Məhkəmə qərarları › İş №2(009)-561/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-561/2020

09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-561/2020 09.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi E.Ə.Əskərovun iştirakı ilə İddiaçı QSC X5 Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı QSC X5 Təşkilatı Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X2 dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK- 1753 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Qaradağ filialı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə, 145 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20% tətbiq edilməklə, 18 ay müddətinə 4900 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2010-cu il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-XB-*** dövlət qeydiyyatı nişanlı, “VAZ-21074” markalı minik avtomobili (buraxılış ili 2008, Ban - XTA**********8546, rəngi - qara) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2010-cu il tarixli, AG seriyalı, 210926 No-li “İpoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Boralan”a 4900 ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən “Borcalan” bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü tarix hesab olunur. Həmin müqavilənin 5.4-cü “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 18 aydır. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 20 faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda olan əsas borc üzrə 1955,18 ABŞ dolları, faiz borcu üzrə 3937,14 ABŞ dolları, cəmi 5892,32 ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh əsas borc üzrə 1955,18 ABŞ dolları, faiz borcu üzrə 3937,14 ABŞ dolları, cəmi 5892,32 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödəniliməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-XB-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21074” markalı minik avtomobili (buraxılış ili 2008, Bank - XTA**********8546, rəngi - qara) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əskik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi X3 idda tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsə də, həmin bildirişlər “köçüb” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Bu səbəbdən məhkəmə AR MPM-nin 147-ci .5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkiltanın tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101S Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASCdən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1753 saylı xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. İş üzrə «Borcverən» qismində «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Qaradağ filialı ilə digər tərəfdən «Borcalan» qismində Cavabdeh arasında bağlanmış xx xxxx 2010-cu il tarixli 145 №li kredit müqaviləsinə əsasən Cavabdeh «VAZ-21074» markalı avtomobil alınması üçün 18 ay müddətinə, illik 20%-lə 4900 ABŞ dolları məbləğində kredit verilmişdir. İş üzrə «İpoteka saxlayan» qismində «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Qaradağ filialı ilə «İpoteka qoyan» Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan ipoteka saxlayanla bağlanılmış xx.xx.2010-cu il tarixli 145 №li kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin edilməsi məqsədilə «VAZ-21074» markalı, 2008ci il buraxılışlı avtomaşını bank qarşısında yüklü etmişdir. İş materiallarında olan AB 368526 №-li Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən görünür ki, “VAZ-21074” minik markalı, (mühərrik №:9051980, Ban №:XTA**********8546, buraxılış ili:2008, rəngi: qara) **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh adında qeydiyyatdadır. İş üzrə Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş girov müqaviləsinin qeydiyyatı haqqında AG№210926 seriyalı 2906.2010-cu il tarixli şəhadətnaməyə əsasən Cavabdeh adına olan «VAZ-21074» markalı, ** XB *** dövlət qeydiyyat nişanlı avtomaşına dair xx xxxx 2010-cu il tarixdə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Qaradağ filialı ilə bağlanmış ipoteka haqqında müqaviləyə əsasən girovun qeydiyyatı aparılmışdır. İş üzrə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Qaradağ filialı tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-nə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubdan görünür ki, bank tərəfindən «VAZ-21074» markalı ** XB *** dövlət nömrə nişanlı olan avtomaşına tutmanın yönəldilməsinə dair bildirişi dövlət qeydiyyatına alınması xahiş olunmuş və həmin bildiriş xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. İş üzrə İddiaçı QSC BOKT tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən Cavabdeh xx.xx.2010-cu il tarixli, 145 saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə 1955,18 ABŞ dolları əsas borcu, 3937,14 ABŞ dolları faiz borcu, ümumilikdə 5892,32 ABŞ dolları borcu vardır. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 5567 saylı rəyinə əsasən iş materiallarında olan ödənişləri özündə əks etdirən çıxarış məlumatları, xx xxxx 2010-cu il tarixli 145 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh müqavilə müddəti bitən xx.xx.2011-ci il tarixə iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nə olan borcu ümumilikdə 4.113,95 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borcu üzrə 3.406,21 ABŞ dolları, faiz borcu üzrə 707,74 ABŞ dolları. Qeyd edilir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh tərəfindən xx.xx.2011-ci il tarixdən 40,0 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Bundan başqa, maliyyə arayışı məlumatlarına əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanın icrası ilə əlaqədar əsas borcun azaldılmasına yönəldilmiş 1430,82 ABŞ dolları məbləğində vəsait kompensasiya olunmuşdur. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanması tarixi xx.xx.2011-ci il tarixə göstərildiyindən 40,0 ABŞ dolları məbləğində ödəniş və 1430,82 ABŞ dolları məbləğində kompensasiya nəzərə alınmadı. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və.i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC arasında bağlanılmış xx xxxx 2010-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh avtomobil alınması məqsədilə illik 20% hesablanmaqla, 18 ay müddətinə 4900 ABŞ dolları məbləğində kredit verilmiş və kredit müqavilənin təminatı kimi cavabdeh alınmış və mülkiyyətinə keçmiş «VAZ-21074» markalı ** XB *** dövlət nömrə nişanlı avtomaşını bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və bununla da müqavilənin şərtlərinin pozulması ilə əlaqədar banka kredit müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcu yaranmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehdən 1955,18 ABŞ dolları əsas və 3937,14 ABŞ dolları faiz borcunun tutulmasını tələb edir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə müqavilə müddəti bitən xx.xx.2011-ci il tarixə əsas borcu 3.406,21 ABŞ dolları, faiz borcu 707,74 ABŞ dolları təşkil edir. Ekspert rəyi ilə həmçinin müəyyən edilmişdir ki, ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh tərəfindən xx.xx.2011-ci il tarixdən 40,0 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Bundan başqa, maliyyə arayışı məlumatlarına əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanın icrası ilə əlaqədar əsas borcun azaldılmasına yönəldilmiş 1430,82 ABŞ dolları məbləğində vəsait kompensasiya olunmuşdur. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanması tarixi xx.xx.2011-ci il tarixə göstərildiyindən 40,0 ABŞ dolları məbləğində ödəniş və 1430,82 ABŞ dolları məbləğində kompensasiya nəzərə alınmamışdır. Məhkəmə kredit müqaviləsi üzrə əsas borcunun tutulması ilə bağlı qeyd edir ki, həmin hissədə tələb tam təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas borcu irəli sürülmüş tələbdən artıq olması göstərilsə də, həmin məbləğdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanın icrası ilə əlaqədar əsas borcun azaldılmasına yönəldilmiş 1430,82 ABŞ dolları məbləğində vəsait nəzərə alınmamışdır. Digər tərəfdən irəli sürülmüş tələbdən kənara çıxmaq üçün əsaslar olmadığından, məhkəmə hesab edir ki, iddia tələbi 1955,18 ABŞ dolları məbləğində əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. AR MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə 3937,14 ABŞ dolları faiz borcunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. Belə ki, təyin edilmiş ekspertiza rəyindən göründüyü kimi cavabdehin müqavilə müddəti bitən tarixə faiz borcu 707,74 ABŞ dolları təşkil edir. AR Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmin qərarın 1-ci hissəsinin 2-ci bəndinə əsasən hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəflərin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən Plenum qərarında müəyyən etdiyi hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, kredit müqaviləsində faiz borcunun müqavilə müddəti bitdikdən sonra da müqavilədə nəzərdə tutulmuş faizə uyğun hesablanaraq tutulması barədə müddəa mövcud olmadığından, kredit müqaviləsi üzrə tutulmalı olan faiz məbləği müqavilə müddəti bitənədək yaranan faiz borcu həddində, yəni 707,74 ABŞ dolları məbləğində tutulmalıdır. Məhkəmə iddia tələbinin tutulacaq borcun ipotekaya qoyulmuş avtomaşına yönəldilməsi hissəsi üzrə qeyd edir ki, bu hissədə də tələb qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından əsaslı olduğundan təmin edilməli və cavabdehdən tutulmalı olan borc ipoteka yüklü edilmiş «VAZ-21074» markalı ** XB *** dövlət nömrə nişanlı avtomaşına yönəldilməli, həmin avtomaşın açıq hərracdan satılmalı və əldə olunmuş pul vəsaiti borcun ödənilməsinə yönəldilməli və borc ödənildikdən sonra yerdə qalan pul vəsaiti Cavabdeh qaytarılmalıdır. AR Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanını tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər.Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Məhkəmə ipoteka predmeti olan avtomobilin açıq hərracda satılması ilə əlaqədar onun ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, hazırki mərhələdə bu mümkün deyil. Belə ki, ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş avtomobilin dəyəri xx.xx.2020-ci il tarixdə 7050 ABŞ dolları müəyyən edilsə də, hazırda həmin avtomobilin dəyəri aşağı düşmüşdür. İpoteka predmeti olan avtomaşının hazırki texniki vəziyyəti və dəyəri ilə bağlı məhkəməyə sübutlar təqdim olunmadığından və məhkəmə tərəfindən avtomaşının likvid dəyərinin müəyyən edilməsi mümkün olmadığından, həmin avtomobilin ilkin satış qiymətinin göstərilməsi çıxarılan qətnamə mümkün deyil. Bununla belə məhkəmə qeyd edir ki, avtomaşın hərrac vasitəsi ilə satılarkən ilkin satış qiyməti kimi avtomaşının likvid dəyəri əsas tutulmalıdır. AR Ali Məhkəmənin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli 01No-li qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin avtomobilin satışından əldə olunmuş pulun borcun ödənilməsi üçün kifayət etmədikdə, qalan borcun cavabdehdən tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli 4№-li qərarının 6.8-ci maddəsin əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Həmin Qərarın 9.3-cü bəndinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddia təmin edilərkən, qətnamədə əsas borc, ziyan, dəbbə pulu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən edilməli, həm də alınmalı olan ümumi məbləğ hesablanmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsində tutulmalı olan pul məbləği konkret göstərilməli olduğundan, ipoteka ilə yüklü edilmiş avtomaşının satışından isə əldə edilən pulun borcun ödənilməsinə yetərli olmaması və yerdə qalan borcun hansı məbləğ təşkil etməsi məhkəmə tərəfindən müəyyən edilə bilmədiyindən, həmçinin cavabdehdən yaranmış ümumi borc qətnamə ilə tutulduğundan və avtomaşının satışından əldə edilmiş pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədiyi halda yerdə qalan borcun yenidən tutulması cavabdehdən tutulacaq borcun təkrar tutulması ilə nəticələndiyindən və bu hal qanunvericiliyin tələblərinə zidd olduğundan, məhkəmə hesab edir ki, iddia tələbi avtomobilin satışından əldə olunan vəsait borcun ödənilməsinə yetərli olmadıqdan qalan borcun da cavabdehdən tutularaq Banka ödənilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə habelə qeyd edir ki, Cavabdeh tutulması tələb olunan pul məbləği xarici valyuta ilə göstərildiyindən, tutulacaq məbləğ AR Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Həmin maddənin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbləri qismən təmin olunduğu üçün, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertiza xərci cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə... QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2010-cu il tarixli 145 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 1955,18 ABŞ dolları əsas borc, 707,74 ABŞ dolları faiz borcu, cəmi 2662,92 (iki min altı yüz altmış iki ABŞ dolları doxsan iki sent) ABŞ dolları məbləğində pul vəsaiti tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Tutma Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş «VAZ-21074» minik markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilsin, həmin əmlak açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza xərci - 145 (yüz qırx beş) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar