Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-646/2023 04.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı - Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı - Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11 may 2017-ci il təvəllüdlü X2 üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə 09 iyun 2016-cı il tarixində nigaha daxil olub ailə qurmuşdur. Birgə nigahdan 11 may 2017-ci il təvəllüdlü X7 doğulmuşdur. Xasiyyətləri tutmadığından Səbail Rayon Məhkəməsinin 05 mart 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlə arasında olan nigah pozulmuş, uşaq onun yanında qalması alimentin tutulması qət edilmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün hər ay 154 manat məbləğində alimentin tutulması qət edilmişdir. xx.xx.2021-ci il tarixli qətnaməyə əsasən 175 manat məbləğində aliment artırılmışdır. Cavabdehlə ayrıldıqdan sonra uşağın problemlərini özü və valideynləri köməklik edərək etmişdir. Evi yoxdur, kirayədə qalır. Hal- hazırda uşaq məktəbə gedir. Cavadehin verdiyi aliment uşağın tələbatını ödəmir. Hazırki iqtisadi vəziyyət nəzərə alınaraq uşaqların saxlanılması üçün təyin edilən 175 manat kifayət deyil, eləcə normal qidalanmaları üçün müəyyən məbləğdə vəsait tələb olunur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Qanunu”na əsasən yaşayış minimumu uşaqlar üçün nəzərdə tutulmuş 220 manat müəyyən edildiyindən, 11 may 2017ci il təvəllüdlü X1 üçün hər ay 220 manat pul məbləğində aliment tutularaq ona verilməsini xahiş etmişdir. Qeyd etmək istəyir ki, cavabdeh yuxarıda qeyd edilən ünvanda faktiki yaşasada, buna dair arayış əldə etmək onun üçün çox çətindir. Hesab edir ki, iş üçün vacib olan bu sübut məhkəmə tərəfindən təmin edilə bilər. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 2(009)- 646/2023 nömrəli iş üzrə iddiaçıdır. Həmin iş üzrə iddia tələbini dəqiqləşdirərək, cavabdeh X4 xx.xx.2017-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin artırılaraq 220 manat sabit puı məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 5 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 973585 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Səbail Rayon MKTB-nin 149 saylı Mənzil Kommunal istismar sahəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, ö/t evin 60c mənzilində qeydiyyatsız yaşayır. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 05 mart 2018-ci il tarixli qətnaməsindən görünür ki, X5 ilə Cavabdeh arasında 19 iyun 2016-cı ıl tarixdə 5 saylı Bakı "ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanaraq, 3264 saylı akt qevdi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 11 may 2017-ci il tarixdə anadan olmuş X7 anası X3 yanında qalması, Cavabdeh 25 oktyabr 2017-ci il tarixdən hesablanmaqla, X7 yetkinlik yaşına çatanadək onun saxlanılması üçün hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində aliment, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 2(009)-4994/2017 saylı qərardadı ilə müvəqqəti tutulmuş alimentin məbləği çıxılmaqla, habelə X7 3 yaşına çatanadək Cavabdeh X5 üçün hər ay 70 (yetmiş) manat məbləğində aliment tutularaq X10- Ağa qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(009)-424/2018 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarı artırılaraq və 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq Quliyeva (Həşimova) Arzu Həmzə-Ağa qızına ödənilməsi, alimentin artırılması ilə bağlı Cavabdeh 175 (yüz yetmiş beş) manat məbləğində pul məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılması, tutmanın həmin vaxtdan hesablanması, Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulması qət edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Səbail Rayon Məhkəməsinin 05 mart 2018-ci il tarixli qətnaməsinə əsasən, X5 ilə Cavabdeh arasında 19 iyun 2016-cı il tarixdə 5 saylı Bakı "ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanaraq, 3264 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 11 may 2017-ci il tarixdə anadan olmuş X6 anası X3 yanında qalması, Cavabdeh 25 oktyabr 2017-ci il tarixdən hesablanmaqla, X7 yetkinlik yaşına çatanadək onun saxlanılması üçün hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində alimentin tutulması, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 2(009)-4994/2017 saylı qərardadı ilə müvəqqəti tutulmuş alimentin məbləği çıxılmaqla, habelə X7 3 yaşına çatanadək Cavabdeh X5 üçün hər ay 70 (yetmiş) manat məbləğində aliment tutularaq X10- Ağa qızına verilməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmış və 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq Quliyeva (Həşimova) Arzu Həmzə-Ağa qızına ödənilməsi, alimentin artırılması ilə bağlı Cavabdeh 175 (yüz yetmiş beş) manat məbləğində pul aliment tutulması qət edilmişdir. Hazırda xx.xx.2017-ci il tarixdə anadan olmuş X7 iddiaçının – anasının himayəsindədir və uşağın saxlanması üçün cavabdehdən – atasından tutulan alimentin məbləği onun artan tələbatlarını ödəmək üçün kifayət etmir. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, hal-hazırda yetkinlik yaşına çatmayan uşağın iddiaçının himayəsində olmasını, tərəflərin ailə və maddi vəziyyətini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal səviyyədə saxlanılması zəruriliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 46.4 (qırx altı manat qırx qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1553/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 175 (bir yüz yetmiş beş) manat məbləğində alimentin həcmi artırılaraq 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməli, xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq İddiaçı ödənilməli, Cavabdeh 46.4 (qırx altı manat qırx qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1553/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında tutulan 175 (bir yüz yetmiş beş) manat məbləğində alimentin həcmi artırılaraq 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilsin, xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla tutularaq İddiaçı ödənilsin. Cavabdeh 46.4 (qırx altı manat qırx qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-646/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-646/2023
04.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver