Məhkəmə qərarları › İş №2(009)-588/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-588/2022

02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-588/2022 02.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ASC-nin - Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İKB ASC - Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh İddiaçı ASC-nin xeyrinə 17 iyun 2020ci il tarixli kredit müqaviləsi üzrə 6351.69 manat əsas borc, 590.52 manat faiz borcu və 101.095 manat cərimə borcu olmaqla, cəmi 7043.305 manat borcun və 90,43 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 17 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 27 faizlə 36 ay müddətinə 15000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 21 yanvar 2022-ci il tarixədək Cavabdeh Banka 17 iyun 2020-ci il tarixli kredit mqaviləsi üzrə 6351.69 manat əsas borc, 590.52 manat faiz borcu və 101.095 manat cərimə borcu olmaqla, cəmi 7043.305 manat borcu vardır. Cavabdeh 17 iyun 2020-ci il tarixli kredit müqaviləsi üzrə Banka olan cərimə borcu 202.19 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 101.95 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul edərək İddiaçı ASC-yə olan cərimə borcunun azaldılmasını və iddia tələbinin qismən təmin edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə, tərəflərin nümayəndə və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 23-Y-1-0-689-20 nömrəli istehlak krediti müqaviləsindən görünür ki, İddiaçı ASC borcluya 36 ay müddətinə, illik 27 faiz hesablanmaqla 15.000 (on beş min) manat məbləğində kredit vermişdir. İşə materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixinə Banka 6351.69 (altı min üç yüz əlli bir manat altmış doqquz qəpik) manat əsas borc, 590.52 (beş yüz doxsan manat əlli iki qəpik) manat faiz borcu və 202.19 (iki yüz iki manat on doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 7144.4 (yeddi min yüz qırx dörd manat qırx qəpik) manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun 5 bank günü ərzində ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə 5 gün ərzində kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb aidiyyəti üzrə məhkəməyə göndəriləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 23-Y-1-0-689-20 nömrəli istehlak krediti müqaviləsinə əsasən İddiaçı ASC borcluya 36 ay müddətinə, illik 27 faiz hesablanmaqla 15.000 (on beş min) manat məbləğində kredit vermiş, borclu krediti müqavilə ilə müəyyənləşdirilmiş vaxt ərzində qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyi vaxtında icra etmədiyinə görə (xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən) xx.xx.2022-ci il tarixinə Banka 6351.69 (altı min üç yüz əlli bir manat altmış doqquz qəpik) manat əsas borc, 590.52 (beş yüz doxsan manat əlli iki qəpik) manat faiz borcu və 202.19 (iki yüz iki manat on doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 7144.4 (yeddi min yüz qırx dörd manat qırx qəpik) manat borcu yaranmışdır. Cavabdeh 17 iyun 2020-ci il tarixli kredit müqaviləsi üzrə Banka olan cərimə borcu 202.19 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 101.095 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı ASC ilə istehlak krediti müqaviləsi bağlayaraq, üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda Bankın məhkəmə qaydasında Cavabdeh 6351.69 (altı min üç yüz əlli bir manat altmış doqquz qəpik) manat əsas borc, 590.52 (beş yüz doxsan manat əlli iki qəpik) manat faiz borcunun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin “101.095 (yüz bir manat doxsan beş qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Məhkəmə işin hallarını, kredit kart müqaviləsindən irəli gələn 6351.69 (altı min üç yüz əlli bir manat altmış doqquz qəpik) manat əsas borc, 590.52 (beş yüz doxsan manat əlli iki qəpik) manat faiz borcunun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 101.095 manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 50 (əlli) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 90,43 (doxsan manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməli, 20,43 (iyirmi manat qırx üç qəpik) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 23-Y-1-0- 689-20 nömrəli kredit müqaviləsi ləğv edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 6351,69 (altı min üç yüz əlli bir manat altmış doqquz qəpik) manat əsas borc, 590,52 (beş yüz doxsan manat əlli iki qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə borcu, ümumilikdə 6992,21 (altı min doqquz yüz doxsan iki manat iyirmi bir qəpik) manat borc və ödənilmiş 90,43 (doxsan manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli, dövlət rüsumunun 20,43 (iyirmi manat qırx üç qəpik) manat hissəsi İddiaçı ASC-yə aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 23-Y-1-0-689-20 nömrəli kredit müqaviləsi ləğv edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 6351.69 (altı min üç yüz əlli bir manat altmış doqquz qəpik) manat əsas borc, 590.52 (beş yüz doxsan manat əlli iki qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə borcu, ümumilikdə 6992,21 (altı min doqquz yüz doxsan iki manat iyirmi bir qəpik) manat borc və ödənilmiş 90,43 (doxsan manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin, dövlət rüsumunun 20,43 (iyirmi manat qırx üç qəpik) manat hissəsi İddiaçı ASC-yə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar