Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-634/2021 25.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı - Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2006-cı il təvəllüdlü X8 və xx xxxx 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün cavabdeh tərəfindən ödənilən cəmi 308 manat aliment məbləğinin artırılaraq hər uşaq üçün hər ay 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli, 2(009)-1697/2011 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh ona qarşı “nikahın pozulması” tələbinə dair ilkin iddia ərizəsi təmin edilmiş, Cavabdeh ilə onun arasında Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsində bağlanmış xx xxxx 2005-ci il tarixli 400 nömrəli nikahın pozulması haqqında akt qeydi pozulmuş, xx xxxxxx 2006-cı il təvəllüdlü X8 və xx xxxx 2008-ci il təvəllüdlü X2 və tərbiyə edilmələri üçün onun yanında qalmaları qət edilmiş, onun Cavabdeh qarşı "sabit məbləğdə aliment" tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilmiş və Cavabdeh xx xxxx 2011-ci il tarixdən başlayaraq hər ay xx xxxxxx 2006-cı il təvəllüdlü X8 və xx xxxx 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün 76 manat, cəmi 152 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda o, uşaqların saxlanması üçün hər ay cəmi 308 manat məbləğində aliment alır. Məhkəmə hazırlıq iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, məhkəməyə ərizə təqdim edərək növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(009)-1697/2011 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X6 qarşı «nikahın pozulması» tələbinə dair ilkin iddia ərizəsi təmin edilərək Cavabdeh və Məmmədova (Yusifova) Vüsalə Şaiq qızı arasında Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsi tərəfindən xx xxxx 2005-ci il tarixli, 400 nömrəli nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, xx xxxxxx 2006-cı il təvəllüdlü X4 və xx xxxx 2008-ci il təvəllüdlü X1 və tərbiyə edilmələri üçün X5 yanında qalmaları, iddiaçı X5 Cavabdeh qarşı «sabit məbləğdə aliment» tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilərək Cavabdeh xx xxxx 2011-ci il tarixdən başlayaraq hər ay xx xxxxxx 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 76 (yetmiş altı) manat və xx xxxx 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 76 (yetmiş altı) manat olmaqla, cəmi 152 (bir yüz əlli iki) manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 arasındakı nikah xx xxxx 2012-ci il tarixdə pozulmuş, bu barədə nikahın ləğv olunması haqqında akt qeydləri kitabında 26 № ilə qeydiyyat aparılmışdır. Nikah pozulduqdan sonra qadına “Yusifova” soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X8 xx.xx.2006-cı il tarixdə və X7 xx.xx.2008-ci il tarixdə anadan olmuşlar, ata qrafasında Cavabdeh, ana qrafasında Məmmədova (Yusifova) Vüsalə Şaiq qızı qeyd edilmişdir. İşə əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1932/2020 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx xxxxxx 2006-cı il təvəllüdlü X8 və xx xxxx 2008-ci il təvəllüdlü X1 üçün təyin edilmiş alimentin miqdarı artırılaraq hər uşaq üçün 154 manat olmaqla cəmi 308 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından anadan olmuş xx xxxxxx 2006-cı il təvəllüdlü X8 və xx xxxx 2008-ci il təvəllüdlü X7 iddiaçının himayəsindədirlər və uşaqların saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği onların artan tələbatlarını ödəmək üçün kifayət etmir. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 2020-ci il tarixli Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 9.1.2-ci maddəsinə müvafiq olaraq məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun qiyməti 30 (otuz) manat miqdarında, 500 manatadək olduqda isə dövlət rüsumunun qiyməti 20 (iyirmi) manat müəyyən edilmişdir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə alimentin tutulmasına dair qətnamənin çıxarılmasından müəyyən müddət keçməsini, hazırkı dövrədək müddət ərzində yaşayış səviyyəsinin müəyyən dərəcədə artmasını, Azərbaycan Respublikasında 2021-ci il üçün müəyyən olunmuş yaşayış minimumu (uşaqlar üçün) məbləğini, hal-hazırda yetkinlik yaşına çatmayan uşaqların iddiaçının himayəsində olmalarını, tərəflərin ailə və maddi vəziyyətini, eləcə də uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal səviyyədə saxlanılması zəruriliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Cavabdeh ilə birgə nikahından doğulmuş xx xxxxxx 2006-cı il təvəllüdlü X8 və xx xxxx 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-1932/2018 saylı qətnaməsi əsasında Cavabdeh hər ay hər uşaq üçün tutulan 154 (yüz əlli dörd) manat sabit pul məbləğində alimentin həcmi artırılaraq hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməli, birgə nikahdan doğulmuş xx xxxxxx 2006-cı il təvəllüdlü X8 və xx xxxx 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh oğlundan hər ay hər uşaq üçün sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaqlar yetkinlik yaşlarına çatanadək) İddiaçı ödənilməli, həmçinin Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahından doğulmuş xx xxxxxx 2006-cı il təvəllüdlü X8 və xx xxxx 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-1932/2018 saylı qətnaməsi əsasında Cavabdeh hər ay hər uşaq üçün 154 (bir yüz əlli dörd) manat olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində tutulan alimentin həcmi artırılaraq hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində müəyyən edilsin, birgə nikahdan doğulmuş xx xxxxxx 2006-cı il təvəllüdlü X8 və xx xxxx 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh oğlundan hər ay hər uşaq üçün sabit pul məbləğində 175 (bir yüz yetmiş beş ) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaqlar yetkinlik yaşlarına çatanadək) İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-634/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-634/2021
25.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver