Məhkəmə qərarları › İş №2(009)-56/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-56/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-56/2023 17.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi X2, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin – Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair ilkin iddia üzrə, eyni zamanda iddiaçı Cavabdeh – cavabdeh "xxxx" ASC-yə qarşı «artıq ödənilmiş pulun qaytarılması» tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC – Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 26 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə 153.06 ABŞ dolları əsas borc, 2.09 ABŞ dolları faiz borcu, 2.32 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 23 mart 2022-ci il tarixdən 24 iyun 2022 il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 3.15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 160.62 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 26 may 2015-cü il tarixli kredit müqaviləsinə əsasən"xxxx" İKB ASC-dən illik 16.92 faizlə 12 ay müddətinə 8000 ABŞ Dolları kredit götürmüşdür. xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2022 tarixədək təyin edilir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 24 iyun 2022-dək Cavabdeh banka 26 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə 153.06 ABŞ Dolları əsas borc, 2.09 ABŞ Dollan faiz borcu, 2.32 ABŞ Dolları cərimə və kredit müqaviləsi üzrə 23 mart 2022 il tarixdən, 24 iyun 2022-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 3.15 ABŞ Dollan məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 160.62 ABŞ Dollan borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. 26 may 2015 il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Eyni zamanda iddiaçı Cavabdeh – cavabdeh "xxxx" ASC-yə qarşı “artıq ödənilmiş pulun qaytarılması” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Nikoil Bank” İKB indiki “Yelo Bank" ASC tərəfindən, 26 may 2015-ci il tarixində kredit kart vasitəsi ilə verilmiş 8000.00 min ABŞ dolların xx.xx.2016-cı il tarixinədək istifadə olunmuş 6352.25 ABŞ dollar kreditin qarşılığında, ödənilmiş 12.185,25 ABŞ dolların bank tərəfindən düzgün tələb olub-olunmamasına dair araşdırma aparılmasına və "Əlavə Saziş"də xx.xx.2017 tarixinə kredit qalığı 6061.79 ABŞ dolları əvəzinə 5861.76 ABŞ dolları olaraq düzəliş edilməsi və 200 ABŞ dolları fərqin qaytarılması, eləcə də təsdiqlənmiş cədvəl üzrə aylıq ödəniş 148.82 ABŞ dollarin əvəzinə naməlum səbəbdən 203.68 ABŞ dolları sistemdə qeyd edilməsini araşdırmasını və artıq ödənilən (11 ay müddətində) əlavə 597.68 ABŞ qaytarılmasına və eləcə də xx.xx.2016-cı il tarixində 6-34219-37sub hesaba ödənilmiş 150 ABŞ dollarının təyinatının bərpa edilməsinə və ya qaytarılmasına, ödədiyi 30 (otuz) manat dövlət rusumunun “Yelo Bank"ASC- dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Nikoil Bank" İKB indiki “Yelo Bank" ASC tərəfindən ona 26 may 2015 il tarixli 6-Y-4-0-557-15 kredit müqaviləsinə əsasən kredit kard vasitəsi ilə 8000(səkkiz)min ABŞ dolları məbləğində uzunmüddətli istehlak kredit ayrılmışdır. Lakin 8000 ABŞ dolların xx.xx.2016 il tarixinədək 6352.25 ABŞ dolları istifadə olunmuşdır. Kreditin sonu ödəniş cədvələ uyğun olaraq xx.xx.2022 il tarixi nəzərdə tutulmuşdur. Bank çıxarışlarına və ödədiyi qəbzlərə əsasən 6352.25 ABŞ dolları qarşılığında onun tərəfindən xx.xx.2015 il tarixindən bu günə kimi 12185.25 ABŞ dollar vəsait ödənilmişdir. Bu məbləğin kredit ödəniş cədvəlinə uyğun olması şübhə doğurur. Baxmayaraq ki, əsas Kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli "Əlavə saziş”imzalanaraq dəyişikliklər edilmiş, kredit müddəti xx.xx.2022-ci il tarixinədək uzaldılmış, illik faiz 16.92, aylıq kredit ödənişi 148.82 ABŞ qeyd olunmuşdır. xx.xx.2017-ci il tarixində bağlanmış “Əlavə Saziş"-də qeyd olunan 6061,79 ABŞ dolları bank çıxarışına uyğun olmaması kredit borcunun başdan səhv olmasına dəlil yaradır. (bank çıxarışı əlavə olunur) xx.xx.2017-ci il tarixinə çıxarışa əsasən kredit borcu 5861,79 ABŞ dolları təşkil edir və 200 dollar fərq göstərir. xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 11 ay müddətində əsassız olaraq birtərəfli qaydada bank tərəfindən aylıq ödəniş 148.82 ABŞ dolları əvəzinə sistemdə 203.67 ABŞ dolları olaraq qeyd edilmişdir. Ümumilikdə 11 aylıq fərq 597.68 ABŞ dolları təşkil edir. Bu o deməkdir ki, hər ay 54,85 ABŞ dollar naməlum səbəbdən əsas məbləğə yönəlməmişdir. Bu barədə bank əməkdaşlar cavab vermirlər. Bundan əlavə onun tərəfindən xx.xx.2016-cı il tarixində 6-34219-37sub hesaba ödədiyi 150 ABŞ dolları bank çıxarışlarında qeyd olunmamış və hansı kredit təyinatına yönəlməsi ona məlum deyil. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1603/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadında görünür ki, İddiaçı ASC-nin - Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) YeloBank” ASC-nin nümayəndəsi X4 ilk iddia tələbinin müdafiə edərək təmin olunmasını, qarşılıqlı iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilk iddia tələbinə etiraz edərək rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş edərək bildirmişdir ki, sonuncu dəfə əlavə razılaşma bağlanan gün, razılaşmadan əvvəl xx.xx.2017-ci il tarixdə 200 dollar borcundan ödəniş etmiş, lakin həmin ödəniş hesaba alınmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, proses iştirakçılarının izahatlarını, mülahizə və dəlillərini dinləyib hesab edir ki, ilkin iddia əsaslı olduğu üçün təmin, qarşılıqlı iddia rədd edilməlidir. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2019-cu il tarixli çıxarışından görünür ki, əvvəlki "xxxx" İKB ASC-nin adı hazırki "xxxx" ASC ilə əvəz edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh kredit kard vasitəsi ilə kreditin fazi dərəcəsi 16.92 faiz olmaqla 8000 (səkkiz) min ABŞ dolları məbləğində uzunmüddətli istehlak kredit ayrılmış, faizdən ödənilən məbləğ 5692.91 ABŞ dollar təşkil edir. xx.xx.2022-ci il tarixində 11.56 ABŞ dolları ödənilmiş, əsas borc üzrə qalıq məbləğ 153.06 ABŞ dolları, faiz borc üzrə qalıq məbləğ 2.09 ABŞ dolları, cərimə borc üzrə qalıq məbləğ 2.32 ABŞ dolları, əldən çıxmış fayda 3.15 ABŞ dolları, cəmi 160.62 ABŞ dolları təşkil edir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 63421938 saylı Kredit Müqaviləsindən görünür ki, Bank kredit alana 12 ay müddətinə xx.xx.2016-cı il tarixədək ödəmək şərti ilə 8000 ABŞ dolları məbləğində kredit kartı ayırmışdır. Sözügedən müqavilənin 9.3-cü maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Nikoil Bank ASC-nin 6-Y-4-0-557-15 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli əlavəsindən görünür ki, "xxxx" İKB ASCnin Mxm müdiri X3 şəxsində, bir tərəfdən irəlidə borc alan adlandıracaq Cavabdeh şəxsində aralarında bağlanmış 6-Y-4-0-557-15 saylı, xx.xx.2015 tarixli kredit müqaviləsinə dəyişiklik aparılması barədə xx.xx.2016 tarixində razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2015 il tarixli 6-Y-4-0-557-15 saylı kredit müqaviləsinə kredit kart xx.xx.2017-ci il tarixli əlavə sazişdən görünür ki, tərəflər xx.xx.2015 tarixli, 6-Y- 4-0-557-15 saylı Kredit müqaviləsinə dəyişiklik edilməsi barədə razılığa gəlmişlər. Razılaşmaya əsasən, Kreditin qalıq məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borc və gecikdirilmiş faiz borc) 6061.79 USD təşkil etmiş, xx.xx.2022-ci il, 84 ay müddət, 16.92% müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən borclu Cavabdeh ünvanlanmış 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh Banka olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh kredit kard vasitəsi ilə kreditin fazi dərəcəsi 16.92 faiz olmaqla 8000 (səkkiz) min ABŞ dolları məbləğində uzunmüddətli istehlak kredit ayrılmış, faizdən ödənilən məbləğ 5692.91 ABŞ dollar təşkil edir. xx.xx.2022-ci il tarixində 11.56 ABŞ dolları ödənilmiş, əsas borc üzrə qalıq məbləğ 153.06 ABŞ dolları, faiz borc üzrə qalıq məbləğ 5.25 ABŞ dolları, cərimə borc üzrə qalıq məbləğ 5.85 ABŞ dolları, əldən çıxmış fayda 3.6 ABŞ dolları, cəmi 167.76 ABŞ dolları təşkil edir. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh 26 may 2015-cü il tarixli kredit müqaviləsinə əsasən"xxxx" İKB ASC-dən illik 16.92 faizlə 12 ay müddətinə 8000 ABŞ Dolları kredit götürmüşdür. xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2022 tarixədək təyin edilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, öhdəliyini tam icra etməmişdir. Məhkəmə ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 9/7044 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Cavabdeh 23 mart 2022-ci il tarixə əsas borc üzrə 540.29 ABŞ dollar, faiz borcu üzrə 280 ABŞ dollar, 24 iyun 2022-ci il tarixə əsas borc üzrə 194.76 ABŞ dollar, faiz borcu üzrə 229.67 ABŞ dollar, faiz borcu (illik 5 faiz hesablanmaqla) 50.33 ABŞ dollar məbləğində təşkil edir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulması ilə bağlı hissədə iddia tələbini əsas götürərək borcun hesablanmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, eləcə də tərəflər arasında bağlanmış müqavilənin şərtlərini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" ASC ilə bağladığı müqaviləyə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Odur ki, ilkin iddia təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, həmin tələb əsassız olduğundan rədd edilməlidir. Belə ki, cavabdeh qarşılıqlı iddia ərizəsini əsaslandırdığı “xx.xx.2017-ci il tarixinə çıxarışa əsasən kredit borcu 5861,79 ABŞ dolları təşkil edir və 200 dollar fərq göstərir. xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 11 ay müddətində əsassız olaraq birtərəfli qaydada bank tərəfindən aylıq ödəniş 148.82 ABŞ dolları əvəzinə sistemdə 203.67 ABŞ dolları olaraq qeyd edilmişdir. Ümumilikdə 11 aylıq fərq 597.68 ABŞ dolları təşkil edir. Bu o deməkdir ki, hər ay 54,85 ABŞ dollar naməlum səbəbdən əsas məbləğə yönəlməmişdir. Bu barədə bank əməkdaşlar cavab vermirlər. Bundan əlavə onun tərəfindən xx.xx.2016-cı il tarixində 6-34219-37sub hesaba ödədiyi 150 ABŞ dolları bank çıxarışlarında qeyd olunmamış və hansı kredit təyinatına yönəlməsi ona məlum deyil”halları təsdiq edəcək hər hansı bir tutarlı sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarında olan xx.xx.2015 il tarixli 6-Y-4-0-557-15 saylı kredit müqaviləsinə kredit kart xx.xx.2017-ci il tarixli əlavə sazişdən görünür ki, tərəflər xx.xx.2015 tarixli, 6-Y- 4-0-557-15 saylı Kredit müqaviləsinə dəyişiklik edilməsi barədə razılığa gəlmişlər. və həmin razılaşmaya əsasən, Kreditin qalıq məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borc və gecikdirilmiş faiz borc) 6061.79 USD təşkil etmişdir. Həmin tarixdə borclu tərəfindən ödənilən 200 ABŞ dolları hesabdan çıxarışda öz əksini tapmışdır. Lakin, cavabdehin izahatında göstərdiyi kimi 200 ABŞ dollarının razılaşma imzalanana qədər ödənilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 153.06 (bir yüz əlli üç dollar altı sent) ABŞ dolları əsas borc, 2.09 (iki dollar doqquz sent) ABŞ dolları faiz borcu, 2.32 (iki dollar otuz iki sent) ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 3.15 (üç dollar on beş sent) ABŞ dolları, ümumilikdə 160.62 (bir yüz altmış dollar altmış iki sent) ABŞ dolları borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pul tutulmalıdır, qarşılıqlı iddia təmin edilməməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 153.06 (bir yüz əlli üç dollar altı sent) ABŞ dolları əsas borc, 2.09 (iki dollar doqquz sent) ABŞ dolları faiz borcu, 2.32 (iki dollar otuz iki sent) ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 3.15 (üç dollar on beş sent) ABŞ dolları, ümumilikdə 160.62 (bir yüz altmış dollar altmış iki sent) ABŞ dolları borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pul tutulsun. İddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı «artıq ödənilmiş pulun qaytarılması» tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; X1 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar