Məhkəmə qərarları › İş №2(009)-595/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-595/2023

06.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-595/2023 06.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi X3katibliyi, İddiaçı cavabdeh X2 qarşı “alimentin artırılması ” tələbinə dair mülkiişə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı “alimentin artırılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 xx.xx.2015-ci il təvəllüdlü oğlu X4 yetkinlik yaşına çatanadək hər ay aliment ödənilməsinin 2023-cü ilin yanvar ayından 220 manat sabit pul məbləğində təyin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin baxılmamış saxlanılmaqla iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəyə baxıb, iddiaçını dinləyib, hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasınıtələb etmədikdəməhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmaqla geri qaytarılmasını xahiş etdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X2 qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar