Məhkəmə qərarları › İş №2(009)-557/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-557/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-557/2020 30.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X4 Təşkilatı ASC-nin – Cavabdeh qarşı “borcun və xərclərin tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 Təşkilatı ASC – Cavabdeh qarşı “borcun və xərclərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı BOKT ASC-nin (əvvəlki “İddiaçıbank” ASC) xeyrinə xx.xx.2014-cü il tarixli, 0180/14/PB №-li kredit müqaviləsi və ona xx.xx.2014-cü il tarixli 01 №-li əlavəyə əsasən 29803.29 (iyirmi doqquz min səkkiz yüz üç avro iyirmi doqquz sent) avro əsas borc, 48531.91 (qırx səkkiz min beş yüz otuz bir avro doxsan bir sent) avro hesablanmış faiz borcu olmaqla, cəmi 78335.20 (yetmiş səkkiz min üç yüz otuz beş avro iyirmi sent) avro məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh əvvəlki “İddiaçıbank” Açıq Səhmdar Cəmiyyətindən (indiki İddiaçı BOKT ASC) xx xxxx 2014-cü il tarixli 0180/14/PB №-li kredit müqaviləsinə əsasən illik 24 faizlə olmaqla 12 ay müddətinə evin təmiri məqsədi ilə 30000 (otuz min) avro borc almışdır. xx xxxx 2014-cü il tarixli 0180/14/PB №-li kredit müqaviləsinə xx.xx.2014-cü il tarixli 01 №-li əlavəyə əsasən kreditin müddəti xx.xx.2016-cı il tarixədək uzadılmışdır. Kredit müqaviləsinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu, 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. 2019-cu il iyunun 10-dək Cavabdeh 2014-cü il 05 iyun tarixli . 0180/14/PB №-li kredit müqaviləsi və ona xx.xx.2014-cü il tarixli 01 №-li əlavəyə əsasən İddiaçı BOKT ASC-yə (əvvəlki “İddiaçıbank” ASC) 29803.29 (iyirmi doqquz min səkkiz yüz üç avro iyirmi doqquz sent) avro əsas borc, 48531.91 (qırx səkkiz min beş yüz otuz bir avro doxsan bir sent) avro hesablanmış faiz borcu olmaqla, cəmi 78335.20 (yetmiş səkkiz min üç yüz otuz beş avro iyirmi sent) avro borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh İddiaçı BOKT ASC-nin (əvvəlki “İddiaçıbank” ASC) xeyrinə xx.xx.2014-cü il tarixli 0180/14/PB №-li kredit müqaviləsi və ona xx.xx.2014-cü il tarixli 01 №-li əlavəyə əsasən 29803.29 (iyirmi doqquz min səkkiz yüz üç avro iyirmi doqquz sent) avro əsas borc, 6145.39 (altı min yüz qırx beş avro otuz doqquz sent) avro hesablanmış faiz borcu, pul öhdəliyinin gecikdirilməsi üçün vurulmuş zərərin əvəzi olaraq 6296.94 (alıt min iki yüz doxsan altı avro doxsan dörd) avro olmaqla, ümumilikdə 42245.62 (qırx iki min iki yüz qırx beş avro altmış iki sent) avro borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinionunla əsaslandırılmışdır ki, müqavilə münasibatlərinə əsasən Cavabdeh əvvəlki “İddiaçıbank” Açıq Səhmdar Cəmiyyətindən (indiki İddiaçı BOKT ASC) xx xxxx 2014-cü il tarixli, 0180/14/PB №-li kredit müqaviləsinə əsasən illik 24 faizlə 12 ay müddətinə evin təmiri məqsədi ilə 30000 avro məbləğində borc almışdır. xx xxxx 2014-cü il tarixli 0180/14/PB №-li kredit müqaviləsinin müddəti xx.xx.2014-cü il tarixli 01 №-li əlavəyə əsasən xx.xx.2016-cı il tarixədək uzadılmışdır. Müqavilə müddətinin sonuna Cavabdeh xx xxxx 2014-cü il tarixli, 0180/14/PB №-li kredit müqaviləsi və ona xx.xx.2014-cü il tarixli 01 №-li əlavəyə əsasən İddiaçı BOKT ASC-yə (əvvəlki “İddiaçıbank” ASC) 29803.29 (iyirmi doqquz min səkkiz yüz üç avro iyirmi doqquz sent) avro əsas borc, 6145.39 (altı min yüz qırx beş avro otuz doqquz sent) avro hesablanmış faiz borcu vardır. Müqavilə müddətinin bitdiyi tarixdən bu günə kimi isə kreditin əsas borcu üzrə qalıq məbləğinə 5 faizlə hesablanmış vurulmuş zərərə hesablanmışdır. Belə ki, müqavilə müddətinin bitdiyi tarixdən iddia ərizəsi ilə məhkəməyə müraciət edtiyimiz tarixə kimi cavabdehin 6296.94 avro vurulmuş zərər üzrə borcu müəyyən edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı BOKT ASC-nin (əvvəlki “İddiaçıbank” ASC) xeyrinə xx.xx.2014-cü il tarixli 0180/14/PB №-li kredit müqaviləsi və ona xx.xx.2014-cü il tarixli 01 №-li əlavəyə əsasən 29803.29 (iyirmi doqquz min səkkiz yüz üç avro iyirmi doqquz sent) avro əsas borc, 6145.39 (altı min yüz qırx beş avro otuz doqquz sent) avro hesablanmış faiz borcu, pul öhdəliyinin gecikdirilməsi üçün vurulmuş zərərin əvəzi olaraq 6296.94 (alıt min iki yüz doxsan altı avro doxsan dörd) avro olmaqla, ümumilikdə 42245.62 (qırx iki min iki yüz qırx beş avro altmış iki sent) avro borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutulması barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsinqi xahiş etmişdir. İddia müddətinin tətbiq edilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh əvvəlki “İddiaçıbank” Açıq Səhmdar Cəmiyyətindən (indiki İddiaçı BOKT ASC) xx xxxx 2014-cü il tarixli 0180/14/BP №-li kredit müqaviləsinə əsasən illik 24 faizlə 12 ay müddətinə evin təmiri məqsədilə 30 000 AVRO borc almışdır. xx xxxx 2014-cü il tarixli №-li əlavəyə əsasən müqavilə müddəti xx.xx.2016-cı il tarixinədək uzadılmışdır. İddiaçı BOKT ASC xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə etiraz edərək iddiaçı tərəfindən xx xxxx 2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, lakin məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmış, qərardadda göstərilən hallar nəzərə alınaraq təkrarən xx xxxx 2019-cu il tarixdə məhkəməyə müraciət edilmişdir. Məhkəməyə ilk dəfə müraciət edildiyi zaman iddia müddətinin axımı kəsilmiş və iddiaçı geri qaytarma barədə qərardadı aldıqdan sonrakı 10 gün şikayət vermə müddəti başa çatdıqdan sonra, yəni iddia müddəti bitməmiş təkrarən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “İddiaçıbank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 0180/14/PB №-li kredit müqaviləsindən görünür ki, Bank borclu Cavabdeh evin təmiri üçün illik 24 faiz olmaqla 12 ay müddətinə 30000 (otuz min) avro məbləğində borc vermişdir. İş materiallarına əlavə olunmuş “İddiaçıbank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 0180/14/PB №-li kredit müqaviləsinə 1 №-li əlavə və dəyişiklikdən görünür ki, “İddiaçıbank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 0180/14/PB №-li kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş “İddiaçıbank” BOKT Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “İddiaçıbank” BOKT Açıq Səhmdar Cəmiyyətinə 29803.29 (iyirmi doqquz min səkkiz yüz üç avro iyirmi doqquz sent) avro əsas borc, 48531.91 (qırx səkkiz min beş yüz otuz bir avro doxsan bir sent) avro hesablanmış faiz borcu olmaqla, cəmi 78335.20 (yetmiş səkkiz min üç yüz otuz beş avro iyirmi sent) avro məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş “İddiaçıbank” BOKT Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “İddiaçıbank” BOKT Açıq Səhmdar Cəmiyyətinə 29803.29 (iyirmi doqquz min səkkiz yüz üç avro iyirmi doqquz sent) avro əsas borc, 6145.39 (altı min yüz qırx beş avro otuz doqquz sent) avro hesablanmış faiz borcu olmaqla, cəmi 35948,68 (otuz beş min doqquz yüz qırx səkkiz avro altmış səkkiz sent) məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş “İddiaçıbank” BOKT Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “İddiaçıbank” BOKT Açıq Səhmdar Cəmiyyətinə 29803.29 (iyirmi doqquz min səkkiz yüz üç avro iyirmi doqquz sent) avro əsas borc, 58466,43 (əlli səkkiz min dörd yüz altmış altı avro qırx üç sent) avro hesablanmış faiz borcu olmaqla, cəmi 88269,72 (səksən səkkiz min iki yüz altmış doqquz avro yetmiş iki sent) avro məbləğində borcu vardır. İş materiallarında olan “İddiaçıbank” BOKT Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2016-cı il və xx xxx 2019-cu il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdeh Banka olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/523 saylı, xx.xx.2020ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx xxxx 2014-cü il tarixli, 0180/14/PB saylı kredit müqaviləsinin şərtlərini nəzərə alaraq Cavabdeh "İddiaçıBank" ASC-yə olan borcu xx.xx.2016-cı il tarixə əsas borc üzrə 28.041,46 avro, faiz borcu üzrə - 1.081,96 avro, xx.xx.2019-cu il tarixə əsas borc üzrə - 28.041,46 avro, faiz borcu üzrə 5.234,50 avro müəyyən edilmişdir. Qeyd edilir ki, ekspert qarşısında qoyulmuş suala əsasən, kredit müqaviləsi üzrə faiz borcu xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək 5% dərəcəsi ilə hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə münasibatlərinə əsasən Cavabdeh əvvəlki “İddiaçıbank” Açıq Səhmdar Cəmiyyətindən (hazırda İddiaçı BOKT ASC) xx xxxx 2014-cü il tarixli, 0180/14/PB №-li kredit müqaviləsinə əsasən illik 24 faizlə 12 ay müddətinə evin təmiri məqsədi ilə 30000 avro məbləğində borc almışdır. xx xxxx 2014-cü il tarixli 0180/14/PB №-li kredit müqaviləsinin müddəti xx.xx.2014-cü il tarixli 01 №-li əlavəyə əsasən xx.xx.2016-cı il tarixədək uzadılmışdır. İş materialları ilə həmçinin müəyyən edilmişdir ki, iddiaçı cavabdehə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə xx xxxx 2019-cu il tarixdə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı X4 Təşkilatı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi (dövlət rüsumu qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilmədiyindən) geri qaytarılmış, qərardadın surəti (poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən müəyyən edilir) İddiaçı BOKT ASC-nin ünvanına göndərilmiş və xx.xx.2019-cu il tarixdə “Quliyeva” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı hazırki iddia tələbi ilə təkrarən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, eləcə də tərəflər arasında bağlanmış müqavilənin şərtlərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə bağladığı müqaviləyə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmiş və nəticədə müqavilə üzrə borc (əsas və faiz) yaranmışdır. Məhkəmə həmçinin cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (maddə 372.2). Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir (maddə 373.2). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (maddə 377.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə” dair xx xxxx 2013-cü il tarixli Qərarında göstərilir ki, “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir... Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.... MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır...” Məhkəmə qeyd edir ki, “İddiaçıbank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 0180/14/PB №-li kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən kredit 12 ay müddətinə verilmiş, xx.xx.2014-cü il tarixli, 0180/14/PB №-li kredit müqaviləsinə 1 №-li əlavə və dəyişiklikliyə əsasən kreditin ödənilmə müddəti xx.xx.2016-cı il tarixədək uzadılmış, yəni bağlanmış müqavilənin icra müddəti xx xxxx 2016-cı il tarixdə bitmiş, həmin vaxtdan da iddia müddətinin axımı başlanmış və 3 illik iddia müddəti xx xxxx 2019-cu il tarixdə başa çatmışdır. iddiaçı cavabdehə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə xx xxxx 2019-cu il tarixdə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı X4 Təşkilatı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi (dövlət rüsumu qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilmədiyindən) geri qaytarılmış, qərardadın surəti (poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən müəyyən edilir) İddiaçı BOKT ASC-nin ünvanına göndərilmiş və xx.xx.2019-cu il tarixdə “Quliyeva” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. İddiaçı BOKT ASC Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadını mübahisələndirməmiş, xx.xx.2019-cu il tarixdə təkrarən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə etirazında istinad etdiyi “məhkəməyə ilk dəfə müraciət edildiyi zaman iddia müddətinin axımının kəsilməsi, iddiaçının geri qaytarma barədə qərardadı aldıqdan sonrakı 10 gün şikayət vermə müddəti başa çatdıqdan sonra, yəni iddia müddəti bitməmiş təkrarən məhkəməyə müraciət etməsi” kimi hallara qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası MPM-nin 151.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 10 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. (MPM-152.3) İddiaçı ilk dəfə məhkəməyə xx xxxx 2019-cu il tarixdə müraciət etsə də, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı X4 Təşkilatı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi iddianın verilməsi şərtlərinə əməl edilmədiyinə görə geri qaytarılmış, İddiaçı BOKT ASC isə həmin qərardadı mübahisələndirmədən xx xxxx 2019cu il tarixdə təkrarən məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. İddia irəli sürülməsi dedikdə, maddi və prosessual hüquq nor-maları ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilməsi başa düşülür. Qanunla müəyyən edilmiş qaydada iddia qaldırılması isə o deməkdir ki, iddiaçı iddia qaldırılması ilə bağlı qanunvericilikdə qo-yulmuş qaydalara - aidiyyət və məhkəmə aidiyyəti qaydalarına, iddia-nın verilməsi şərtlərinə, o cümlədən iddia ərizəsinin forması və məzmu-nuna dair, dövlət rüsumunun ödənilməsi ilə bağlı şərtlərə, eləcə də prosessual qanunvericiliklə nə-zərdə tutulan başqa tələblərə əməl etməlidir. Qeyd edilənlər belə nəticəyə gəlməyə əsas verir ki, əgər iddia ərizəsi məhkəmə tərəfindən geri qaytarılmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Belə olan halda, məhkəmə iddiaçının Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə ilk dəfə xx xxxx 2019-cu il tarixdə müraciət etməsinə baxmayaraq, hazırki tələb üzrə iddia müddətinin xx xxxx 2019-cu il tarixdə bitməli olduğunu, iddia ərizəsinin məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddianın verilməsi şərtlərinə əməl edilmədiyinə görə geri qaytarılmasını, iddiaçı tərəfindən həmin qərardadın mübahisələndirilməməsini, yəni qərardadla razılaşıb qərardadda göstərilən nöqsanı aradan qaldırdıqdan sonra təkrarən (qanunvericiliyin tələbinə uyğun şəkildə) xx xxxx 2019-cu il tarixdə məhkəməyə müraciət etməsini nəzərə alaraq, iddiaçının hazırki tələb üzrə iddia müddətini (19 (on doqquz) gün) buraxdığı qənaətinə gəlir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, iddia müddəti ötürülməklə iddia ərizəsi məhkəməyə verildiyindən və cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etdiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı X4 Təşkilatı ASC-nin Cavabdeh qarşı “borcun və xərclərin tutulması” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2 və 360-cı maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı X4 Təşkilatı ASC-nin Cavabdeh qarşı “borcun və xərclərin tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar