Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-52/2023 18.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 və Balakı̇ şı̇ yev Elşən Rövşən oğlunun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh3 iştirakları ilə, İddiaçı Əlı̇ rzayev Elşən Güloğlan oğlunun Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əlı̇ rzayev Elşən Güloğlan oğlu cavabdehlər Əlı̇ yev Əlı̇ Əvəz oğluna və Balakı̇ şı̇ yev Elşən Rövşən oğluna qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 5245 (beş min iki yüz qırx beş) manat ehtiyyat hissələri, 4550 (dörd min beş yüz əlli) manat və 120 manat dövlət rüsumu cəmi 9915 (doqquz min doqquz yüz on beş) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyət hüququ əsasında Ravon Nexia R 3 markalı, dövlət qeydiyyat nişanı ** BJ *** olan Sedan tipli minik avtomobilinə sahibdir. Həmin minik avtomobilini Cavabdeh3 yalnız idarə etmək üçün vermişdir. Cavabdeh3 həmin avtomobili «BC» kateqoriyalı sürücülük vəsiqəsinə əsasən idarə etmişdir. Etibarnamə xx.xx.2022-ci il tarixinə qədər qüvvədədir. Avtomaşın 2017-ci il buraxılışı olmuşdur. Qeyd edir ki, ona məxsus həmin avtomobili etibarnamə əsasında Cavabdeh3 idarə edərkən 01 mart 2022-ci il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Cavabdeh3 ona məxsus həmin avtomobili sürücülük hüququ əsasında idarə edərkən bu zaman qarşı tərəfdən gələn «Daewo Centra» markalı, ** SD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən, sürücülük vəsiqəsi olmayan Cavabdeh2 AR Qanunun 51.5-ci hissəsinin 1-ci bəndinin tələbini pozub onun idarə etdiyi yola çıxıb və avtomobillə toqquşub, nəticədə Sıradan çıxan ehtiyat hissələri aşağıdakılardır:
1. Ön bufer - 1 ədəd - 250 (iki yüz əlli) manat
2. Ön sağ və sol fara - 2 ədəd - 260 (iki yüz altmış) manat
3. Ekran - 1 ədəd - 230 (iki yüz otuz) manat
4. Kapot - 1 ədəd - 270 (iki yüz yetmiş) manat
5. Ablisovka - 1 ədəd - 70 (yetmiş) manat
6. Su radiatoru - 1 ədəd - 150 (bir yüz əlli) manat
7. Kondisoner radiatoru 1 ədəd - 150 (bir yüz əlli) manat
8. Parpres - 1 ədəd - 150 (bir yüz əlli) manat
9. Ön sağ qanad - 1 ədəd - 110 (bir yüz on) manat
10. Ön sağ bakavin - 1 ədəd - 270 (iki yüz yetmiş) manat
11. Ön sağ sinə - 1 ədəd 110 (bir yüz on) manat
12. Ön sağ amartizator - 1 ədəd - 90 (dozsan) manat
13. Ön sağ alt çaşka - 1 ədəd - 60 (almış) manat
14. Ön sağ saffa - 1 ədəd - 50 (əlli) manat
15. Sükan airbakı - 1 ədəd - 110 (yüz on) manat
16. Hava filteri - 1 ədəd - 90 (dozsan) manat
17. Şit - 1 ədəd - 250 (iki yüz əlli) manat
18. Ön sağ qanad altı - 1 ədəd - 25 (iyirmi beş) manat
19. Sürətlər qutusu - 1 ədəd - 550 (beş yüz əlli) manat
20. Ön buferin prelleri - 1 ədəd - 90 (dozsan) manat
21. Antifiris - 1 ədəd 20 (iyirmi) manat
22. Frion 1 ədəd - 50 (əlli) manat
23. Ön sağ və sol salaska - 2 ədəd - 40 (qırx) manat
24. Sükan mexanizmi - 1 ədəd 160 (bir yüz altmış) manat
25. Sürətlər qutusunun yağı - 1 ədəd 160 (bir yüz altmış) manat
26. Təkər - 1 ədəd - 50 (əlli) manat
27. Ubor damı - 1 ədəd - 600 (altı yüz) manat Cəmi: ehtiyyat hsisələri: 5245 (beş min iki yüz qırx beş) manat Xidmətlərin qiymətləri isə aşağıdakı kimi qyimətləndirilmişdir.
1. Dəmirçi - 1400 (bir min dörd yüz) manat
2. Rəngsaz - 1600 (bir min altı yüz) manat
3. Armaturçu - 200 (iki yüz) manat
4. Mühərrikçi - 650 (altı yüz əlli) manat
5. Çilingər - 470 (dörd yüz yetmiş) manat
6. elektrik - 230 (iki yüz otuz) manat Olunan xidmətlərin cəmi qiyiməti: 4550 (dörd min beş yüz əlli) manat. Ümumi xərc 9795 (doqquz min yedi yüz doxsan beş) manat hesablanmışdır. Cavabdeh şəxslər olan Cavabdeh1 və X5 dəfələrlə xahiş və tələb olunmaqlarına baxmayaraq həmin ona dəymiş maddi ziyanı ödəmirlər. Belə olan halda həmin maddi ziyan onlardan məhkəmə qaydasında tutulub mülkiyyətçi olaraq ona ödənməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan Ravon – Nexia R3 markalı, 77Bİ 026 dövlət qeydiyyat nişanlı avtomaşanı vurduqları ziyana görə inzibati qaydada məhkəmə qaydasında cərimə olunublar. Cavabdeh1 və Cavabdeh2 ona dəyən ziyanı ödəmədikləri üçün həmin ziyan onlardan məhkəmə qaydasında tutulub ona ödənməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz edərək məhkəməyə vəsatət təqdim etmiş və bildirmişdir ki, İddiaçı onlara qarşı dəymiş maddi ziyanın ödənilməsini dair iddia ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd olunan iddianın qaldırılmasına səbəb iddiaçıya məxsus, onun mülkiyyətində olan RAVON Nexia markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilinə xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı dəyən ziyan olmuşdur. İş mäteriallarındanda göründüyü kimi xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermiş və təqsirli şəxs Səbail rayon Məhkəməsinin 3(009)-902/202 nömrəli; xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 332.4-cü maddəsi ilə 400 (dörd yüz) manat məbləğində cərimə olunmuşdur. Hadisə zamanı əmlaka dəymiş ziyan müəyyən olunmuş və həmin ziyan təqsirli şəxs tərəfindən iş üzrə 3-cü şəxs qismində iştirak edən Cavabdeh3 ödənilmişdir. Bu hal mülki iş materiallarına əlavə olunan Səbail rayon Məhkəməsinin yuxarıda qeyd olunan qərarı və 28 saylı notariat ofisinin xüsusi notariusu Elmar Kərimov tərəfindən təsdiq edilmiş ərizələrlədən aydın görünür. İddiaçı mövqeyi ondan ibarətdir ki, ziyan mülkiyyət olaraq öna ödənilməliydi. Cavabdeh olaraq onlar belə bir mövqe ilə aşağıda qeyd olunanlara əsasən razılaşmırlar. Məhkəmə baxışı zamanı 3-cü şəxs Cavabdeh3 ona verilən suallara cavab olaraq bildirdi ki, qeyd olunan avtomobili o, lizinq yolu ilə əldə etmiş müvafiq müqavilə bağlayaraq bir neçə ay qrafik üzrə ödənişlər etmişdir. Məhkəmə baxışına qədər bu hal onlara məlum deyildi. Bu səbəbdən də məhkəmə baxışı iclası təxirə salındı və növbəti məhkəmə iclasında, yəni xx.xx.2022-ci il tarixdə Cavabdeh3 tərəfindən qeyd olunan "Lizinq" Müqaviləsi və qrafik üzrə ödəniş qəbzlər məhkəməyə təqdim olundu. Müqavilənin 4.4.17-ci bəndində qeyd olunur ki "Lizinq alan" razılıq verir və öhdəsinə götürür ki, bu Müqavilə və əmlakın Təhvil təslim Aktı imzalandıqdan sonra əmlakın hər cür zədələnməsinə və ya dağılması görə məsuliyyət onun üzərində olacaq, zədələnmə və dağılma ilə əlaqədar "Lizinq verən" in ziyanlarını ödəyəcək və hətda Əmlakı sıradan çıxsa belə, lizinqə görə ödəniş qrafikinə uyğun olaraq ödənişlər edəcək. Həmin Müqavilənin 5.2-ci bəndində qeyd olunur ki, Lizinq obyekti üzrə sahiblik və ondan istifadə hüququ "Lizinq alan"a tam həcmdə keçir. Əmlaka dəyən ziyanın tərəflərindən əmlakın müqavilə üzrə faktik sahibinə ödənilməsində hansı qanun pozuntusu yoxdur. Əmlaka dəymiş ziyanın ödənilməsinə baxmayaraq iş üzrə üçüncü şəxs Cavabdeh3 tərəfindən qeyd olunan müqavilənin 4.4.17-ci bəndinə əməl edilməmişdir. Onların tərəflərindən ziyan ödənildikdən sonra Cavabdeh3 avtomobili təmir etdirərək müqavilə üzrə öhdəliyini yerinə yetirmək əvəzinə bunu etməmiş və nəticədə mülkiyyətçiyə ziyan dəymişdir. Belə olan halda mülkiyyətçiyə yəni iş üzrə iddiaçıya ziyanı onlar yox müqavilə üzrə öhdəliyini yerinə yetirməyən müqavilə tərəfi vurmuş olur. Yuxanda qeyd etdiyi kimi iddiaçı ilə üçüncü şəxs Cavabdeh3 arasında Lizinq Müqaviləsinin olması həm ona həm də məhkəməyə xx.xx.2022-ci il tarixə keçirilən məhkəmə baxışı iclasında məlum olduğu üçün hazırkı vəsatəti məhkəmə baxışında təqdim etməli olur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Cavabdeh3 ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və Cavabdeh2 avtomobilə dəymiş zərərin aradan qaldırılması məqsədilə Cavabdeh3 6000 manat məbləğində pul vəsaiti ödədiklərini bildirmişlər. İddiaçının nümayəndəsi cavabdehlərin əsl cavabdehlə əvəz edilməsinə dair razılıq ərizəsini məhkəməyə təqdim etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Cavabdeh3 vəsatətə etiraz etmişdir. Məhkəmənin 17 yanvar 2023-cü il tarixli qərardadı ilə vəsatət təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (daha əvvəl iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş) əsl Cavabdeh3 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış maliyyə lizinqi müqaviləsinin qüvvədə olduğunu, lakin aylıq ödənişlərin edilmədiyini, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməli olduğunu, avtomobilə dəymiş zərər onun tərəfindən aradan qaldırıldıqdan sonra avtomobilin təkrarən cavabdehə təhvil veriləcəyini bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddiaya etiraz edərək, 01 mart 2022-ci il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verdiyini, onun qanuni sahibliyində olan avtomobilə zərər dəydiyini, aya aylarına qədər zərərin ödənilməsi ilə bağlı təqsirli şəxslər və mülkiyyətçi İddiaçılə aralarında danışıqlar aparıldığını, sonradan isə avtomobil təmir edilmədiyindən mülkiyyətçinin tələbi ilə avtomobili Sumqayıt şəhərinədə mülkiyyətçiyə təhvil verildiyini bildirmişdir. Həmçinin Cavabdeh1 tərəfindən ona 6000 manat pul ödənildiyini və 5000 manat pulun sığorta şirkəti tərəfindən ödəniləcəyini bildirdikləri üçün onlardan şikayət və tələbinin olmadığı barədə ərizə yazdığını, ümumilikdə 11.000 manat pula həm avtomobili təmir etdirəcəyini, həm də həyat yoldaşı ağır xəsarətlər aldığı üçün onun sağlamlığının bərpa edilməsinə çəkilən xərcləri qarşılayacağnı, bildirmişdir. Həmçinin bildirmişdir ki, sığorta şirkəti təqsirli şəxslər tərəfindən ona 6000 manat ödənildiyini nəzərə alaraq mülkiyyətçiyə və ona sığorta ödənişi ödənilməsindən imtina etmişdir. Ona ödənilən pul ilə yoldaşının müalicə xərclərini qarşılamışdır, hazırda maddi imkanı yoxdur, avtomobili təmir etdirə bilməz. Lakin iddiaçı ilə aralarında bağlanmış lizinq müqaviləsi hazırda qüvvədədir, avtomobil təmir etdirilib ona verilərsə hər ay üçün müqavilə üzrə ödənişlərini davam etdirəcəkdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 21 dekabr 2021-ci il tarixli lizinq müqaviləsinin 2.1-ci bəndinə əsasən, tərəflər arasında imzalanmış Maliyyə Lizinqi müqaviləsinə əsasən <<Lizinq verən>> əvvəlcədən lizing vermək məqsədilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya Lizinq alan tərəfindən seçilmiş, <<Lizinq verən>> lə Satıcı arasında bağlanılan alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 (bir) Markası: Ravon Nexia R3 Minik, Buraxılış ili: 2017, Ban nömrəsi: XWBTF69V9HA21751 Nəqliyyat vasitəsini <<Lizinq alan>> ın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür. <<Lizinq alan>> isə bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə <<Lizinq verən>> ə şərtləşdirilmiş muzd ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 4.4.17-ci bəndində qeyd olunur ki "Lizinq alan" razılıq verir və öhdəsinə götürür ki, bu Müqavilə və əmlakın Təhvil təslim Aktı imzalandıqdan sonra əmlakın hər cür zədələnməsinə və ya dağılması görə məsuliyyət onun üzərində olacaq, zədələnmə və dağılma ilə əlaqədar "Lizinq verən" in ziyanlarını ödəyəcək və hətda Əmlakı sıradan çıxsa belə, lizinqə görə ödəniş qrafikinə uyğun olaraq ödənişlər edəcək. Həmin Müqavilənin 5.2-ci bəndində qeyd olunur ki, Lizinq obyekti üzrə sahiblik və ondan istifadə hüququ "Lizinq alan"a tam həcmdə keçir. İş materiallarında olan ƏN-V seriyalı, 913168 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, İddiaçı Ravon Nexia R3 markalı, 77BJ926 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə üzrə nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh3 vermişdir. İş materiallarında olan X14 aktından görünür ki, Ravon Nexia R3 markalı, 77BJ926 dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinə dəymiş ziyan 5245 manat, xidmətlərin qiyməti 4550 manat, cəmi 9795 manat təşkil edir. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 31 mart 2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Səbail RPİ-nin DYPŞ-si vasitəsi ilə Səbail rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan notariat qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı X8 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilməsini, bu hadisə ilə bağlı X6 qarşı heç bir iddiası və tələbinin olmamasını, gələcəkdədə də olmamasını bildirmişdir. İş materiallarında olan notariat qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı X8 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilməsini, bu hadisə ilə bağlı X6 qarşı heç bir iddiası və tələbinin olmamasını, gələcəkdədə də olmamasını bildirmişdir. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-902/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı əsasən, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinmiş və onun barəsində 400 manat məbləğində cərimə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, Cavabdeh2 Daxili İşlər Nazirliyi BDYPİ-nin hesabına 360 manat cərimə ödəmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli PBA********** N°-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”şəhadətnaməsi üzrə sığortalanmış, Cavabdeh2 tərəfindən idarə edilən “Daewoo Gentra” markalı, ** SD *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində saat 22:30 radələrində 20-ci Sahədən Bibiheybət istiqamətində yolda “Ravon R3” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və həmin avtomobildə sərnişin qismində olan X1 yüngül xəsarət almışdır. Qeyd olunan hadisə ilə bağlı Səbail rayon RPİ tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 065-9486-1222 saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ” dan (Forma 4) və xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan müəyyən olur ki, xx.xx.2022-ci il tarixli hadisə ilə zamanı Cavabdeh2 “Daewoo Gentra” markalı, ** SD *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə etdiyinə görə barəsində İXM-nın 332.7ci maddəsi ilə, Cavabdeh1 barəsində isə İXM-nın 335.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə material Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının “İcbari sığortalar haqqında” qanunun 25.1.3.-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Belə ki, “Ravon R3” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin qiymətləndirilməsində iştirak üçün ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-nin ofisi ilə əlaqə saxlamaqları xahiş olunmuşdur. İş materiallarında olan Cavabdeh3 Səbail Rayon Polis İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Daevo Centra markalı 99SD352 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə şikayət və tələbi yoxdur. İş materiallarında olan X2 Səbail Rayon Polis İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Daevvo Centra markalı 99SD352 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə şikayət və tələbi yoxdur. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh3 və İddiaçı ünvanladığı xx.xx.2022ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə Səbail rayonu, Bibiheybət yolunda Cavabdeh1 mülkiyyətində olan və Cavabdeh2 tərəfindən “Daewoo Gentra” markalı ** SD *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilərkən Cavabdeh3 tərəfindən idarə olunan “Ravon R-3 Nexia” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşaraq sonuncuya maddi zərər dəymişdir. Bakı şəhəri 28 saylı notarius tərəfindən “Ravon R-3 Nexia” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh3 notarial qaydada təsdiq edilmiş Ərizəsinə əsasən dəymiş zərər Cavabdeh1 tərəfindən tam şəkildə ödənildiyi, habelə xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh1 qarşı gələcəkdə heç bir iddiası və tələbi olmavacağını bildirmişdir. Azərbaycan Respublikasının “İcbari sığortalar haqqında” qanunun 20.5-ci maddəsinə əsasən üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.E7.-ci maddəsinə əsasən əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən almasına görə sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Odur ki, Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə əsasən hadisə nəticəsində “Ravon R-3 Nexia” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ilə bağlı Cəmiyyət tərəfindən sığorta ödənişinin verilməsi üçün hüquqi əsas mövcud deyil. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Səbail rayonu, Bibiheybət yolunda Cavabdeh1 mülkiyyətində olan və Cavabdeh2 tərəfindən “Daewoo Gentra” markalı ** SD *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilərkən Cavabdeh3 tərəfindən idarə olunan “Ravon R-3 Nexia” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşaraq sonuncuya maddi zərər dəymişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh3 arasında 21 dekabr 2021-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Bu əsasla Cavabdeh3 tərəfindən idarə olunan “Ravon R-3 Nexia” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə zamanı qanuni sahibi o olmuşdur. Hadisədən sonra Cavabdeh1 tərəfindən 6000 manat pul zərərin əvəzi olaraq Cavabdeh3 ödənilmişdir. Məhkəmə iddianın tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi tərəflər arasında daxili maliyyə lizinqi müqaviləsi bağlanmış və onlar üzərilərinə müqavilə şərtlərinə uyğun müvafiq öhdəliklər götürmüşlər. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış münasibətlər Mülki Məcəllənin aşağıdakı müddəaları baxımından aralarında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yarandığı üçün iddiaçının hazırki tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası MM-nin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.7-ci maddəsinə əsasən, lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. (MM 748-1.8) Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. (MM 748-1.9) Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 21 dekabr 2021-ci il tarixli lizinq müqaviləsinin 2.1-ci bəndinə əsasən, tərəflər arasında imzalanmış Maliyyə Lizinqi müqaviləsinə əsasən <<Lizinq verən>> əvvəlcədən lizing vermək məqsədilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya Lizinq alan tərəfindən seçilmiş, <<Lizinq verən>> lə Satıcı arasında bağlanılan alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 (bir) Markası: Ravon Nexia R3 Minik, Buraxılış ili: 2017, Ban nömrəsi: XWBTF69V9HA21751 Nəqliyyat vasitəsini <<Lizinq alan>> ın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür. <<Lizinq alan>> isə bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə <<Lizinq verən>> ə şərtləşdirilmiş muzd ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış müqavilənin 4.4.17-ci bəndində qeyd olunur ki "Lizinq alan" razılıq verir və öhdəsinə götürür ki, bu Müqavilə və əmlakın Təhvil təslim Aktı imzalandıqdan sonra əmlakın hər cür zədələnməsinə və ya dağılması görə məsuliyyət onun üzərində olacaq, zədələnmə və dağılma ilə əlaqədar "Lizinq verən" in ziyanlarını ödəyəcək və hətda Əmlakı sıradan çıxsa belə, lizinqə görə ödəniş qrafikinə uyğun olaraq ödənişlər edəcək. Həmin Müqavilənin 5.2-ci bəndində qeyd olunur ki, Lizinq obyekti üzrə sahiblik və ondan istifadə hüququ "Lizinq alan"a tam həcmdə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2) İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1511/2022 saylı qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/6125 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “X15” tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Ravon Nexia R3” markalı, 77BJ926 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7926.0 manat müəyyən edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/6125 saylı, xx.xx.2022-ci il tarixli rəyini mötəbər sübut hesab edir və onunla razılaşır. Belə ki, rəylə razılaşmamaq üçün heç bir əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 7926 manat məbləğində pulu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 120 (yüz iyirmi) AZN dövlət rüsumundan və iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun 100 (bir yüz) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 20 (iyirmi) manat hissəsi isə iddiaçıya aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 80 (səksən) manat hissəsi cavabdehdən, 20 (iyirmi) manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, avtomobilə dəymiş ziyan 7926 (yeddi min doqquz yüz iyirmi altı) manat məbləğində pul vəsaiti, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun 100 (bir yüz) manat hissəsi, Cavabdeh3 tutularaq İddiaçı ödənilməli, dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi iddiaçıya aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 80 (səksən) manat hissəsi cavabdehdən, 20 (iyirmi) manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. 7926 (yeddi min doqquz yüz iyirmi altı) manat məbləğində pul vəsaiti, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun 100 (bir yüz) manat hissəsi Cavabdeh3 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 80 (asəksən) manat hissəsi cavabdehdən, 20 (iyirmi) manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; X3 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəna Qafarova