Məhkəmə qərarları › İş №2(009)-621/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-621/2021

01.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-621/2021 01.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı “X3” MMC-nin təsisçisi X8 Cavabdeh1 qarşı işçinin vurduğu maddi ziyanın ödənilməsi tələbinə dair ilk iddia tələbi üzrə, həmçinin iddiaçı Cavabdeh1 cavabdeh X9 qarşı işgüzar nüfuzunu ləkələyən məlumatların təkzib edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı “X3” MMC-nin təsisçisi X14 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və Cavabdeh3xxxx” MMC-yə qarşı işçinin vurduğu ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh2 MMC və Cavabdeh3xxxx” MMC tərəfindən təsis edilmişdir və həmin cəmiyyətin tam hüquqlu payçısıdır. O, X14 “X3” MMC-nin 100 pay hüququ üzrə təsisiçisidir. Cavabdeh1 əvvəllər Cavabdeh3”xxxx” MMC-nin 2,5 % pay hüququ üzrə təsisçisi olmuş, lakin sonradan həmin payı “X3” MMC-yə satmışdır. Hazırda isə onun MMC-də hər hansı iştirakı yoxdur. Cavabdeh2 MMC fəaliyyətini daxili bazardan başqa, eyni zamandan xarici ölkələrin bazarlarında da həyata keçirir. Belə ki, 2016-cı il tarixdə Cavabdeh2 MMC öz fəaliyyətini Türkiyə Respulikasında həyata keçirmək və orada gəlir əldə etmək üçün orada başqa bir hüquqi şəxs - “X17 Şirkəti” adlı şirkət təsis edir və həmin şirkətin qanuni təmsilçisi kimi Cavabdeh1 təyin edilir. Qeyd olunmalıdır ki, Cavabdeh1 əvvəllər Cavabdeh2 MMC-nin qanuni təmsilçisi olmuşdur. 2016-cı ildə Cavabdeh1 Türkiyə Respublikasındakı X17 Şirkətinin qanuni təmçilçisi təyin olunduqdan sonra, yəni işçisi təyin olunduqdan sonra, şirkətin fəaliyyətini həyata keçirmək üçün Türkiyə Respublikasına göndərilmişdir. Cavabdeh1 “X3” MMC-nin sahibləri tərəfindən böyük inam və etimad olmuşdur. Bu səbəbdən də Türkiyədəki şirkətin fəaliyyəti, fəaliyyətin həyata keçirilməsi üçün tələb olunan büdcə Talehin tərtib etdiyi hesabat əsasında təsdiq edilirdi. Yəni Cavabdeh1 “X17 Şirkəti”nin Türkiyə Respublikasında fəaliyyətini həyata keçirmək üçün tələb olunan büdcə xərclərini Cavabdeh2 MMC-yə təqdim etmişdir. Həmin hesabat əsasında ildə bir dəfə Cavabdeh1a büdcə xərcləri ayrılmış və həmin məbləğ müvafiq kassa məxaric orderinə imza etdirilməklə şəxsən Cavabdeh1 verilmişdir. 2016-cı ildən başlayaraq Cavabdeh1 hər il X17 Şirkətinin Türkiyə Respublikasında fəaliyyətini həyata keçirmək üçün 10.537.375 ABŞ dollarından çox vəsait ayrılmışdır. Lakin Cavabdeh1 Türkiyə Respublikasındakı iş fəaliyyəti qənaətbəxş olmadığı üçün Cavabdeh2 MMC-nin təsisçisi orada audit yoxlaması aparmış və bu səbəbdən şirkətin yarandığı vaxtdan fəaliyyətini qiymətləndirmək üçün orada audit yoxlaması aparılmışdır. Audit yoxlaması nəticəsinə əsasən 2016-2017-ci illərdə Baş Ofisdən nağd şəkildə X17 Şirkətinin inkişafı üçün ayrılmış və Cavabdeh1 təhvil verilmiş 10.537.375 ABŞ dolları məbləğdən 9.174.925 ABŞ dolları məəbləği X30 Şirkətinin bank hesabına köçürülmüşdür və yerdə qalan məbləğ 1.362.450 ABŞ dolları məbləğ isə Cavabdeh2 MMC-nin bank hesabı yolu ilə Cavabdeh2 MMC-nin İstanbul şöbəsi hesabına köçürülmüşdür və bu məbləğdə yalnız 223.220 ABŞ dolları təyinatı üzrə X17 Şirkətinin bank hesabına ödənilmişdir. Beləliklə də X17 Şirkəti üzrə ayrılmış 10.537.375 ABŞ dolları məbləğdən 9.398.145 ABŞ dolları məbləği (9.174.925 + 223.220) təyinatı üzrə çatmışdır, yerdə qalan fərq məbləği istifadəsi 1.139.230 ABŞ dolları məbləğin istifadə məqsədləri isə rəhbərliyə məlum deyil. Yəni həmin pul vəsaiti Cavabdeh1 tərəfindən qanunsuz olaraq mənimsənilmişdir. Cavabdeh1 şirkət rəhbərinin ona olan etimadından sui-istifadə edərək Türkiyədə fəaliyyət göstərən şirkətin əsas vəsaitlərini mənimsəmiş və bununla da 2016-2017-ci il üzrə xüsusi ilə külli miqdarda ziyan (1.139.230 ABŞ dolları x 1.7 manat = 1.936,691 manat) vurmuşdur. Beləliklə, Cavabdeh1 bu hərəkətləri nəticəsində 2016-2017-ci illər üzrə 1.936.691 manat məbləğində ziyan vurulmuşdur. Eyni zamanda Cavabdeh1 Cavabdeh3xxxx” MMC-nin fəaliyyətini genişləndirmək məqsədilə “X3” MMC-yə təklif vermiş və yuxarıda qeyd olunduğu kimi ona olan etimad böyük olduğu üçün həmin təklif onun tərəfindən qəbul edilmişdir. Bununla əlaqədar Cavabdeh1 2016-2017-ci illər üzrə 3.800.000 ABŞ dolları pul ayrılmışdır. Həmin hesabat əsasında ildə bir dəfə Cavabdeh1a büdcə xərcləri ayrılmış və həmin məbləğ müvafiq kassa məxaric orderinə imza etdirilməklə şəxsən Cavabdeh1a verilmişdir. 2016-cı ildən başlayaraq Cavabdeh1 Cavabdeh3xxxx” MMC-nin fəaliyyətini genişləndirmək üçün 3.800.000 ABŞ dollarından çox vəsait ayrılmışdır. Lakin Cavabdeh1 bu fəaliyyəti qənaətbəxş olmadığı üçün orada audit yoxlaması aparılması qərarına gəlmiş və bu səbəbdən şirkətin yarandığı vaxtdan fəaliyyətini qiymətləndirmək üçün orada audit yoxlaması aparılmışdır. Audit yoxlaması nəticəsinə əsasən 2016-2017-ci illərdə Baş Ofisdən natd şəkildə Cavabdeh1 daxili prosedura uyğun olaraq şirkətin kassasından 3.800.00 ABŞ dolları məbləğində pul təhvil verilmiş, həmin pulun cəmi 2.523.504 ABŞ dolları bank hesabına ümumi mədaxil edilmiş, yerdə qalan 1.276.496 ABŞ dolları isə bank hesabına köçürülməmiş və naməlum şəkildə xərclənmişdir. Yəni həmin pul vəsaiti Cavabdeh1 tərəfindən qanunsuz olaraq mənimsənilmişdir. Cavabdeh1 şirkət rəhbərinin ona olan etimadından sui-istifadə edərək şirkətin əsas vəsaitlərini mənimsəmiş və bununla da 2016-2017-ci il üzrə xüsusi ilə külli miqdarda ziyan (1.276.496 ABŞ dolları x 1.7 manat = 2.170.043,2 manat) vurmuşdur. Beləliklə Cavabdeh1 bu hərəkətləri nəticəsində 2016-2017-ci illər üzrə 2.170.043,2 manat məbləğində ziyan vurulmuşdur. Göründüyü kimi, Cavabdeh1 qanunsuz və hüquqa zidd hərəkətləri, həmçinin hüquqi şəxslərin qanuni təmsilçilərinin məsuliyyətsizliyi və nəzarətin düzgün həyata keçirilməməsi nəticəsində ona təsisçi kimi cəmi 4.106.734 manat maddi ziyan dəymişdir. Beləliklə Cavabdeh1 yuxarıda qeyd olunan Cavabdeh2 MMC-nin qanuni təmsilçisi kimi, həm də Cavabdeh3xxxx” MMC-nin fəaliyyətinin genişləndirilməsi ilə bağlı öhdəlik götürək şəxs kimi digər cavabdeh olan hüquqi şəxslərlə birlikdə təsisçisi olduğu şirkətə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Bu məsuliyyət maddi məsuliyyətlə bərabər, eyni zamanda cinayət məsuliyyəti də hesab olunur. Yəni Cavabdeh1 qanuna ziddi əməllərində eyni zamanda cinayət məsuliyyəti də daşıyır. Ona görə də cavabdehin bu hərəkətləri eyni zamanda prokurorun diqqətinə də çatdırılmalıdır. Cavabdeh1 xüsusi ilə külli miqdarda pulun etibar edilməsi ona olan etimaddan və etibardan irəli gəlmişdir. Lakin Cavabdeh1 bu etibardan və eyni zamanda qulluq mövqeyindən sui-imstifadə etmiş və qəsdən şirkətə xüsusi ilə külli miqdarda maddi ziyan vurmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlərdən müştərək qaydada vurulmuş maddi ziyanın əvəzi kimi iddiaçının xeyrinə 4.106.734 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini, Cavabdeh1 əməlində Azərbaycan Respubliksı Cinayə Məcəlləsinin 179-cu maddəsinin tərkibi olduğu üçün xüsusi qərardad qəbul edib Baş Prokurora bu barədə məlumat verilməsini xahiş etmişdir. İddiaçı “X3” MMC-nin təsisçisi X14 AR MPM-nin 53-cü maddəsinə əsasən Cavabdeh1 qarşı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və Cavabdeh3xxxx” MMC-yə qarşı vurulmuş ziyanın ödənilməsi ilə bağlı iddia qaldırılmışdır. Qeyd etmək istəyir ki, həmin iddianı qaldırmaqda məqsəd şirkətə ziyanın vurulmasında iştirak etmiş bütün şəxslərin məsuliyyətə cəlb edilməsi olmuşdur. İddianı məhkəməyə verdikdən sonra yenidən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ziyan yalnız Cavabdeh1 tərəfindən vurulmuşdur və bu səbəbdən həmin ziyana görə də cavabdehliyi məhz o daşımalıdır. Belə kim, Cavabdeh1 Cavabdeh2 MMC-nin direktoru olmuşdur. AR Əmək Məcəlləsinin 191-ci madəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.Beləliklə ilk iddia ərizəsində göstərilənləri və qanunun tələblərini əsas tutaraq hesab edir ki, Cavabdeh1 Cavabdeh2 MMC-nin direktoru olduğu vaxt Türkiyə Respublikasındakı Teas Yayınçılık Anonim Şirkətinin fəaliyyəti ilə bağlı mənim təsisçisi olduğum şirkətə maddi ziyan vurduğuna görə və həmin ziyanın vurulmasını təsdiq edən kifayət qədər sübutlar olduğuna görə, həmin ziyan ondan tutulmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, Cavabdeh1 sərəncamına və etibarnaməli idarəçiliyinə verilən pul vəsaiti təsisçisi olduğu İddiaçı MMC-nin əmlakıdır. Həmin əmlak məhz bu şirkətin mülkiyyətidir. O, həmin şirkətin təsisçisi kimi Mülki Məcəllənin tələblərinə görə şirkətimə vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. Lakin qeyd olunmalıdır ki, ilk tələbində o vurulmuş ziyanın ödənilməsini öz xeyrinə tələb etmişdir. Lakin hesab edir ki, cavabdehə verilən pul vəsaiti təsisçisi olduğu hüquqi şəxsə məxsus olduğu üçün, həmin ziyan da məhz şirkətin xeyrinə tutulmalıdır. O şirkətin təsisçisisidir və bu səbəbdən şirkətin mənafeyi naminə də iddia qaldırmağa tam hüququ var. Beləliklə ilk iddia ərizəsində qeyd olunduğu kimi Cavabdeh1 qanunsuz əməlləri nəticəsində onun təsisçisi olduğu şirkətə cəmi ******* manat maddi ziyan dəymişdir. Qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, o İddiaçı MMC-nin 100 % payçısı kimi vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir və bu səbəbdən cavabdeh vurulmuş ziyana görə məsuliyyət daşıyır. Beləliklə yuxarıda göstərilənləri əsas tutaraq məhkəmədən Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 4.106.734 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsi və Cavabdeh1 əməlində AR Cinayət Məcəlləsinin 179-cu maddənin tərkibi olduğu üçün xüsusi qərardad qəbul edib Azərbaycan Respublikası Baş Prokurora bu barədə məlumat verilməsini xahiş etmişdir. İddiaçının etibarnamə əsasında nümayəndəsi və vəkili X2 dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı “X3” MMC-nin təsisçisi X14 Cavabdeh1 qarşı işçinin vurduğu ziyana görə pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəməyə təqdim olunduqdan sonra və məhkəmə iclasları keçirildikdən sonra məlum olmşudur ki, iddia ərizəsində səhvən iddiaçının atasının adı “Cəmil” əvəzinə “Abdulla” kimi göstərilmişdir. Bu səbəbdən gösğtərilən texniki səhvin düzəldilməsini və iddiaçının ata adının “Abdulla” deyil, “Cəmil” kimi hesab edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh “X3” MMC-nin təsisçisi X9 qarşı işgüzar nüfuzunu ləkələyən məlumatların təkzib edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ilkin iddia ərizəsində göstərilənlər həqiqətə uyğun olmamaqla yanaşı, ona qarşı böhtan xarakterli məlumatları əks etdirir və iddia tələbləri tamamilə əsassız və qanunsuz olaraq irəli sürülmüşdür. Belə ki, Cavabdeh1 heç bir vaxt “X3” MMC-nin işçisi olmamış, həmin Cəmiyyətin adından çıxış etməmiş və həmin cəmiyyətin təsisçisi ilə də əməkdaşlıq etməmişdir. İlkin iddia ərizəsində “X3” MMC-nin iki hüquqi şəxsi, daha dəqiq desək Cavabdeh2 MMC-ni və Cavabdeh3xxxx” MMC-ni təsis etdiyi qeyd olunmuşdur. Lakin iddia ərizəsinə “X3” MMC-nin Cavabdeh2 MMC-ni təsis etməsi barədə sənədlər əlavə edilməmişdir. Cavabdeh3xxxx” MMC-yə gəlincə, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsində müəyyən edilir ki, “X3” MMC-nin qanuni təmsilçisi tərəfindən həmin Cəmiyyətin nizamnamə kapitaldakı payı 19,50 manat satın alınmışdır. Beləliklə, aşkar olunur ki, “X3” MMC-nin xx.xx.2019-cu il tarixə qədər Cavabdeh3xxxx” MMC-nin təsisçisi olmamışdır. Cavabdeh3xxxx” MMC-nin təsisçisi Cavabdeh1 Azərbaycanda təmsil etdiyi “X16 Society” Şirkəti olmuşdur. Bu hal, yəni 2016-2017-ci illərdə “X3” MMC-nin, Cavabdeh3xxxx” MMC-nin təsisçisi olmaması, qeyd edilən dövr üçün maliyyə əməliyyatlarının “X3” MMC-yə heç bir aidiyyətinin olmadığını təsdiq edir. Məhz bu səbəbdən də, Cavabdeh1 “X3” MMC ilə hər hansı əlaqəsindən söhbət gedə bilməz. Yuxarıda göstərilənlərə əsasən ilkin iddia üzrə iddiaçı “X3” MMC-nin təsisçisi X8 Cavabdeh1 öz işçisi kimi nəzərdən keçirməsi həqiqətə uyğun deyildir. Bundan başqa ilkin iddia ərizinə əlavədə göstərilmişdir ki, cavabdeh “Cavabdeh1 sərəncamına və etibarnaməli idarəçiliyinə verilən pul vəsaiti təsisçisi olduğum “X3” MMC-nin əmlakıdır. Həmin əmlak məhz bu şirkətin mülkiyyətidir...”. Lakin iddia ərizəsinə yuxarıda göstərilənləri təsdiq edən heç bir rəsmi sənəd əlavə edilməmişdir. Əksinə, ilkin iddia ərizəsinə əlavə edilmiş ciddi hesabat sənədləri olmayan 2016-2017-ci il tarixlərdə tərtib edilmiş xəzinə məxaric orderlərində başqa hüquqi şəxsin, “xxxx” MMC-nin adı qeyd edilmişdir. Eyni zamanda, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2020 və xx.xx.2020-ci il tarixli müstəqil auditor rəylərində də pul vəsaitlərinin başqa hüquqi şəxsin – “xxxx” MMC-nin kassasından məxaric edilməsi göstərilmişdir. Yuxarıda göstərilənlər, ilkin iddia ərizəsində Cavabdeh1 sərəncamına və etibarnaməli idarəçiliyinə verilən pul vəsaitinin “X3” MMC-yə məxsus olması barədə qeyd edilənlərin də həqiqətə uyğun olmadığını aşkar şəkildə təsdiq edir. Beləliklə heç bir ciddi hesabat və bank sənədlərini məhkəməyə təqdim etmədən, başqa hüquqi şəxsin adı yazılmış ciddi hesabat sənədləri sayılmayan orderləri, habelə heç bir rəsmi sənədə (bank sənədlərinə) əsaslanmayaraq, Türkiyədə fəaliyyət göstərən hüquqi şəxslər barəsində Bakı şəhərində olmaqla tərtib edilmiş ziddiyətli və əsassız audit rəylərinə istinad etməklə tamamilə əsassız və qanunsuz iddia tələbləri irəli sürülmüşdür. Bununla da ilkin iddia üzrə iddiaçı tərəfindən həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatların iddia ərizəsində qeyd edilməsi və bu məlumatların yayılması bir iş adamı kimi Cavabdeh1 işgüzar nüfuzuna ciddi zərər yetirmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı ilkin iddia üzrə iddiaçı “X3” MMC-nin təsisçisi X8 Cavabdeh1 qarşı işçinin vurduğu ziyanın ödənilməsi tələbinə dair ilkin iddia ərizəsinin rədd edilməsi; qarşılıqlı iddianın təmin edilməklə və ilkin iddia ərizəsində Cavabdeh1 barəsində qeyd edilən işgüzar nüfuzu ləkələyən məlumatların yazılı olaraq təkzib edilməsi və buna görə Cavabdeh1 yazılı olaraq üzr istənilməsi vəzifəsinin “X3” MMC-nin təsisçisi X9 həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili X2 ilk iddia tələbini tam müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək öz izahatında göstərmişdir ki, qarşılıqlı iddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 Rafiq oğlu “X3” MMC-nin heç vaxt işçisi olmamışdır, həmin cəmiyyətin adından çıxış etməmiş və həmin cəmiyyətin təsisçisi ilə əməkdaşlıq etməmişdir. Qarşılıqlı iddiada eyni zamanda “X3” MMC-nin Cavabdeh2 MMC-nin təsis edilməsi ilə bağlı sənədlərin təqdim edilməməsi qeyd edilmişdir. xx.xx.2014-cü il tarixdə Cavabdeh1lə Cavabdeh2 MMC arasında əmək müqaviləsi bağlanılır və həmin əmək müqaviləsinə əsasən Cavabdeh1 direktor təyin edilir. Əmək bildirişi müvafiq qaydada qeydiyyata alınır. xx.xx.2020-ci il tarixdə Cavabdeh1lə bağlanmış əmək müqaviləsinə xitam verilir və o, işdən azad olunur. Qeyd olunmalıdır ki, Cavabdeh1 işdən azad olunduqdan sonra onun direktor olduğu Cavabdeh2 MMCdə və həmin MMC-nin Türkiyə Respublikasında xx.xx.2016-cı ildə təsis etdiyi “X18 Şirkəti”xxxx“X18 Şirkəti”nin fəaliyyəti ilə və genişləndirilməsi ilə bağlı pul məbləğləri Cavabdeh2 MMC tərəfindən köçürülmüş və həmin işlə yalnız Cavabdeh1 məşğul olmuşdur. İş üzrə təqdim edilmiş müvafiq sənədlərdən və auditor tərəfindən aparılmış yoxlamadan da tam sübut olunur ki, Cavabdeh1 daxili prosedura uyğun olaraq kaasadan müxtəlif tarixlərdə ona təqdim edilmiş büdcə rəqəmləri əsasında müxtəlif pul vəsaitlərini nağd şəkildə almışdır. Bütün alınmış məbləğlər Cavabdeh1 tərəfindən imzalanmış kassa orderləri əsasında verilmişdir. Bu işin mübahisəsiz halıdır və Cavabdeh1 tərəfindən bu hallar inkar edilə bilməz. Lakin Cavabdeh1 Türkiyədə yerləşən “X18 Şirkəti” üçün nəzərdə tutulmuş pul vəsaitlərini həmin şirkətin bank hesabına tam olaraq köçürməmişdir. Belə ki, audit yoxlaması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 pulun çox hissəsini “X18 Şirkəti”nə köçürmüş, lakin həmin məbləğin 1.139.230 ABŞ dolları köçürülməmişdir. Yəni “X18 Şirkəti”nə investisiya üçün köçürülməsi nəzərdə tutulmuş və Cavabdeh1 etibar edilmiş 10.537.375 ABŞ dolları məbləğində vəsaitdən yalnız 9.398.145 ABŞ dolları köçürülmüş, yerdə qalan 1.139.230 ABŞ dolları məbləğində pul isə köçürülməmişdir. Cavabdeh1 direktor kimi vəzifə səlahiyyətlərindən sui istifadə edərək ona məxsus olmayan və etibar edilmiş özgənin əmlakını mənimsəməklə şirkətə xüsusi ilə külli miqdarda ziyan vurmuşdur. Həmin mənimsəmə faktı açıq aşkardır və Cavabdeh1 “X3” MMC-nin heç vaxt işçisi olmaması, həmin hüquqi şəxslə hər hansı əməkdaşlıq etməməsinin iddia etməsi, yalnız məsuliyyətdə hüquqi yolla boyun qaçırmaq məqsədi güdür. Mədaxil qəbzlərdəki “xxxx” adının göstərilməsi ondan irəli gəlmişdir ki, hüquqi şirkətlərin baş ofisləri “xxxx” kimi adlandırılan binada yerləşirdilər. Bu səbəbdən maliyyə sənədlərinin dövriyyəsini müəyyən etmək, izləmək və qeydiyyatını aparmaq üçün şərti olaraq qəbzlərin üzərində “xxxx” qeyd edilmişdir. Həmin qəbzlərdən də göründüyü kimi pul vəsaitləri “X3” MMC-nin xx.xx.2011-ci il tarixdən işçisi olan X10 tərəfindən Cavabdeh1 verilmişdir. X25 “X3” MMC-nin işçisi olmuşdursa, bu halda onun rəsmi olaraq “xxxx” adından hər hansı pul vəsaiti verməsi mümkünsüzdür. Yəni bu da bir daha onu göstərir ki, pul vəsaitlərinin “xxxx”ə hər hansı aidiyyəti olmamışdır. Ona görə cavabdehin qarşılıqlı iddia ərizəsində göstərilənləri tamamilə əsassızdır və qəbul edilməməlidir. Cavabdeh3xxxx” MMC ilə bağlı da eyni vəziyyət olmuşdur. 2016-2017-ci illər ərzində Cavabdeh3 üçün büdcə xərcləri eyni zamanda Cavabdeh1 verilmişdir. Həmin məbləğ 3.8 milyon ABŞ dolları təşkil etmişdir. Həmin vəsaitləri də Cavabdeh1 dərhal olaraq Cavabdeh3(AAM) üzrə investisiya qoyulması və xərclərinin qarşılanması məqsədilə alınan tam məbləğ AAM bank hesabına və nağd xərclərin qarşılanması üçün nağd kassasına mədaxil edilməli idi. Lakin auditor yoxlaması bir daha təsdiq etmişdir ki, Cavabdeh1 həmin vəsaitləri tam şəkildə bank hesabına mədaxil etməmiş və həmin vəsaitin bir hissəsini mənimsəmişdir. Bununla da şirkətə 1.276.496 ABŞ dolları məbləğində ziyan vurmuşdur. Cavabdeh1 verilən pul məbləğlərinin “X3” MMC-yə məxsus olmasını təsdiq edən sənədlərin olmaması ilə bağlı cavabdehin qarşılıqlı iddia ərizəsində göstərdiyi dəlillər üzrə qeyd etmək istəyirik ki, 2016-2017-ci illərdə Cavabdeh3xxxx” MMC və Cavabdeh2 MMC “X16 Society” Şirkətinə məxsus olsa da və 2019-cu ildə “X3” MMC-yə satılsa da, bu hal yeni mülkiyyətçiyə şirkətdə fəaliyyətə rəhbərlik edən şəxsin maliyyə fəaliyyətini yoxlamaq və şirkətə vurulmuş ziyanın ödənilməsini tələb etməyə maneə deyil. “X3” MMC 2019-cu ildə həmin şirkətləri almaqla həmin şirkətlərin eyni zamanda hüquq və vəzifələrini əldə etmişdir. Yəni 2016-2017-ci illər üçün göstərilən şirkətlərdə aparılmış maliyyə əməliyyatlarının “X3” MMC-yə hər hansı aidiyyətinin olmaması ilə bağlı qarşılıqlı iddiada göstərilən dəlillər tamamilə əsassızdır. Eyni zamanda qeyd olunmalıdır ki, həmin dövrdə də Cavabdeh1 “X16 Society” Şirkətinin səlahiyyətli nümayəndəsi olması işin mübahisəsiz halıdır və göründüyü kimi bu hallar onun tərəfindən inkar olunmur. Yəni Cavabdeh1 həmin şirkətlərə 2016-2017-ci illərdə rəhbərlik etdiyini inkar etmir, sadəcə həmin dövr üçün aparılan maliyyə əməliyyatlarına görə yaranmış ziyanın “X3” MMC-yə hər hansı aidiyyətinin olmadığını iddia edir. Beləliklə cavabdehin qarşılıqlı iddia ərizəsində göstərdiyi hallar tamamilə əsassız olduğu üçün rədd edilməlidir. Cavabdehin qarşılıqlı iddia tələbi üzrə qeyd etmək istəyr ki, cavabdeh barəsində məhkəmədə iddia qaldırmaq və ondan işçi kimi qanunsuz fəaliyyətinə görə maddi ziyanın tutulmasını tələb etmək, heç də işgüzar nüfuzun ləkələnməsi kimi qəbul edilə bilməz. İşgüzar nüfuz o halda ləkələnərdi ki, Cavabdeh1 barəsində əsassız məlumatlar kütləvi informasiya vasitələrində yayılardı. Məhkəmədə isə pozulmuş hüquqların bərpası ilə bağlı hər hansı şəxsin iddia qaldırması, digər şəxsin nə işgüzar nüfuzunu ləkələyir, nə də ki, onu nüfuzdan salır. Bu səbəbdən hesab edir ki, qarşılıqlı iddia tələbi təkzib verilməsi və üzr istənilməsi vəzifəsinin “X3” MMC-nin üzərinə qoyulması hissəsində də əsassızdır və təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmədən qarşılıqlı iddianın rədd edilməsi, ilkin iddianın isə tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı isə tam müdafiə edərək öz izahatında göstərmişdir ki, Cavabdeh1 heç bir vaxt “X3” MMC-nin işçisi olmamış, həmin Cəmiyyətin adından çıxış etməmiş və həmin cəmiyyətin təsisçisi ilə də əməkdaşlıq etməmişdir. İlkin iddia ərizəsində “X3” MMC-nin iki hüquqi şəxsi, daha dəqiq desək Cavabdeh2 MMC-ni və Cavabdeh3xxxx” MMC-ni təsis etdiyi qeyd olunmuşdur. Lakin iddia ərizəsinə “X3” MMC-nin Cavabdeh2 MMC-ni təsis etməsi barədə sənədlər əlavə edilməmişdir. Cavabdeh3xxxx” MMC-yə gəlincə, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, “X3” MMC-nin qanuni təmsilçisi tərəfindən həmin Cəmiyyətin nizamnamə kapitaldakı payı 19,50 manat satın alınmışdır. Beləliklə, açıq aşkar görünür ki, “X3” MMC-nin xx.xx.2019-cu il tarixə qədər Cavabdeh3xxxx” MMC-nin təsisçisi olmamışdır. Cavabdeh3xxxx” MMC-nin təsisçisi Cavabdeh1 Azərbaycanda təmsil etdiyi və xarici şirkət olan “X16 Society” Şirkəti olmuşdur. Bu hal, yəni 2016-2017-ci illərdə “X3” MMC-nin, Cavabdeh3xxxx” MMC-nin təsisçisi olmaması, qeyd edilən dövr üçün maliyyə əməliyyatlarının “X3” MMC-yə heç bir aidiyyətinin olmadığını təsdiq edir. Məhz bu səbəbdən də, Cavabdeh1 “X3” MMC ilə hər hansı əlaqəsindən söhbət gedə bilməz. Ona görə də iddiaçının belə tələblə çıxış etmək üçün subyektiv hüququ olmadığı üçün onun iddiası əsassızdır və təmin edilməməlidir. Eyni zamanda qarşılıqlı iddia ərizəsində qeyd etdiyi kimi auditorun istinad etdiyi kassa məxaric orderlərində “xxxx” adlı şirkətə məxsus qəbzlərdir. İddiaçı digər şirkətə məxsus pulla əlaqədar iddia qaldırmaq üçün də subyektiv hüquqa malik deyil. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi və vəkili ilk iddianın əsassız olmasını, qarşılıqlı iddianın isə əsaslı olmasını qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs məhkəməyə ünvanladığı etiraz ərizəsində göstərmişdir ki, Cavabdeh2 MMC-nin hüquqi şəxs kimi Cavabdeh1 ilə hər hansı iş birliyi olmamışdır. Digər tərəfdən vurulmuş ziyan birbaşa Tahir Muradovun təsisçisi olduğu İddiaçı MMC-yə vurulmuşdur. Belə olan halda hazırki tələb üzrə də cavabdehliyi məhz Cavabdeh1 daşıyır. Lakin iddiaçı nədənsə Cavabdeh1 vurduğu ziyana görə məsuliyyəti onun əvvəl direktoru olduğu şirkətin ühərinə də qoymaq istəyir. Baxmayaraq ki, iddiaçının təsisçisi olduğu şirkət eyni zamanda Cavabdeh2 MMCnin də təsisçisi hesab olunur, hazırki tələb üzrə cavabdehliyi məhz Cavabdeh1 daşımalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh3xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs məhkəməyə ünvanladığı etiraz ərizəsində göstərmişdir ki, iddia ərizəsində qeyd olunmuşdur ki, Cavabdeh1 iddiaçının etibarlı işçisi olmuşdur və bu səbəbdən ona şirkətin maliyyələşdirilməsi ilə bağlı pul vəsaitləri etbar edilmişdir. Cavabdeh1 Cavabdeh3xxxx” MMC-nin də genişləndirilməsi ilə bağlı pul məbləğlərini İddiaçı MMC-dən nağd şəkildə alaraq həmin pulun bir hissəsini Cavabdeh3xxxx” MMC-yə mədaxil etmişdir. Lakin Cavabdeh1 nağd şəkildə aldığı pulun bir hissəsinin məktəbin hesabına mədaxil etməsi, qalan hissəsinin isə naməlum şəkildə xərclənməsi yalnız həmin iddia ərizəsini aldıqdan sonra bilmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs “X16 Society” Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. İş üzrə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışa əsasən İddiaçı MMC xx.xx.2009-cu il traixdə dövlət qeydiyyatına alınmışdır və həmin cəmiyyətin təsisçisi 100% pay hüququ üzrə X11r. İş üzrə xx.xx.2017-ci il tarixli Kommersiya qurumunun dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 2,5% və “X16 Society” Şirkəti (X13 və Şimali İrlandiya) 97,5% pay hüququ ilə «Cavabdeh3” Ümumi Təhsil Müəssisəsinin təsisçiləri, qanuni təmsilçi X12r. İş üzrə xx.xx.2018-ci il tarixli Kommersiya qurumunun dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 2,5% və “X16 Society” Şirkəti (X13 və Şimali İrlandiya) 97,5% pay hüququ ilə «Cavabdeh3”xxxx” MMC-nin təsisçiləri, qanuni təmsilçi X12r. İş üzrə xx.xx.2019-cu il tarixli Kommersiya qurumunun dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 2,5% və İddiaçı MMC 97,5% pay hüququ ilə «Cavabdeh3”xxxx” MMC-nin təsisçiləri, qanuni təmsilçi X12r. İş üzrə xx.xx.2020-ci il tarixli Kommersiya qurumunun dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 2,5% və İddiaçı MMC 97,5% pay hüququ ilə «Cavabdeh3”xxxx” MMC-nin təsisçiləri, qanuni təmsilçi X7r. İş üzrə xx.xx.2020-ci il tarixli Kommersiya qurumunun dövlət reyestrindən çıxarışa əsasən İddiaçı MMC 99% və X15 1% pay hüququ ilə «Cavabdeh2” MMC-nin təsisçiləri, qanuni təmsilçi X4r. İş üzrə xx.xx.2019-cu il tarixli Cavabdeh2 MMC-nin Nizamnamə Kapitalındakı payın alqı-satqısı müqaviləsinə əsasən “Avropa Azərbaycan Cəmiyyəti” (hüquqi şəxsin adından səlahiyyətli nümayəndə kimi Cavabdeh1 çıxış etmişdir) cəmiyyətə məxsus 99% pay hissəsini X1. İş üzrə xx.xx.2019-cu il tarixli “Cavabdeh3xxxx” MMC-nin Nizamnamə Kapitalındakı payın alqısatqısı müqaviləsinə əsasən “X16 Society” şirkəti (hüquqi şəxsin adından səlahiyyətli nümayəndə kimi Cavabdeh1 çıxış etmişdir) cəmiyyətə məxsus 97,5% pay hissəsini X1. İş üzrə olan sənədlərdən görünür ki, Cavabdeh2 MMC tərəfindən xx.xx.2016-cı il tarixdə Türkiyənin İstanbul şəhərində “X18 Şirkəti” adında şirkət təsis edilmişdir. Şirkətin qanuni təmsilçisi və idarəçisi kimi Cavabdeh1 təyin edilmişdir. İş üzrə xx.xx.2016-cı il tarixli, 2016/12 saylı kassa mədaxil orderindən görünür ki, X10 tərəfindən “X16 Society” Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinə aylıq büdcə xərcləri üçün təsisçidən 420.000 ABŞ dolları məbləğində kassaya ödəniş edilmişdir. İş üzrə xx.xx.2016-cı il tarixli, 39/04 saylı xəzinə məxaric orderindən görünür ki, “X16 Society”nin X6 2016-cı ilin aprel ayı üçün olan ümumi büdcə xərclərinin bir hissəsinin Cavabdeh1 200.000 ABŞ dolları ödəniş edilmişdir. İş üzrə xx.xx.2016-cı il tarixli, 22/05 saylı xəzinə məxaric orderindən görünür ki, “X16 Society” - “Avropa Azərbaycan Məktəbləri”nin 2016-cı ilin may ayı üçün ümumi büdcə xərclərinin digər hissəsinin Cavabdeh1 417.500 ABŞ dolları ödəniş edilmişdir. İş üzrə xx.xx.2016-cı il tarixli, 2016/06 saylı kassa mədaxil orderindən görünür ki, X10 tərəfindən “X16 Society” Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinə aylıq büdcə xərcləri üçün təsisçidən 417.500 ABŞ dolları məbləğində kassaya ödəniş edilmişdir. İş üzrə xx.xx.2016-cı il tarixli, 48/05 saylı xəzinə məxaric orderindən görünür ki, “Gilan Holding” tərəfindən “X16 Society”nin X6 2016-cı ilin may ayı üçün olan ümumi büdcə xərclərinin bir hissəsinin Cavabdeh1 200.001 ABŞ dolları ödəniş edilmişdir. İş üzrə xx.xx.2016-cı il tarixli, 77/06 saylı xəzinə məxaric orderindən görünür ki, “Gilan Holding” tərəfindən “X16 Society” - “Avropa Azərbaycan Məktəbləri”nin 2016-cı ilin iyun ayı üçün ümumi büdcə xərclərinin digər hissəsinin Cavabdeh1 415.000 ABŞ dolları ödəniş edilmişdir. İş üzrə xx.xx.2016-cı il tarixli, 2016/23 saylı kassa mədaxil orderindən görünür ki, X10 tərəfindən “X16 Society” Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinə aylıq büdcə xərcləri üçün təsisçidən 415.000 ABŞ dolları məbləğində kassaya ödəniş edilmişdir. İş üzrə xx.xx.2016-cı il tarixli, 79/06 saylı xəzinə məxaric orderindən görünür ki, “Gilan Holding” tərəfindən “X16 Society”nin X6 2016-cı ilin iyun ayı üçün olan ümumi büdcə xərclərinin bir hissəsinin Cavabdeh1 500.000 ABŞ dolları ödəniş edilmişdir. İş üzrə xx.xx.2016-cı il tarixli, 71/07 saylı xəzinə məxaric orderindən görünür ki, “Gilan Holding” tərəfindən “X16 Society” - “Avropa Azərbaycan Məktəbləri”nin 2016-cı ilin iyul ayı üçün ümumi büdcə xərclərinin digər hissəsinin Cavabdeh1 412.500 ABŞ dolları ödəniş edilmişdir. İş üzrə xx.xx.2016-cı il tarixli, 2016/28 saylı kassa mədaxil orderindən görünür ki, X10 tərəfindən “X16 Society” Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinə aylıq büdcə xərcləri üçün təsisçidən 412.500 ABŞ dolları məbləğində kassaya ödəniş edilmişdir. İş üzrə xx.xx.2016-cı il tarixli, 38/08 saylı xəzinə məxaric orderindən görünür ki, “Gilan Holding” tərəfindən “X16 Society” - “Avropa Azərbaycan Məktəbləri”nin 2016-cı ilin avqust ayı üçün ümumi büdcə xərclərinin digər hissəsinin Cavabdeh1 405.000 ABŞ dolları ödəniş edilmişdir. İş üzrə xx.xx.2016-cı il tarixli, 2016/30 saylı kassa mədaxil orderindən görünür ki, X10 tərəfindən “X16 Society” Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinə aylıq büdcə xərcləri üçün təsisçidən 405.000 ABŞ dolları məbləğində kassaya ödəniş edilmişdir. İş üzrə xx.xx.2016-cı il tarixli, 28/09 saylı xəzinə məxaric orderindən görünür ki, “Gilan Holding” tərəfindən “X16 Society”nin X6 2016-cı ilin avqust ayı üçün olan ümumi büdcə xərclərinin bir hissəsinin Cavabdeh1 225.000 ABŞ dolları ödəniş edilmişdir. İş üzrə xx.xx.2016-cı il tarixli, 74/09 saylı xəzinə məxaric orderindən görünür ki, “Gilan Holding” tərəfindən “X16 Society”nin X6 2016-cı ilin sentyabr ayı üçün olan ümumi büdcə xərclərinin bir hissəsinin Cavabdeh1 410.000 ABŞ dolları ödəniş edilmişdir. İş üzrə xx.xx.2016-cı il tarixli, 62/10 saylı xəzinə məxaric orderindən görünür ki, “Gilan Holding” tərəfindən “X16 Society”nin X6 2016-cı ilin oktyabr ayı üçün ümumi büdcə xərclərinin bir hissəsinin Cavabdeh1 600.000 ABŞ dolları ödəniş edilmişdir. İş üzrə xx.xx.2016-cı il tarixli, 56/11 saylı xəzinə məxaric orderindən görünür ki, “Gilan Holding” tərəfindən “X16 Society”nin X6 2016-cı ilin noyabr ayı üçün ümumi büdcə xərclərinin bir hissəsinin Cavabdeh1 713.333,60 ABŞ dolları ödəniş edilmişdir. İş üzrə xx.xx.2016-cı il tarixli, 52/12 saylı xəzinə məxaric orderindən görünür ki, “Gilan Holding” tərəfindən “X16 Society”nin X6 2016-cı ilin dekabr ayı üçün ümumi büdcə xərclərinin bir hissəsinin Cavabdeh1 585.000 ABŞ dolları ödəniş edilmişdir. İş üzrə xx.xx.2017-ci il tarixli, 42/01 saylı xəzinə məxaric orderindən görünür ki, “Gilan Holding” tərəfindən “X16 Society” - “Avropa Azərbaycan Məktəbləri”nin 2017-cı il üçün olan ümumi büdcə xərclərinin digər hissəsinin Cavabdeh1 200.000 ABŞ dolları ödəniş edilmişdir. İş üzrə xx.xx.2017-ci il tarixli, 103/06 saylı xəzinə məxaric orderindən görünür ki, “Gilan Holding” tərəfindən “X16 Society”nin X6 2017-ci ilin iyul ayı üçün olan ümumi büdcə xərclərinin bir hissəsinin Cavabdeh1 770.000 ABŞ dolları ödəniş edilmişdir. İş üzrə xx.xx.2017-ci il tarixli, 3 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, Sənan Məmmədov tərəfindən “X16 Society” Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinə 2017-ci il üzrə büdcə xərcləri üçün 200.000 ABŞ dolları məbləğində kassaya ödəniş edilmişdir. İş üzrə xx.xx.2017-ci il tarixli, 11/08 saylı xəzinə məxaric orderindən görünür ki, “Gilan Holding” tərəfindən “X16 Society”nin X6 2017-ci ilin avqust ayı üçün olan ümumi büdcə xərclərinin bir hissəsinin Cavabdeh1 720.000 ABŞ dolları ödəniş edilmişdir. İş üzrə xx.xx.2017-ci il tarixli, 38/08 saylı xəzinə məxaric orderindən görünür ki, “Gilan Holding” tərəfindən “X16 Society”nin X6 2017-ci ilin avqust ayı üçün olan ümumi büdcə xərclərinin bir hissəsinin Cavabdeh1 680.000 ABŞ dolları ödəniş edilmişdir. İş üzrə xx.xx.2017-ci il tarixli, 37/08 saylı xəzinə məxaric orderindən görünür ki, “Gilan Holding” tərəfindən “X16 Society” - “Avropa Azərbaycan Məktəbləri”nin 2017-cı il üçün olan ümumi büdcə xərclərinin digər hissəsinin Cavabdeh1 475.000 ABŞ dolları ödəniş edilmişdir. İş üzrə xx.xx.2017-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, Sənan Məmmədov tərəfindən “X16 Society” Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinə 2017-ci il üzrə büdcə xərcləri üçün 475.000 ABŞ dolları məbləğində kassaya ödəniş edilmişdir. İş üzrə xx.xx.2017-ci il tarixli, 70/11 saylı xəzinə məxaric orderindən görünür ki, “Gilan Holding” tərəfindən “X16 Society” - “Avropa Azərbaycan Məktəbləri”nin 2017-ci il üçün olan ümumi büdcə xərclərinin digər hissəsinin Cavabdeh1 125.000 ABŞ dolları ödəniş edilmişdir. İş üzrə xx.xx.2017-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, Sənan Məmmədov tərəfindən “X16 Society” Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinə 2017-ci il üzrə büdcə xərcləri üçün 125.000 ABŞ dolları məbləğində kassaya ödəniş edilmişdir. İş üzrə xx.xx.2017-ci il tarixli, 41/01 saylı xəzinə məxaric orderindən görünür ki, “Gilan Holding” tərəfindən “X16 Society”nin X6 2017-ci ilin yanvar ayı üçün olan ümumi büdcə xərclərinin Cavabdeh1 592.400 ABŞ dolları ödəniş edilmişdir. İş üzrə xx.xx.2017-ci il tarixli, 59/02 saylı xəzinə məxaric orderindən görünür ki, “Gilan Holding” tərəfindən “X16 Society”nin X6 2017-ci ilin fevral ayı üçün olan ümumi büdcə xərclərinin Cavabdeh1 575.000 ABŞ dolları ödəniş edilmişdir. İş üzrə xx.xx.2017-ci il tarixli, 87/03 saylı xəzinə məxaric orderindən görünür ki, “Gilan Holding” tərəfindən “X16 Society”nin X6 2017-ci ilin mart ayı üçün olan ümumi büdcə xərclərinin Cavabdeh1 600.000 ABŞ dolları ödəniş edilmişdir. İş üzrə xx.xx.2017-ci il tarixli, 90/04 saylı xəzinə məxaric orderindən görünür ki, “Gilan Holding” tərəfindən “X16 Society”nin X6 2017-ci ilin aprel ayı üçün olan ümumi büdcə xərclərinin Cavabdeh1 1.100.000 ABŞ dolları ödəniş edilmişdir. İş üzrə xx.xx.2017-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, Sənan Məmmədov tərəfindən “X16 Society” Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinə 2017-ci il üzrə büdcə xərcləri üçün 1.100.000 ABŞ dolları məbləğində kassaya ödəniş edilmişdir. İş üzrə xx.xx.2017-ci il tarixli, 61/05 saylı xəzinə məxaric orderindən görünür ki, “Gilan Holding” tərəfindən “X16 Society”nin X6 2017-ci ilin may ayı üçün olan ümumi büdcə xərclərinin Cavabdeh1 1.300.000 ABŞ dolları ödəniş edilmişdir. İş üzrə xx.xx.2017-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, Sənan Məmmədov tərəfindən “X16 Society” Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinə 2017-ci il üzrə büdcə xərcləri üçün 1.300.000 ABŞ dolları məbləğində kassaya ödəniş edilmişdir. İş üzrə xx.xx.2017-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, Sənan Məmmədov tərəfindən “X16 Society” Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinə 2017-ci il üzrə büdcə xərcləri üçün 750.000 ABŞ dolları məbləğində kassaya ödəniş edilmişdir. İş üzrə xx.xx.2017-ci il tarixli, 68/11 saylı xəzinə məxaric orderindən görünür ki, “Gilan Holding” tərəfindən “X16 Society”nin X6 2017-ci ilin noyabr ayı üçün olan ümumi büdcə xərclərinin Cavabdeh1 312.600 ABŞ dolları ödəniş edilmişdir. İş üzrə “xxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli müstəqil auditor rəyindən görünür ki, 1 nömrəli cədvəldən göründüyü kimi, X20 Şirkətinin inkişafı üçün baş ofisdən 2016- 2017-ci illərdə 10.537.375 ABŞ dolları vəsait ayrılmışdır. Bu vəsaitlər nağd şəkildə “Cavabdeh2“ MMC-nin həmin dövr üzrə qanuni təmsilçisi olan Cavabdeh1 tərəfindən və onun təmsilçisi tərəfindən təhvil alınmışdır: - 9.817.375 ABŞ dollar məbləği imzalanaraq Cavabdeh1 tərəfindən götürülüb, - 720.000 ABŞ dollar məbləği imzalanaraq onun nümayəndəsi Rövşən Didivari tərəfindən götürülüb. 2 nömrəli cədvəldən göründüyü kimi, Cavabdeh2 MMC tərəfindən X20 Şirkətinin bank hesabına 2016-2017-ci illərdə ümumilikdə 9.174.925 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. Baş ofisdən nağd götürülən məbləğ ilə X20 Şirkətinin Türkiyədə olan bank hesabına köçürülən məbləğ arasındakı fərq 1.362.450 ABŞ dolları təşkil edir. 2016-2017-ci illərdə Baş ofisdən nağd şəkildə X20 Şirkətinin inkişafı üçün ayrılmış və Cavabdeh1 təhvil verilmiş 10.537.375 ABŞ dolları məbləğdən 9.194,925 ABŞ dollar məbləği Cavabdeh2 MMC-nin bank hesabı yolu ilə köçürmə vasitəsilə X20 Şirkətinin bank hesabına köçürülmüşdür və yerdə qalan məbləğ 1.362.450 ABŞ dolları məbləğ isə Cavabdeh2 MMC-nin bank hesabı yolu ilə Cavabdeh2 MMC-nin İstanbul şöbəsi hesabına köçürülmüşdür və bu məbləğdən yalnız 223.220 ABŞ dolları təyinatı üzrə X20 Şirkətinin bank hesabına ödənilmişdir. Beləliklə də, X20 Şirkəti üzrə ayrılmış 10.537.375 ABŞ dolları məbləğdən 9.398.145 ABŞ dolları məbləğ (9.174.925+224.220) təyinatı üzrə çatmışlar, yerdə qalan fərq məbləğin istifadəsi 1.139.230 ABŞ dolları məbləğin istifadə məqsədlər isə rəhbərliyə məlum deyildir. Audit yoxlamasının gedişində Cavabdeh1 tapıb izahat almaq mümkün olmadı. İş üzrə “xxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli müstəqil auditor rəyindən görünür ki, cədvəl 2-yə və cədvəl 3-ə görə AAM (Cavabdeh3) kassa və bank hesabına edilmiş ümumi mədaxil məbləğlərinin cəmi 2.523.504 ABŞ dolları təşkil edir ki, buradan da 1.276.496 ABŞ dolları məbləği, AAM üçün ayrılmış və AAM-nin kassiri tərəfindən qəbul edilən və/və ya bank hesabına daxil olan vəsaitlər arasındakı fərqdir. Fərqlə bağlı rəhbərlikdən şərh ala bilməmişlər və artıq pul vəsaitlərinin necə xərcləndiyi bəlli deyil. xxxxdən nağd şəkildə alınan vəsaitlərin AAM kassirinə nağd şəkildə verildiyini və “Təsisçidən mədaxil” təsviri ilə Kassa kitablarında qeyd olunduğu nəzərinə çatdırırlar. İş üzrə xx.xx.2014-cü il tarixli əmək müqaviləsindən və əmək müqaviləsinə xitam verilməsi barədə bildirişdən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək Cavabdeh2 MMC-nin direktoru vəzifəsində işləmişdir. Məhkəmə ilk növbədə iddiaçı Tahir Muradov tərəfindən verilmiş iddia tələbinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “X3” MMC-nin təsisçisi X11r. Həmin hüquqi şəxs eyni zamanda Cavabdeh2 MMC-nin və hazırda eyni zamanda Cavabdeh3xxxx” MMC-nin təsisçisidir. Cavabdeh3xxxx” MMC-nin təsis payı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən “X16 Society” Şirkəti tərəfindən (notariat orqanında şirkətin adından etibarnamə əsasında Cavabdeh1 çıxış etmişdir) “X3” MMC-yə satılmış və həmin vaxtdan “X3” MMC hüquqi şəxs Cavabdeh3xxxx” MMC-nin 100% payçısı olmuşdur. xx.xx.2019-cu il tarixdə bağlanmış Cavabdeh2 MMC-nin Nizamnamə Kapitalındakı payın alqı-satqı müqaviləsinə əsasən “X16 Society” Şirkəti tərəfindən (notariat orqanında şirkətin adından etibarnamə əsasında Cavabdeh1 çıxış etmişdir) “X3” MMC-yə satılmış və həmin vaxtdan sonuncu 99% payla həmin şirkətinin payçısı olmuşdur. Beləliklə həm Cavabdeh3xxxx”xxxxCavabdeh2 MMC xx.xx.2019-cu il tarixdən “X3” MMC-nin mülkiyyətinə keçmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixdən Cavabdeh2 MMC-yə əmək müqaviləsi ilə direktor vəzifəsinə təyin edilmiş və xx.xx.2020-ci il tarixə kimi həmin vəzifəni icra etmişdir. Cavabdeh2 MMC tərəfindən xx.xx.2016-cı il tarixdə Türkiyənin İstanbul şəhərində “X18 Şirkəti” adında şirkət təsis edilmişdir. İddiaçı X14 tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh1 Cavabdeh2 MMC-nin rəsmi, Cavabdeh3xxxx” MMC-nin isə faktiki rəhbəri olmaqla həmin şirkətlərin büdcə xərclərinin xərclənməsinə rəhbərlik etmiş və həmin xərclər onun sərəncamında olmuşdur. Eyni zamanda Cavabdeh1 Türkiyədə təsis edilmiş “X18 Şirkəti”nə rəhbərlik etmiş və həmin şirkətin investisiyası üçün nəzərdə tutulmuş xərclər Cavabdeh2 MMC vasitəsi ilə həmin şirkətə bank vasitəsi ilə köçürülmşdür. Cavabdeh1 etibar edilmiş külli miqdarda vəsait onun tərəfindən mənimsənilmiş və bununla da şirkətlərə ziyan dəymişdir. İddiaçı hesab edir ki, Cavabdeh1 şirkətlərin rəhbəri kimi (işçisi kimi) vurulmuş ziyana görə hüquqi şəxs qarşısında maddi məsuliyyət daşıyır və bu səbəbdən vurulmuş ziyan ondan iddiaçının təsisçisi olduğu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə ilk növbədə iddiaçının hazırki tələb üzrə çıxış etmək üçün subyektiv hüquqa malik olub-olmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, həm Cavabdeh3xxxx”xxxxCavabdeh2 MMC-nin əvvəlki təsisçisi və payçısı “X16 Society” Şirkəti olmuşdur. Həmin cəmiyyətlərin payları xx.xx.2019cu il tarixdə payın alqı-satqısı müqaviləsinə əsasən “X16 Society” Şirkəti tərəfindən “X3” MMC-yə satılmış və sonuncu həmin vaxtdan göstərilən hüquqi şəxslərin təsisçisi və payçısı olmuşdur. İddiaçı X14 “X3” MMC-nin 2009-cu ildən təsisçisidir. Məhkəmə qeyd edir ki, iddiaçı X14 “X3” MMC-nin təsisçisi olduğu üçün, o həmin şirkətin mənafeyinə iddia qaldırmaqda haqlıdır və bu səbəbdən onun təsisçi kimi cəmiyyətə vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürməyə subyektiv hüquqa var. AR Mülki Məcəllənin 49.4-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: 49.4.1. hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyri-mütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; 49.4.2. hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; 49.4.3. hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; 49.4.4. hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; 49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; 49.4.6. səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması. Qanunun yuxarıda göstərilən tələblərindən göründüyü kimi hüquqi şəxsin adından çıxış edən şəxs (direktor, idarə heyətinin sədri və s.) qanunda nəzərdə tututmuş hallarda səhmdara (payçıya) vurulmuş ziyana görə məsuliyyət daşıyır. Göründüyü kimi qanunvericilik hüquqi şəxsin təsisçisinə payçısı olduğu cəmiyyətə vurulmuş ziyanla bağlı müstəqil iddia irəli sürmək hüququ verir. Məhkəmə cavabdehin (hüquqi şəxsin işçisi kimi) hüquqi şəxs qarşısında vurduğu maddi ziyana görə məsuliyyət daşıması ilə bağlı aşağıdakıları qeyd edir. AR Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əmək müqaviləsi üzrə əsas vəzifələrindən biridir. Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh1 cəmiyyətə direktor vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin 5.1-ci maddəsinə əsasən tərəflərdən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Əmək müqaviləsinin 3.1-ci maddəsinin “a”bəndinə əsasən direktor cəmiyyətin idarə olunması və ümumi rəhbərliyi həyata keçirməsi kimi əmək funksiyalarının icrasını öhdəsinə götürmüşdür. AR Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu bəndinə əsasən əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Həmin Məcəllənin 10-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək işçinin əmək müqaviləsi üzrə əsas vəzifələrindən biridir. Beləliklə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən Cavabdeh1 Cavabdeh2 MMCnin direktoru (rəhbəri) olduğu dövr ərzində cəmiyyətin maraqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmasına görə maddi məsuliyyət daşıyan şəxs hesab olunur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Cavabdeh1 heç vaxt “X3” MMC-nin işçisi olmadığı və Cəmiyyətlə hər hansı əməkdaşlıq etməməsini göstərmişdir. Məhkəmə qeyd edir ki, 2016-2017-cı illər ərzində və xx.xx.2019-cu il tarixdən sonrakı bir ildən çox müddət ərzində Cavabdeh1 Cavabdeh2 MMC-nin qanuni təmsilçisi (direktoru) olduğu üçün, o, cəmiyyətinin təsisçisi qarşısında deyil, hüquqi şəxs olan cəmiyyətin qarşısında əmək müqaviləsindən irəli gələn vəzifələrin icrasına görə maddi məsuliyyət daşıyır. Yəni Cavabdeh2 MMC-nin təsisçisi (payçısı) 2016-2017-ci illər ərzində başqa hüquqi şəxs olsa da, sonradan həmin təsisçi dəyişdiyi halda belə qanuni təmsilçinin (direktorun) hüquqi şəxs qarşısında hər hansı maddi məsuliyyətinə xitam verilməmişdir. Qanunun tələbinə əsasən hüquqi şəxsin əmək müqaviləsi ilə işləyən direktoru əmək müqaviləsinə görə təsisçi deyil, hüquqi şəxs qarşısında maddi məsuliyyət daşıyır. Bu səbəbdən məhkəmə hesab edir ki, “xxxx” MMC hüquqi şəxs olan Cavabdeh2 MMC-ni aldıqdan sonra həmin hüquqi şəxsin bütün hüquqları və vəzifələri ona ötürülmüşdür. Belə olan halda “xxxx” MMC-nin payçısı hüquqi şəxsin xeyrinə vurulmuş ziyanın ödənilməsini qanuni təmsilçidən (direktordan) tələb etməsi tam qanunidir. Məhkəmə hesab edir ki, Cavabdeh1 Cavabdeh2 MMC-nin işçisi (direktoru) kimi cəmiyyətə rəhbərlik etdiyi və fəaliyyətinə nəzarət etdiyi müddət ərzində öz əmək vəzifələrini yerinə yetirməməyə görə hüquqi şəxs qarşısında vurulmuş maddi ziyana görə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən qeyd edilməlidir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Şəxsiyyət və mülkiyyət toxunulmazlığı hüquqlarını pozan hər cür hərəkətin qarşısı qətiyyətlə alınmalı və onun nəticəsində dəymiş zərərin əvəzi mütləq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulduğu kimi hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnəmsi aiddir. Əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması anlaşılır. Göründüyü kimi qanunvericilik real zərərə görə hər şeydən əvvəl şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri aid edir. Eyni zamanda qeyd olunmalıdır ki, mülki hüquq baxımından ziyan şəxsiyyətin və mülkiyyətin toxunulmazlığı prinsipinin pozulması nəticəsində onların sabitliyini pozur, bütövlüklərnə xələl gətirir, öz təyinatları üzrə yararlılıqlarına maneçilik yaradır, iqtisadi-sosial və mənəvi dəyərlərini azaldır. Buna görə də mülki hüquq ziyanın iki növünü: əmlak ziyanı və mənəvi ziyanı fərqləndirir. Əmlak ziyanı əmlak itkiləri formasında baş verir. Buraya şəxsin öz əmlakından məhrum olması, onun zədələnməsi, əldə edəcəyi gəlirlərdən məhrum olması və onun üçün digər əlverişsiz əmlak nəticələrinin yaranması və s. daxildir. Yuxarıda göstərildiyi kimi, ziyan naturada bərap edilə bilər, ya da pulla əvəz edilə bilər. Əmlak itkiləri mülki hüquqda zərər adlandırılır. Beləliklə, zərər öz növbəsində ziyanın nəticələrinin pulla dəyərləndirilməsidir. Mülki qanunvericiliyin tənzimlədiyi münasibətlərin əsas hissəsinə əmlak münasibətləri təşkil etdiyindən, mülki-hüquqi məsuliyyətdə əsasən əmlak xarakteri daşıyır. Zərərin əvəzinin ödənilməsi də məhz əmlak xarakterli mülki hüquq sanksiyasıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 2016-2017-ci illə ərzində Cavabdeh2 MMC-nin direktoru işlədiyi vaxt ona verilmiş pul vəsaitlərini həmin hüquqi şəxs tərəfindən təsis edilmiş və Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən “X18 Şirkəti”nin bank hesabına köçürməli idi. Lakin Cavabdeh1 ona verilmiş həmin pul vəsaitlərinin çox hissəsini “X18 Şirkəti”nin bank hesabına köçürsə də, həmin məbləğin bir hissəsini köçürməmişdir. Belə ki, təqdim edilmiş “xxxx” Audit və Konsaltinq Şirkətinin xx.xx.2020-ci il tarixli auditor rəyindən görünür ki, 2016-2017ci illərdə “X29 (Yayımşılıq) Şirkəti” üzrə olan investisiyaların auditi aparılarkən müəyyən edilmişdir ki, həm Cavabdeh2xxxx“X18 Şirkəti” Cavabdeh1 nəzarəti altında fəaliyyət göstərmişdir və bütün investisiya qərarları, pul vəsaitlərinin yönləndirilməsi üzrə qərarlar onun tərəfindən verilirdi. Audit rəyindən həmçinin görünür ki, 2016-2017-ci illər ərzində X18 Şirkəti üzrə Cavabdeh1 tərəfindən götürülmüş investisiya xərclərinin auditi aparılmışdır və təhlil nəticəsində məlum olmuşdur ki, X18 Şirkətinin inkişafı məqsədilə Cavabdeh1 10,5 milyon ABŞ dolları məbləğində vəsait təqdim edilmişdir. Həmin vəsaitin 9.174.925 ABŞ dolları hissəsi Cavabdeh2 MMC tərəfindən (vasitəsi ilə) X18 Şirkətinin bank hesabına 2016-2017-ci illər ərzində köçürülmüş, 1.139.230 ABŞ (bir milyon yüz otuz doqquz min iki yüz otuz) dolları isə köçürülməmişdir. Həmin məbləğin nə məqsədlə istifadə olunması müəyyən olunmamışdır. Göründüyü kimi audit rəyinə əsasən Cavabdeh1 Cavabdeh2 MMC-nin direktoru kimi vəzifə səlahiyyətlərinə aid olan əmək funksiyalarını lazımınca yerinə yetirməməsi nəticəsində həmin cəmiyyətə maddi ziyan vurulması tam təsdiq olunur. Məhkəmə cavabdehin nümayəndəsinin verilmiş pul vəsaitlərinin ümumiyyətlə İddiaçı MMC-yə hər hansı aidiyyətinin olmaması və həmin hüquqi şəxsə məxsus olmaması ilə bağlı gətirdiyi dəlilləri üzrə qeyd edir ki, Cavabdeh1 verilən pul vəsaitinin kimə məxsus olması hazırki mübahisənin predmeti hesab edilmir. Cavabdeh1 qarşı irəli sürülən tələb onun əmək müqaviləsindən irəli gələn vəzifələrin lazımınca yerinə yetirilməməsi və bunun nəticəsində hüquqi şəxsə vurulmuş ziyanın ödənilməsi ilə bağlıdır. Hüquqi şəxsə isə onun işçisi tərəfindən vurulmuş ziyan iş üzrə təqdim edilən sübutlarla tam təsdiq olunduğu üçün, cavabdehin pul vəsaitinin “xxxx” MMC-yə məxsus olmamasına istinad edib iddianın bu əsasla rədd edilməsi ilə bağlı gətirdiyi dəlillər əsassızdır. Məhkəmə auditor rəyinə hüquqi qiymət verərək hesab edir ki, həmin rəy hazırki iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onların verən icra hakimiyyəti orqanlarının” siyahısına əsasən auditor fəaliyyət xüsusi razılıq tələb olunan fəaliyyət növlərinə aid edilmişdir. Məhkəmə qeyd edir ki, auditor fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya əsasında həyata keçirilən xüsusi fəaliyyət növü olduğu üçün, həmin fəaliyyət növü ilə məşğul olan hüquqi şəxsin verdiyi rəy və orda olan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı auditor rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının təsisçisi və payçısı olduğu İddiaçı MMC-yə məxsus Cavabdeh2 MMC-yə, həmin MMC-nin 2016-2017-ci il tarixlərdə qanuni təmsilçisi (direktoru) olmuş Cavabdeh1 tərəfindən maddi ziyanın vurulması öz təsdiqini tapdığından, iddia tələbi 1.936.691 (1.139.230 ABŞ dolları x 1.7= 1.936.691 manat) məbləğində pulun cavabdehdən İddiaçı MMC-nin xeyrinə tutulması hissəsində tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh3xxxx” MMC-yə Cavabdeh1 ziyan vurması və həmin ziyanın ondan tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilə bilməz. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 2016-2017-ci illərdə Cavabdeh1 Cavabdeh3xxxx” MMC ilə hər hansı əmək münasibətlərində olmamışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh1 Cavabdeh3xxxx” MMC-nin qanuni təmsilçisi olmasa da, həmin cəmiyyətin də faktiki idarə edilməsi ona həvalə edilmişdir. Yəni Cavabdeh1 faktiki olaraq həmin şirkətə də rəhbərlik etmişdir. Cavabdeh1 Cavabdeh3xxxx” MMCyə rəhbərlik etməsi və həmin cəmiyyətin büdcə xərclərinə faktiki sərəncam verməsi iş üzrə təqdim edilmiş sübutlarla tam təsdiq olunur. Cavabdeh1 2016-2017-ci illər ərzində ona rəhbər kimi etibar edilmiş pul vəsaitlərin təyinatı üzrə xərclənməsində cavabdehlik daşıyır. Bu səbəbdən iddiaçı vurulmuş ziyan kimi cavabdehdən 1.276.496 ABŞ dolları məbləğində pulun tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh1 2016-2017-ci il ərzində Cavabdeh3xxxx” MMCdə hər hansı rəhbər vəzifə tutmamışdır və həmin cəmiyyətlə hər hansı əmək münasibətlərində olmamışdır. Həmin dövr ərzində iş materiallarında olan sübutlarla tam təsdiq olunur ki, Cavabdeh1 əmək müqaviləsi əsasında başqa hüquqi şəxsin direktoru olmuşdur. Belə olan halda Cavabdeh1 verilmiş və ya etibar edilmiş pulun geri qaytarılmasını tələb etmək hüququ pulun mülkiyyətçisinə məxsusdur. Lakin göründüyü kimi iddiaçının açıq aşkar belə hüquq sahibi olmaması iş materiallarında olan sübutlarla tam təsdiq olunduğu üçün, həmin ziyanın ödənilməsi ilə bağlı tələb iddiaçının subyektiv hüquqa malik olmaması əsası ilə rədd edilməlidir. Belə ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə ilk iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsinə hüquqi qiymət verərək hesab edir ki, həmin tələb də əsassız olduğu üçün təmin edilməməlidir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı ona qarşı qaldırılan iddia tələblərində göstərilənlərin həqiqətə uyğun olmamaqla yanaşı ona qarşı böhtan xarakterli məlumatların əks etdirilməsini, iş adamı kimi onun işgüzar nüfuzuna ciddi xələl yetirdiyindən həmin məlumatların yazılı olaraq təkzib edilməsi və iddiaçının ondan üzr istəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. AR Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. AR Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. AR Mülki Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir Məhkəmə qeyd edir ki, şərəf və ləyaqəti ləkələyən məlumatların yayılması dedikdə, həmin məlumatların mətbuatda dərc edilməsi, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, yığıncaq və toplantılarda dəyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməlkə və s. üsulla yayılması başa düşülür. Pozulmuş hesab olunan hüquqların müdafiəsi ilə bağlı məhkəməyə müraciət edilməsi, hər hansı şəxsin işgüzar nüfuzunun ləkələyən məlumatların yayılması kimi qiymətləndirilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız hesab edilməsi və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İlk iddia tələbləri qismən təmin edilsin. Cavabdeh1 vurulmuş maddi ziyanın əvəzi kimi İddiaçı MMC-nin xeyrinə 1.936.691 (bir milyon doqquz yüz otuz altı min altı yüz doxsan bir) manat məbləğində pul tutulsun. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh1 cavabdeh “X3” MMC-nin təsisçisi X9 qarşı Cavabdeh1 barəsində işgüzar nüfuzu ləkələyən məlumatların yazılı olaraq təkzib edilməsi və buna görə Cavabdeh1 yazılı olaraq üzr istənilməsi vəzifəsinin “X3” MMC-nin təsisçisi X9 həvalə edilməsi barədə qarşılıqlı iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar