Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-589/2024 22.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "vurulmuş zərərin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Qulı̇ yeva Şölə Hacı qızı Cavabdeh Elçı̇ n oğluna qarşı "vurulmuş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu zərər kimi 300 manat + 400 manat + 1725 manat, cəmi 3425 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddianın dəlilləri: o, 23 fevral 2023-cü il tarixdə mülkiyyətində olan “Toyota Prius” minik avtomobilini (dövlət qeydiyyat nişanı **-UN-***) bir il müddətinə 23 fevral 2024- cü il tarixədək cavabdehə idarə etmək üçün vermişdir. Cavabdeh onun xəbəri olmadan onun mülkiyyətində olan və ona müvəqqəti olaraq idarə etmək üçün verilmiş avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış olduğu halda idarə edərək xx.xx.2023-cü il tarixdə 300 manat məbləğində cərimə edilmiş, xx.xx.2023-cü il tarixdə isə İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta törətmişdir ki, həmin xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməsi və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə 400 manat məbləğində cərimə edildiyi barədə İXP ******* saylı protokol tərtib olunmuşdur. Bundan başqa, cavabdeh onun mülkiyyətində olan və ona müvəqqəti idarə olunması üçün etibar edilmiş **-UN-*** dövlət qeydiyyat nişanlı Toyota Prius minik avtomobili ilə qəza törətmiş, həmin qəza nəticəsində onun avtomobilinə ümumilikdə 1725 manat məbləğində zərər vurulmuşdur. Cavabdeh nə protokollarla təyin olunmuş cərimə məbləğini (300 manat+400 manat), nə də avtoqəza nəticəsində mülkiyyətində olan avtomobilə vurmuş olduğu zərəri öz xoşu ilə ödəməkdəm imtina edir. Ona görə də onun tərəfindən vurulmuş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etməyə məcburdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 23 fevral 2023-cü il tarixli, 389909 saylı nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, İddiaçı tərəfindən “Toyota Prius” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh 1 il müddətinə etibarnamə verilmişdir. - 19 noyabr 2023-cü il tarixli, EQ/18122559 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilərək 300 manat cərimə edilmişdir. - 16 dekabr 2023-cü il tarixli, İXP/5893391 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilərək 400 manat cərimə edilmişdir. - 03 fevral 2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, EQ/18122559 saylı protokol üzrə 378 manat ödənilmişdir. - 03 fevral 2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İXP/5893391 saylı protokol üzrə 436 manat ödənilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş 31 yanvar 2024-cü il tarixli qüsur aktından görünür ki, “Toyota Prius” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin qiyməti 985 manat, xidmət 740 manat, yekun məbləğ 1725 manatdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 iyul 2024-cü il tarixli 9/2176 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2008-ci il buraxılışlı, “Toyota Prius” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1655,0 manat müəyyən edilir (dəyişilməli hissələrin qiyməti – 985 manat, təmir-bərpa işlərinin qiyməti – 670 manat). Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 23 fevral 2023-cü il tarixdə mülkiyyətində olan “Toyota Prius” minik markalı, **-UN-*** dövlət qeydiyyat nişanı avtomobilini bir il müddətinə cavabdehə idarə etmək üçün vermişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə isə 400 manat məbləğində cərimə edilmişdir. Həmçinin, cavabdeh ona müvəqqəti idarə olunması üçün etibar edilmiş avtomobil ilə qəza törətmiş, həmin qəza nəticəsində avtomobilə zərər vurulmuşdur. Cavabdeh cərimə məbləğlərini, eləcə də qəza nəticəsində avtomobilə vurulmuş zərəri ödəməmişdir. İddiaçı cavabdehin qanunsuz və hüquqazidd əməli nəticəsində ona maddi zərər yetirilməsinə baxmayaraq zərəri ödəmədiyi üçün hazırki iddia tələbi ilə müraciət edərək cavabdehdən ona məxsus “Toyota Prius” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yetirilmiş maddi zərərin və onun tərəfindən ödənilmiş cərimənin əvəzinin ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, işin araşdırılmış hallarına əsasən iddiaçının avtomobilinə cavabdehin qanunsuz hərəkəti nəticəsində zərər dəyməsi və cərimə məbləğlərinin ödənilməsi işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-in 21.2-ci maddəsi). Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (MM-in 1096.2-ci maddəsi). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mübahisənin mahiyyəti üzrə düzgün həll olunması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə ekspertizası tədqiqatının nəticəsi üzrə qəbul olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 iyul 2024-cü il tarixli 9/2176 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2008-ci il buraxılışlı, “Toyota Prius” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1655,0 manat müəyyən edilir (dəyişilməli hissələrin qiyməti – 985 manat, təmir-bərpa işlərinin qiyməti – 670 manat). Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edilən ekspert rəylərini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Məhkəmə ekspert rəyini və məhkəmə baxışı zamanı təqdim edilmiş digər sübutları tədqiq edərək, iddiaçıya məxsus olan “Toyota Prius” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdeh tərəfindən zərər vurulmasını və iddiaçı tərəfindən onun əvəzinə cərimənin ödənilməsini nəzərə alaraq belə qənaətə gəlir ki, vurulmuş zərərin əvəzi olaraq Cavabdeh İddiaçı xeyrinə ekspert rəyi ilə müəyyən edilmiş 1655 manat və ödənilmiş cərimələrin (300+400) əvəzi olaraq 700 manat, cəmi 2355 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2355 (iki min üç yüz əlli beş) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 44 (qırx dörd) manat hissəsi tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 40 (qırx) manatı Cavabdeh, 10 (on) manatı İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2355 (iki min üç yüz əlli beş) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 44 (qırx dörd) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 40 (qırx) manatı Cavabdeh, 10 (on) manatı İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-589/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-589/2024
22.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver