Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-517/2022 10.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh1 üçüncü şəxs kimi göstərilməklə) “alğı-satqı müqaviləsinin reyestr jurnalında qeydiyyata alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 26.01.2022-ci il tarixdə iddia ərizəsi ilə cavabdeh Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı məhkəməyə müraciət edərək, satıcı X12 ilə alıcı X5 arasında ünvan 1 və 8 də yerləşən 5 otaqlı mənzilə dair Bakı şəhəri 28 saylı Notariat Ofisində bağlanmış 25.07.2001-ci il tarixli, 129704 saylı alğı-satqı müqaviləsinin reyestr jurnalında qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 mülkiyyətində olan ünvan 2,8-də yerləşən 5 otaqlı mənzil Bakı şəhəri 28 saytı notariat ofisində bağlanmış 25.07.2001-ci il tarixli, 129704 saylı alğı-satqı müqaviləsi ilə 279.000.000 manata mərhum anası X1. 25.07.2001-ci il tarixli, 129704 saylı alğı-satqı müqaviləsi 42-1-152 saylı reyestrdə qeydə alınmışdır. Mərhum anası tərəfindən 25.07.2001-ci il tarixli alğı-satqı müqaviləsi əsasında ünvan 2,8-də yerləşən mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın alınması ilə bağlı müraciət edilərkən məlum olmuşdur ki, qeyd edilən alğı-satqı müqaviləsi Cavabdeh2 reyestr jurnalında qeydiyyata alınmamışdır. Alğı-satqı müqaviləsinin notarial qaydada bağlanmasına və təsdiq edilməsinə baxmayaraq, Cavabdeh2 öz işinə səhlənkar və laqeyd yanaşmış, bu səbəbdən X2 hüquqları uzun illərdir kobud şəkildə pozulur. İddiaçı mərhum X2 1-ci dərəcəli vərəsəsi olaraq sorğu ilə cavabdeh Bakı şəhəri 28 saylı Notariat ofisinə müraciət etmişdir və mərhum anası X7 ilə X12 arasında bağlanmış 25 iyul 2001-ci il tarixli 129704 saylı alğısatqı müqaviləsinin 42-1-152 reyestr nömrəsi ilə reyestr jurnalında qeydə alınmasını xahiş etmişdir. Cavabdeh yazılı şəkildə cavab verərək “Azərbaycan Respublikasında notariat fəaliyyəti üzrə kargüzarlığın aparılması haqqında Təlimat”ın 89-cu bəndinə əsasən notariat hərəkətlərini qeydə almaq üçün reyestrlər Cavabdeh1nə təhvil verilənə qədər notariat kontorunda 6 il saxlanılır. Bununla bağlı Cavabdeh1nə müraciət etmək tövsiyyə olunmuşdur. Vəkil sorğusu ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh1nə müraciət olunmuş, sorğuya cavab olaraq bildirilmişdir ki, 28 saylı dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2001-ci ilə dair daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı notariat hərəkətlərinin qeydə alındığı 4Ə-1 indeksli reyestrlərə baxış keçirilərkən, qeyd olunan şəxslər arasında notariat hərəkətinin rəsmiləşdirilməsi barədə qeydiyyatın aparılmadığı müəyyən edilmişdir. Sözügedən notariat reyestrində 26.07.2001-ci il tarixdə rəsmiləşdirilmiş sonuncu müqavilə 139 nömrəsi ilə qeydiyyata alınmış və həmin müqavilədə digər şəxslər barəsində notariat hərəkəti rəsmiləşdirilməsi iş materialları ilə sübut olunur. Məhkəmə iclasında izahatı alınmış İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilənləri müdafiə edərək, satıcı X12 ilə alıcı X5 arasında ünvan 1 və 8 -də yerləşən 5 otaqlı mənzilə dair Bakı şəhəri 28 saylı Notariat Ofisində bağlanmış 25.07.2001-ci il tarixli, 129704 saylı alğı-satqı müqaviləsinin reyestr jurnalında qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 28 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Bakı şəhəri 28 saylı Notariat Ofisinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh1 18.09.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri 28 saylı dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2001-ci ilə dair daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı notariat hərəkətlərinin qeydə alındığı 4Ə-1 indeksli reyestrlərə baxış keçirilərkən, X12 ilə alıcı X5 arasında notariat hərəkətinin rəsmiləşdirilməsi barədə qeydiyyatın aparılmadığı müəyyən edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 120185 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 09.11.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 08.02.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanı ilkin olaraq 02.11.1993-cü il tarixdə X13 adına qeydiyyata alınmışdır. 22.07.1994-cü il tarixdə X8 adına qeydə alınmışdır. X11 məxsus ünvan 2 ünvanı və X9 adına ilkin qeydiyyata alınmış ünvan 3 ünvanı X12 tərəfindən satın alınmış və dövlət reyestrində vahid əmlak olaraq qeydiyyata alınmışdır. Daha sonra ünvan 3 ünvanı üzərində 08.12.2007-ci il tarixdə X2 mülkiyyət hüquqları dövlət reyestrində tanınmışdır. Sözügedən mənzillər 05.10.2015-ci il tarixdə X15, 03.08.2016-cı il tarixdə X10 mülkiyyətinə keçmişdir. Sonradan bəhs edilən mənzillər X14 ilə Hümbətova (Ələkbərova) Leyla Məhəmməd qızı tərəfindən imzalanan alğı-satqı müqaviləsinə əsasən sonuncu tərəfindən satın alınmış, sözügedən mənzillərin növü dəyişdirilərək fərdi yaşayış evinə çevrilmişdir və mülk yeni poçt ünvanı olaraq 17.03.2017-ci il tarixdə ünvan 4 ev 52 adı altında dövlət reyestrində rəsmiləşdirilmişdir. Hazırda ünvan 4 ev 52 X3 mülkiyyətindədir. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)1179/2020 saylı, 22.01.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh 28 saylı Notariat ofisinə qarşı X12 ilə onun arasında ünvan 1 və 8-də yerləşən 5 otaqlı mənzilə dair Bakı şəhəri 28 saylı Notariat Ofisində bağlanmış 25.07.2001-ci il tarixli, 129704 saylı alğı-satqı müqaviləsinin reyestr jurnalında qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbi təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin 12.09.2018-ci il tarixli, 2(103)6697/18 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1743/2007 nömrəli iş üzrə 03.10.2007-ci il tarixli qətnaməsi ilə ərizəçi X7 ilə X12 arasında 28 saylı Dövlət Notariat Kontorunda 25 iyul 2001-ci il tarixli, 129704 saylı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1743/2007 nömrəli iş üzrə 03.10.2007-ci il tarixli qətnaməsi ləğv edilmiş ərizə təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbini əsaslandıran və təsdiq edən hər hansı sübutlar təqdim edə bilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-517/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-517/2022
10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver