Məhkəmə qərarları › İş №2(009)-601/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-601/2020

13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-601/2020 13.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlunun İMEİ kodu **********86116 Hoffmann X Pro markalı telefon üçün 420 (dörd yüz iyirmi) manat əsas borc, 42 (qırx iki) manat cərimə pulu ümumilikdə 462 manat borc, iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu, cəmi 482 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh “xxxx” MMC ilə xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********86116 Hoffmann X Pro markalı telefon almış və nəticədə 462 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 420 manat (12 ay x 35 manat+0 manat ilkin ödəniş) olan üzrə İMEİ kodu **********86116 Hoffmann X Pro markalı telefon almışdır. 420 manat ödənilməmiş hissə, 42 manat cərimə (hər gün üçün ödənilməmiş məbləğin 1% miqdarında dəbbə pulu) borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, onlar cavabdehlə ortaq bir nöqtəyə gəlməyə çalışsalar da, cavabdeh onlar tərəfdən olunan heç bir təkliflə razılaşmamışdır. Bu səbəbdən də, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, qüsurlu bir telefona görə heç bir məbləğ ödəmək istəmir. Texniki səbəblərə görə 14 gün ərzində müraciət edə bilməmişdir. Lakin, bu o demək deyil ki qüsurlu telefona görə pul ödəməlidir. Bu səbəbdən də, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 00492437 saylı alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İMEİ kodu **********86116 Hoffmann X Pro markalı telefon almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********86116 Hoffmann X Pro markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan X4 Xidmət Mərkəzinin xx.xx.2019-cu il tarixli aparılan işlər barədə çıxarışından görünür ki, Cavabdeh İMEİ kodu **********86116 Hoffmann X Pro markalı telefonunun ekranının qaralması, danışıq zamanı aydın eşidilməməsi, ön kamera çəkilişinin aydın olmaması şikayətinə əsasən xx.xx.2019-cu il tarixdə texniki baxış keçirilmiş telefonda hər hansı qüsur aşkar edilməmişdir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 5/596 saylı ekspert rəyindən görünür ki, ekspertizanın keçirilməsi üçün xüsusi texniki avadanlıqlar və müvafiq cihazlar üzrə ixtisaslaşdırılmış mütəxəssislər olmadığından keçirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh “xxxx” MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********86116 Hoffmann X Pro markalı telefon almış və nəticədə 420 manat əsas borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə bağlı cavabdehə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisənin məhkəmədən kənar qaydada həll olunması cəhdi heç bir nəticə verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, müqavilə üzrə ödəniş o halda gecikdirilmiş hesab edilə bilər ki, cavabdeh bunu qəsdən etsin və müqavilə üzrə üzərinə götürmüş öhdəliyi icra etməkdən heç bir əsas olmadan imtina etsin. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında telefonun qüsurlu olub-olmamasına dair mübahisə yaranmışdır və öhdəliyin icra edilməsindən imtina yaranmış mübahisə ilə bağlı ödənilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının müqavilənin 2-ci bəndinə istinad edərək cavabdehdən cərimə tələb etməsi əsaslı və qanuni hesab edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün onun , İMEİ kodu **********86116 Hoffmann X Pro markalı telefon üçün 420 (dörd yüz iyirmi) manat pul tutularaq “xxxx” MMC ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 20 manat dövlət rüsumunun 10 manatı cavabdehə aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 53.65 (əlli üç manat altmış beş qəpik) manat pul vəsaitinin 26.83 (iyirmi altı manat səksən üç qəpik) manatı iddiaçı «xxxx» Məhdud Məsuliyyətindən və 26.83 (iyirmi altı manat səksən üç qəpik) manatı Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə İMEİ kodu **********86116 Hoffmann X Pro markalı telefon üçün 420 (dörd yüz iyirmi) manat borc, iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 10 (on) manatı tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 53.65 (əlli üç manat altmış beş qəpik) manat pul vəsaitinin 26.83 (iyirmi altı manat səksən üç qəpik) manatı iddiaçı «xxxx» Məhdud Məsuliyyətindən və 26.83 (iyirmi altı manat səksən üç qəpik) manatı Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar