Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-62/2020 18.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Müstaqim oğlu, Cavabdeh1, nümayəndəsivəkili Vəkil və 3-cü şəxs X2 nümayəndəsi X4 iştirakları ilə, İddiaçı ASC-nin - cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» barədə iddiası üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC - cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı « kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 73.231 manat əsas borc, 39.881 manat faiz borcu olmaqla, ümumilikdə 113,112 manat, habelə xx.xx.2015-ci il tarixli kredit borcu üzrə 13.159 manat əsas borc, 4576 manat faiz borcu olmaqla, ümumilikdə 17.735 manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun və sənədlərin notarial təsdiqi üçün ödənilmiş 42 manat rüsumun əvəzinin tutularaq İddiaçı ASC-yə verilməsi, tələbin Cavabdeh2 məxsus ünvan 1ndə yerləşən 32 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına « İddiaçı » ASC-yə olan borcun ödənilməsi və cavabdehlərin həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki,"İddiaçı" ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixində Kredit müqavilələri bağlanmışdır. xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən borcluya 48 ay müddətinə illik 18 faiz ödəmək şərtilə 100.000 Manat məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən borcluya 48 ay müddətinə illik 18 faiz ödəmək şərtilə 20.000 Manat məbləğində kredit verilmişdir Kredit müqavilələrinin təminatı kimi Cavabdeh2 ilə bağlanmış ipoteka müqavilələrinə əsasən Cavabdeh2 məxsus ünvan 1ndə yerləşən 32 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh1 Kredit müqavilələrinin müddəalarını pozaraq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etmir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 73.231 manat əsas borc, 39.881 manat faiz borcu olmaqla, ümumilikdə 113,112 manat, habelə xx.xx.2015-ci il tarixli kredit borcu üzrə 13.159 manat əsas borc, 4576 manat faiz borcu olmaqla, ümumilikdə 17.735 manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun və sənədlərin notarial təsdiqi üçün ödənilmiş 42 manat rüsumun əvəzinin tutularaq İddiaçı ASC-yə verilməsi, tələbin Cavabdeh2 məxsus ünvan 1ndə yerləşən 32 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına « İddiaçı » ASC-yə olan borcun ödənilməsi və cavabdehlərin həmin mənzildən çıxarılmaları, eyni zamanda cavabdeh X1 xx.xx.2020-ci il tarixli “Zaminlik müqaviləsi”nə əsasən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 25.000 manat borcun tutulmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq ərizəsində qeyd etmişdir ki, borcdan 66.000 ödəmişdir. 102.000 manat kredit qalığı qalmışdır. Məhkəmə ərəfəsində də 40.000 manat civarında ödəməyə hazırdır. Lakin bank ondan artıq 15.000 min manatın faizini istəyir. Bundan başqa qalan 60.000 manata yeni qrafik verilsin və hər ay ən azı 1000, ən çoxu 2500 manat ödəyərək kreditini bağlasın. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş 3-cü şəxsin nümayəndə-vəkili iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları araşdırıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı ASC (borc verən) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 763YHFK №-li Kredit Müqaviləsinə əsasən, borc verən illik 18 faizlə 48 ay müddətinə borc alana 100.000 manat məbləğində kredit verməyi, borc alan isə ona verilmiş krediti ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC (borc verən) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 839YHFK №-li Kredit Müqaviləsinə əsasən, borc verən illik 18 faizlə 48 ay müddətinə borc alana 20.000 manat məbləğində kredit verməyi, borc alan isə ona verilmiş krediti ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borc öhdəliklərinin təminatı kimi ünvan 1ndə yerləşən 32 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipotekanın əlavə qeydiyyatı haqqında razılaşmaya əsasən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borc öhdəliklərinin təminatı kimi ünvan 1ndə yerləşən 32 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir İş materiallarında olan ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* və ******* saylı Çıxarışların surətlərindən görünür ki, qeyd olunan mənzil xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixli Kredit Müqavilələri üzrə öhdəliyin təminatı qismində İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir və bu barədə müvafiq qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 421.2, 428.4, 442-ci, 445, 449.4, 462.3-cü maddələrinə müvafıq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Məcəlləsinin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit və ipoteka müqavilələri bağlanılmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən tərəflər arasında həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmış, kreditor tərəfindən öhdəliklər yerinə yetirilmiş, borclu isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir, aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış borcunu ödəməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbinin kredit borcuna görə hesablanmış faiz borcunun tutulması hissəsi qismən təmin edilərək daha aşağı həcmdə tutulmalıdır. Belə ki, məhkəmənin xx xxxxxxxx 2018-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-mühasibatçılıq ekspertizası təyin olunaraq, məhkəmə-mühasibatçılıq ekspertizasının aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 25652 №-li rəyinə əsasən, eskpert tədqiqatının nəticəsində xx xxxxxxxx 2014-cü il və xx xxxxxx 2015-ci il tarixli kredit müqavilələrinin şərtləri nəzərə alınmaqla xx.xx.2018-ci il tarixinə Cavabdeh1 İddiaçı ASC-yə xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcu 73.230,23 manat, faiz borcu 27.168,61 manat, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu 13.158,89 manat, faiz borcu 3.284,20 manat məbləğində müəyyən edilmişdir. Ekspert rəyinin kifayət qədər əsaslandırıldığını nəzərə alaraq, Cavabdeh1 qeyd olunan kredit müqaviləsi üzrə yaranmış borcun məbləğinin müəyyən edilməsində ekspertin rəyinin əsas götürülməsini daha məqsədəmüvafiq hesab edir. Eyni zamanda ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumu və 42 manat notarius haqqı da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Belə ki, iş materiallarında olan elektron xidmətlər portalından və qəbzlərin surətlərindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ümumilikdə 60 AZN, notarius haqqı üçün isə 42 AZN ödəniş edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün həmin müqavilə üzrə yaranan borc məbləğinin ödənilməsi üzrə tutma xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə və xx.xx.2015-ci il tarixli ipotekanın əlavə qeydiyyatı haqqında razılaşmaya uyğun olaraq Cavabdeh2 məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 32 saylı fərdi yaşayış evinə yönəldilməli, həmin ev hərraca çıxarılmalı, satışdan əldə olunacaq pul vəsaiti Cavabdeh1 iddiaçıya olan kredit borcunun ödənilməsinə yönəldilməlidir. Belə ki, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məcəllənin 319.6-ci maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun 10.4-cü maddəsinə görə ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.2-ci maddəsinə əsasən, ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. İş materiallarından görünür ki, ipoteka qoyan X3 ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə dair «xxxxxx» İKB ASC tərəfindən xx.xx.2018-ci il tarixli bildiriş göndərilmişdir. Həmçinin iş materiallarından görünür ki, İddiaçı İKB ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişi AR ƏMDK yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. «İpoteka haqqında» Qanunun 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 39.3.4. zəruri hallarda, ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. ünvan 1 ünvanında yerləşən 32 saylı fərdi yaşayış evinin bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması «xxxxxxxxxxxxxxx» MMC-yə həvalə edilmişdir. « xxxxxxxxxxxxxxx » MMC-nin xx.xx.2020-ci il tarixli 0102/20/ATAB saylı ekspert rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən 32 saylı fərdi yaşayış evinin hazırki dövr üçün bazar dəyərinin 280.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti hazırkı bazar dəyərinə uyğun olaraq müstəqil qiymətləndiricinin rəyi əsasında 280,000 manat məbləğində müəyyən edilməlidir. «İpoteka haqqında» qanunun 41.2-ci maddəsinə, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələblərinin ipoteka predmeti olan mənzilin boşaldılması hissəsi də təmin olunmalıdır. İş materiallarında olan 2 №li forma arayışdan görünür ki, Cavabdeh2 ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 32 saylı fərdi yaşayış evinin sahibidir və həmin mənzildə ondan başqa Cavabdeh1 və Cavabdeh3 daimi qeydiyyatdadırlar. «İpoteka haqqında» qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1 - yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2 - ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. «İpoteka haqqında» qanunun istinad olunan maddəsinin hərfi mənasından belə nəticəyə gəlmək olur ki, tutma ipoteka predmeti olan daşınmaz əmlaka yönəldildikdə, ipoteka qoyan və digər şəxslər həmin daşınmaz əmlakı əmlak satıldıqdan sonra ən geci bir ay ərzində həmin daşınmaz əmlakı boşaltmalıdırlar. Məhkəmə hesab edir ki, mənzil hərracdan satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2, eyni zamanda Cavabdeh1 və Cavabdeh3 ən geci bir ay ərzində mənzili boşaldaraq, yeni mülkiyyətçiyə təhvil verməlidirlər. Məhkəmə eyni zamanda iddianın cavabdeh X1 xx.xx.2020-ci il tarixli “Zaminlik müqaviləsi”nə əsasən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 25.000 manat borcun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən iddia edilən zaminlik müqaviləsi məhkəməyə təqdim edilmədiyindən iddia tələbi bu hissədə sübut edilməmiş sayılır və bu səbəbdən təmin edilməməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi qismən təmin olunduğu halda, hazırkı iş üzrə çəkilmiş xərclər (dövlət rüsumu və ekspert tədqiqatının dəyəri) yarı hissələrdə tərəflərə aid edilməlidir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan, 120 manat Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspert tədqiqatının dəyərindən ibarətdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 763YHFK №-li Kredit Müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə yaranmış 73230,23 manat əsas, 27168,61 manat faiz, xx.xx.2015-ci il tarixli 839YHFK №-li Kredit Müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə yaranmış 13158,89 manat əsas, 3284,20 manat faiz borcu olmaqla, cəmi 116,841,93 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutulub İddiaçı ASC-nin hesabına köçürülsün. Ödəmə İddiaçı ASC ilə Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanmış İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 1ndə yerləşən 32 nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin fərdi yaşayış evinin ilkin satış qiyməti 280.000 manat müəyyən edilsin, həmin ilkin satış qiyməti ilə satılması üçün açıq hərraca çıxarılsın, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı ASC-yə ödənilsin. İpoteka predmeti olan ünvan 1ndə yerləşən 32 nömrəli fərdi yaşayış evi açıq hərrac yolu ilə satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılsın. İddiaçı ASC tərəfindən iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu əvəzinin15 (on beş)manat hissəsi, habelə bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun və sənədlərin surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 42 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçı « İddiaçı » ASC -nin hesabına köçürülsün. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 120 manat vəsaitin 60 manat hissəsi « İddiaçı » ASC-dən, 60 manat hissəsi isə Cavabdeh1 tutulub dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN**********; AZ41NABZ********************,DövlətXəzinədarlığıAgentliyi,KOD210005;VÖEN**********;Mü xbirhesAz41NABZ**********0********** S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-62/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-62/2020
18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver