixdə 59.163 manat, xx.xx.2011-ci il tarixdə 15.000 manat, xx.xx.2011-ci il tarixdə 15.000 manat, xx.xx.2011-ci il tarixdə 15.000 manat, xx.xx.2011-ci il tarixdə 111.955 manat, xx.xx.2011- ci il tarixdə 183.989 manat, xx.xx.2011-ci il tarixdə 5.000 manat, xx.xx.2011-ci il tarixdə 5.100 manat, xx.xx.2011-ci il tarixdə 15.000 manat, xx.xx.2012-ci il tarixdə 50.000 manat, xx.xx.2012-ci il tarixdə 7.700 manat və xx.xx.2012-ci il tarixdə 143.000 manat olmaqla, cəmi 539.041 (beş yüz otuz doqquz min qırx bir ABŞ dolları) ABŞ dolları və 1.277.454 (bir milyon iki yüz yetmiş yeddi min dörd yüz əlli dörd manat) manat məbləğində pul vəsaiti; 10) 30 aprel 2010-cu il tarixli 1062 №-li kredit xətti müqaviləsi üzrə 1.530.055 ABŞ dolları məbləğində pul vəsaiti; 11) 07 may 2010-cu il tarixli 1066 №-li kredit xətti müqaviləsi üzrə 1.214.235 ABŞ dolları məbləğində pul vəsaiti; 12) 30 iyul 2010-cu il tarixli kredit xətti müqaviləsi üzrə 1.135.972 ABŞ dolları məbləğində pul vəsaiti; 13) 30 iyul 2010-cu il tarixli kredit xətti müqaviləsi üzrə 1.130.000 ABŞ dolları məbləğində pul vəsaiti; 14) 30 iyul 2010-cu il tarixli kredit xətti müqaviləsi üzrə 1.130.000 ABŞ dolları məbləğində pul vəsaiti; 15) 06 oktyabr 2010-cu il tarixli 1093 №-li kredit xətti müqaviləsi üzrə 2.460.000 Avro məbləğində pul vəsaiti; 16) 14 oktyabr 2010-cu il tarixli 1094 №-li kredit xətti müqaviləsi üzrə 2.350.360 Avro və 302.450 ABŞ dolları məbləğində pul vəsaiti; 17) 19 noyabr 2010-cu il tarixli 1095 №-li kredit xətti müqaviləsi üzrə 2.591.358 Avro və 2700 manat məbləğində pul vəsaiti; 18) 26 noyabr 2010-cu il tarixli 1097 №- li kredit xətti müqaviləsi üzrə 1.438.249 manat məbləğində pul vəsaiti; 19) 14 dekabr 2010-cu il tarixli 1100 №-li kredit xətti müqaviləsi üzrə 392.424 Avro məbləğində pul vəsaiti; 20) xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə 4.664,37 manat məbləğində pul vəsaiti; 21) 22 fevral 2012-ci il tarixli MXD-2012 M-175 №-li kredit xətti müqaviləsi üzrə 774.970 Avro məbləğində pul vəsaiti; 22) 14 iyun 2012-ci il tarixli MXD- 2012 M-358 №-li kredit xətti müqaviləsi üzrə 1.243.324 Avro məbləğində pul vəsaiti; 23) 19 iyun 2012-ci il tarixli MXD-2012 M-363 №-li kredit xətti müqaviləsi üzrə 1.400.000 Avro məbləğində pul vəsaiti olmaqla, cəmi Banka 49.844.999,56 manat məbləğində ödənilməmiş ziyan mövcuddur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub- olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cinayət əməlləri nəticəsində LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 15.144.364 (on beş milyon bir yüz qırx dörd min üç yüz altmış dörd ) ABŞ dolları, 11.212.466 (on bir milyon iki yüz on iki min dörd yüz altmış altı) Avro və 3244.394 (üç milyon iki yüz qırx dörd min üç yüz doxsan dörd) manat məbləğində ziyan dəymişdir. Odur ki, iddiaçının göstərilən məbləğdə ziyan tələbi əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 15.144.364 (on beş milyon bir yüz qırx dörd min üç yüz altmış dörd ) ABŞ dolları, 11.212.466 (on bir milyon iki yüz on iki min dörd yüz altmış altı) Avro və 3244.394 (üç milyon iki yüz qırx dörd min üç yüz doxsan dörd) manat məbləğində borcu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı ASC tərəfindən ümumilikdə 25712,50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 25.712,50 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 15.144.364 (on beş milyon bir yüz qırx dörd min üç yüz altmış dörd) ABŞ dolları, 11.212.466 (on bir milyon iki yüz on iki min dörd yüz altmış altı) Avro (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), 3.244.394 (üç milyon iki yüz qırx dörd min üç yüz doxsan dörd) manat məbləğində ziyan və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 25.712,50 (iyirmi beş min yeddi yüz on iki manat əlli qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-510/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-510/2025
10.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver