Məhkəmə qərarları › İş №2(009)-533/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-533/2024

01.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-533/2024 01.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçı – Cavabdeh qarşı «zərər» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində 01 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «zərər» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 4555 manat zərərin və 67 manat dövlət rüsumunun əvəzinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AR DİN BDYP İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, **-UY-*** dövlət nömrə nişanlı, Opel Combo markalı avtomaşın iddiaçıya məxsusdur. xx.xx.2023-cü il ildə, təxminən saat 22:30 radələrində Cavabdeh idarə etdiyi Mercedes Benz markalı ** AE *** dövlət qeydiyyat nişanlı avtomobil Topçubaşov küçəsindən hərəkətdə olan vaxt Nəsimi rayonu, Səməd Vurğun küçəsinin kəsişməsində stopu gözləmədiyi üçün sağdan Səməd Vurğun küçəsindən hərəkətdə olan Opel Combo markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ağır qəza törətmişdir. Maşına xeyli ziyan dəymişdir. Cavabdeh barəsində AR İXM-nin 327.1-ci maddəsinə uyğun protokol tərtib edilmişdir. Opel-Dərnəgül servisində dəyişiləcək və təmir olunacaq ehtiyat hissələrinin qüsur aktı tərtib edilmişdir: ehtiyat hissələrinin dəyişdirilməsi üçün 3460 manat, təmir işlərinə görə 995 manat, servis tərəfindən avtomaşının qeydiyyata alınması 100 manat olmaqla ümumilikdə 4555 manat məbləğ müəyyənləşdirilmişdir. Cavabdeh sığortası olmadığı üçün ziyanın sığorta şirkəti tərəfindən ödənilməsi mümkün olmamışdır. İddiaçı teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İş materiallarından olan: Nəsimi rayon Polis İdarəsinin 28 noyabr 2023-cü il tarixli arayışının və 15 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.2023-cü il ildə, təxminən saat 22:30 radələrində Cavabdeh idarə etdiyi Mercedes Benz markalı ** AE *** dövlət qeydiyyat nişanlı avtomobil Topçubaşov küçəsindən hərəkətdə olan vaxt Nəsimi rayonu, Səməd Vurğun küçəsinin kəsişməsində stopu gözləmədiyi üçün sağdan Səməd Vurğun küçəsindən hərəkətdə olan Opel Combo markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ağır qəza törətmişdir və Cavabdeh İXP 584567 nömrəli protokol və TP ******* nömrəli inzibati tənbeh haqqında qərara əsasən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə təqsirli bilinmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 9/1793 №-li məhkəmə ekspertizası tərəfindən verilmiş rəydən aydın olur ki, xx.xx.2023-cü il tarixli qüsur aktında olan məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı Opel Combo markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4305 manat müəyyən edilmişdir. Məhkəmə işin faktiki hallarını, maddi və prosessual normaların tələblərini dəyərləndirərək hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslı olmaqla baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçının əmlakına dəymiş zərərin məbləği 4305 manat müəyyən edilməli və həmin pul vəsaiti nəqliyyat vasitəsini qanuni əsaslarla idarə edən və yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinən Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi qismən təmin olunduğu halda, hazırkı iş üzrə çəkilmiş xərclər (dövlət rüsumu və ekspert tədqiqatının dəyəri) yarı hissələrdə tərəflərə aid edilməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 67 manat dövlət rüsumundan və 50 manat Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspert tədqiqatının dəyərindən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 4305 (dörd min üç yüz beş) manat pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 35 manat hissəsi Cavabdeh alınıb İddiaçı ödənilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərlərini təşkil edən 50 manat vəsaitin 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə Cavabdeh tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar