Məhkəmə qərarları › İş №2(009)-587/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-587/2022

18.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-587/2022 18.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı qanuni nümayəndəsi X7, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Azərbaycan Həmkarlar İttifaqları X3 nümayəndəsi Nümayəndə5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs İddiaçı Futbol Klubu MMC-nin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs İddiaçı MMC işə cəlb edilməklə) cavabdehlər Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və Azərbaycan Həmkarlar X1rşı “cavabdehlərdən 30.01.2007-ci il tarixli qərarın təsdiqlənmiş surətinin alınaraq iddiaçıya verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs İddiaçı MMC işə cəlb edilməklə) cavabdehlər Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və Azərbaycan Həmkarlar X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən Azərbaycan Həmkarlar İttifaqları X5 AHİTA İcraiyyə Komitəsinin Ş.Orduxanov adına Qusar şəhər stadionunun İddiaçı balansına verilməsinə dair 30.01.2007-ci il tarixli qərarının təsdiqlənmiş surətinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında idmanın və fiziki hazırlığın inkişaf etdirilməsi məqsədilə İddiaçı təsis edilmiş, klub 11.01.2000-ci tarixdə dövlət qeydiyyatına alınmış, kluba 4/112 saylı dövlət qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Həmkarlar İttifaqları X6 AHİTA icraiyyə Komitəsinin 30 yanvar 2007-ci il tarixli Qərarına əsasən Ş.Orduxanov adına Qusar şəhər stadionu İddiaçına verilmişdir. Stadion verildiyi vaxtdan hal-hazıradək klubun balansında və istifadəsindədir. AHİTA İcraiyyə Komitəsinin 30 yanvar 2007-ci il tarixli Qərarı dəfələrlə cavabdehlərdən tələb olunsa da, qərarın təqdim olunması naməlum səbəblərdən təmin edilməmişdir. Cavabddehlər əsaslı tələbi təmin etməyərək qərarı vermədilkəri səbəbindən həmin qərar məhkəmə qaydasında cavabdehlərdən alınaraq kluba təqdim edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 oglu iddia ərizəsinin müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında iddiaçının qanuni nümayəndəsi X13 oglu iddia ərizəsinin müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, cavabdehlər, o cümlədən Qusar rayon İcra hakimiyyəti onun rəsmi müraciətlərinə hər dəfə verilən cavablarda bildirmişlər ki, Azərbaycan Respublikası Həmkarlar X9 Assosiasiyası AHİTA İcraiyyə Komitəsinin 30 yanvar 2007-ci il tarixli Qərarına əsasən Ş.Orduxanov adına Qusar şəhər stadionu onun rəhbəri olduğu İddiaçına verilmişdir. Lakin həmin sənədi ona verməkdən imtina etmişlər. Məhkəmə iclasında cavabdeh Azərbaycan Həmkarlar İttifaqları X6 “AHİTA”-nın nümayəndəsi Nümayəndə5 iddianı qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçının tələb etdiyi 30 yanvar 2007-ci il tarixli qərar İddiaçı barəsində verilməmişdir. İddiaçı ilə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası arasında hər hansı bir müqavilə bağlanmamışdır. Qusar rayonunda yerləşən Ş.Orduxanov adına stadion barəsində 30 yanvar 2007-ci il tarixli qərar Azərbaycan Həmkarlar İttifaqları X6 tərəfindən İddiaçı peşəkar futbol klubunun müraciəti əsasında qəbul edilmişdir. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası ilə İddiaçı peşəkar futbol klubu MMC arasında bağlanmış 14.03.2007-ci il tarixli müqavilədən də görünür ki, AHİK balansında olan həmin stadionu 17200 manat məbləğində vəsaitin ödənilməsi şərti ilə İddiaçı peşəkar futbol klubu MMC-nin balansına və mülkiyyətinə verir. Ona görə də, iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Məhkəmə iclasında üçüncü şəxs “X16” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X11 iddia ərizəsinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının tələb etdiyi qərar onun təmsil etdiyi şəxslə Azərbaycan Həmkarlar İttifaqları X6 AHİTA arasında olan hüquqi münasibətləri tənzimləyir. İddiaçı ilə təmsil etdiyi şəxsin adları eynidir, lakin iddiaçının mübahisələndirdiyi qərarın iddiaçıya heç bir aidiyyəti yoxdur. Həmin qərarın iddiaçıya verilməməsi onun heç bir marağına toxunmur. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Həmkarlar İttifaqları X6 İcraiyyə Komitəsinin 30 yanvar 2007-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı peşəkar futbol klubunun müraciətinin qəbul edilməsi, Qusar rayonunda yerləşən balans dəyəri 17200 manat olan stadionun X16nun balansına verilməsinin məqsədəuyğun sayılması, hazırki məsələnin həlli haqqında AHİK-in qarşısında təqdimat qaldırılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası İcraiyyə Komitəsinin 28.02.2007-ci il tarixli qərarından görünür ki, AHİTA İcraiyyə Komitəsinin İddiaçı peşəkar futbol klubunun müraciəti haqqında qərarının nəzərə alınması, AHİTA-nın balansında AHİK-nın mülkiyyəti olan Qusar rayonunda yerləşən Ş.Orduxanov adına stadionun, balansının qalıq dəyəri 17200 (on yeddi min iki yüz) manat məbləğində ödənilməsi şərti ilə müəyyən olunmuş qaydada İddiaçı peşəkar futbol klubuna verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası ilə “X14 Klubu” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 14 mart 2007-ci il tarixli müqavilədən görünür ki, AHİK balansında olan Qusar rayonunda yerləşən Ş.Orduxanov adına stadionu və bununla əlaqədar bütün hüquqlarını qanunvericiliyə uyğun olaraq əmlakın balansının qalıq dəyəri 17200 (on yeddi min iki yüz) manat məbləğində ödənilməsi şərti ilə Futbol Klubunun balansına və mülkiyyətinə verməyi, Futbol klubu isə bunun əvəzində hazırki müqavilə ilə razılaşdırılmış müqavilə qiymətinin AHİK-in bank hesabına ödəməyi öhdəsinə götürür. İş materiallarından görünür ki, “X16” Məhdud Məsuliyyətli Cəmiyyəti 2003-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində “X17 Klubu” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi qeydiyyatdan keçmişdir. 2005-ci ildə “X17 Klubu” MMC Ədliyyə Nazirliyinə müraciət edərək, təşkilatın adını dəyişərək, “X16” MMC kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Qanunverciliyə əsasən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Bu baxımdan, vurğulanmalıdır ki, cavabdehlərdən 30.01.2007-ci il tarixli qərarın təsdiqlənmiş surətinin alınaraq iddiaçıya verilməsi məsələsi həll edilərkən ilk növbədə iddiaçının belə bir tələbi irəli sürməyə subyektiv hüququnun olub-olmamasını aydınlaşdırmaq lazımdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, Azərbaycan Həmkarlar İttifaqları X6 İcraiyyə Komitəsinin 30 yanvar 2007-ci il tarixli qərarına əsasən İddiaçı peşəkar futbol klubunun müraciətinin qəbul edilməsi, Qusar rayonunda yerləşən balansının qalıq dəyəri 17200 manat olan stadionun X16nun balansına verilməsinin məqsədəuyğun sayılmış və həmin məsələnin həlli haqqında AHİKin qarşısında təqdimat qaldırılması qərara alınmışdır. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası İcraiyyə Komitəsinin 28.02.2007-ci il tarixli qərarı ilə AHİTA İcraiyyə Komitəsinin İddiaçı peşəkar futbol klubunun müraciəti haqqında qərarı nəzərə alınaraq, AHİTA-nın balansında AHİK-nın mülkiyyəti olan Qusar rayonunda yerləşən Ş.Orduxanov adına stadionun, balansının qalıq dəyəri 17200 (on yeddi min iki yüz) manat məbləğində ödənilməsi şərti ilə müəyyən olunmuş qaydada İddiaçı peşəkar futbol klubuna verilməsi qərara alınmışdır. Bundan sonra Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası ilə “X14 Klubu” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 14 mart 2007-ci il tarixli müqavilə bağlanaraq, AHİK balansında olan Qusar rayonunda yerləşən Ş.Orduxanov adına stadionu və bununla əlaqədar bütün hüquqlarını qanunvericiliyə uyğun olaraq əmlakın balansının qalıq dəyəri 17200 manat məbləğində ödənilməsi şərti ilə Futbol Klubunun balansına və mülkiyyətinə verməyi, Futbol klubu isə bunun əvəzində hazırki müqavilə ilə razılaşdırılmış müqavilə qiymətinin AHİK-in bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, sübutların tədqiqi ilə məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının tələb etdiyi qərarın ona heç bir aidiyyəti olmadığından, həmin qərar iddiaçı ilə adları eynilik təşkil edən başqa bir hüquqi şəxs barəsində qəbul edildiyindən iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs İddiaçı MMC işə cəlb edilməklə) cavabdehlər Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və Azərbaycan Həmkarlar X1rşı “cavabdehlərdən 30.01.2007-ci il tarixli qərarın təsdiqlənmiş surətinin alınaraq iddiaçıya verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar