Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-55/2022 07.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndələri Nümayəndə3 və Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında ona məxsus həyətin hasarının cavabdeh təşkilat tərəfindən qəzalı vəziyyətə düşməsinə səbəb olan kanallizasiya xətinin çəkilməsi ilə bağlı dəymiş 3000 manat maddi ziyanın ödənilməsi və ya hasarın sökülərək fundamentinin tökülməsi, yenidən hasarın bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, əvvələr atasının adına olan ev Accesbank ASC-də girov olduğundan, həmin evi Acces bank almış, sonradan o, AccessBankla alqısatqı müqaviləsi bağlayaraq həmin evi onlardan almışdır. İş üzrə cavabdeh təşkilat Masallı şəhərində kanalizasiya çəkilişi həyata keçirən zaman onun həyətindən kanalizasiya xətti çəkilməsini nəzərdə tutmuş, buna görə kompensasiya ödənilməsi də nəzərdə tutulmuşdur, lakin həmin vaxtlar bankla problemləri olduğundan və bankdan məktub ala bilmədiklərindən kanalizasiya xəttinin çəkiləməsində dəyişiklik edildi. Kanalizasiya xətti onun hasarının çöl hissəsindən hasarın dibi ilə çəkildi, hasarın torpağa tökülmüş betonun dibi ilə kanal qazıldı, hasarının cox hissəsi və həyətində olan ayaqyolu söküldü, kanalizasiya borusu çəkiləndən sonra həyətində olan ayaqyolu və sökülmüş hasar tikilsə də tam bərpa etmədilər. Tikinti işləri bitəndən sonra hasar əyilməyə başladı, ayaqyolunu isə özü düzəltmək məcburiyyətində qaldı. Hazırda hasar dibi ilə keçən kanalizasiya xəttinə görə qəzalı vəziyyətə düşüb. Bununla bağlı atası Müqəddəs Kazımov cavabdeh təşkilata müraciət edərək, bu məsələnin aradan qaldırlmasını xhaiş etsə də, onlar məktub göndərərək yalnız kompensasiyanın ödənilməsi hissəsinə münasibət bildirmişlər. Lakin hazırda qəzalı vəziyyətə düşən hasarın yenidən fundament betonun qəzalı vəziyyətə düsməsi nəticəsində asma üzrə olan hasarın yenidən bərpa edilməsinə heç bir addım atmırlar. Odur ki, cavabdeh təşkilat tərəfindən hasarın qəzalı vəziyyətə düşməsinə səbəb olan kanallizasiya xətinin çəkilməsi ilə bağlı dəymiş 3000 manat maddi ziyanın və ya hasarın sökülərək fundamentinin tökülməsi, yenidən hasarın bərpa edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı məhkəməyə iddianın həcminin artırılması barədə ərizə verərək, ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat ərazidə su xəttinin çəkilməsi ilə bağlı etdiyi qazıntılar nəticəsində onun həyətinin hasarını sökmüşlər, bununla yanaşı, hasara bitişik ayaqyolunu da sökmüşlər. O bununla bağlı iddia qaldırarkən hasara dəymiş ziyanın ödənilməsini tələb etsə də, sökdükləri ayaqyolunun, qazıntı apardıqları piyada yoluna düzdüyü daş piltələrin və qaz turbasının sökülməsi ilə bağlı vurduqları ziyanı unudaraq iddia tələbində qeyd etməmişdir. Cavabdeh təşkilat həyətdə olan ayaqyolunu sökdükdən sonra ayaqyolu anbarını da torpaqla doldurub çıxıb getmişlər. Cavabdeh təşkilat tərəfindən tikilən hasarın əyilməsi səbəbindən digər bitişik və əvvəllər tikilmiş köhnə hasarı da əyilib uçulmaq halına düşmüşdür. Cavabdeh təşkilat ayaqyolu binasını sökmüş, ayaqyolu anbarını torpaqla doldurmuş, ayaqyolu binasını 1 metrə yaxın sola sürüşdürmüş, ayaqyolu binasının qarşısında qoyulmuş əl yumaq üçün su tülpanını söküb atmış, piyada yolunda olan daş piltələri işlədikləri üçün sökmüşlər. Cavabdeh təşkilat ayaqyolu binasını sola sürüşdürmüşdür ki, binanın arxa daşını əlavə hörməsinlər, arxa daş hörgüsünü həyətin hasarından istifadə etmişlər ki,əlavə mişar daşı işlətməsinlər. Belə ki, hasarın çöl hissəsi ilə, yəni qazıntı apardıqları yerdə, o, daş piltə düzmüşdür ki, əmisi uşaqlarına gedən yol qış aylarında su gölməçəsi olmasın və rahat həmin piyada yoldan istifadə etsinlər. Cavabdeh təşkilat bu piyada yolda qazıntı işləri apararkən həmin daş piltələri də sökmüşlər. Ona görə də, cavabdeh təşkilat tərəfindən hasarın qəzalı vəziyyətə düşməsinə səbəb olan, hasarın yanında olan ayaqyolunun, ayaqyolu anbarının və hətdəki daş plitələrin sökülməsi nəticəsində kanalizasiya xəttinin çəkilməsi ilə bağlı dəymiş 5000 manat maddi ziyanın və ya hasarın sökülərək fundamentinin tökülməsi, yenidən hasarın bərpa edilməsi, ayaqyolunun yenidən bərpa edilməsi, ayaqyolu anbarının yenidən qazılması və həyətdə olan daş plitələrin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddianın həcminin artırılması barədə barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək, iddianın əsassız olduğundan təmin edilməməsini bildirərək izah etmişdir ki, Dünya bankının və Azərbaycan Hökumətinin maliyə vəsaiti hesabına 8 rayonda, o cümlədən Masallı rayonunda “Su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin tikinti-quraşdırma işləri Türkiyənin “ESER” şirkəti tərəfindən həyata keçirilmişdir. Layihə üzrə kanalizasiya xəttinin bir hissəsi şikayətçinin həyətindən keçirilməsi nəzərdə tutulmuş və ona dəymiş ziyana görə 5600 AZN məbləğində kompensasiya hesablanmışdır. Lakin Masallı şəhəri üzrə İH numayəndəsinin, şəhər bələdiyyəsinin və rayon su-kanal idarəsinin numayəndələrii tərəfindən müvafiq izahat işlərinin aparılmasına baxmayaraq şikayətçi tərəfindən onun həyətindən kanalizasiya xəttinin çəkilməsinə icazə verilməmişdir. 2020-ci il sentyabr ayında şikayətçinin atası Kazımov Müqəddəs kanalizasiya xəttin həyətindən deyil, özü ilə qonşusu arasında olan gediş-gəliş yolu ilə çəkilməsinə kompensasiyadan imtina etmək şərti ilə razılıq vermişdir. Kanalizasiya xəttinin çəkilişi zamanı hasarın sökülməsi şikayətçinin atası Kazımov Müqəddəsin özü tərəfindən həyata keçirilmişdir. Hasar söküldükdən sonra iki hasar arasından diametri D=200mm olan kanalizasiya xətti heç bir yerə zərər vermədən çəkilmiş və qonşu ərazidən keçən kanalizasiya xəttinə qoşulmuşdur. Eyni zamanda sökülmüş hasarın əvəzinə podratçı təşkilat tərəfindən tikinti norma və qaydalara uyğun özülü dəmibetondan olan yeni hasar tikilmişdir. Eyni zamanda hasarla bərabər şikayətçinin həyətində daş materialından ayaq yolu tikilərək kanalizasiya xəttinə birləşdirilmişdir. Hal-hazırda tikilmiş hasarda heç bir deformasiya və çöküntü yoxdur və şikayətçinin iddiası əsassızdır. İşlər yekunlaşdıqdan sonra tikinti işçilərinin iştirakı ilə akt tərtib edilsə də, Kazımov Müqəddəs aktı imazalamaqdan heç bir səbəb göstərmədən imtina etmişdir. Məhkəmə prosesində iddiaçı məhkəməyə yalan məlumat verərək, onun və atasının iş aparılan zaman evdə olmadıqlarını, qaz və eıektrik xəttinin tikinti prosesində zədələdiklərini və qonşu hasar ilə ona məxsus hasarın arasındakı tamet daşlarının sökülərək bərpa edilmədiyini bildirmişdir. Bildirir ki, sökülən tametin dəyəri söküntü zamanı bazar qiymətləri ilə hesablanaraq iddiaçının qonşusu Kazımov İbrahimə aktla təqdim edilmişdir ki, həmin aktın surəti məhkəməyə təqdim edilir. Söküntü zamanı qaz və digər xətlərə toxunulmamışdır. Evin arxa divarına bərkidilmiş ayaqyolunun yanında olan ağ rəngli dəmir-emal əl-üz yuyan yeni çəkilən xəttə birləşdirilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etmiş və Nümayəndə3 izahatı ilə razı olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC tərəfindən X3 ünvanlanmış 11/17-241 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, ərizəçinin Masallı şəhərində çirkab su təmizləyici şəbəkənin tikintisi ilə əlaqədar kanalizasiya xəttinin onun mülkiyyətində olan həyətyanı torpaq sahəsindən çəkilməsinə görə kompensasiyanın ödənilməməsi barədə müraciətində qeyd olunan məəsələlər Səhmdar cəmiyyətin mütəxəssisləri tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, layihə ilə diametri 200 mm olan boru xəttinin ərizəçinin həyətyanı torpaq sahəsindən çəkilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar layihə altına düşən ərizəçiyə məxsus torpaq sahəsinin hüquqverici sənədləri kompensasiyanın hesablanması üçün müstəqil qiymətləndiriciyə təqdim edilmiş və 5600 manat məbləğində kompensasiya hesablanmışdır. Həmin məbləğin ərizəçiyə ödənilməsi üzrə servitut müqaviləsinin bağlanılması üçün torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədlərin əslinin Asan Xidmət Mərkəzinə təqdim edilməsi barədə məlumat verilmiş, lakin həmin müddətdə ərizəçinin banka borcu olduğundan müqavilənin bağlanılması mümkün olmamışdır. Bununla əlaqədar həmin ərazidə tikinti işlərinin tamamlanması üçün layihədə dəyişikliklər edilərək ərizəçiyə məxsus həyətyanı torpaq sahəsindən çəkilməsi nəzərdə tutulan boru xəttinin trassası dəyişdirilərək kənardan mövcud piyada yolu ilə çəkilmişdir. Tikinti işləri aparılan zaman ərizəçiyə məxsus hasar onun razılığı ilə sökülərək yenidən bərpa olunmuşdur. Kanalizasiya xətti ərizəçiyə məxsus həyətyanı torpaq sahəsindən çəkilmədiyi üçün kompensasiyanın ödənilməsi nəzərdə tutulmamışdır. İş materiallarında olan Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş AN-İ ******* saylı, xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın alqısatqı Müqaviləsindən görünür ki, satıcı Accessbank QSC xüsusi mülkiyyət hüququ ilə ona məxsus Masallı rayonu, Digah yaşayış massivində yerləşən ümumi sahəsi 258.1 kv.m. fərdi yaşayış evini və ümumi sahəsi 0.07 ha olan torpaq sahəsini alıcı İddiaçı mülkiyyətinə verir. İş materiallarında olan "xxxx" ASC-nin X4 əməkdaşları G.M.Xankişiyev, E.Ə.Talıbov, Milli Su Təchizatı və kanalizasiya Xidmətləri üzrə ikinci layihənin həyata keçirilməsi üzrə işçi Qrupunun mütəxəssisi Nümayəndə2 iştirakı ilə tərtib olunmuş xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, X2 həyətindən kanalizasiya xəttinin keçirilməsinə icazə vermədiyi üçün onun hasarının bir hissəsi öz razılığı ilə sökülərək, qonşu ərazidən keçən, Diametri D=200 mm olan kanalizasiya xətti tikildi. Sökülmüş daş hasar və ayaqyolu (tualet) beton özül qoyulmaqla yenidən bərpa edildi və ona məxsus olan ev kanalizasiya şəbəkəsinə qoşuldu. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 10/5543 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Masallı şəhəri, Digah küçəsində yerləşən mübahisəli yeni tikilmiş hasarın hörgüsü nəticəsində yuxarıda qeyd olunan qüsurlar (maillik, daşların hörgü zamanı bir-birini düzgün bağlamaması və s.) yaranmışdır. Həmin qüsurlar nəticəsində gələcəkdə həmin hasarın qəzalı vəziyyətə düşməsi istisna olunmur. Smeta üzrə aparılmış hesablamalar nəticəsində, Masallı şəhəri, Digah küçəsində yerləşən hasarın bərpa olunması üçün görülməli olan tikinti işlərinin dəyərinin hazırki bazar qiymətlərinə uyğun olaraq 1198,5 manat məbləğində olduğu müəyyən edildi. İş materiallarında olan əlavə məhkəmə tikinti-texniki ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 10/2198 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Masallı şəhəri, Digah küçəsində yerləşən mübahisəli yeni tikilmiş hasarın hörgüsündə maillik, daşların hörgü zamanı bir-birini düzgün bağlamaması və s. Qüsurlar yaranmışdır. Həmin qüsurların nəticəsində gələcəkdə həmin hasarın qəzalı vəziyyətə düşməsi istisna olunmur. Smeta üzrə aparılmış hesablamalar nəticəsində sözügedən hasarın yenidən inşa edilməsi üçün görülməli olan tikinti işlərinin dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 1658,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Sökülmüş ayaqyolu binasının, onun anbarının, ayaqyolu binasının qarşısında olan əl yumaq üçün tülpanın, ayanyolu binasının tavanının, elektrik xəttinin bərpa edilməsi üçün görülməli olan tikinti işlərinin dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 1572,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Qazıntı zamanı sökülmüş piyada yolunda olan daş piltələrin və zədələnmiş qaz turbasının bərpa edilməsi üçün görülməli olan tikinti işlərinin dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 925,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfındən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fıziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdeh tərəfindən Masallı şəhərində çirkab su təmizləyici şəbəkənin tikintisi ilə əlaqədar kanalizasiya xəttinin çəkilməsi zamanı iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında ona məxsus həyətin hasarı və digər tikililərlə bağlı iddiaçıya ziyan dəymişdir. İddiaçıya dəymiş ziyanın məhkəmə tikinti-texniki ekspertizasının ekspert rəyi ilə ümumilikdə 4155 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya dəymiş ziyanın məbləği, ekspert rəyi ilə müəyyən olunmuş məbləğ, yəni 4155 manat əsas götürülməklə müəyyən olunmalı və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 4155 manat məbləğində ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 4155 (dörd min yüz əlli beş) manat maddi ziyan tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat cavabdeh "xxxx" ASC-dən tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SWİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-55/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-55/2022
07.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver