Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-570/2022 19.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə Cavabdehin nümayəndəsi N.Ə.Babayevin iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı zaminlik müqaviləsinə xitam verilməsi, ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi, ipoteka predmeti olan qeyri-yaşayış binasının yüklülükdən azad edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı zaminlik müqaviləsinə xitam verilməsi, ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi, ipoteka predmeti olan qeyri-yaşayış binasının yüklülükdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ASC tərəfindən Zeynalova Vahidə Ağalı qızına 21.07.2014-cü il tarixli 14038-/251527 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 23% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 100000 ABŞ dollar məbləğində kredit limiti ayrılmışdır. 21.07.2014-cü il tarixli 14038-/251527 saylı kredit limiti üzrə kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 23% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 56000 ABŞ dolları məbləğində və 25.07.2014-cü il tarixli 14038-/251527 saylı kredit limiti üzrə kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 23 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 24.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 21.07.2014-cü il tarixli 14038-/251527 saylı kredit müqaviləsinin təminatı qismində X3 arasında 21.07.2014-cü il tarixli, 14038-/210380 Z saylı, X6 arasında 21.07.2014-cü il tarixli 14038-/289411 Z saylı və İddiaçı arasında 14038-/460828 Z saylı zaminlik müqavilələri bağlanmışdır. Göstərilən kredit müqavilələri onlara təqdim edilməmişdir. Yalnız kredit limiti müqaviləsinin surətini Sabirabad rayon Məhkəməsindən əldə etmişlər. Bundan başqa Cavabdeh ASC ilə X12 Ağalı qızı arasında 25.07.2014-cü il tarixli 14038-/251527 İ saylı ipoteka müqaviləsi bağlanmış, Zeynalova Vahidə Ağalı qızına məxsus olan Sabirabad şəhəri, İ.İskəndərov küçəsində, istifadədə olan 0,0009 ha torpaq sahəsində ümumi sahəsi 9 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış sahəsi, 25.07.2014-cü il tarixli 14038-/460828 İ saylı ipoteka müqaviləsi bağlanmış, İddiaçı məxsus olan ünvan 1 ünvanında, mülkiyyətdə olan 0,0042 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 30,9 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binası və 25.07.2014-cü il tarixli 14038/460815 İ saylı ipoteka müqaviləsi bağlanmış, X14 məxsus olan Sabirabad şəhəri, H.Əliyev prospektində istifadədə olan 0,084 ha torpaq sahəsində yerləşən 15 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 4-cü mərtəbəsində yerləşən 67,4 kv.m. ümumi, 39,7 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 28 nömrəli mənzil Zeynalova Vahidə Ağalı qızı ilə bağlanmış 21.07.2014-cü il tarixli 14038-/251527 saylı kredit limiti müqaviləsi üzrə öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Sonradan, yəni Zeynalova Vahidə Ağalı qızı 30.07.2021-ci il tarixdə vəfat etdikdən bir müddət sonra digər ipotekaqoyan və zaminlərə məlum olmuşdur ki, 1.X12 Ağalı qızının ərizəsinə əsasən 21.07.2014-cü il tarixli 14038-/25152 saylı kredit müqaviləsi 20.05.2015-ci il tarixli razılaşmaya əsasən kredit restrukturizasiya olunmuşdur və Zeynalova Vahidə Ağalı qızına illik 21% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 26 ay müddətinə 21505 ABŞ dolları məbləğində krediti tərtib olunmuş ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür.
2. X12 Ağalı qızının ərizəsinə əsasən 21.07.2014-cü il tarixli 14038-/25152 saylı kredit müqaviləsi 20.05.2015-ci il tarixli razılaşmaya əsasən kredit restrukturizasiya olunmuşdur və Zeynalova Vahidə Ağalı qızına illik 21% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 38 ay müddətinə 46856 ABŞ dolları məbləğində krediti tərtib olunmuş ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür.
3. Borcalan V.A.Zeynalovanın ərizəsinə əsasən 21.07.2014-cü il tarixli 14038-251527 saylı kredit müqaviləsinə 18.11.2015-ci il tarixli razılaşmaya əsasən kredit müqaviləsi üzrə borc manata konvertasiya (cəmi 41512,52 ABŞ dolları, kurs 1,0585=43941 manat) olunmuşdur.
4. 18.11.2015-ci il tarixli 14038-/251527 saylı razılaşmaya əsasən Vahidə Zeynalovaya illik 24% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 33 ay müddətinə 43941 manat məbləğində krediti yenidən tərtib olunmuş ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür.
5. Borcalan V.A.Zeynalovanın ərizəsinə əsasən 21.07.2014-cü il tarixli 14038-251527 saylı kredit müqaviləsinə 18.11.2015-ci il tarixli razılaşmaya əsasən kredit müqaviləsi üzrə borc manata konvertasiya (cəmi 17842,23 ABŞ dolları, kurs 1.0585=18886 manat) olunmuşdur.
6. 18.11.2015-ci il tarixli 14038-/251527 saylı razılaşmaya əsasən Zeynalova Vahidə Ağalı qızı illik 24% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 21 ay müddətinə 18886 manat məbləğində krediti yenidən tərtib olunmuş ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən bu dəyişikliklərə dair sənədləri qarşı tərəf onlara verilməmişdi. Hazırki iddia üzrə Cavabdeh ASC Zeynalova Vahidə Ağalı qızına, İddiaçı, X14, X9 və X4 qarşı “kredit borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Zeynalova Vahidə Ağalı qızından, X7, X1 və İddiaçı 23611,42 manat əsas kredit borcunun, 4311,96 manat faiz borcunun, 28863,08 manat penya borcunun, cəmi 56786,46 manat məbləğində pul vəsaitinin, iddia verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi, həmçinin cavabdehlər Zeynalova Vahidə Ağalı qızından, X5, X1 və İddiaçı 9578,19 manat əsas kredit borcunun, 3705,55 manat faiz borcunun, 26051,21 manat penya borcunun cəmi 39334,9 manat məbləğində pul vəsaitinin, iddia verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi, cavabdehlər Zeynalova Vahidə Ağalı qızına məxsus olan Sabirabad şəhəri, İ.İskəndərov küçəsində istifadədə olan 0,0009 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 9 kv.m. olan, 1 mərtəbəli qeyriyaşayış sahəsinə, İddiaçı məxsus olan ünvan 2 ünvanında, mülkiyyətində olan 0,0042 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 30,9 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binasına, X14 məxsus olan Sabirabad şəhəri, H.Əliyev prospektində istifadədə olan 0,084 ha torpaq sahəsində yerləşən 15 nömrəli 5 mərtəbəli binanın 1-ci girişində, 4-cü mərtəbəsində yerləşən 67,4 kv.m. ümumi 39,7 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 28 nömrəli mənzilinə tutma yönəldilməsi, həmin əmlakların açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitlərin hesabına X12 Ağalı qızının Cavabdeh ASC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın və dövlət rüsumunun ödənilməsi, Zeynalova Vahidə Ağalı qızına məxsus olan Sabirabad şəhəri, İ.İskəndərov küçəsində, istifadədə olan 0,0009 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 9 kv.m. olan, 1 mərtəbəli qeyri-yaşayış binası satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılaraq təhvil verilməsi, İddiaçı məxsus olan ünvan 1 ünvanında, mülkiyyətdə olan 0,0042 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 30,9 kv.m. olan, 1 mərtəbəli qeyri-yaşayış binasının, ən geci bir ay ərzində boşaldılaraq təhvil verilməsi, X14 məxsus olan Sabirabad şəhəri, H.Əliyev prospektində istifadədə olan 0,084 ha torpaq sahəsində yerləşən 15 nömrəli 5 mərtəbəli binanın 1-ci girişində, 4-cü mərtəbəsində yerləşən 67,4 kv.m. ümumi, 39,7 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 28 nömrəli mənzil digər ailə üzvləri ilə birlikdə ən geci bir ay ərzində boşaldılaraq təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda qətnamənin qalan hissədə cavabdehlər Zeynalova Vahidə Ağalı qızından, X8, X1 və İddiaçı ümumi qaydada tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bu iddiaya Sabirabad rayon Məhkəməsi tərəfindən baxılaraq 26.01.2021-ci il tarixli, 2(056)-08/2021 saylı qətnamə ilə təmin edilmişdir. Qeyd edilən borcun zaminlərdən tələb edilməsi və eyni zamanda tərəfindən ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbi əsassız və qanunsuzdur. Belə ki, işin faktiki hallarından görünür ki, kredit, zaminlik müqavilələri 21.07.2014-cü il tarixdə, ipoteka müqavilələri 25.07.2014cü il tarixdə bağlanmışdır. V.A.Zeynalova borcalan təşkilatla doğrudan da biznesini inkişaf elətdirmək üçün kreditin götürülməsi məqsədi ilə 21.07.2014-cü il tarixli kredit limiti müqaviləsi bağlanmış və ona müqaviləyə əsasən illik 23% olmaqla 60 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır. Müqavilə əsasında götürülmüş məbləği V.Zeynalova ödəməkdən imtina etməmiş və qaytarılması öhdəliyini də üzərinə götürmüşdür. Lakin, ziyana düşdüyündən və xarici valyutanın məzənnəsinin qalxması səbəbindən kredit ödənişlərini sonradan qismən edə bilməmişdir. Bununla bağlı olaraq o banka müraciət edərək borclu olduğu əsas borca faiz və cərimənin hesablanmasının dayandırılması və aşağı həddə salınması barədə güzəştə gedilməsini xahiş etmişdir. Lakin, bank onun bu xahişi nəzərə almamışdır. Eyni zamanda, dəqiq bildiyinə görə borcalan kredit borcu üzrə nəzərdə tutulan ödənişləri uzun müddət hər ay vaxtıvaxtında ödəyib. Sonradan isə düşdüyü maliyyə çətinliyi ilə bağlı olaraq ödənişləri vaxtı-saxtında və tam şəkildə ödəyə bilməmişdir. Lakin, banka ödənilmiş bu vəsait əsas borcdan çıxılmamış, hara və nə üçün silindiyini də bilmirlər. Əslində isə ödəniş cədvəlinə əsasən bank ödənilmiş pul məbləğinin bir hissəsini əsas borcda, digər hissəsini isə faiz borcuna çıxmalı idi. Ümumiyyətlə Cavabdeh ASC tərəfindən Azərbaycan Respublikasının Prezidentinin 22.12.2014-cü il tarixli, 28.02.2019-cu il tarixli fərmanlarının və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1,439.2 və 439.7-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 14.05.2015-ci il tarixli qərarının tələbləri kobud şəkildə pozulmuşdur. Ona görə də Azərbaycan Respublikasının Prezidentinin 22.12.2014-cü il tarixli fərmanının 11-ci bəndinə əsasən kommersiya banklarının kreditləri üzrə faiz dərəcələrinin aşağı salınması, həmin dərəcələrlə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi arasında fərqin azaldılması istiqamətində əməli tədbirlərin görülməsi və sair tapşırılmışdır. Konstitusiya Məhkəməsinin 14.05.2015-ci il tarixli Qərarının 6-cı bəndində qeyd edilib, əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədəmüvafiq hesab edilsin. Azərbaycan Respublikası Konstitusiyanın 130-cü maddəsinin İX hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan ərazisində məcburi qüvvəyə malikdir. Bu isə sözügedən 6-cı bəndin məcburi qüvvəyə malik olması anlamına gəlir. Bu bənd borclulara banklardan əhəmiyyətli güzəşt tələb etmək hüququ verir. Banklar da güzəştə getməlidir. Göründüyü kimi göstərilən bu bəndlərin tələblərinə görə bank kredit üzrə kredit müddətinin uzadılmasını, faiz dərəcələrinin aşağı salınmasını və digər güzəştli şərtləri ya təklif və ya qəbul etməli idi. Lakin, hazırki iş üzrə Cavabdeh ASC bu normalara əsasəq nəinki hər hansı bir güzəştli şərt təklif etmiş, o, hətta əksinə borcalanın güzəşt barədə xahişini nəzərə almaqdan qəti şəkildə imtina etmişdir. Digər tərəfdən işin faktiki hallarından görünür ki, bankla onun arasında zaminlik və ipoteka müqavilələri imzalanandan sonra bankla borcalan V.A.Zeynalova arasında əsas öhdəliyə iki ayrı tarixlərdə dəyişiklik edilmişdir:
1. 20.05.2015-ci il tarixli razılaşmaya əsasən 21.07.2014-cü il tarixli 14038-251527 saylı kredit müqaviləsinə dəyişiklik edilmiş və Zeynalova Vahidə Ağalı qızı illik 21% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 38 ay müddətinə 46856 ABŞ dolları məbləğində krediti tərtib olunmuş ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür.
2. 18.11.2015-ci il tarixli razılaşmaya əsasən yenidən 21.07.2014-cü il tarixli 14038-251527 saylı kredit müqaviləsinə dəyişiklik edilərək, kredit müqaviləsi üzrə manata konvertasiya (cəmi 41512,52 ABŞ dolları, kurs 1.0585=43941 manat) olunmuşdur. Razılaşmaya əsasən Vahidə Zeynalovaya illik 24% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 33 ay müddətinə 43941 manat məbləğində krediti yenidən tərtib olunmuş ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilməlidir ki, bu hər iki dəyişiklik edilərkən nə ona xəbərdarlıq edilmiş, nə razılığını alınmış, nə də ki onunla bank arasında olan ipoteka və zaminlik müqavilələrinə dəyişiklik edilməmişdir. Hazırki mübahisə üzrə işin faktiki hallarından isə görünür ki, kredit limiti müqaviləsində hətta kredit veriləcək valyuta dəqiq qeyd edilməyib, zaminlik müqaviləsində valyuta ABŞ dolları qeyd edilməsinə baxmayaraq, sonradan manata çevrilib və ən əsası da ki, müqaviləyə edilmiş sonuncu dəyişikliklə ilkin faiz məbləği artırılaraq 24 faiz müəyyən edilmişdir. Bu zaman da nə zaminlərin, nə də ki, ipotekaqoyanların razılığı alınmışdır. Bundan başqa, kredit götürəndən sonra respublikada devalvasiya baş vermişdir və kredit götürülən valyuta olan ABŞ dollarının məzənnəsi qalxmışdır. Eyni zamanda X12 də vəfat etmişdir. Hesab edir ki, bu iki hal şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilərək bankla onun arasında bağlanmış zaminlik və ipoteka müqavilələri ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı onunla Cavabdeh ASC arasında bağlanmış 21.07.2014-cü il tarixli 14038-/460828 Z saylı zaminlik müqaviləsinə xitam verilməsi, onunla Cavabdeh ASC arasında bağlanmış 25.07.2014-cü il tarixli 14038-/460828 İ saylı ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi, mülkiyyətində olan və ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında 0,0042 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 30,9 kv.m. olan, 1 mərtəbəli qeyri-yaşayış binasının yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılması barədə cavabdehin nümayəndəsinin tələbini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X17 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, respublikada baş verən birinci devalvasiyadan sonra iddiaçının zamin olduğu Vahidə Zeynalova ilə bağlanılmış kredit müqaviləsinin restrukturizasiyasına dair 18.11.2015-ci il tarixdə Razılaşma adlı müqavilə bağlanılmış, eyni zamanda həmin tarixdə ipoteka müqaviləsinə aid olan 2 saylı Əlavə tərtib edilmiş, kredit götürən, ipoteka qoyan hazırki iddiaçı tərəfindən imzalanmışdır. İlkin olaraq qeyd edir ki, restrukturizasiya razılaşmasının şərtləri zamin kimi İddiaçı hüquqlarını və mənafeyini pozmamışdır. Digər tərəfdən 2 saylı Əlavə şəxsən onun tərəfindən imzalanmış və orada restrukturizasiya razılaşmasının şərtləri öz əksini tapmışdır. Bank həmin kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar Sabirabad rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə iddialarını qismən təmin etmiş, həmin qətnamədən zamin kimi hazırki iddiaçı deyil, kredit götürən şəxs şikayət etmiş, bu zamininin həmin qətnamə ilə razılaşdığını göstərir. Lakin kredit götürən şəxs vəfat etdiyi üçün hüquq varisliyi müəyyən edilənədək icraat dayandırılmışdır. Hesab edir ki, qaldırılan iddianın heç bir hüquqi əsası yoxdur və məhkəmədən onun rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Cavabdeh ASC ilə Zeynalova Vahidə Ağalı qızı arasında bağlanmış 21.07.2014-cü il tarixli 14038-/251527 saylı Kredit Limiti Müqaviləsinə əsasən Cavabdeh ASC tərəfindən Zeynalova Vahidə Ağalı qızına 60 ay müddətinə kreditdən istifadəyə görə illik 23% dərəcəsi ilə haqq ödəmək şərti ilə 22.07.2019-cu il tarixədək 100000 ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır. İş üzrə Cavabdeh ASC ilə borclu Zeynalova Vahidə Ağalı qızı zamin İddiaçı arasında bağlanmış 21.07.2014-cü il tarixli, 14038-/460828 Z saylı zaminlik müqaviləsinin surətinə əsasən Cavabdeh ASC ilə Zeynalova Vahidə Ağalı qızı arasında bağlanmış 21.07.2014-cü il tarixli 14038- /251527 saylı Kredit Limiti Müqaviləsindən irəli gələn kreditin qaytarılması üzrə əsas borclu Zeynalova Vahidə Ağalı qızı öhdəliyini yerinə yetirmədiyi halda, zamin qismində müqavilənin tərəfi olan İddiaçı həmin borcun ödənilməsi üzrə birgə məsuliyyəti özü üzərinə götürmüşdür. İş üzrə Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 25.07.2014-cü il tarixli 14038-/460828 İ saylı İpoteka Müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında, mülkiyyətdə olan 0,0042 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 30,9 kv.m. olan, 1 mərtəbəli qeyri-yaşayış binası Cavabdeh ASC ilə cavabdeh Zeynalova Vahidə Ağalı qızı arasında bağlanmış 21.07.2014-cü il tarixli 14038-/251527 saylı Kredit Limiti Müqaviləsindən irəli gələn öhdəliyin təmin edilməsi məqsədilə bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 35.000 manat müəyyən edilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X11 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* №-li, 30.11.2015-ci il tarixli çıxarışın kserosurətindən görünür ki, İddiaçı tam mülkiyyət hüququ əsasında xüsusi mülkiyyətində olan Sabirabad şəhəri, V.Əhmədov küçəsində yerləşən, 62D No-li qeyri-yaşayış binası mülkiyyətində olan 0,0042 ha torpaq sahəsi ilə birlikdə 14038-/460815İ saylı 25.07.2014-cü il tarixli ipoteka müqaviləsinə 2 No-li Əlavəsinə, 18.11.2015-ci il tarixli 14038-/251527 saylı 21.07.2014-cü il tarixli Kredit Limiti müqaviləsinin restrukturizasiyasına əsasən 18.11.2015-18.08.2018-ci il tarixədək ipotekanın əlavə qeydiyyatı üzrə Cavabdeh ASC-nin Sabirabad filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə “Kreditverən-Qarant” qismində Cavabdeh ASC ilə “Borcalan-Prinsipal” qismində Zeynalova Vahidə Ağalı qızı arasında bağlanmış 14038-/251527 saylı 21.07.2014-cü il tarixli Kredit Limiti Müqaviləsi çərçivəsində verilmiş 21.07.2014-cü il tarixli 56.000 ABŞ dolları və 25.07.2014-cü il tarixli 24.000 ABŞ dolları məbləğdə kreditin restrukturizasiyasına dair 18.11.2015-ci il tarixli Razılaşmanın surətindən görünür ki, bu Razılaşmaya görə Cavabdeh ASC ilə Zeynalova Vahidə Ağalı qızı arasında bağlanmış 21.07.2014-cü il tarixli, 14038-/251527 saylı Kredit limiti müqaviləsi çərçivəsində verilmiş 21.07.2014-cü il tarixli 56.000 ABŞ dolları və 25.07.2014-cü il tarixli 24.000 ABŞ dolları məbləğində kreditin restrukturizasiyasını keçirməyi, Zeynalova Vahidə Ağalı qızı isə həmin restrukturizasiyanın nəticəsində yeni şərtlərə əməl edərək, restrukturizasiya olunmuş krediti, müəyyən olunmuş müddətdə onların faizləri ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmin Razılaşmanın 3.01.1-ci bəndinə əsasən bu Razılaşmanın şərt və müddəalarına uyğun olaraq bank Zeynalova Vahidə Ağalı qızı ilə bağlaemış bu Razılaşmanın 2-ci maddəsində qeyd edilən Kredit Limiti Müqaviləsinə müvafiq olaraq 21.07.2014-cü il tarixli 56.000 ABŞ dolları məbləğində verilmiş kreditin 40846,11 ABŞ dolları məbləğində əsas borcun qalığını, 666,41 ABŞ dolları məbləğində hesablanmış faiz məbləğini (cəmi 41512,52 ABŞ dolları) və 25.07.2014-cü il tarixli 24.000 ABŞ dolları məbləğində verilmiş kreditin 17616,56 ABŞ dolları əsas borcun qalığını və 225,64 ABŞ dolları məbləğində hesablanmış faiz məbləğini 17842,2 ABŞ dolları restrukturizasiya gününə olan satış kursu ilə AZN valyutasına konvertasiya etməklə restrukturizasiyasını keçirir. Eyni Razılaşmanın 3.01.2-ci bəndinə əsasən tərəflər razılaşmışlar ki, bu razılaşmanın 2-ci maddəsinə qeyd edilən 21.07.2014-cü il tarixli 14038-/251527 saylı Kredit Limiti Müqaviləsi çərçivəsində verilmiş 21.07.2014-cü il tarixli 56.000 ABŞ dolları məbləğində kredit üzrə əsas borcun qalığı, faiz məbləği cəmləşir, AZN-ə konvertasiya olunur (kurs 1 USD=1.0585 AZN) və restrukturizasiya edilməsindən sonra kreditin məbləği 43941 manat, 21.07.2014-cü il tarixli 24.000 ABŞ dolları məbləğində kredit üzrə əsas borcun qalığı, faiz məbləği cəmləşir, AZN-ə konvertasiya olunur (kurs 1 USD=1.0585 AZN) və restrukturizasiya edilməsindən sonra kreditin məbləği 18886 manat məbləğində müəyyən edilmişdir. Bu razılaşmaya əsasən borcluya bank tərəfindən əlavə vəsait verilmir. Həmin Razılaşmanın 3.02-ci bəndinə əsasən kreditlərin ödənilməsi Zeynalova Vahidə Ağalı qızı tərəindən **********25152703 saylı cari hesab vasitəsi ilə həyata keçirilir və V.Zeynalova tərəfindən 21.07.2014-cü il tarixli 14038-/251527 saylı Kredit limiti müqaviləsi çərçivəsində verilmiş 21.07.2014-cü il tarixli 56.000 ABŞ dolları məbləğində kredit 33 ay, 25.07.2014-cü il tarixli 24.000 ABŞ dolları məbləğində verilmiş kredit 21 ay ərzində tam ödənilməlidir. Ödənişlər V.Zeynalova tərəfindən yenidən tərtib edilmiş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Zeynalova Vahidə Ağalı qızı kredit üçün illik 24% ödənilməlidir (bənd 3.03). İş üzrə ipoteka saxlayan Cavabdeh ASC ilə ipoteka qoyan İddiaçı və borc alan Zeynalova Vahidə Ağalı qızı arasında bağlanmış 14038-/460828 İ saylı 25.07.2014-cü il tarixli ipoteka müqaviləsinə (ünvan 1 ünvanda yerləşən əmlaka dair 18.11.2015-ci il tarixli 2 No-li Əlavənin surətinə əsasən ipoteka müqaviləsinin təminatı olduğu 21.07.2014-cü il tarixli, 14038-/251527 saylı kredit limiti müqaviləsi çərçivəsində verilmiş 21.07.2014-cü il tarixli 56000 ABŞ dolları və 25.07.2014-cü il tarixli 24000 ABŞ dolları məbləğində kreditin valyutası (ABŞ dolları) AZN-ə konvertasiya edilərək Azərbaycan manatı ilə müəyyən edilmişdir (bənd 2.1). İpoteka müqaviləsinin təminatı olduğu 21.07.2014-cü il tarixli, 14038-/251527 saylı kredit limiti müqaviləsi çərçivəsində verilmiş 21.07.2014-cü il tarixli 56.000 ABŞ dolları məbləğdə kreditin əsas və faiz borcu kapitallaşdırılaraq restrukturizasiyadan sonra (razılaşmanın imzalandığı tarixə) 43941 manat və 25.07.2014-cü il tarixli 24.000 ABŞ dolları məbləğdə kreditin əsas borcu restrukturizasiyadan sonra (razılaşmanın imzalandığı tarixə) 18886 manat müəyyən olunmuşdur (bənd 2.2.). İpoteka müqaviləsinin təminatı olduğu 21.07.2014-cü il tarixli 14038-/251527 saylı kredit limiti müqaviləsi çərçivəsində verilmiş 21.07.2014-cü il tarixli 56.000 ABŞ dolları məbləğdə kreditin 21% dərəcəsi 24% faizə və 25.07.2014-cü il tarixli 24.000 ABŞ dolları məbləğdə kreditin 21% dərəcəsi 24 faizə dəyişdirilirmişdir (bənd 2.3). İpoteka müqaviləsinin təminatı olduğu 21.07.2014-cü il tarixli 14038- /251527 saylı kredit limiti müqaviləsi çərçivəsində verilmiş 21.07.2014-cü il tarixli 56.000 ABŞ dolları məbləğdə kreditin qaytarılması üçün son icra müddəti 18.08.2018-ci il və 25.07.2014-ci il tarixli 24.000 ABŞ dolları məbləğdə kreditin qaytarılması üçün son icra müddəti 18.08.2017-ci il tarixədək uzadılmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X11 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* №-li, 30.11.2015-ci il tarixli çıxarışın kserosurətindən görünür ki, İddiaçı tam mülkiyyət hüququ əsasında xüsusi mülkiyyətində olan Sabirabad şəhəri, V.Əhmədov küçəsində yerləşən, 62D No-li qeyri-yaşayış binası mülkiyyətində olan 0,0042 ha torpaq sahəsi ilə birlikdə 14038-/460815İ saylı 25.07.2014-cü il tarixli ipoteka müqaviləsinə 2 No-li Əlavəsinə, 18.11.2015-ci il tarixli 14038-/251527 saylı 21.07.2014-cü il tarixli Kredit Limiti müqaviləsinin restrukturizasiyasına əsasən 18.11.2015-18.08.2018-ci il tarixədək ipotekanın əlavə qeydiyyatı üzrə Cavabdeh ASC-nin Sabirabad filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə Sabirabad rayon Məhkəməsinin 2(056)-08/2021 saylı, 26.01.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh ASC ilə cavabdeh Zeynalova Vahidə Ağalı qızı arasında bağlanmış 21.07.2014-cü il tarixli 14038-/251527 saylı Kredit Limiti Müqaviləsindən yaranmış 21.07.2014-cü il tarixli 56.000 ABŞ dolları məbləğində kreditə dair (18.11.2015-ci il tarixli Razılaşma əsasında AZN-ə konvertasiya nəzərə alınmaqla) 24.716,61 manat əsas kredit borcu, 6717,25 manat faiz borcu və 50 manat penya (dəbbə) borcunun, 25.07.2014-cü il tarixli 24.000 ABŞ dolları məbləğində kreditə görə (AZN-ə konvertasiya nəzərə alınmaqla) 9578,19 manat əsas kredit borcu, 3705,55 manat faiz borcu və 50 manat penya (dəbbə) borcunun, iddia qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin, ümumilikdə isə 44.832,60 manat məbləğində puld vəsaitinin cavabdehlər Zeynalova Vahidə Ağalı qızıından, X2, İddiaçı və X5 müştərək qaydada tutulub Cavabdeh ASC-yə ödənilməsi, yuxarıda göstərilən 44.832,60 manat məbləğində ödəmənin ipoteka ilə yüklü edilmiş Zeynalova Vahidə Ağalı qızına məxsus Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində istifadədə olan 0,0009 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 9 kv.m. olan, 1 mərtəbəli qeyri-yaşayış binasına (15.000 AZN ilkin satış qiymətilə), İddiaçı məxsus ünvan 1 ünvanında, mülkiyyətdə olan 0,0042 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 30,9 kv.m. olan, 1 mərtəbəli qeyri-yaşayış binasına (27000 AZN ilkin satış qiymətilə) və X14 məxsus Sabirabad şəhəri, H.Əliyev prospektində istifadədə olan 0,084 ha torpaq sahəsində yerləşən 15 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 4-cü mərtəbəsində yerləşən 67,4 kv.m. ümumi, 39,7 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 28 nömrəli mənzilinə (23500 AZN ilkin satış qiymətilə) yönəldilməsi, həmin daşınmaz əmlakların yuxarıda qeyd edilən ilkin satış qiymətilə açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində (44.832,60 AZN) Cavabdeh ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin cavabdehlərdən əmlakı sonuncu satılmış ipoteka qoyan şəxsə verilməsi, ipoteka predmeti – Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində, istifadədə olpn 0,0009 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 9 kv.m. olan, 1 mərtəbəli qeyri-yaşayış binasının, ünvan 1 ünvanında, mülkiyyətdə olan 0,0042 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 30,9 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binasının və Sabirabad şəhəri, H.Əliyev prospektində, istifadədə olan 0,084 ha torpaq sahəsində yerləşən 15 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 4-cü mərtəbəsində yerləşən 67,4 kv.m.ümumi, 39,7 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 28 nömrəli mənzilin açıq hərracda satıldıqdan sonra, ən geci 1 ay ərzində müvafiq olaraq Zeynalova Vahidə Ağalı qızı, İddiaçı və X18 tərəfindən boşaldılaraq yeni mülkiyyətçiyə təhvil verilməsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış 19.11.2020-ci il tarixli 9/3261 saylı məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 manat vəsaitindən 100 manat hissəsi Cavabdeh ASC-dən tutulub, digər 100 manat məbləğind hissəsi isə cavabdehlər Zeynalova Vahidə Ağalı qızından, İddiaçı, X10, X5 və X1 müştərək qaydada tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, «Əmlak Ekspert Mərkəzi” MMC tərəfindən aparılmış 02.06.2020-ci il tarixli ƏEM/İ 02- 241/20 saylı əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat vəsaitin 150 manat hissəsi Cavabdeh ASC-dən tutulub, digər 150 manat məbləğində hissəsi isə cavabdehlər Zeynalova Vahidə Ağalı qızından, İddiaçı, X10, X5 və X1 müştərək qaydada tutulub "xxxx" MMCnin hesabına köçürülməsi qət edilmişdir. İş üzrə Sabirabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 02.08.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zeynalova Vahidə Ağalı qızı 30.07.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 02.08.2021-ci il tarixdə 564 No ilə qeyd edilmişdir. İş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 07.10.2021-ci il tarixli, 2(106)-2124/2021 saylı qərarın surətindən görünür ki, iddiaçı Cavabdeh ASC-nin cavabdehlər Zeynalova Vahidə Ağalı qızına, İddiaçı, X14, X9 və X4 qarşı kredit borcunun tutulması tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə icraat iddiaçı Zeynalova Vahidə Ağalı qızının hüquqi varisləri müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ASC tərəfindən Zeynalova Vahidə Ağalı qızına 21.07.2014-cü il trixli 14038-/251527 saylı Kredit Limiti Müqaviləsi əsasında 60 ay müddətinə illik 23% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 100000 ABŞ dolları məbləğində kredit limiti ayrılmış, həmin limit çərçivəsində Cavabdeh ASC tərəfindən Zeynalova Vahidə Ağalı qızına 36 ay müddətinə kreditdən istifadəyə görə illik 23% haqq ödəmək şərti ilə 21.07.2014-cü il tarixdə 56000 ABŞ dolları məbləğində və 25.07.2014-cü il tarixdə 24.000 ABŞ dolları məbləğində kredit verilmiş, həmin kreditin təminatı məqsədilə Cavabdeh ASC ilə borclu Zeynalova Vahidə Ağalı qızı, zaminlər İddiaçı, X6 və X13 arasında bağlanmış zaminlik müqavilələrinə əsasən kreditin qaytarılması üzrə borclu Zeynalova Vahidə Ağalı qızı öhdəliyi yerinə yetirdiyi halda, zaminlər qismində müqavilənin tərəfləri olan digər cavabdehlər borcu ödənilməsi üzrə birgə məsuliyyəti özlərinin üzərinə götürmüş, həmçinin Cavabdeh ASC ilə Zeynalova Vahidə Ağalı qızı arasında bağlanmış 21.07.2014-cü il tarixli 14038-/251527 saylı Kredit Limiti Müqaviləsindən irəli gələn öhdəliyin təmin edilməsi məqsədilə Cavabdeh ASC ilə Zeynalova Vahidə Ağalı qızı, İddiaçı və X18 arasında bağlanmış 25.07.2014-cü il tarixli ipoteka müqavilələri əsasında Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində istifadədə olan 0,0009 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 9 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binası, ünvan 1 ünvanında mülkiyyətdə olan 0,0042 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 30,9 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binası və Sabirabad şəhəri, H.Əliyev prospektində istifadədə olan 0,084 ha torpaq sahəsində yerləşən 15 nömrəli binanın, 67,4 kv.m. ümumi, 39,7 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 28 nömrəli mənzil iddiaçı təşkilatın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh ASC ilə Zeynalova Vahidə Ağalı oğlu arasında bağlanmış 21.07.2014-cü il tarixli və 25.07.2014-cü il tarixli kreditlərin restrukturizasiyasına dair 18.11.2015-ci il tarixli Razılaşma əsasında restrukturizasiyadan sonra 21.07.2014-cü il tarixli 56.000 ABŞ dolları məbləğində kreditə dair əsas borcun qalığı və faiz məbləği cəmləşərək manata konvertasiya olunmuş (kurs 1 USD=1,0585 AZN) və kreditin məbləğin 43941 manat, illik faiz dərəcəsi 24%, qaytarılmanın son müddəti 18.08.2018-ci il tarixə müəyyən edilmişdir. 25.07.2014-cü il tarixli 24000 ABŞ dolları məbləğində kreditə dair isə əsas borcun qalığı və faiz məbləği cəmləşərək manata konvertasiya olunmuş (kurs 1 USD=1,0585 AZN) kreditin məbləği 18886 manat, illik faiz dərəcəsi 24%, qaytarılmanın son müddəti 18.08.2017-ci il tarixə müəyyən edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, borclu Zeynalova Vahidə Ağalı qızı bankdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımi qaydada qaytarmadığı üçün və bununla da 21.07.2014-cü il tarixli 14038-/251527 saylı Kredit Limiti Müqaviləsindən və kreditlərin restruktrurizasiyasına dair 18.11.2015-ci il tarixli Razılaşmadan irəli gələn öhdəliklərini yerinə yetirmədiyi üçün bank məhkəməyə müraciət olmuşdur. Sabirabad rayon Məhkəməsinin 2(056)- 08/2021 saylı, 26.01.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ASC ilə cavabdeh Zeynalova Vahidə Ağalı qızı arasında bağlanmış 21.07.2014-cü il tarixli 14038-/251527 saylı Kredit Limiti Müqaviləsindən yaranmış 21.07.2014-cü il tarixli 56.000 ABŞ dolları məbləğində kreditə dair (18.11.2015-ci il tarixli Razılaşma əsasında AZN-ə konvertasiya nəzərə alınmaqla) 24.716,61 manat əsas kredit borcu, 6717,25 manat faiz borcu və 50 manat penya (dəbbə) borcunun, 25.07.2014-cü il tarixli 24.000 ABŞ dolları məbləğində kreditə görə (AZN-ə konvertasiya nəzərə alınmaqla) 9578,19 manat əsas kredit borcu, 3705,55 manat faiz borcu və 50 manat penya (dəbbə) borcunun, iddia qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin, ümumilikdə isə 44.832,60 manat məbləğində puld vəsaitinin cavabdehlər Zeynalova Vahidə Ağalı qızıından, X2, İddiaçı və X5 müştərək qaydada tutulub Cavabdeh ASC-yə ödənilməsi, yuxarıda göstərilən 44.832,60 manat məbləğində ödəmənin ipoteka ilə yüklü edilmiş Zeynalova Vahidə Ağalı qızına məxsus Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində istifadədə olan 0,0009 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 9 kv.m. olan, 1 mərtəbəli qeyri-yaşayış binasına (15.000 AZN ilkin satış qiymətilə), İddiaçı məxsus ünvan 1 ünvanında, mülkiyyətdə olan 0,0042 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 30,9 kv.m. olan, 1 mərtəbəli qeyri-yaşayış binasına (27000 AZN ilkin satış qiymətilə) və X14 məxsus Sabirabad şəhəri, H.Əliyev prospektində istifadədə olan 0,084 ha torpaq sahəsində yerləşən 15 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 4-cü mərtəbəsində yerləşən 67,4 kv.m. ümumi, 39,7 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 28 nömrəli mənzilinə (23500 AZN ilkin satış qiymətilə) yönəldilməsi, həmin daşınmaz əmlakların yuxarıda qeyd edilən ilkin satış qiymətilə açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində (44.832,60 AZN) Cavabdeh ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin cavabdehlərdən əmlakı sonuncu satılmış ipoteka qoyan şəxsə verilməsi, ipoteka predmeti – Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində, istifadədə olpn 0,0009 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 9 kv.m. olan, 1 mərtəbəli qeyri-yaşayış binasının, ünvan 1 ünvanında, mülkiyyətdə olan 0,0042 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 30,9 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binasının və Sabirabad şəhəri, H.Əliyev prospektində, istifadədə olan 0,084 ha torpaq sahəsində yerləşən 15 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 4-cü mərtəbəsində yerləşən 67,4 kv.m.ümumi, 39,7 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 28 nömrəli mənzilin açıq hərracda satıldıqdan sonra, ən geci 1 ay ərzində müvafiq olaraq Zeynalova Vahidə Ağalı qızı, İddiaçı və X18 tərəfindən boşaldılaraq yeni mülkiyyətçiyə təhvil verilməsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış 19.11.2020-ci il tarixli 9/3261 saylı məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 manat vəsaitindən 100 manat hissəsi Cavabdeh ASC-dən tutulub, digər 100 manat məbləğind hissəsi isə cavabdehlər Zeynalova Vahidə Ağalı qızından, İddiaçı, X10, X5 və X1 müştərək qaydada tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, «Əmlak Ekspert Mərkəzi” MMC tərəfindən aparılmış 02.06.2020-ci il tarixli ƏEM/İ 02- 241/20 saylı əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat vəsaitin 150 manat hissəsi Cavabdeh ASC-dən tutulub, digər 150 manat məbləğində hissəsi isə cavabdehlər Zeynalova Vahidə Ağalı qızından, İddiaçı, X10, X5 və X1 müştərək qaydada tutulub "xxxx" MMCnin hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, həmin qətnamədən yalnız kredit götürən şəxs Zeynalova Vahidə Ağalı qızı şikayət vermiş və o, 30.07.2021-ci il tarixdə vəfat etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2124/2021 saylı, 07.10.2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh ASC-nin cavabdehlər Zeynalova Vahidə Ağalı qızına, İddiaçı, X14, X9 və X4 qarşı kredit borcunun tutulması tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə icraat iddiaçı Zeynalova Vahidə Ağalı qızının hüquqi varisləri müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onunla Cavabdeh arasında bağlanmış zaminlik və ipoteka müqavilələri imzalanandan sonra borcalan Vahidə Zeynalova arasında əsas öhdəliyə iki ayrı tarixlərdə dəyişiklik edilmişdir. Hər iki dəyişiklik edilərkən onun xəbəri və razılığı olmamış, onunla bank arasında olan ipoteka və zaminlik müqavilələrinə dəyişiklik edilməmişdir. Bu səbəbdən onunla bank arasında bağlanmış zaminlik müqaviləsinə xitam verilməsi, ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi və ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış binasının yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. AR Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Göstərilən Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. AR Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsinin Plenum Qərarlarında hüquq və azadlıqların səmərəli müdafiəsinin vacibliyini dəfələrlə qeyd edilmişdir (A.Zalovun şikayəti üzrə 2004-cü il 21 may, S.Rəsulovanın şikayəti üzrə 2005-ci il 9 mart və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarlar). Bu mənada Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində yer alan hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatına böyük önəm verilir. Belə ki, bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (E.Həkimovun şikayəti üzrə 2008-ci il 3 noyabr tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarlar). Məhkəmələrə iddia ilə müraciət edən hər kəs yaranmış mübahisəyə hüquqi aydınlıq gətirilməsini və onun qanuni üsulla həll edilməsini gözləyir. Məhkəmənin qəbul etdiyi qərar iş üzrə tərəflərin mübahisəsinin qanuni yolla aradan qaldırılmasına yönəlir və nəticə etibarilə hüquq münasibətlərini qanuni çərçivəyə salmaq məqsədini daşıyır. Mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi məqsədi ilə qanunverici tərəfindən Mülki Məcəllənin 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik Mülki Məcəllənin yuxarıda qeyd edilən 470-477-ci maddələri ilə tənzimlənir. Zaminlik ilə yalnız pul məbləğinin ödənilməsi öhdəliyi deyil, həmçinin malın verilməsi, işin yerinə yetirilməsi, xidmətin göstərilməsi, borclu tərəfindən müəyyən hərəkətləri etməmək öhdəliyi də təmin edilə bilər. Kreditor və borclu arasında bağlanan əsas müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor (əlavə) xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında zaminlik müqaviləsinə xitam verilməsinin şərtlərinə və əsaslarına dair hüquqi mövqeyini formalaşdırmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli Qərarda qeyd edilmişdir ki, zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Həmçinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallara: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Məhkəmə qeyd edir ki, hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma” məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır. Kredit xətti müqavilələri, habelə gələcək tələblər üzrə ipoteka təminatı ilə bağlı müraciətlərdə qaldırılan məsələyə dair Konstitusiya Məhkəməsinin Plenum Qərarında formalaşan hüquqi mövqeyə görə Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddənin mətnindən göründüyü kimi, girov və ipoteka hüququ girov və ipoteka qoyanla girov və ipoteka saxlayan arasında yaranan hüquq münasibətidir. Bu hüquq girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur, eyni zamanda borclunun kreditor (girov saxlayan və ipoteka saxlayan) qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, kredit xətti müqaviləsinin mühüm şərtlərinə dəyişiklik edildikdə ipoteka müqaviləsində də müvafiq düzəlişlər edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 14-cü maddəsində qeyd olunur ki, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır. Yəni həmin dəyişikliklər barədə ipoteka qoyan şəxsin məlumatı və razılığı olmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 18.11.2015-ci il tarixdə 25.07.2014-cü il tarixli ipoteka müqaviləsinə edilmiş dəyişikliklə bağlı tərtib edilmiş 2 nömrəli Əlavədə İddiaçı şəxsən tanış olaraq imzalanmış və həmin Əlavədə məhz müqavilə şərtinin dəyişdirilməsi qeyd edilmiş, yəni iddiaçı həmin tarixdə müqavilə şərtinin dəyişdirilməsi ilə bağlı məlumatlı olmuş, onunla razılaşaraq həmin Əlavəni imzalanmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh ASC tərəfindən qaldırılan iddia üzrə Sabirabad rayon Məhkəməsi tərəfindən qəbul edilən qətnamədən hazırki iddiaçı şikayət etməmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında iddiaçının restrukturizasiya razılaşmasının şərtləri ilə tanış olması, ipoteka müqaviləsinə edilmiş 2 saylı Əlavənin şəxsən özü tərəfindən imzalanması, eyni zamanda edilmiş dəyişkənliyin, kreditin restrukturizasiya edilərək ABŞ dollarından manat hesabına keçirilməsi, müddətlə və faizlə bağlı dəyişikliyin, iddiaçının zamin və ipoteka qoyan kimi məsuliyyətinin artmasına və onun üçün digər əlverişsiz nəticələrə səbəb olması ilə nəticələnmədiyindən, məhkəmə iddiaçının iddianın təmin edilməsi ilə bağlı iddia ərizəsində göstərilən dəlilləri əsaslı hesab etmir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddiaçı Cavabdeh ASC-yə qarşı iddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 21.07.2014-cü il tarixli 14038-/460828 Z saylı zaminlik müqaviləsinə xitam verilməsi, iddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 25.07.2014-cü il tarixli 14038-/460828 İ saylı ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi, mülkiyyətində olan və ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında 0,0042 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 30,9 kv.m. olan, 1 mərtəbəli qeyri-yaşayış binasının yüklülükdən azad edilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev