Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-54/2020 04.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” KB ASC-nin - cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X11 və X6 qarşı «kreditin, kredit faizlərinin, cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” KB ASC - cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X11 və X6 qarşı «kreditin, kredit faizlərinin, cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 275UM/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış - xx.xx.2014-cü il tarixli 275N/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 31.005,09 ABŞ dolları, faiz borcu üzrə 1.269,05 ABŞ dolları, cərimə borcu üzrə 1.836,22 ABŞ dolları, cəmi 34.110,36 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 107G/15 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 1.830,07 ABŞ dolları, faiz borcu üzrə 73,43 ABŞ dolları, cərimə borcu üzrə 480,92 ABŞ dolları, cəmi 2.384,42 ABŞ dolları, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 20a saylı evin 63 saylı mənzilə və girov predmeti olan Cavabdeh1 məxsus 6000 manat dəyərində dövriyyədəki mallara yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2014-cü il tarixli 275N/14 saylı əlavə kredit müqaviləsi üzrə 34110,36 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 107G/15 saylı əlavə kredit müqaviləsi üzrə isə 2384,42 ABŞ dolları borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 74.000 (yetmiş dörd min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 20a saylı evin 63 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin mənzildən Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X8, X4 və X7 çıxarılması və qeyd olunan mənzilin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «xxxx» KB ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 275UM/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış - xx.xx.2014-cü il tarixli 275N/14 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, xx.xx.2017-ci il tarixədək, illik 21% ödəmək şərtilə 65.000 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 107G/15 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, xx.xx.2018-ci il tarixədək, illik 21% ödəmək şərtilə 15.000 ABŞ dolları məbləğində kreditlər verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi «xxxx» Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 275UMİ/14 saylı sonraki ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 20a saylı evin 63 saylı mənzili «xxxx» Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi xx.xx.2014cü il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə, xx.xx.2015-ci il tarixli 107G/15 saylı əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi «xxxx» Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 275-1N/14 saylı girov müqaviləsinə əsasən girov qoyanda saxlanılan və müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə qeyd olunan 6000 manat dəyərində olan dövriyyədəki mallar «xxxx» Kommersiya Bankı ASC-yə girov qoyulmuşdur. xx.xx.2014-cü il tarixli 275UM/14 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi, eyni zamanda iddiaçı “xxxx” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 275NZ/14 saylı zaminlik müqaviləsi çıxış edir və bu müqaviləyə görə Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq “xxxx” Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafıkə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 xx.xx.2018-ci il tarixə - xx.xx.2014-cü il tarixli 275N/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 31005,09 ABŞ dolları, faiz borcu üzrə 1269,05 ABŞ dolları, cərimə borcu üzrə 1836,22 ABŞ dolları, cəmi 34110,36 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 107G/15 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 1830,07 ABŞ dolları, faiz borcu üzrə 73,43 ABŞ dolları, cərimə borcu üzrə 480,92 ABŞ dolları, cəmi 2384,42 ABŞ dolları borcu təşkil edir. xx.xx.2014-cü il tarixli 275UMİ/14 saylı sonraki ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 20a saylı evin 63 saylı mənzili əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə Banka ipotekaya qoyulmuş və ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsinin 2.4-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən 74.000 (yetmiş dörd min) manat məbləğində qiymətləndirilmişdir. İddiaçının ipoteka predmeti kimi çıxış edən əmlakdan cavabdehlərin çıxarılması onunla əlaqəlidir ki, əmlak hərraca çıxarıldığı zaman əmlak boş olmalıdır, eyni zamanda orada yaşayan şəxslərin və mənzilinin mülkiyyətçisinin hüquqlarından azad olmalıdır. Əks təqdirdə həmin əmlakın hərrac yolu ilə realizə olunması qeyri-mümkün olacaqdır. Qeyd olunanlara əsasən borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz borcları, həmçinin cərimə borclu və zamindən iddiaçının xeyrinə tutulmalı, öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına borclunun iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz və cərimə borcları, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri ödənilməlidir. Sonradan iddiaçı “xxxx” KB ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh1 və Cavabdeh2 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 275UM/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 275N/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 31005,09 ABŞ dolları, faiz borcu üzrə 1485,05 ABŞ dolları, cərimə borcu üzrə 936,22 ABŞ dolları, cəmi 33426,36 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 107G/15 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 3,43 ABŞ dolları, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 20a saylı evin 63 saylı mənzilə və girov predmeti olan Cavabdeh1 məxsus 6000 manat dəyərində dövriyyədəki mallara yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2014-cü il tarixli 275N/14 saylı əlavə kredit müqaviləsi üzrə 33426,36 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 107G/15 saylı əlavə kredit müqaviləsi üzrə isə 3,43 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 74.000 (yetmiş dörd min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 20a saylı evin 63 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin mənzildən Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X8, X4 və X7 çıxarılması və qeyd olunan mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - «xxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 275UM/14 saylı əsas kredit müqaviləsi çərçivəsində xx.xx.2014-cü il tarixli 275N/14 saylı əlavə kredit müqaviləsindən görünür ki, Bank borcluya 36 ay müddətinə, xx.xx.2017-ci il tarixədək, illik 21% ödəmək şərtilə 65.000 ABŞ dolları kredit vermişdir. - «xxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 275UM/14 saylı əsas kredit müqaviləsi çərçivəsində xx.xx.2015-ci il tarixli 107G/15 saylı əlavə kredit müqaviləsindən görünür ki, Bank borcluya 36 ay müddətinə, xx.xx.2018-ci il tarixədək, illik 21% ödəmək şərtilə 15.000 ABŞ dolları məbləğində kreditlər verilmişdir. - «xxxx» Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 275UMİ/14 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 20a saylı evin 63 saylı mənzili (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən reyestr nömrəsi **********11-05***-*******, qeydiyyat nömrəsi **********, xx.xx.2012-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarış əsasında) xx.xx.2014-cü il tarixli 275UM/14 saylı kredit müqaviləsinə əsasən «Bank»ın Cavabdeh1 verdiyi 65000 ABŞ dolları məbləğində kreditin xx.xx.2017-ci il tarixinə qədər qaytarılacağının, habelə kredit müqaviləsinə uyğun olaraq hesablanan və ödənilməli ssuda faizlərinin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödəniləcəyinin təminatı kimi ipotekaya qoyulmuşdur. İkitərəfli razılaşmaya əsasən ipoteka predmetinin ümumi dəyəri 74000 (yetmiş dörd min) manat məbləğində qiymətləndirilmişdir. - Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 20a saylı evin 63 saylı mənzili xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi “xxxx” KB ASC-nin Neftçilər filialının qarşısında ipoteka ilə yüklü edilmişdir. - xx.xx.2015-ci il tarixli 107G/15 saylı əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi «xxxx» Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 275-1N/14 saylı girov müqaviləsindən görünür ki, girov qoyanda saxlanılan və müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə qeyd olunan 6000 manat dəyərində olan dövriyyədəki mallar «xxxx» Kommersiya Bankı ASC-yə girov qoyulmuşdur. - “xxxx” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 275NZ/14 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin xxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 275UM/14 saylı əsas kredit müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. - “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 275N/14 saylı əlavə kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2015-ci il tarixli Sazişdən görünür ki, kredit müqaviləsinin 1.3-cü bəndində nəzərdə tutulmuş kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 19,5 faiz, müddət isə xx.xx.2018-ci il tarixədək müəyyən edilmişdir. - “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 275N/14 saylı əlavə kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2016-cı il tarixli Sazişdən görünür ki, kredit müqaviləsi üzrə 2016-cı ilin aprel və may ayları üzrə güzəşt müddəti verilmiş, kredit müqaviləsi üzrə aylıq ödəniş 900 ABŞ dolları müəyyən edilmiş və qalıq borc sonuncu aya alıtmış, kredit müqaviləsi üzrə faiz dərəcəsi 17 faiz müəyyən edilmişdir. - “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 275N/14 saylı əlavə kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2016-cı il tarixli Sazişdən görünür ki, kredit müqaviləsi üzrə 2016-cı ilin aprel və may ayları üzrə güzəşt müddəti verilmiş, kredit müqaviləsi üzrə aylıq ödəniş 900 ABŞ dolları müəyyən edilmiş və qalıq borc sonuncu aya alıtmış, kredit müqaviləsi üzrə faiz dərəcəsi 16 faiz müəyyən edilmişdir. - “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 107G/15 saylı əlavə kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2016-cı il tarixli Sazişdən görünür ki, kredit müqaviləsi üzrə faiz dərəcəsi 16 faiz müəyyən edilmişdir. - “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 275-1N/14 saylı girov müqaviləsinə əlavə və dəyişiklik edilməsi haqqında xx.xx.2015-ci il tarixli Sazişdən görünür ki, girov müqaviləsinin 1.2-ci bəndində göstərilən əlavə kredit müqaviləsinin bitmə müddəti xx.xx.2018-ci il tarixədək müəyyən edilmişdir. - xx.xx.2018-ci il tarixli maliyyə arayışlarından görünür ki, borclu Cavabdeh1 xx.xx.2014-cü il tarixli 275N/14 saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu 31005,09 ABŞ dolları, faiz borcu 1269,05 ABŞ dolları, cərimə borcu 1836,22 ABŞ dolları, cəmi 34110,36 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 107G/15 saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu 1830,07 ABŞ dolları, faiz borcu 73,43 ABŞ dolları, cərimə borcu 480,92 ABŞ dolları, cəmi 2384,42 ABŞ dolları borcu vardır. - 6 saylı MKİS tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 20a saylı evin 63 saylı mənzilində Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X15, X9 və X12 qeydiyyatdadırlar. - “xxxx” KB ASC tərəfindən Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 20a saylı evin 63 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınması xahiş olunmuşdur. - xx.xx.2020-ci il tarixli maliyyə arayışlarından görünür ki, borclu Cavabdeh1 xx.xx.2014-cü il tarixli 275N/14 saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu 31005,09 ABŞ dolları, faiz borcu 1485,05 ABŞ dolları, cərimə borcu 936,22 ABŞ dolları, cəmi 33426,36 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 107G/15 saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu 3,43 ABŞ dolları borcu vardır. - xx.xx.2020-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh1 tərəfindən 6 manat (3,43 ABŞ dolları) məbləğində borc ödənilmişdir. - «xxxx» KB ASC-nin Qara Qarayev filialının Cavabdeh1 adına olan xx.xx.2014-2020ci il tarixlər üçün hesab üzrə çıxarışından görünür ki, o, xx.xx.2020-ci il tarixdə 200,59 ABŞ dolları məbləğində ödəniş həyata keçirmişdir. - Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə göstərilən daşınmaz əmlakların bazar qiymətinə uyğun qiymətləndirilməsi “xxxx” MMC-yə həvalə olunmuş və “xxxx” MMC-nin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 20a saylı evin 63 saylı mənzilinin bazar dəyərinin müəyyən edilməsi üzrə 031/UB/20 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə qeyd edilən fərdi yaşayış evinin bazar dəyəri 85.500 (səksən beş min beş yüz) manat, likvid dəyəri 80.000 (səksən min) manat məbləğində müəyyən olunmuşdur. - İddiaçı “xxxx” KB ASC cavabdehlərə borcu ödəməsinə dair xəbərdarlıq və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş göndərmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı «xxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 275UM/14 saylı əsas kredit müqaviləsi çərçivəsində xx.xx.2014-cü il tarixli 275N/14 saylı əlavə kredit müqaviləsinə əsasən Bank borcluya 36 ay müddətinə, xx.xx.2017-ci il tarixədək, illik 21% ödəmək şərtilə 65.000 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 107G/15 saylı əlavə kredit müqaviləsinə əsasən 36 ay müddətinə, xx.xx.2018-ci il tarixədək, illik 21% ödəmək şərtilə 15.000 ABŞ dolları məbləğində kreditlər vermiş, xx.xx.2014-cü il tarixli 275UMİ/14 saylı sonrakı ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 20a saylı evin 63 saylı mənzili xx.xx.2014-cü il tarixli 275UM/14 saylı kredit müqaviləsinə əsasən 65000 ABŞ dolları məbləğində kreditin xx.xx.2017-ci il tarixinə qədər qaytarılacağının, habelə kredit müqaviləsinə uyğun olaraq hesablanan və ödənilməli ssuda faizlərinin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödəniləcəyinin təminatı kimi ipotekaya qoyulmuş, ikitərəfli razılaşmaya əsasən ipoteka predmetinin ümumi dəyəri 74000 (yetmiş dörd min) manat məbləğində qiymətləndirilmişdir. İşin materiallarından görünür ki, “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 275N/14 saylı kredit müqaviləsinə 3 dəfə, xx.xx.2015-ci il, xx.xx.2016cı il və xx.xx.2016-cı il tarixli Sazişlərə əsasən, xx.xx.2015-ci il tarixli 107G/15 saylı əlavə kredit müqaviləsinə, xx.xx.2016-cı il tarixli Sazişə əsasən dəyişikliklər edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixli 107G/15 saylı əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi tərəflər arasında 6000 manat dəyərində olan dövriyyədəki malların «xxxx» Kommersiya Bankı ASC-yə girov qoyulmasına dair xx.xx.2014-cü il tarixli 275-1N/14 saylı girov müqaviləsi bağlanmış, girov müqaviləsinə əlavə və dəyişiklik edilməsi haqqında xx.xx.2015-ci il tarixli Sazişə əsasən sözügedən girov müqaviləsinin 1.2-ci bəndində göstərilən əlavə kredit müqaviləsinin bitmə müddəti ilə bağlı dəyişikliklər edilmişdir. İşin araşdırılmış hallarından daha sonra görünür ki, «xxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 275UM/14 saylı əsas kredit müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət barədə “xxxx” KB ASC ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli, 275NZ/14 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı borclu Cavabdeh1 xx.xx.2014-cü il tarixli 275UM/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 275N/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 31005,09 ABŞ dolları, faiz borcu üzrə 1485,05 ABŞ dolları, cərimə borcu üzrə 936,22 ABŞ dolları, cəmi 33426,36 ABŞ dolları, xx.xx.2015ci il tarixli 107G/15 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 3,43 ABŞ dolları borcu olmasını göstərərək bu məbləğin, eləcə də digər xərclərin ondan və zamin Cavabdeh2 tutulmasını, tələbin ipoteka və girov predmetlərinə yönəldilməsini, əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 borcunun və digər xərclərin iddiaçıya ödənilməsini, ipoteka predmeti olan yaşayış mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin mənzildən Cavabdeh1 və digər cavabdehlərin çıxarılması və qeyd olunan mənzilin boşaldılmalı olmasını iddia etmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. - 741-ci maddəsinə əsasən müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq sürətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericiliyə əsasən öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Qanunun yuxarıda göstərilən normalarına əsasən öhdəliklərin lazımınca yerinə yetirlməməsi və bununla əlaqədar dəymiş ziyanın ödənilməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən onun iştirakçıları arasında müvafiq müqavilənin bağlanması yolu ilə həyata keçirilir. Belə müqavilənin mövcudluğu öhdəliklərin yaranması üçün zəruri şərtdir, belə ki, onun məzmunu tərəflərin etməli olduğu hərəkətləri müəyyən edir. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2015-ci il tarixli Plenumunun Qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə, kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Qeyd edilən normalara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan xx.xx.2014-cü il tarixli 275UM/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 275N/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit müqaviləsi üzrə kreditlər almış, tərəflər arasında borc-kredit münasibətləri və öhdəlikləri yaranmış, lakin cavabdeh həmin kredit üzrə əsas borcu və ona hesablanmış faizləri ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı qeyd edilən kredit müqaviləsi əsas borcun və ona hesablanmış faizlərin ödənilməsinə dair hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin, məhkəmə cavabdehdən əsas borc və hesablanmış faizlərin tutulmasına dair iddia tələbinin həcminə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/2621 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, xx.xx.2014-cü il tarixli, 275N/14 saylı kredit müqaviləsi üzrə - rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış, maliyyə arayışı məlumatları, xx xxxx 2014-cü il tarixli, 275N/14 saylı əlavə kredit müqaviləsinin və xx xxxx 2014-cü il tarixli, 275N/14 saylı əlavə kredit müqaviləsi üzrə sonuncu xx xxxxxxxx 2017-ci il tarixli 8 saylı əlavənin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx xxxx 2018-ci il tarixinə (müqavilə müddətinin bitdiyi tarixə) və xx xxxx 2020-ci il tarixə (maliyyə arayışı tarixinə) “xxxx" KB ASC-nə olan borcu ümumilikdə aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) - əsas kredit borcu 31.114,94 ABŞ dolları, faiz borcu 958,99 ABŞ dolları, xx.xx.2020-ci il tarixə (maliyyə arayışı tarixinə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) - əsas kredit borcu 31.114.94 ABŞ dolları, faiz borcu 3.546,46 ABŞ dolları; Qeyd edilir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən xx.xx.2020-ci il tarixdən sonra 200,59 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2020-ci il tarixə göstərildiyindən 200,59 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmadı. xx xxxxx 2015-ci il tarixli, 107G/15 saylı əlavə kredit müqaviləsi üzrə qeyd edilir ki, məhkəmənin ekspertiza təyini haqqında qərardadında ekspert qarşısında qoyulan ikinci və dördüncü suallarda xxxx KB ASC - ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 275UM/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli 107G/15 saylı əlavə kredit müqaviləsinə əsasən həmin əlavə kredit müqaviləsi müddətinin sonuna (dəyişdirilmiş müqavilə müddəti və faiz dərəcələri nəzərə alınmaqla) olan - hesablanmış və qaytarılmayan əsas kredit borcunun, həmçinin faiz və cərimə borclarının (faiz və cərimələrin konkret hansı aylar və günlər üzrə nə qədər hesablanması dəqiq göstərilməklə) məbləği nə qədər təşkil edir və "xxxx" KB ASC – ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 275UM/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli 107G/15 saylı əlavə kredit müqaviləsinə əsasən həmin əlavə kredit müqaviləsi müddətinin son tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün əsas borc və əsas borca illik 5 faiz dərəcəsi ilə hesablanmaqla faiz (faizin konkret hansı aylar və günlər üzrə nə qədər hesablanması dəqiq göstərilməklə) borcunun məbləği nə qədər təşkil edir sualları qoyulmuşdur. İş materiallarında və xx xxxxxx 2020-ci il tarixli məktubla təqdim edilmiş əlavə sənədlərdə 03.04 2015-ci il tarixli 107G/15 saylı əlavə kredit müqaviləsi üzrə hesabdan çıxarış məlümatları mövcud deyildir. Belə olan halda xx.xx.2015-ci il tarixli 107G/15 saylı əlavə kredit müqaviləsi üzrə hesablama aparılması mümkün olmamışdır. Azərbaycan Republikası MPM-nin: - 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/2621 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 xx xxxx 2018-ci il tarixinə (müqavilə müddətinin bitdiyi tarixə) və xx xxxx 2020-ci il tarixə (maliyyə arayışı tarixinə) əsas kredit borcu 31.114,94 ABŞ dolları təşkil edir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sonuncu maliyyə arayışında Cavabdeh1 xx.xx.2020-ci il tarixinə xx.xx.2014cü il tarixli 275N/14 saylı əlavə kredit müqaviləsi üzrə 31005,09 ABŞ dolları əsas kredit borcunun olduğu göstərilmişdir. Məhkəmə əsas borcun tutulması ilə bağlı hissədə iddia tələbini və maliyyə arayışını əsas götürərək əsas borcun hesablanmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qeyd edilən normanın tələbini nəzərə alaraq və ekspert rəyinə digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, əsas borc iddiaçının iddia tələbində və maliyyə arayışında göstərilən həcmdə, yəni 31005,09 ABŞ dolları məbləğində tutulmalıdır. Məhkəmə iddia tələbinin qeyd edilən müqavilə üzrə faiz borcu hissəsi ilə bağlı hesab edir ki, ekspert rəyində xx.xx.2020-ci il tarixə (maliyyə arayışı tarixinə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) faiz borcu 3.546,46 ABŞ dolları göstərilsə də, cavabdehdən iddia tələbi həddində xx.xx.2020-ci il tarixdən sonra xx.xx.2020ci ildə ödədiyi 200,59 ABŞ dolları məbləği nəzərə alınmaqla və bu məbləğ faiz borcundan çıxılmaqla 1284,46 (min iki yüz səksən dörd, ABŞ dolları 46 sent) məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə iddia tələbinin “936,22 ABŞ dolları cərimə borcunun tutulması” hissəsi ilə bağlı işin hallarını, kredit müqaviləsindən irəli gələn 31005,09 ABŞ dolları əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 936,22 ABŞ dolları cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 100 (bir yüz) ABŞ dolları məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. - 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. - 319.6-ci maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsininicrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtininbaş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüquqununyaranmasına əsas verən hallardır. - 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiyməti, zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri göstərməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini və açıq hərracda satılmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək qeyd edir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Odur ki, kredit müqaviləsi üzrə borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməli və ipoteka ilə yüklü edilmiş əmlak açıq hərracdan satılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsinə xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən 74.000 (yetmiş dörd min) manat məbləğində müəyyən edilsə də, hazırkı iş üzrə ipoteka predmetinin dəyərinin məbləği ilə bağlı tərəflər arasında mübahisə olduğundan ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə göstərilən daşınmaz əmlakların bazar qiymətinə uyğun qiymətləndirilməsi “xxxx” MMC-yə həvalə olunmuş və “xxxx” MMC-nin, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 20a saylı evin 63 saylı mənzilinin bazar dəyərinin müəyyən edilməsi üzrə 031/UB/20 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə qeyd edilən fərdi yaşayış evinin bazar dəyəri 85.500 (səksən beş min beş yüz) manat, likvid dəyəri 80.000 (səksən min) manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixliAzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadı ilə qəbul edilən hüquqi mövqeyə əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.” Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 20a saylı evin 63 saylı mənzilinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin ekspert rəyi əsasında məhkəmə tərəfindən 80.000 (səksən min) manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “tutma ipoteka əmlakına yönəldildikdə və o satıldıqda Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X8, X4 və X7 tutduğu yaşayış evini ən geci bir ay ərzində tərk etmələri, evin boşaldılması”na dair hissəsini araşdıraraq hesab edir ki, mübahisəli mənzil mənzilin mülkiyyətçisi tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzil mənzilin mülkiyyətçisi tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan iddia qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə iddia tələblərinin digər hissələri üzrə aşağıdakıları qeyd edir. Belə ki, iddiaçı tələbində Cavabdeh1 xx.xx.2015-ci il tarixli 107G/15 saylı əlavə kredit müqaviləsi üzrə 3,43 ABŞ dolları əsas kredit borcunu tələb etsə də, işin materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, cavabdeh tərəfindən 6 manat (3,43 ABŞ dolları) məbləğində borc ödənilmişdir. Göründüyü kimi, cavabdeh həmin kredit müqaviləsi üzrə borcunu tam ödəyib qurtarmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə əsaslı sayıla bilməz. Bundan əlavə, məhkəmə iddia tələbinin girov predmeti olan Cavabdeh1 məxsus 6000 manat dəyərində dövriyyədəki mallara yönəldilməsi ilə bağlı tələbi üzrə qeyd edir ki, xx.xx.2015-ci il tarixli 107G/15 saylı əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi «xxxx» Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 275-1N/14 saylı girov müqaviləsinə əsasən X3 məxsus olan və girov kimi çıxış edən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavə spesifikasiyada qeyd olunan 6000 manat dəyərində olan dövriyyədəki mallar «xxxx» Kommersiya Bankı ASC-yə girov qoyulmuşdur. Sözügedən müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə isə dövriyyədəki mallar kimi 6000 manat dəyərində mal qalığı göstərilmişdir. Qeyd edilən mal qalığının məxsusluğu X1 olması göstərilsə də, onun nə girov müqaviləsində, nə də 1 saylı Əlavədə imzası yoxdur. Bundan başqa, iddiaçı tərəf 1 saylı Əlavədə qeyd edilən mal qalığının Cavabdeh1 məxsus olmasını, mal qalığının hansı əmlaklardan, əşyalardan ibarət olmasını, hazırki vaxta kimi onların mövcud olmasını, harada yerləşməsini sübut edən hər hansı sənəd təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər müqavilə bağlmaqda sərbəstdirlər və müqavilə şərtlərini müəyyənləşdirərkən iradələrinə uyğun hərəkət edirlər, ancaq, bağlanan müqavilələr qanunvericiliyin tələblərinə zidd olmamalı, qeyri-müəyyənliyə yol verilməməlidir. Göründüyü kimi, tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən mahiyyəti aydın olmayan müqavilə şərtləri müəyyən edə bilməzlər. Beləliklə də, məhkəmə iddianın girov predmeti olan Cavabdeh1 məxsus 6000 manat dəyərində dövriyyədəki mallara yönəldilməsi tələbini qeyri-müəyyən tələb kimi qiymətləndirdiyi və əsassız saydığı üçün iddia tələbinin bu hissəsinin təmin edilməsini mümkün saymır. Bundan əlavə, məhkəmə Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımalı olmasına dair dəlili üzrə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0 və 477.0.1-ci maddələrinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2012-ci il tarixli Qərarında zaminliyin mahiyyəti ilə bağlı aşağıdakılar qeyd olunmuşdur: «…Qanunvericilikdə zaminlik müqaviləsinin yazılı formada bağlanması tələbinin nəzərdə tutulması ilə birtərəfli qaydada öhdəlik yaradan zaminlik müqaviləsinin zamin tərəfindən dərk edilmədən bağlanmasının qarşısı alınır və bununla da ilk növbədə zaminin maraqları qorunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır… MM-in 470.2-ci maddəsində zaminlik müqaviləsinin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlanmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Bu zaman nəzərə almaq lazımdır ki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər… Qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Eyni zamanda, zaminlik müqaviləsinin aksessor xarakterli olduğunu və mövcud olmayan öhdəliyin icra edilməsinin mümkün olmamasını nəzərə alaraq, gələcəkdə yaranacaq öhdəliyi təmin edən zaminlik müqaviləsinin tərəflərinin qarşılıqlı hüquq və vəzifələri belə müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir. Borclu tərəfindən zaminliklə təmin olunmuş öhdəliyin pozulmasına dair kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərilən hallarda irəli sürülə bilər.». Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi yanaşmaya görə, zaminlik müqaviləsində zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi zəruri şərt kimi nəzərdə tutulmuşdur. Müqavilədə hansı əsas müqaviləyə dair zaminliyin yaranması və əsas öhdəliyin həddi barədə göstərişlər olmalı, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləği göstərilməlidir. Həmçinin, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. İşin materiallarından görünür ki, cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsində zaminliyin müddəti göstərilməmiş, müqavilənin 7.1-ci bəndində qeyd olunmuşdur ki: “bu müqavilə imzalandığı tarixdən və əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə öhdəliklərin tam şəkildə yerinə yetirilənə kimi qüvvədədir”. Məhkəmə hesab edir ki, müqavilədə belə şərtin özünün göstərilməsi yolverilməzdir və müddət anlayışına uyğun olmadığından zaminliyin müddəti kimi də qəbul edilə bilməz. Belə ki, Mülki Məcəllənin 367-ci maddəsinə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin maddədə müddətin müəyyənləşdirilməsinin 3 qaydası təsbit edilmişdir. - dəqiq təqvim tarixi; - illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi; - hökmən baş verməli olan hadisənin göstərilməsi; Müqavilənin müddətinin öhdəliklərin tam icra olunması vaxtı ilə təyin edilməsi şərti həmin maddənin tələblərinə uyğun deyildir. Çünki öhdəliklərin tam icra edilməsi hökmən baş verməli hadisə kimi qiymətləndirilə bilməz. Ümumiyyətlə müddətlərin bitməsi obyektiv xarakter daşıyır, yəni mülki hüquq münasibətlərinin subyektlərinin iradəsindən asılı deyil. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2018-ci il tarixli Qərarına əsasən, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zamini və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsindənəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilik normalarından çıxış edərək zaminlik müqaviləsinin bağlanmış hesab edilməsi üçün yuxarıda göstərilən zəruri şərtlərin kredit müqavilələrində göstərilməli olması qənaətinə gəlmişdir. Həmçinin, Plenum hesab etmişdir ki,həmin şərtlərin müqavilədə göstərilməməsinin və ya zaminin razılığı alınmadan sonradan dəyişdirilməsinin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb oldugu müəyyən edilərsə, zaminliyə xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, “Banklar haqqında” AR Qanununun 1.0.9-cu, “İpoteka haqqında” AR Qanununun 10.5, 14 və 48-ci maddələrinin və AR MM-inin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Konstitusiya Məhkəməsinin Plenumunu qərarında Konstitusiya Məhkəməsi Plenumunun2018-ci il 31 may tarixli Qərarında əks olunmuş hüquqi mövqelərin tətbiqi zamanı yaranmış fərqli yanaşmaları nəzərə alaraq qeyd etməyi vacib bilmişdir ki, Konstitusiyanın 130cu maddəsinin İX hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 63.4, 66.1 və 66.2-ci maddələrinə görə, Konstitusiya Məhkəməsinin Qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir və qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə istinadən bir daha qeyd edir ki, məhkəmələr öz qərarlarını Konstitusiya Məhkəməsi tərəfindən iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Məhkəmələr Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks olunmuş hüquqi mövqelərə uyğun olmayan qərar qəbul etməklə Konstitusiyanın 130-cu maddəsinin İX hissəsinin və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 63.4, 66.1 və 66.2-ci maddələrinin tələblərini pozmuş olurlar. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Eyni müddəa «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsində öz əksini tapmışdır. Həmin Qanunun 66.2 və 63.4-cü maddələrinə əsasən Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır, bu qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» xx xxxx 2004-cü il tarixli, 688 - İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2005-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir». İşin materiallarından görünür ki, “xxxx” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 275NZ/14 nömrəli zaminlik müqaviləsinə əsasən, zamin «xxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 275UM/14 saylı əsas kredit müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. Sözügedən müqavilədə əsas kredit müqaviləsi üzrə borcalana ******* AZN məbləğində 60 ay müddətində kredit verilməsi və hər dəfə verilən kredit üzrə illik faiz dərəcəsi və digər spesifik şərtlərin əlavə kredit müqavilələri ilə tənzimlənməsi qeyd edilmişdir (müqavilənin 1.2 bəndi) Göründüyü kimi, hazırki iş üzrə zaminlik müqaviləsində borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıması göstərilsə də, orada faiz göstərilməmiş, sonradan bağlanmış kredit müqavilələr zaminin razılığı alınmadan bağlanmış, bir neçə dəfə də dəyişdirilmişdir ki, bu da zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrin yaranmasına səbəb olmuşdur. Məhkəmə Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsinin onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilməsini və həmin hüquqi mövqelərin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olmasını nəzərə almaqla hesab edir ki, «xxxx» KB ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 275UM/14 saylı əsas kredit müqaviləsi “Borcverənin” kredit vermək vədini ifadə etməməklə yanaşı iddiaçı Bankla Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinin müddəalarına əsasən, müqavilə ilə zamin durmuş şəxsin iddiaçı «xxxx» KB ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış kredit xəttinin açılması barədə müqavilə və bu kredit müqaviləsinin ayrılmaz tərkib hissələri olan ayrıca sazişlər üçün ayrılmış bütün vəsaitlərin qaytarılmasının təminatı kimi çıxış etdiyi qeyd edilsə də, bu öhdəliklərin vacib şərtlərini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 1.0.5-ci maddələri, eləcə də 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsiən dair” xx.xx.2018-ci il tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka hqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair” xx xxxxxxx 2019-cu il qərardadında qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İşin materiallarından görünür ki, hazırki iş üzrə iddia ərizəsi xx.xx.2018-ci il tarixdən məhkəmənin icraatındadır. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh1 ilə bağlanmış kredit müqavilələri zaminin razılığı alınmadan bağlandığı və sonradan da əlavə Sazişlərlə dəyişdirildiyi, bunun da zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduğu halda faktiki olaraq zaminlik müqaviləsinin qüvvəsinə xitam verildiyindən, Cavabdeh2 iddiaçı qarşısında məsuliyyət daşımır, buna görə də bank ona qarşı hazırkı iddianı irəli sürməkdə haqlı olmamışdır. Məhkəmə Cavabdeh2 qarşı qaldırılmış “kredit borcunun tutulması tələbinə dair” iddia əsassız olduğu üçün iddianın bu hissədə də rədd edilməli olması nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə qeyd edir ki, “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli məktubundan məlum olur ki, daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri 300 (üç yüz) manatdır. Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-mühasibatlıq ekspertizalarının tədqiqatının dəyəri 150 (yüz əlli) manatdır. İş materiallarına əlavə edilmiş orderdən və qəbzlərdən görünür ki, iddianın verilməsi ilə bağlı iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu, bank və digər xidmət xərci olaraq 30 manat ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizalarının dəyəri olan 150 (yüz əlli) manatın 100 (bir yüz) manat hissəsi Cavabdeh1, 50 (əlli) manat hissəsi iddiaçı “xxxx” KB ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, “xxxx” MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın 200 (iki yüz) manat hissəsi Cavabdeh1, 100 (bir yüz) manat hissəsi iddiaçı “xxxx” ASC-dən tutularaq “xxxx” MMC-nin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 275UM/14 saylı əsas kredit müqaviləsi əsasında bağlanmış xx.xx.2014-cü il tarixli, 275N/14 saylı kredit müqaviləsinə əsasən 31005,09 (otuz bir min beş ABŞ dolları doqquz sent) ABŞ dolları əsas borc, 1284,46 (bir min iki yüz səksən dörd, ABŞ dolları 46 sent) ABŞ dolları faiz borcu, 100 (bir yüz) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 32389,55 (otuz iki min üç yüz səksən doqquz ABŞ dolları, əlli beş sent) məbləğində kredit borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün xidmət haqqı olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməli,tələb Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 20a saylı evin 63 saylı mənzilinə yönəldilməli, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 20a saylı evin 63 saylı mənzilinin ilkin satış qiyməti 80.000 (səksən min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən “xxxx” ASC-yə olan borc ödənilməli, satışdan əldə olunmuş pul vəsaiti tələbdən artıq məbləğdə olarsa, borc ödənildikdən sonra qalan hissəsi Cavabdeh1 qaytarılmalı, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 20a saylı evin 63 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra ən gec 1 (bir) ay ərzində Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X13, Cavabdeh9, X15 və X9 həmin fərdi yaşayış evini tərk etməklə ev boşaldılmalı, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizalarının dəyəri olan 150 (bir yüz əlli) manatın 100 (bir yüz) manat hissəsi Cavabdeh1 oğlundan 50 (əlli) manat hissəsi iddiaçı “xxxx” ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, “xxxx” MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın 200 (iki yüz) manat hissəsi Cavabdeh1 100 (bir yüz) manat hissəsi iddiaçı “xxxx” ASC-dən tutularaq “xxxx” MMC-nin hesabına köçürülməli, iddia qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 275UM/14 saylı əsas kredit müqaviləsi əsasında bağlanmış xx.xx.2014-cü il tarixli, 275N/14 saylı kredit müqaviləsinə əsasən 31005,09 (otuz bir min beş ABŞ dolları doqquz sent) ABŞ dolları əsas borc, 1284,46 (bir min iki yüz səksən dörd, ABŞ dolları 46 sent) ABŞ dolları faiz borcu, 100 (bir yüz) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 32389,55 (otuz iki min üç yüz səksən doqquz ABŞ dolları, əlli beş sent) məbləğində kredit borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün xidmət haqqı olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilsin. Tələb Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 20a saylı evin 63 saylı mənzilinə yönəldilsin. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 20a saylı evin 63 saylı mənzilinin ilkin satış qiyməti 80.000 (səksən min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən “xxxx” ASCyə olan borc ödənilsin, satışdan əldə olunmuş pul vəsaiti tələbdən artıq məbləğdə olarsa, borc ödənildikdən sonra qalan hissəsi Cavabdeh1 qaytarılsın. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 20a saylı evin 63 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra ən gec 1 (bir) ay ərzində Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X13, Cavabdeh9, X15 və X9 həmin fərdi yaşayış evini tərk etməklə ev boşaldılsın. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizalarının dəyəri olan 150 (bir yüz əlli) manatın 100 (bir yüz) manat hissəsi Cavabdeh1 50 (əlli) manat hissəsi iddiaçı “xxxx” ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. “xxxx” MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın 200 (iki yüz) manat hissəsi Cavabdeh1 100 (bir yüz) manat hissəsi iddiaçı “xxxx” ASC-dən tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN: **********, “xxxx” ASC Abşeron filialı VÖEN: **********, M/h:AZ03NABZ013501**********2944 Kodu:805539 S.W.İ.F.T. BİC: 1BAZAZ2X H/h:AZ52İBAZ********************) köçürülsün. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-54/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-54/2020
04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver