Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-569/2021 18.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı “icra qeydinin etibarsız hesab edilməklə ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı “icra qeydinin etibarsız hesab edilməklə ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 16000 manat məbləğdə pul vəsaitinin və sair pulun Cavabdeh1 xeyrinə ödənilməsinə dair Bakı şəhəri 28 saylı Notariat Ofisinin xx xxxxxx 2020-ci il tarixli icra qeydinin və Bakı şəhəri 28 saylı Notariat Ofisinin xx xxxxxx 2020-ci il tarixli icra sənədinin etibarsız hesab edilməklə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanılmış xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən onun Cavabdeh1 16000 manat məbləğində borcunun olduğu qeyd olunmuşdur. Lakin bildirmək istəyir ki, Cavabdeh1 ilə onun arasında heç vaxt borc münasibətləri olmamışdır. Sadəcə o, səmimi münasibətlərdən istifadə edərək yuxarıda qeyd edilən kredit müqaviləsini ona imzalatdırmışdır. Bakı şəhəri, 28 saylı Notariat Ofisinin xx xxxxxx 2020-ci il tarixli icra qeydi və xx xxxxxx 2020-ci il tarixli icra sənədi üzrə ondan 16.000 manat məbləğdə pul vəsaitinin və sair pulun alınaraq Cavabdeh1 xeyrinə ödənilməsi müəyyən olunmuşdur. Bakı şəhəri, 28 saylı Notariat Ofisinin xx xxxxxx 2020-ci il tarixli icra sənədi əsasında Səbail rayon İcra və Probasiya söbəsinin icra məmuru Tural Aşurov tərəfindən “icraata başlamaq haqqında” xx xxxxxx 2020-ci il tarixli qərar qəbul edilmiş və icra sənədi üzrə icraata başlanılmışdır. Bildirir ki, hal-hazırda Bakı şəhəri, 28 saylı Notariat Ofisinin xx xxxxxx 2020-ci il tarixli icra sənədi əsasında əssasız olaraq ondan 16000 manat məbləğdə pul vəsaitinin və sair pulun alınaraq Cavabdeh1 xeyrinə ödənilməsi tələb olunur. Bildirir ki, o, qeyd olunmuş əsaslarla bağlı cavabdehə dəfələrlə müraciət etmiş, lakin bu müraciətlərinin heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyi səbəbindən işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri 28 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh1 ilə İddiaçı arasında Bakı şəhəri 28 saylı Notariat Ofisində bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən - Cavabdeh1 borc alan - İddiaçı 16000 (on altı min) manat məbləğində pul borc vermiş, borc alan krediti xx.xx.2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüş, həmçinin ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borcun notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınması qeyd edilmişdir. İşə əlavə olunmuş Bakı şəhəri 28 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli icra qeydinin surətindən görünür ki, Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı vaxtında ödənilməmiş 16000 (on altı min) manat tutulmasına dair icra qeydi aparılmışdır. İşə əlavə olunmuş Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Aşurov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri 28 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli, 4239 nömrəli icra qeydinə əsasən icra icraatı başlanılmışdır. İşə əlavə olunmuş Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Aşurov tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında Bakı şəhəri 28 saylı Notariat Ofisində bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borc verən - Cavabdeh1 borc alan - İddiaçı 16000 (on altı min) manat məbləğində pul borc vermiş, borc alan krediti xx.xx.2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüş, həmçinin ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borcun notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınması qeyd edilmişdir. Borc ödənilmədiyi üçün Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən “ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı müddət üçün vaxtında ödənilməmiş 16000 (on altı min) manat tutulmasına” dair xx.xx.2020-ci il tarixli icra qeydi aparılmışdır. Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarla Bakı şəhəri 28 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli, 4239 nömrəli icra qeydinə əsasən icra icraatı başlanılmışdır. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı “icra qeydinin etibarsız hesab edilməklə ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh1 ilə onun arasında heç vaxt borc münasibətləri olmaması, onun sadəcə səmimi münasibətlərdən istifadə edərək yuxarıda qeyd edilən kredit müqaviləsini ona imzalatdırması” kimi dəlillərə istinad edərək xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 16000 manat məbləğdə pul vəsaitinin və sair pulun Cavabdeh1 xeyrinə ödənilməsinə dair Bakı şəhəri 28 saylı Notariat Ofisinin xx xxxxxx 2020-ci il tarixli icra qeydinin və Bakı şəhəri 28 saylı Notariat Ofisinin xx xxxxxx 2020-ci il tarixli icra sənədinin etibarsız hesab edilməklə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, icra qeydlərinin aparılması notarius tərəfindən aparılan notariat hərəkətlərinə daxil edilmişdir. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydinin aparılması qaydası və halları isə "Notariat haqqında" Azərbaycan Respublikası Qanunu, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatla tənzimlənir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədləri sayılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən, icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Məhkəmə qeyd edir ki, İddiaçı “Cavabdeh1 ilə onun arasında heç vaxt borc münasibətlərinin olmamasına, sadəcə onun, səmimi münasibətlərdən istifadə edərək yuxarıda qeyd edilən kredit müqaviləsini ona imzalatdırması” kimi dəlillərə istinad edərək, hazırki iddia tələbi ilə Bakı şəhəri 28 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli, 4239 nömrəli icra qeydini mübahisələndirsə də tərəflər arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsini hazıradək mübahisələndirməmişdir və sözügedən müqavilə hal-hazırda qüvvədədir. İddiaçı Bakı şəhəri 28 saylı Notariat Ofisinin xx xxxxxx 2020-ci il tarixli icra qeydinin və Bakı şəhəri 28 saylı Notariat Ofisinin xx xxxxxx 2020-ci il tarixli icra sənədinin etibarsız hesab edilməklə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, bu tələbini əsaslandırdığı halları təsdiq edəcək hər hansı bir sübut növünü məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırması zamanı da Bakı şəhəri 28 saylı Notariat Ofisinin xx xxxxxx 2020-ci il tarixli icra qeydinin və Bakı şəhəri 28 saylı Notariat Ofisinin xx xxxxxx 2020-ci il tarixli icra sənədinin etibarsız hesab edilməklə ləğv edilməsi ilə bağlı mövqeyini əsaslandıra bilməmişdir. Məhkəmə, iddiaçının dəlillərini, qanunvericiliyin tələbini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri 28 saylı Notariat Ofisinin xx xxxxxx 2020-ci il tarixli icra qeydinin və Bakı şəhəri 28 saylı Notariat Ofisinin xx xxxxxx 2020-ci il tarixli icra sənədinin etibarsız hesab edilməsi və ya ləğv edilməsi üçün əsaslar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Odur ki, məhkəmə iddiaçının bununla bağlı dəlillərinin əsassız olması qənaətinə gəlir və Bakı şəhəri 28 saylı Notariat Ofisinin xx xxxxxx 2020-ci il tarixli icra qeydinin və Bakı şəhəri 28 saylı Notariat Ofisinin xx xxxxxx 2020-ci il tarixli icra sənədinin etibarsız hesab edilməklə ləğv edilməsini mümkün hesab etmir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (MPM 76.2) Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı “icra qeydinin etibarsız hesab edilməklə ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı “icra qeydinin etibarsız hesab edilməklə ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-569/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-569/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver