Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-584/2021 29.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Əmanətlərin Sığortalanması Fondunun – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Əmanətlərin Sığortalanması Fondu – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7952,67 (yeddi min doqquz yüz əlli iki manat altmış yeddi qəpik) manat əsas, 6234,22 (altı min iki yüz otuz dörd manat iyirmi iki qəpik) manat faiz, 4881,34 (dörd min səkkiz yüz səksən bir manat otuz dörd qəpik) manat cərimə borcu və Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1190,20 (min yüz doxsan manat iyirmi qəpik) manat faiz borcu olmaqla, cəmi 20258,43 (iyirmi min iki yüz əlli səkkiz manat qırx üç qəpik) manat borc və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 98 ünvanında yerləşən 3 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borcun Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin qeyri-yaşayış sahəsinin və mənzilin boşaldılaraq, ləğv prosesində olan "xxxx" ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizami rayon filialı ilə Cavabdeh1 arasında bağlanmış 17.11.2014-cü il tarixli 896562 saylı Baş kredit müqaviləsinə əsasən Cavabdeh1 200.000 (iki yüz min) manat məbləğində kredit ayrılmışdır. Baş kredit müqaviləsi əsasında bağlanmış 17.11.2014-cü il tarixli kredit müqaviləsinə görə Cavabdeh1 36 (otuz altı) ay müddətinə 60.000 (altmış min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10.11.2012-ci il tarixli, RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi ev 98-də yerləşən 3 saylı mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh2 arasında 17 noyabr 2014-cü il tarixli, 896562 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 19.11.2014-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Kredit müqaviləsinin 5.43-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 5.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********959 saylı 25.11.2020-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 03.11.2020-ci il tarixinə Cavabdeh1 kredit üzrə 7952,67 (yeddi min doqquz yüz əlli iki manat altmış yeddi qəpik) manat əsas, 6234,22 (altı min iki yüz otuz dörd manat iyirmi iki qəpik) manat faiz, 4881,34 (dörd min səkkiz yüz səksən bir manat otuz dörd qəpik) manat cərimə borcu və Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1190,20 (min yüz doxsan manat iyirmi qəpik) manat faiz borcu olmaqla, cəmi 20258,43 (iyirmi min iki yüz əlli səkkiz manat qırx üç qəpik) manat borcu vardır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, "xxxx" ASC-dən götürdüyü kredit borcunu vaxtında ödəmiş, lakin hazırda xəstə olduğundan və maddi imkanı olmadığından qalan borcu ödəyə bilməmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib belə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Nizami filialı ilə Cavabdeh1 arasında bağlanmış 17.11.2014-cü il tarixli Kredit müqaviləsindən görünür ki, Bank borcluya (kran üçün ehtiyat hissələrinin alınması, evin təmiri və çıxarışın alınması üçün) 36 ay müddətinə, illik 20 faiz hesablanmaqla 60.000 (altmış min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 17.11.2014-cü il tarixli İpoteka müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 17.11.2014-cü il tarixli Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 98 ünvanında yerləşən 3 saylı mənzili ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin bazar qiyməti 29000 (iyirmi doqquz min) manat qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 98 ünvanında yerləşən 3 saylı mənzili mülkiyyət hüququ üzrə Cavabdeh2 adına 10.11.2012-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 98 ünvanında yerləşən 3 saylı mənzili 17.11.2014-cü il tarixli Kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh2 ünvanlanmış 27.09.2016-cı il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişdən görünür ki, 17 noyabr 2014-cü il tarixli, 510-14-AYİB saylı kredit müqaviləsi əsasında Cavabdeh1 36 ay müddətinə 60.000 manat məbləğində kredit verilmiş, verilmiş kredit üzrə ödəniş planına əsasən Cavabdeh1 ödəməli olduğu ödənişləri yubatmış və nəhayət 22 sentyabr 2015-ci il tarixdən hazırki vaxtadək ipoteka saxlayana kredit ödənişlərini ödəməmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə Cavabdeh1 öz öhdəliklərini yerinə yetirmədiyi üçün tutmanın ipoteka predmeti olan, ona məxsus Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, 98 nömrəli evin, 3 nömrəli mənzilinə yönəldilməsi üçün məhkəməyə müraciət edəcəyi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış 08.11.2016-cı il tarixli məktubdan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması xahiş olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 18.11.2020-ci il tarixli bildirişdən görünür ki, tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə, ondan 20258,43 (iyirmi min iki yüz əlli səkkiz manat qırx üç qəpik) manat məbləğində borcun 3 (üç) gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə Bank kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacaqdır. İş materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş 20.11.2020-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 17.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə 03.11.2020ci il tarixə Cavabdeh1 Banka 7952,67 (yeddi min doqquz yüz əlli iki manat altmış yeddi qəpik) manat əsas, 6234,22 (altı min iki yüz otuz dörd manat iyirmi iki qəpik) manat faiz, 4881,34 (dörd min səkkiz yüz səksən bir manat otuz dörd qəpik) manat cərimə borcu və Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1190,20 (min yüz doxsan manat iyirmi qəpik) manat faiz borcu olmaqla, cəmi 20258,43 (iyirmi min iki yüz əlli səkkiz manat qırx üç qəpik) manat borcu vardır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli qərardadı ilə göstərilən daşınmaz əmlakın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş, "xxxx" MMC-nin Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 98 ünvanında yerləşən 3 saylı mənzilinin bazar dəyərinin müəyyən edilməsi üzrə ƏEM/S-31-882/21 saylı, 10.09.2021-ci il tarixli ekspert rəyi ilə qeyd edilən mənzilin bazar dəyəri 45.000 (qırx beş min) manat, likvid dəyəri 40.000 (qırx min) manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd edilən normalara əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almış, tərəflər arasında borc-kredit münasibətləri və öhdəlikləri yaranmış, lakin cavabdeh kredit üzrə əsas borcu və ona hesablanmış faizləri ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, iddiaçı əsas, faiz və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Borc məbləğini müəyyən edərkən məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 01.12.2021-ci il tarixli, 9/7929 nömrəli rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 17 noyabr 2014-cü il tarixli, 510/14-AYİB nömrəli Kredit Müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 03.11.2020-ci il tarixədək olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka olan borcu əsas borc üzrə -8235,34 manat, faiz borcu üzrə - 1583,02 manat, (5 faizlə) faiz borcu üzrə - 1219,28 manat müəyyən olunmuşdur. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə əsas və gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulması ilə bağlı hissədə iddia tələbini əsas götürərək borcun hesablanmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qeyd edilən normanı hazırki işə tətbiq edərək hesab edir ki, iddia tələbində göstərilən həcmdə 7952,67 (yeddi min doqquz yüz əlli iki manat altmış yeddi qəpik) manat əsas və Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 1190,20 (bir min yüz doxsan manat iyirmi qəpik) manat faiz borcu Cavabdeh1 tutulmalıdır. Məhkəmə iddia tələbinin cavabdehdən əsas borca hesablanmış faizlərin tutulması hissəsinin də əsaslı olması qənaətinə gəlir, lakin həcminə görə tam əsaslı hesab etmir. Odur ki, məhkəmə ekspert rəyini faiz borcuna aid hissədə sübut növü kimi qəbul edir və onunla razılaşaraq hesab edir ki, ekspert rəyi ilə hesablanmış faiz borcu üzrə məbləğ əsas götürülməklə, iddia qeyd edilən hissədə qismən təmin edilərək, Cavabdeh1 17.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 1583,02 manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə iddia ərizəsinin “4881,34 (dörd min səkkiz yüz səksən bir manat otuz dörd qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, və müqavilələr üzrə ödənilməli ola əsas borcun məbləğini nəzərə alaraq borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 4881,34 (dörd min səkkiz yüz səksən bir manat otuz dörd qəpik) manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 200 (iki yüz) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 319.6-ci maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiyməti, zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri göstərməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini və açıq hərracda satılmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək qeyd edir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Odur ki, kredit müqaviləsi üzrə borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməli və ipoteka ilə yüklü edilmiş əmlak açıq hərracdan satılmalıdır. Məhkəmə iddia tələbində həmçinin ilkin satış qiymətinin müəyyən edilməsinin də xahiş edildiyini nəzərə alaraq hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 17.11.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən 29000 manat məbləğində müəyyən edilsə də, hazırkı iş üzrə ipoteka predmetinin bazar dəyərinin məbləği məhkəmə tərəfindən də müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli qərardadı ilə göstərilən daşınmaz əmlakın qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş, "xxxx" MMC-nin, Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 98 ünvanında yerləşən 3 saylı mənzilinin bazar dəyərinin müəyyən edilməsi üzrə ƏEM/S-31-882/21 saylı, 10.09.2021-ci il tarixli mütəxəssis rəyi ilə qeyd edilən fərdi yaşayış evinin həmin tarixə bazar dəyəri 45.000 (qırx beş min) manat, likvid dəyəri 40.000 (qırx min) manat məbləğində müəyyən olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 98 ünvanında yerləşən 3 saylı mənzilinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin ekspert-mütəxəssis rəyi əsasında məhkəmə tərəfindən 40.000 (qırx min) manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması” hissəsinə münasibət bildirirək qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə, iddia tələbinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsi hissəsi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, məhkəmə hazırki qətnamə ilə artıq borcun cavabdehdən tutulması məsələsinə hüquqi qiymət vermiş, borcun cavabdehdən tutulmalı olduğu qənaətinə gəlmişdir. Qətnamənin icrası təmin edilərkən satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə ümumi qaydada icra edilməsi icra proseduru çərçivəsində təmin edilməli olduğundan bu halın əlavə olaraq müəyyən edilməsinə heç bir zərurət yoxdur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 63.1., 63.1.1., 63.1.2. və 63.1.3. maddələrinə görə vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə, icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda və tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Məhkəmə eyni zamanda, iddia tələbinin “tutma ipoteka əmlakına yönəldildikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılaraq, ləğv prosesində olan "xxxx" ASC-yə təhvil verilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, mübahisəli mənzil mülkiyyətçisi tərəfindən ipoteka müqaviləsi üzrə kreditin təminatı olaraq qaytarılması üçün ipoteka qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin 20.10.2021-ci il tarixli məktubundan məlum olur ki, daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri 200 (iki yüz) manatdır. Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-mühasibatlıq ekspertizasın tədqiqatının dəyəri 200 (iki yüz) manatdır. İş materiallarına əlavə edilmiş orderdən görünür ki, iddianın verilməsi ilə bağlı iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 200 manatın 100 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 100 manat hissəsi iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-dən, eləcə də "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 100 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 100 manat hissəsi iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-dən tutulmaqla müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin və "xxxx" MMC-nin hesabına köçürülməlidir. Bundan başqa iddiaçı həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun da cavabdehdən tutulmasını xahiş edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Ləğv prosesində olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 17.11.2014-cü il tarixli müqaviləyə əsasən 03.11.2020-ci il tarixinə 7952,67 (yeddi min doqquz yüz əlli iki manat altmış yeddi qəpik) manat əsas borc, 1583,02 (bir min beş yüz səksən üç manat iki qəpik) manat faiz borcu, 200 (iki yüz) manat məbləğində cərimə borcu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 1190,20 (bir min yüz doxsan manat iyirmi qəpik) manat faiz borcu olmaqla, cəmi 10925,89 (on min doqquz yüz iyirmi beş manat səksən doqquz qəpik) manat məbləğində kredit borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh1 tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməli, Ləğv prosesində olan "xxxx" ASC tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manat hissəsi Ləğv prosesində olan "xxxx" ASC-yə aid edilməli, tələb Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 98 ünvanında yerləşən 3 saylı mənzilinə yönəldilməli, Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 98 ünvanında yerləşən 3 saylı mənzilinin ilkin satış qiyməti 40.000 (qırx min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən Ləğv prosesində olan "xxxx" ASC-yə olan borc ödənilməli, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi Cavabdeh2 qaytarılmalı, Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 98 ünvanında yerləşən 3 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra ən gec (1 (bir) ay ərzində) həmin mənzil boşaldaraq Ləğv prosesində olan "xxxx" ASC-yə təhvil verilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 200 (iki yüz) manatın 100 (yüz) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 100 (yüz) manat hissəsi iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 100 (yüz) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 100 (yüz) manat hissəsi iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. İddia qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ləğv prosesində olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 17.11.2014-cü il tarixli müqaviləyə əsasən 03.11.2020-ci il tarixinə 7952,67 (yeddi min doqquz yüz əlli iki manat altmış yeddi qəpik) manat əsas borc, 1583,02 (bir min beş yüz səksən üç manat iki qəpik) manat faiz borcu, 200 (iki yüz) manat məbləğində cərimə borcu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 1190,20 (bir min yüz doxsan manat iyirmi qəpik) manat faiz borcu olmaqla, cəmi 10925,89 (on min doqquz yüz iyirmi beş manat səksən doqquz qəpik) manat məbləğində kredit borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh1 tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan - Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 98 ünvanında yerləşən 3 saylı mənzilinə yönəldilsin. Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 98 ünvanında yerləşən 3 saylı mənzilin ilkin satış qiyməti 40.000 (qırx min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən Ləğv prosesində olan "xxxx" ASC-yə olan borc ödənilsin. Satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ qaldığı halda) hissəsi Cavabdeh2 qaytarılsın. Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 98 ünvanında yerləşən 3 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra həmin torpaq sahəsi boşaldılaraq Ləğv prosesində olan "xxxx" ASC-yə təhvil verilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 200 (iki yüz) manatın 100 (bir yüz) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 100 (bir yüz) manat hissəsi iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 100 (bir yüz) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 100 (bir yüz) manat hissəsi iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************; Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************; KOD: 505594; SWİFT: GUNAAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-584/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-584/2021
29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver