Məhkəmə qərarları › İş №2(009)-527/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-527/2020

04.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-527/2020 04.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı - cavabdeh “Cavabdeh”-a qarşı «mənəvi zərər» tələbinə dair mülki işə tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasındabaxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı– cavabdeh “Cavabdeh”-a qarşı «mənəvi zərərin ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə cavabdehdən 1.000.000 manat mənəvi zərər tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi belə əsaslandırmışdır ki,o, “xxxxx” MMC-nin həm təsisçisi, həm də direktorudur. MMC hündürmərtəbəli binaların tikintisi ilə məşğul olur. xx.xx.2019-cu il tarixdə iddiaçının yaxınları ona bildirmişdirlər ki, onun barəsində xxxxxnet səhifəsində məlumat yayılmışdır. İddiaçı həmin saytda “xxxxx” MMC-nin dələduzluğu araşdırılır-İddiaçı arxasında kim dayanır?” başlıqlı yazını görmüşdür. Həmin yazıda qeyd olunmuşdur ki, iddiaçının rəhbərlik etdiyi “xxxxx” MMC ilə bağlı şikayətlər yüksək həddə çatmış və iddiaçının beynəlxalq miqyaslı dələduzluqla məşğul olduğu qeyd olunmuşdur. Mənbəədə həm də qeyd olunmuşdur ki, “Arxasında çox nüfuzlu dövlət məmurunun dayandığı “xxxxx” MMC-nin sahibi yəni iddiaçının barəsində artıq hüquqi müstəvidə araşdırmaların aparılması və qərar verilməsi tapşırığı gəlib”. Eyni zamanda qeyd olunmuşdur ki, iddiaçı ona himayədarlıq edən dövlət məmuruna arxayın olmaqla ayrı-ayrı vətəndaşlara divan tutur. Cavabdeh tərəfindən qeyd olunan sözügedən yazı tamamilə uydurma, yalan və böhtan üzərində qurulmuşdur. Nəticədə iddiaçıya mənəvi zərər vurulmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun məzmunda ifadə vermiş və iddianın təmin ounması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla dəfələrlə məhkəmə iclasına dəvət edilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2004-cü il tarixli Kommersiya təşkilatılarının dövlət reyestrindən çıxarışın surətindən görünür ki, “xxxxx” MMC-nin yeni təsisçisi İddiaçıdur. “Cavabdeh”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“xxxxx MMC-nin dələduzluğu araşdırılır-İddiaçı arxasında kim dayanır?” başlıqlı yazıda qeyd olunmuşdur ki, Cavabdeh bildirir ki, həmin MTK-lardan biri də İddiaçı adlı şəxsin rəhbərlik etdiyi “xxxxx” MMC-dir. Bu MTK ilə bağlı şikayətlər o həddə çatıb ki, hətta Qəbil Əliyevin adı beynəlxalq miqyaslı dələduzluqda da hallanıb. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli eksper rəyində qeyd olunmuşdur ki, “Cavabdeh bildirir ki, həmin MTK-lar-dan biri də İddiaçı adlı şəxsin rəhbərlik etdiyi “xxxxx” MMCdir. Bu MTK ilə bağlı şikayətlər o həddə çatıb ki, hətta İddiaçı adı beynəlxalq miqyaslı dələduzluqda da hallanıb və onun məsələsi ciddi araşdırılsa, böyük miqyaslı dələduzluq faktları ortaya çıxacaq” cümlələrində istifadə edilən “dələduz” sözü böhtan olaraq söylənildiyi təqdirdə İddiaçı şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl yetirən ifadədir. Rəydə habelə qeyd olunmuşdur ki, “ Cavabdeh bildirir ki, həmin MTK-lardan biri də İddiaçıadlı şəxsin rəhbərlik etdiyi “xxxxx” MMC-dir. Bu MTK ilə bağlı şikayətlər o həddə çatıb ki, hətta Qəbil Əliyevin adı beynəlxalq miqyaslı dələduzluqda da hallanıb və onun məsələsi ciddi araşdırılsa böyük miqyaslı dələduzluq faktları ortaya çıxacaq” cümlələri təsdiq formasında ifadə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçı barəsində həqiqətə uymayan və heç bir mötəbər mənbəyə əsaslanmayan böhtan xarakterli məlumatlar yaymaqla iddiaçının şərəf-ləyaqətinə, habelə işgüzar nüfuzuna xələl gətirmişdir. Belə ki, cavabdeh iddiaçı barəsində səsləndirdiyi fikirlərin həqiqətə uyğun olduğunu sübut edə bilməmişdir. Bu səbəbdən həmin ifadələr böhtan xarakterli ifadələr sayılmaqla iddiaçının şərəf və ləyaqətini, eyni zamanda işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Lakin qanunvericilikdə bəzi kateqoriyalı işlər üzrə sübutetmə yükü bütövlüklə tərəflərdən birinin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinin mənasına görə şərəf, ləyaqətin və ya işgüzar nüfuzun müdafiəsi ilə bağlı işlərdə sübutetmə yükü cavabdehin üzərinə qoyulur. Məhkəmə, tələbin hüquqi əsasını nəzərdən keçirərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələrinə əsasən, cavabdehdən mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Məhkəmə hazırkı mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq bildirir ki, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Digər tərəfdən, cavabdeh Ə.Əlizadə iddiaçıları təhqir edərək, iddiaçıların şərəf və ləyaqətini alçaldaraq sonuncuya mənəvi zərər yetirmişdir. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə almışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarının 3-cü bəndində göstərilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və X3 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Məhkəmə, hazırkı iddia tələbinə də bu baxımdan yanaşaraq hesab edir ki, cavabdehin iddiaçılara böhtan atmasını, onların şərəf və ləyaqəti alçaldaraq Polis Bölməsinə əsassız şikayət ərizələri ünvanlarayaraq iddiaçılara mənəvi zərər vurması qənaətinə gələrək və bu faktın əlavə sübutlarla təsdiqinə ehtiyac olmadığını qeyd edir. Məhkəmə, mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə, cavabdeh tərəfindən iddiaçıların atılmış böhtanın ağrlığını, onların keçirdiyi mənəvi iztirab və sarsıntıları, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb, hesab edir ki, iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 2.000 manat olmaqla pul tutulması məqsədəmüvafiqdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia qismən təmin edilməklə, cavabdeh “Cavabdeh” veb səhifəsindən iddiaçının xeyrinə 2.000 manat məbləğində pul tutulmalıdır. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumundan və 150 manat Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-tikinti texniki ekspert tədqiqatının dəyərindən ibarətdir. Məhkəmə hesab edir ki, iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumu və xx.xx.2020-ci il tarixli məhkəmə ekspertizasının rəyi üçün ekspertiza xərcini təşkil edən 15 0 manat məbləğində vəsait iddia tələbi qismən təmin olunduğundan işdə iştirak edən şəxslərə aid edilməli və onlardan müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Vurulmuş mənəvi zərərə görə cavabdeh “Cavabdeh” veb səhifəsindən İddiaçı xeyrinə 2.000 manat məbləğində pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş 30 AZN dövlət rüsumunun 15 manat hissəsi tutulsun. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-linqvistik ekspertizası tədqiqatının dəyərini təşkil edən 150 manat vəsaitin 75 manat hissəsi İddiaçı, 75 manat hissəsi isə cavabdeh “Cavabdeh” xxxxxnet səhifəsindən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar