Məhkəmə qərarları › İş №2(009)-563/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-563/2023

29.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-563/2023 29.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay tutulan alimentin həcminin artırılaraq, hər ay 220 manat sabit məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan iki uşaqları var: xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6. Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-699/2021 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər uşağa görə hər ay 175 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hesab edir ki, alimentin ödənilməsi ilə bağlı cavabdehdən uşaqların saxlanılması üçün tutulan aliment məbləği artırılmalıdır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 220 manat məbləğində təsdiq edilmişdir. Hesab edir ki, yaşayış minimumu uşaqlar üçün 2023-cü il üzrə 220 manat məbləğində müəyyən edildiyindən, cavabdehdən uşağın saxlanılması üçün tutulan alimentin məbləği artırılmalı və tutulmalı olan aliment məbləği 220 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmiş, eləcə də bildirmişdir ki, onun hal-hazırda hər iki uşağı məktəbə gedir və uşaqların artan tələbatını əvvəlki aliment məbləği ilə təmin etməkdə çətinlik çəkir. Belə ki, o özü "xxxx" MMC-də operator vəzifəsində işləməklə 492 manat əmək haqqı alır və uşaqların maddi tələbatını ödəyə bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə öz etirazını ünvanlayaraq bildirmişdir ki, o, iddia tələbini qəbul etmir, iddiaçı bu iddia tələbini qaldırarkən o aliment qət edildikdən sonra onun maddi vəziyyətində yaxşılığa görə dəyişikliklərin olmasını, o, qazanc və gəlirinin olduğunu təsdiqləyən sübutları da təqdim etməli idi, lakin iddiaçı belə bir sübut olmadan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. O, heç yerdə işləmir və X1 Mərkəzindən verilmiş rəsmi arayışdan da göründüyü kimi onun adına hər hansı bir əmək müqaviləsi aşkar edilməmişdir, işsizdir. Onun heç yerdən gəliri yoxdur, valideynlərinin təqaüdü ilə o, məhkəmə qətnaməsi ilə qət edilmiş hər uşağa 175 manat olmaqla 2 uşağa görə 350 manat aylıq alimentı çətinliklə ödəyir. İddiaçı bir uşağın saxlanılması minimumunun 220 manat olmasına istinad edərək alimentin də bu məbləğdə olmasını iddia edir, halbuki iddiaçı özü bank sektorunda işləyir, onun yüksək gəliri vardır və o da bir valideyn kimi uşaqların maddi təminatında iştirak etməlidir, ondan tutulan aliment məbləğini nəzərə aldıqda onun uşağın saxlanılması üçün tələb etdiyi məbləğ arasındakı fərq hər uşağa görə aylıq 45 manat olmaqla 2 uşağa görə 90 manat təşkil edir, bu məbləğ də işləyən və gəliri olan iddiaçı üçün cüzi bir məbləğdir, lakin o, işləmədiyi üçün həmin məbləği ödəmək imkanında deyil və bu onun üçün böyük məbləğdir.Onu da qeyd edir ki, ailənin dağılmasının səbəbkarı iddiaçı olmuş, yaşadıqları evdə o, onun xəyanətinin şahidi olmuş və bu faktla bağlı Bakı şəhər Binəqədi rayon Pİ-nin 43-cü PB-də araşdırma aparılmış (təhqıqatçı Cavid Hüseynov) və artıq ifşa olunduğunu görən iddiaçı əmlaklarını da götürərək evdən getmişdir. Bundan başqa aliment üzrə yığılan borclar olduğu üçün ondan hər ay əlavə pul tutulur ki, bu ödənişləri də valideynlərinin maddi dəstəyi ilə edir, uşaqlarla görüş olanda onların geyim paltarlarının alınmasını da valideynləri həyata keçirir, gələcəkdə onun imkan və gəliri olarsa, o, övladları üçün həmin gəlirlərdən artıqlaması ilə ödənişlər etməyə hazırdır, lakin indiki vaxtda o, işləmədiyi üçün bunu edə bilmir və aldığı əmək haqqı ilə uşaqların bütün tələbatlarını tam olaraq ödəməyə qadirdir. Qanunverici alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşmar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması' üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Qeyd olunanlara əsasən xx.xx.2023-cü il tarıxə təyin edilmiş məhkəmə prosesini onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-699/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən aydın olur ki, Cavabdeh ilə İddiaçı arasında 11 aprel 2014-cü il tarixdə Azərbaycan Respublikası Sumqayıt nikah evində bağlanmış və 83 saylı akt qeydi ilə rəsmiləşdirimiş nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş 16 fevral 2015-ci il təvəllüdlü X5 və 28 yanvar 2017-ci il təvəllüdlü X6 anası İddiaçı yanında saxlanılması, savabdeh Cavabdeh, 16 iyun 2021-ci il tarixdən başlayaraq, 16 fevral 2015ci il təvəllüdlü X5 və 28 yanvar 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ-İİİ 808395 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 16 fevral 2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİİ 315194 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 28 yanvar 2017-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZE 12569388 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Rüstəmov Nail xx.xx.2017-ci ildə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdir. İş materiallarında olan AZE 12569409 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2015-ci ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdir. İş materiallarına əlavə olunmuş arayışdan görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyir və onun əmək haqqı 492.0 manat təşkil edir. Təqdim olunmuş AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdehı xx.xx.1991-ci ildə Zəngilan rayonu, Şamlı kəndində anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, Parlament pr., ev 3 ünvanında qeydiyyatdadır. Təqdim olunmuş 25 yanvar 2023-cü il tarixli, 3-17-2/2-R-4627/2023 nömrəli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Yoxlamalar» altsistemində hazırda qüvvədə olan aktiv əmək müqaviləsi aşkar olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasının əsasları müəyyən edilmiş və göstərilmişdir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarıı X5 və X6 ddiaçının himayəsindədir və uşaqların saxlanması üçün artan tələbat Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Eyni zamanda, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2023-cü il tarixli Qanunla 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin təmin edilməsini, cavabdehdən tutulan aliment məbləğinin artırılmasını zəruri hesab edir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin 220 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2 (009)-699/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh 16 fevral 2015-ci il təvəllüdlü X2 və 28 yanvar 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar