Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-638/2021 26.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasova Gülnarə Güləli qızının katibliyi İlkin iddia üzrə iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, İlkin iddia üzrə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası, Cavabdeh 3-cü şəxs qismində X13 cəlb edilməklə cavabdeh İddiaçı qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddiası, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X7 3-cü şəxs qismində Cavabdeh cəlb edilməklə cavabdeh İddiaçı qarşı “aliment tutulması” tələbinə dair iddiası barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan Cavabdeh xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, xx xxxx 2006-cı il təvəllüdlü X1 üçün ondan aylıq qazancının 16,65% miqdarında alimentin tutularaq Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(009)- 522/2015 saylı qətnaməsinə əsasən xx xxxxxx 2002-ci il təvəllüdlü X11 və xx xxxx 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan aylıq qazancının 1/3 hissəsi miqdarında aliment xx xxxxxx 2015-ci il tarixdən hesablanmaqla tutularaq Cavabdeh verilməsi qət edilmişdir. O, qətnamə üzrə öhdəliklərini yerinə yetirir. Amma atrıq xx xxxxxx 2002-ci il təvəllüdlü oğlu Cəmil Abdinbəyovun 18 yaşı tamam olmuşdur, yəni yetkinlik yaşına çatmışdır. Lakin ondan onun saxlanılması üçün indiyə kimi cavabdehin xeyrinə aliment tutulur. Bundan əlavə, o, ikinci dəfə xx.xx.2017-ci il tarixdə X13 ilə ailə qurmuş və birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü Calal adlı oğlu var. Beləliklə onun 3 uşağı var, onlardan biri yetkinlik yaşın çatmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) ücdə bir hissəsi miqdarında aliment tutulması nəzərdə tutulmuşdur. Hazırda ondan cavabdehin xeyrinə artıq miqdarda aliment tutulur. Belə ki, cavabdehin yanında artıq bir yetkinlik yaşına çatmayan uşaq olduğu halda onun qazancının 1/3 hissəsi miqdarında onun xeyrinə aliment tutulur. Halbuki ailə qanunvericiliyinə əsasən bir uşağa görə tutulan alimentin miqdarı qazancın 1/4 hizzəsini təşkil edir. Onun hazırkı ailəsində bir uşaq da var. Ona görə də, ondan cavabdehin xeyrinə tutulan alimentin məbləği ikinci uşağın da saxlanılması nəzərə alınmaqla 16.65 % miqdarında müəyyən edilməlidir. xx.xx.2021-ci il tarixdə X14 məhkəməyə ərizə ünvanlayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs qismində işə cəlb olunmasını və aliment tələbi barədə iddia ərizəsinin qəbul edilərək bir icraatda baxılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxs X14 cavabdeh İddiaçı və 3-cü şəxs qismində Cavabdeh qarşı aliment tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh İddiaçı ilə xx xxxx 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur və birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü bir uşaqları var: X12. Nikahda olsalar da, cavabdeh uşağın saxlanmasına maddi yardım göstərmir. Bu səbəbdən aralarında söz-söhbət yaranır. Cavabdeh bəhanə olaraq birinci nikahdan olan uşaqlarına alimentin ödənilməsini göstərir. Ona görə də, İddiaçı xx.xx.2018-ci il təvəllüdlü X3 üçün qazancının (başqa gəlirlərin) 1/2 hissəsi miqdarında onun xeyrinə alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə ilk iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X8 cavabdeh İddiaçı qazancının (başqa gəlirlərinin) 1/2 hissəsi miqdarında xx.xx.2018-ci il təvəllüdlü X2 üçün alimentin tutlması tələbinə dair iddiasının qismən təmin edilməsi, Səbail Rayon Məhkəməsinin 2(009)-522/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi və xx xxxx 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı aylıq qazancının və başqa gəlirlənin dörddə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılqılı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 522/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən xx xxxxxx 2002-ci il təvəllüdlü X11 və xx xxxx 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin hesablanaraq tutulması qət edilmişdir. Bu qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Səbail rayon icra şöbəsinə yönləndirilmiş və hazırda icraatındadır. Həmin qətnamədə qeyd olunan xx xxxxxx 2002-ci il təvəllüdlü X11 xx.xx.2020-ci il tarixdə yetkinlik yaşına çatmış və bu səbəbdən onun saxlanılması üçün cavabdehdən tutulan alimentin ödənişi dayandırılmışdır. Hazırda cavabdehlə onun birgə nikahdan olan yetkinlik yaşına çatmayan bir övladları var. İddiaçı nikah pozulduqdan sonra uşaqların saxlanılması üçün alimentdən başqa heç bir köməklik etməmişdir. Aliment miqdarı azaldılacağı təqdirdə uşağın əvvəlki təminat səviyyəsi kəskin aşağı düşəcək və belə olan halda ona baxmaq çətinləşəcəkdir (dövrü müalicədən və əlavə tədris kurslarından imtina edilməli olunacaq). İddiaçı isə qazancın və başqa gəlirlərin altıda bir hissəsi miqdarında aliment ödəmək istəyir. İddiaçının yeni ailə qurması və həmin ailədən də uşağının olması digər uşaqlarını saxlamaq vəzifəsindən onu azad etmir. Hesab edir ki, iddia əsassızdır, Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir və təmin edilməməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən X14 cavabdeh İddiaçı və 3-cü şəxs qismində ona qarşı aliment tələbi irəli sürərək, xx.xx.2018-ci il təvəllüdlü X3 üçün cavabdehin qazancının (başqa gəlirlərin) 1/2 hissəsi miqdarında onun xeyrinə alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “İcra haqqında” Qanunun 65.3-cü maddəsinə əsasən aliment üzrə tutmaların məbləği 70 faizdən çox ola bilməz. Belə olan halda onun və X7 iddiaları tam həcmdə təmin olunarsa, onun icrası zamanı çətinliklərin yaranması qaçılmazdır, belə ki, hər iki iddianın cəmi cavabdehin qazancının (başqa gəlirlərin) 70 faizini aşmış olur. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə qarşılıqlı iddianı və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddia tələblərini qismən qəbul edərək, onların qismən, ilkin iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, eləcə də bildirdi ki, iddiaçının birinci nikahdan olan uşaqları keçmiş həyat yoldaşı ilə birlikdə ona məxsus mənzildə yaşayırlar. İddiaçı birinci nikahdan olan övladlarına alimentlə yanaşı hər cür maddi köməklik edir, onların təlim tərbiyəsi, istirahəti, təhsili ilə əlaqədar bütün xərcləri ödəyir. Bu səbəbdən də, iddiaçının hazırki həyat yoldaşı X14 ilə aralarında narazılıqlar yaranır. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia ərizəsini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını, müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiasını qismən qəbul edərək onun qismən təmin edilməsini, öz qarşılıqlı iddia ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və öz iddia tələbinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürən 3-cü şəxs məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını, iddia tələbini müdafiə etdiyini və onun təmin edilməsini, Cavabdeh iddiasının qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürən 3-cü şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri, müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 2 (009)-522/2015 nömrəli, xx xxxxxx 2015-ci il tarixli icra vərəqəsindən görünür ki, xx xxxxxx 2002-ci il tarixdə anadan olmuş X11 və xx xxxx 2006-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı onun aylıq qazancının (başqa gəlirlərin) 1/3 (üçdə bir) hissəsi məbləğində aliment xx xxxxxx 2015-ci il tarixdən hesablanmaqla tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİ 183114 nömrəli, xx.xx.2017-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X14 xx xxxx 2017-ci il tarixdə nikahlarını bağlamışlar. İş materiallarında olan AZ-İV 117603 nömrəli, xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx xxxx 2018-ci il tarixdə doğulmuşdur, atası İddiaçı, anası X9r. İş materiallarında olan BOS Şelf MMC-nin xx.xx.2021-ci il tarixli, HR- 2021/BOS/GHA/R-00/049 saylı arayışından görünür ki, İddiaçı BOS Şelf MMC-də xx/xx/2015-ci il tarixdən əmək fəaliyyətinə başlamış və hal-hazırda Dənizdə materiallar üzrə əlaqələndirici vəzifəsində işləyir. İşçinin aylıq tarif maaşı 3200.00 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə iclasında müəyyən edildi ki, Səbail rayon Məhkəməsinin 2(009)-522/2015 nömrəli, xx xxxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən İddiaçı, xx xxxxxx 2015-ci il tarixdən başlayaraq, xx.xx.2002-ci il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq qazancının (başqa gəlirlərin) 1/3 hissəsi məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. xx.xx.2002-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatmışdır. Bununla əlaqədar olaraq, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqlardan biri yetkinlik yaşına çatdığı üçün ondan tutulan alimentin miqdarının dəyişdirilməsini və yalnız xx.xx.2006-cı il təvəllüdlü X1 üçün ondan aylıq qazancının 16,65% miqdarında alimentin tutularaq Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında eləcə də müəyyən olundu ki, İddiaçı xx xxxx 2017-ci il tarixdə X14 ilə rəsmi nikah bağlamış və onların birgə nikahından xx.xx.2018-ci il tarixdə X12 doğulmuşdur. X14 müstəqil tələb irəli sürən 3-cü şəxs qismində məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı xx.xx.2018-ci il təvəllüdlü X3 üçün qazancının (başqa gəlirlərinin) 1/2 hissəsi miqdarında alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh öz növbəsində İddiaçı qarşı qarşılıqlı iddia tələbi irəlü sürərək, ilkin iddia tələbinin təmin edilməməsini, müstəqil tələb irəli sürən 3-cü şəxs X7 iddia tələbinin qismən təmin edilməsini, Səbail rayon Məhkəməsinin 2(009)-522/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsinin ləğv edilməsini və İddiaçı xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq qazancının (başqa gəlirlərin) 1/4 hissəsi məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarda aliment tutulur. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı 2 yetkinlik yaşına çatmamış uşağı olduğuna görə onun qazancının 1/3 hissəsi miqdarında aliment tutulmalı, lakin uşaqlar ayrı-ayrı valideynlərin yanında yaşadıqları üçün tutulan 1/3 hissədə aliment yarı bölünməklə hər uşağa görə tutulan alimentin miqdarı 1/6 hissədə müəyyən olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi və qarşılıqlı iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(009)-522/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdeh İddiaçı xx xxxx 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərin) 1/6 hissəsi (1/3 hissənin yarısı) miqdarında aliment tutularaq iddiaçı Cavabdeh ödənilməlidir. Müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası qismən təmin edilməli, Cavabdeh İddiaçı, xx xxxxxx 2021-ci il tarixdən başlayaraq, xx xxxx 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancın (başqa gəlirlərin) 1/6 hissəsi (1/3 hissənin yarısı) miqdarında aliment tutularaq iddiaçı X10 ödənilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, aliment məbləği iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən etibarən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, aliment tələbi ilə bağlı iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən, həmin hissədə dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi və qarşılıqlı iddia tələbləri qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(009)- 522/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdeh İddiaçı 15 mart 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancın (başqa gəlirlərin) 1/6 hissəsi (1/3 hissənin yarısı) miqdarında aliment tutularaq iddiaçı Cavabdeh ödənilsin. Qalan hissədə iddia və qarşılıqlı iddia təmin edilməsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X7 iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı, xx xxxxxx 2021-ci il tarixdən başlayaraq, xx xxxx 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancın (başqa gəlirlərin) 1/6 hissəsi (1/3 hissənin yarısı) miqdarında aliment tutularaq iddiaçı X10 ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. İddiaçı 30 (otuz) manat dövlət rüsumu tutulsun. Aliment tutulması hissəsində qətnamə dərhal icra edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-638/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-638/2021
26.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver