Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-56/2022 04.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, Cavabdehlərin nümayəndə və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2015-ci il 13 iyul tarixli kredit müqaviləsi üzrə 88069.34 manat əsas borc, 70192.35 manat faiz borcu, 12064.06 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 170325.75 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 1 d ünvanında yerləşən 475.8 kv.m ümumi sahədən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin aşıq hərracdan satılması və borcun Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 1 d ünvanında yerləşən 475.8 kv.m ümumi sahədən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsindən ibarət 5 saylı mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 1 d ünvanında yerləşən 475.8 kv.m ümumi sahədən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və digər şəxslərin Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 1 d ünvanında yerləşən 475.8 kv.m ümumi sahədən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2 və digər şəxslərin həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 13 iyul 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 məhkəməyə barışıq sazişi təqdim edərək bildirdi ki, iddiaçı və cavabdeh mübahisəni sülh yolu ilə həll etmişlər, buna görə də, aralarında bağlanmış barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil bildirdi ki, tərəflər mübahisəni sülh yolu ilə həll etmişlər, buna görə də, iddiaçı ilə aralarında bağlanmış barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi barədə onların iradə ifadələri bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan yazılı formada xx.xx.2022-ci il tarixdə tərtib edilərək məhkəməyə təqdim edilmişdir, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli həmin barışıq sazişinin şərtlərinə görə:
1. Borclu Cavabdeh1 İddiaçı ASC-yə 13 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə 30 016.67 AZN əsas, 77 872.56 AZN faiz, 16 149.07 AZN cərimə borcu, 1 408.2 AZN əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 125 446.5 AZN məbləğində borcunun, 160 AZN dövlət rüsumunun olmasını qəbul edir.
2. Tərəflər arasında bağlanılmış 13 iyul 2015-ci il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, X1 küçəsi İd ünvanında yerləşən, 475.8 m2 ümumi sahədən ibarət 1 -ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 800 000 AZN məbləğində müəyyən edilsin.
3. Borclular 32 750.01 AZN məbləğində vəsaiti qeyd olunan aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdələrinə götürür.
Ödənişin Ödəniş Əsas Faiz Gecikdirilmiş Əldən Cərimə Aylıq cəmi sayı tarixi borcdan ödənişi faiz çıxmış borcundanö ödəniş (AZN) ödəniş (AZN) fayda dəniş (AZN) (AZN) (AZN) 2 xx.xx.2022 10,005.55 1,366.66 0.00 0.00 0.00 11,372.21 3 xx.xx.2022 10,005.56 683.33 0.00 0.00 0.00 10,688.89 4 xx.xx.2022 10,005.56 683.35 75,139.23 1 408.2 16,149.07 103,385.41 Cəmi: 30,016.67 2,733.34 75,139.23 1,408.20 16,149.07 125,446.51
4. Borclular bu sazişin 3-cü bəndində nəzərdə tutulan öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirdikləri təqdirdə Bank xx.xx.2022-ci il tarixdə ediləcək ödəniş zamanı kredit razılaşması üzrə hesablanmış və ödənilməmiş cəmi 75 139.23 AZN faiz, illik 5%-lə hesablanmış 1 408.2 AZN əldən çıxmış faydanı, hesablanmış bütün cərimələri, 3 ay ərzində yaranacaq faizləri və cərimələri tam güzəşt etməyi öhdəsinə götürürlər.
5. Borclular sazişin 3-cü bəndindəki ödəniş qrafiki üzrə öhdəliyi tam icra etdiyi halda Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, X1 küçəsi İd ünvanında yerləşən, 475.8 m2 ümumi sahədən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsini girovdan azad etməyi (dövlət rüsumu cavabdeh tərəfindən ödənilmək şərti ilə) və borcun olmaması haqqında arayışı (dövlət rüsumunun cavabdeh tərəfindən ödənilməsi şərti ilə) borcluya verməyi İddiaçı ASC öz öhdəsinə götürürlər.
6. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin, 125 446.5 AZN borcu, 160 AZN dövlət rüsumu sazişin 2-ci bəndində göstərilən bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilsin. Həmin əmlak bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymətə açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait həmin vəsaitin borclunun Banka olan borcuna ödənilsin. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilməsi üçün müvafiq İcra şöbəsinin hesabına köçürülsün. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği borclulardan Bankın xeyrinə müştərək qaydada tutulsun.
7. Sazişin 2-ci bəndində qeyd edilən əmlakın təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır.
8. Borclular bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərdən imtina edə bilər.
9. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, məhkəməyə təqdim edilmiş tərəflərin xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə,
QƏRARA ALDİ:
İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə tərəflərin təqdim etdikləri barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin:
1. Borclu Cavabdeh1 İddiaçı ASC-yə 13 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə 30 016.67 AZN əsas, 77 872.56 AZN faiz, 16 149.07 AZN cərimə borcu, 1 408.2 AZN əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 125 446.5 AZN məbləğində borcunun, 160 AZN dövlət rüsumunun olmasını qəbul edir.
2. Tərəflər arasında bağlanılmış 13 iyul 2015-ci il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, X1 küçəsi İd ünvanında yerləşən, 475.8 m2 ümumi sahədən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 800 000 AZN məbləğində müəyyən edilsin.
3. Borclular 32 750.01 AZN məbləğində vəsaiti qeyd olunan aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdələrinə götürür.
Ödənişin Ödəniş Əsas Faiz Gecikdirilmiş Əldən Cərimə Aylıq cəmi sayı tarixi borcdan ödənişi faiz çıxmış borcundanö ödəniş (AZN) ödəniş (AZN) fayda dəniş (AZN) (AZN) (AZN) 2 xx.xx.2022 10,005.55 1,366.66 0.00 0.00 0.00 11,372.21 3 xx.xx.2022 10,005.56 683.33 0.00 0.00 0.00 10,688.89 4 xx.xx.2022 10,005.56 683.35 75,139.23 1 408.2 16,149.07 103,385.41 Cəmi: 30,016.67 2,733.34 75,139.23 1,408.20 16,149.07 125,446.51
4. Borclular bu sazişin 3-cü bəndində nəzərdə tutulan öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirdikləri təqdirdə Bank xx.xx.2022-ci il tarixdə ediləcək ödəniş zamanı kredit razılaşması üzrə hesablanmış və ödənilməmiş cəmi 75 139.23 AZN faiz, illik 5%-lə hesablanmış 1 408.2 AZN əldən çıxmış faydanı, hesablanmış bütün cərimələri, 3 ay ərzində yaranacaq faizləri və cərimələri tam güzəşt etməyi öhdəsinə götürürlər.
5. Borclular sazişin 3-cü bəndindəki ödəniş qrafiki üzrə öhdəliyi tam icra etdiyi halda Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, X1 küçəsi İd ünvanında yerləşən, 475.8 m2 ümumi sahədən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsini girovdan azad etməyi (dövlət rüsumu cavabdeh tərəfindən ödənilmək şərti ilə) və borcun olmaması haqqında arayışı (dövlət rüsumunun cavabdeh tərəfindən ödənilməsi şərti ilə) borcluya verməyi İddiaçı ASC öz öhdəsinə götürürlər.
6. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin, 125 446.5 AZN borcu, 160 AZN dövlət rüsumu sazişin 2-ci bəndində göstərilən bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilsin. Həmin əmlak bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymətə açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait həmin vəsaitin borclunun Banka olan borcuna ödənilsin. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilməsi üçün müvafiq İcra şöbəsinin hesabına köçürülsün. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği borclulardan Bankın xeyrinə müştərək qaydada tutulsun.
7. Sazişin 2-ci bəndində qeyd edilən əmlakın təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır.
8. Borclular bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərdən imtina edə bilər.
9. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Ekspertiza tədqiqatının dəyəri 400 (dörd yüz) manat bərabər qaydada iddiaçı "xxxx" ASC-dən və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, Hesab N AZN:AZ30GUNA**********9000000000, Bank:GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD:505594; SWİFT: GUNAAZ22) köçürülsün. Ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat bərabər qaydada iddiaçı "xxxx" ASC-dən və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, Bank rekvizitləri: "xxxx" ASC-nin «İnşaatçılar» filialı, H/h AZ53AİİB400600C**********226, M/h: AZ37NABZ**********000001944, KOD:201360; SWİFT:AİİBAZ2X, VÖEN **********) köçürülsün. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Mədinə Bağırova