Məhkəmə qərarları › İş №2(009)-576/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-576/2021

28.01.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-576/2021 28.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı – cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə məkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarəsində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 508A nömrəli bağ evi ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və ümumi sahəsi 69,1 kv.m bağ evinin cavabdehlər X1 və Cavabdeh1 tərəfindən onun istifadəsinə yaradılmış manelərin aradan qaldırılması öhdəçiliyinin cavabdehlər X1 və Cavabdeh1 üzərlərinə qoyulması, həmin bağ sahəsi və bağ evinə sərbəst daxil olmaları, gələcəkdə cavabdehlər X1 və Cavabdeh1 tərəfindən həmin bağ sahəsi və bağ evinin istifadəsində olarkən hər hansı maneələrin törədilməsinə görə cavabdehlər X1 və Cavabdeh1 üzərinə öhdəçiliyin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini iş materialları əsasında araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə mülki işin baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, hazırki iş üzrə mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 508A nömrəli bağ evi ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və ümumi sahəsi 69,1 kv.m bağ evi Bakı şəhəri Xəzər rayonunda yerləşir. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə müstəsna aidiyyət qaydasına müvafiq olaraq torpaq sahəsinin yerləşdiyi əraziyə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Məhkəmə qeyd edilənləri və işin müstəsna aidiyyət qaydalarına uyğun olaraq Bakı şəhəri Xəzər rayonunun ərazisinə aid olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən hazırkı mülki iş (baxılması üçün) aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 44-45, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı – cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair 2(009)-576/2021 saylı mülki iş (baxılması üçün) aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar