Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-65/2020 20.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının, Cavabdeh1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin - cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti - cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 005R********** saylı kredit razılaşması üzrə 1548.57 manat məbləğində kredit borcu, 280.63 manat məbləğində faiz borcu və 631.16 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2460.36 manat məbləğində borc, 005R********** saylı kredit razılaşması üzrə 11019.54 manat məbləğində kredit borcu, 4511.64 manat məbləğində faiz borcu və 6156.36 manat məbləğində cərimə borcu olmaqla, cəmi 21687.54 manat məbləğində borc, hər iki razılaşma üzrə ümumilikdə cəmi 24147,90 (iyirmi dörd min bir yüz qırx yeddi manat doxsan qəpik) manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 məxsus Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, dalan 3 ünvanında yerləşən 63 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 24147 (iyirmi dörd min bir yüz qırx yeddi) manat 90 (doxsan) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının hərracda əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulması, Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, dalan 3 ünvanında yerləşən 63 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh1, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 05L000005280 saylı X2 əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2016-cı il tarixli 005R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1951.43 manat ödəmiş, onun 1548.57 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə 205 gün üçün hesablanmış faiz borcu 280.63 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixə 205 gün üçün hesablanmış cərimə 631.16 manat təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2016-cı il tarixli 005R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12500 (on iki min beş yüz) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1480.46 manat ödəmiş, onun 11019.54 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə 506 gün üçün hesablanmış faiz borcu 4511.64 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixə 506 gün üçün hesablanmış cərimə 6156.36 manat təşkil edir. X1 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, dalan 3 ünvanında istifadədə olan 0.02719 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 159.4 kv.m, yaşayış sahəsi 88.9 kv.m, yardımçı sahəsi 70.5 kv.m, tikintialtı sahəsi 12.5 kv.m olan 4 otaqlı 1 mərtəbəli (ümumi sahəsi 70.0 kv.m, yaşayış sahəsi 35.2 kv.m, yardımçı sahəsi 34.8 kv.m 2 otaqlı 1 mərtəbəli) xüsusi mülkiyyətli 63 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 297 nömrəli reyestr kitabının 27665 nömrəli vərəqində qeydiyyata alınmış və RX ******* nömrəli çıxarışa əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, dalan 3, 63 saylı fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh - ipoteka verən Cavabdeh3 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq xx.xx.2017-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, xx.xx.2018-ci il tarixdə bildiriş qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2018-ci il tarixdə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsinə təqdim olunmuş və həmin tarixdə idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası 3 saylı Asan Xidmət tərəfindən verilmiş 310037 nömrəli xx.xx.2016-cı il tarixli arayışına əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, dalan 3, ev ö/t 63 saylı fərdi yaşayış evində qeydiyyatda olan cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh1, Cavabdeh8 və Cavabdeh9 həmin mənzilin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək mənzilin ipoteka ilə yüklü edilməsinə razı olduqlarını bildirmişlər və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin mənzili qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Əhmədova Aysel Zöhrab qızı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, Maliyyə Bazarlarına nəzarət Palatası tərəfindən daxil olmuş “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanın təsiri dairəsinə düşən borcluların siyahısına cavabdehin adı daxil edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia ərizəsinə etiraz edərək, borcun məbləği ilə razı olmadığından rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmiş, həmçinin bildirmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanın təsiri dairəsinə düşüb-düşməməsi ilə maraqlanmış, lakin başqa banka olan borcu ilə əlaqədar olaraq onun adının Fərmanın təsiri dairəsinə düşən borclular siyahısına daxil edilmədiyi məlum olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdeh Cavabdeh1 izahatlarını dinləyib hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - «xxxx» QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 05L000005280 nömrəli kredit xətti müqaviləsindən görünür ki, Bank Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. - «xxxx» QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 005R********** nömrəli kredit razılaşmasından görünür ki, Bank Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit vermişdir. - «xxxx» QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 005R********** nömrəli kredit razılaşmasından görünür ki, Bank Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12500 (on iki min beş yüz) manat məbləğində kredit vermişdir. - «xxxx» QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, dalan 3, 63 saylı fərdi yaşayış evini (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən reyestr nömrəsi **********34-10301, qeydiyyat nömrəsi **********, xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış əsasında) xx xxxxx 2014-cü il tarixdə Bakı şəhərində bağlanmış 05L000005280 saylı X2 əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipotekaya qoyulmuşdur. İkitərəfli razılaşmaya əsasən ipoteka predmetinin ümumi dəyəri 19972 (on doqquz min doqquz yüz yetmiş iki) manat məbləğində qiymətləndirilmişdir. - Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, dalan 3, 63 saylı fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli 05L000005280 saylı X1 təminatı kimi İddiaçı QSC-nin “20 Yanvar” filialının qarşısında ipoteka ilə yüklü edilmişdir. - İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 05S000011518 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 05L000005280 saylı kredit Xətti Müqaviləsi və bu X1 ayrılmaz hissəsi olan Kredit Razılaşması üzrə Borcalanla birgə kreditor qarşısında X2 dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. - İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 05S000011519 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 05L000005280 saylı kredit Xətti Müqaviləsi və bu X1 ayrılmaz hissəsi olan Kredit Razılaşması üzrə Borcalanla birgə kreditor qarşısında X2 dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. - İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 05S000011533 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 05L000005280 saylı kredit Xətti Müqaviləsi və bu X1 ayrılmaz hissəsi olan Kredit Razılaşması üzrə Borcalanla birgə kreditor qarşısında X2 dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. - İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışlarından görünür ki, borclu Cavabdeh1 xx.xx.2016-cı il tarixli, 005R********** saylı kredit razılaşması üzrə xx.xx.2018-ci il tarixə əsas kredit borcu 1548,57 manat, faiz borcu 280,63 manat, cərimə borcu 631,16 manat olmaqla, cəmi 2460,36 manat borc, xx.xx.2016-cı il tarixli 055R********** saylı kredit razılaşması üzrə əsas kredit borcu 11019,54 manat, faiz borcu 4511,64 manat, cərimə borcu 6156,36 manat olmaqla, cəmi 21687,54 manat borcu vardır. - Azərbaycan Respublikası DİN tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, dalan 3, 63 saylı fərdi yaşayış evində Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh1, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qeydiyyatdadırlar. - İddiaçı QSC tərəfindən Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, dalan 3, 63 saylı fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş olunmuşdur. - İddiaçı QSC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2017-ci il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdehlər Banka olan borclarını ödəməyəcəkləri təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşlar. - Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə göstərilən daşınmaz əmlakların bazar qiymətinə uyğun qiymətləndirilməsi “X3” MMC-yə həvalə olunmuş və “X3” MMC-nin Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, dalan 3, 63 saylı fərdi yaşayış evinin bazar dəyərinin müəyyən edilməsi üzrə ƏEM/Y 49-049/19 saylı, xx.xx.2019-cu il tarixli ekspert rəyi ilə qeyd edilən fərdi yaşayış evinin bazar dəyəri 80,500 (səksən min beş yüz) manat, likvid dəyəri 75.000 (yetmiş beş min) manat məbləğində müəyyən olunmuşdur. - Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə göstərilən daşınmaz əmlakların bazar qiymətinə uyğun qiymətləndirilməsi “xxxx” MMC-yə həvalə olunmuş və “xxxx” MMC-nin Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, dalan 3, 63 saylı fərdi yaşayış evinin bazar dəyərinin müəyyən edilməsi üzrə 002-02/DR/12-19 saylı, xx.xx.2019-cu il tarixli ekspert rəyi ilə qeyd edilən fərdi yaşayış evinin bazar dəyəri 55000 (əlli beş min) manat məbləğində müəyyən olunmuşdur. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 05L000005280 nömrəli X2 əsasən Bank Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açmış və həmin kredit xətti müqaviləsi əsasında «xxxx» QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 005R********** nömrəli kredit razılaşmasına əsasən Bank Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3500 (üç min beş yüz) manat məbləğində və «xxxx» QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 005R********** nömrəli kredit razılaşmasına əsasən isə Bank Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə - hissə qaytarmaq şərti ilə 12500 (on iki min beş yüz) manat məbləğində kreditlər vermiş, «xxxx» QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, dalan 3, 63 saylı fərdi yaşayış evini xx.xx.2014cü il tarixli 05L000005280 saylı X2 əsasən kreditin qaytarılacağının, habelə kredit müqaviləsinə uyğun olaraq hesablanan və ödənilməli ssuda faizlərinin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödəniləcəyinin təminatı kimi ipotekaya qoyulmuşdur. İşin araşdırılmış hallarından daha sonra görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 05L000005280 nömrəli kredit xətti müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə və bu X1 ayrılmaz hissəsi olan Kredit Razılaşması üzrə borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət barədə İddiaçı KB QSC ilə adları qeyd edilən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında xx.xx.2014-cü il tarixli, 05S000011518, xx.xx.2014-cü il tarixli, 05S000011519 və xx.xx.2014-cü il tarixli, 05S000011533 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Məhkəmə iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. - 741-ci maddəsinə əsasən müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq sürətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2015-ci il tarixli Plenumunun Qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə, kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Qeyd edilən normalara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçı Bankdan xx.xx.2014-cü il tarixli 05L000005280 nömrəli kredit xətti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2016-cı il tarixli, 005R********** nömrəli və xx.xx.2016-cı il tarixli, 005R********** nömrəli kredit razılaşmalarına əsasən əsas kredit müqaviləsi üzrə kreditlər almış, tərəflər arasında borc-kredit münasibətləri və öhdəlikləri yaranmış, lakin cavabdeh həmin kredit üzrə əsas borcu və ona hesablanmış faizləri ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı qeyd edilən kredit razılaşmalarına dair əsas borcun və ona hesablanmış faizlərin ödənilməsinə dair hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin, məhkəmə Cavabdeh1 əsas borc və hesablanmış faizlərin tutulmasına dair iddia tələbinin həcminə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 5672 saylı, xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, xx.xx.2016-cı il tarixli, 065R1S21850019 saylı kredit razılaşması üzrə - rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarışlardan və İddiaçı QSC ilə Cavabdeh1 arasında xx xxxxx 2014-cü il tarixində 05L000005280 saylı X2 əsasən xx.xx.2016-cı il tarixdə 005R********** saylı kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2018-ci il tarixə banka olan borcu - əsas borc üzrə — 1404,09 manat, faiz borcu üzrə — 233,62 manat, cərimə borcu üzrə — 413,02 manat müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarışlardan və İddiaçı QSC ilə Cavabdeh1 arasında xx xxxxx 2014-cü il tarixində 05L000005280 saylı X2 əsasən xx.xx.2016-cı il tarixdə 005R********** saylı kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinə, yəni xx.xx.2018- ci il tarixə banka olan borcu - əsas borc üzrə - 1404,09 manat; faiz borcu üzrə - 274,01 manat; cərimə borcu üzrə - 484,43 manat müəyyən edilmişdir. Həmçinin, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarışlardan və İddiaçı QSC ilə Cavabdeh1 arasında xx xxxxx 2014-cü il tarixində 05L000005280 saylı X2 əsasən xx.xx.2016-cı il tarixdə 005R********** saylı kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinə, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək illik 5%-lə hesablanmaqla banka olan borcu - əsas borc üzrə 1404,09 manat, faiz borcu üzrə 279,67 manat, cərimə borcu üzrə 0 manat müəyyən olunmuşdur. xx.xx.2016-cı il tarixli, 005R********** saylı kredit razılaşması üzrə - rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarışlardan və İddiaçı QSC ilə Cavabdeh1 arasında xx xxxxx 2014-cü il tarixində 05L000005280 saylı X2 əsasən xx.xx.2016-cı i tarixdə 005R********** saylı kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2018-ci il tarixə banka olan borcu - əsas borc üzrə - 10990,0 manat, faiz borcu üzrə - 4446,35 manat, cərimə borcu üzrə - 290,58 manat müəyyən edilmişdir. Tərtib olunmuş cədvəl məlumatından göründüyü kimi, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx xxxxx 2014-cü il tarixində 05L000005280 saylı X2 əsasən xx.xx.2016-cı il tarixdə 005R********** saylı kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinə, yəni xx.xx.2018-ci il tarixə banka əsas borc üzrə - 10990,0 manat, faiz borcu üzrə - 4762,50 manat, cərimə borcu üzrə - 312,04 manat müəyyən edilmişdir. Tərtib olunmuş cədvəl məlumatından göründüyü kimi, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx xxxxx 2014-cü il tarixində 05L000005280 saylı X2 əsasən xx.xx.2016-cı il tarixdə 005R********** saylı kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinə, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək illik 5%-lə hesablanmaqla banka olan borcu - əsas borc üzrə - 1404,09 manat, faiz borcu üzrə - 4806,77 manat, cərimə borcu üzrə 0 manat müəyyən edilmişdir. İş üzrə təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 25539 saylı, xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, xx.xx.2016-cı il tarixli 005R********** saylı kredit razılaşması üzrə - rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarışlardan və İddiaçı KB QSC ilə Cavabdeh1 arasında xx xxxxx 2014-cü il tarixində 05L000005280 saylı X2 əsasən xx.xx.2016-cı il tarixdə 005R********** saylı kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2018-ci il tarixə banka olan borcu əsas borc üzrə - 1404,09 manat, faiz borcu üzrə - 233.62 manat, cərimə borcu üzrə - 413,02 manat müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarışlardan və İddiaçı QSC ilə Cavabdeh1 arasında xx xxxxx 2014-cü il tarixində 05L000005280 saylı X2 əsasən xx.xx.2016-cı il tarixdə 005R********** saylı kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinə, yəni xx.xx.2018-ci il tarixə banka olan borcu - əsas borc üzrə - 1404,09 manat, faiz borcu üzrə - 274.01 manat, cərimə borcu üzrə - 484,43 manat müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarışlardan və İddiaçı QSC ilə Cavabdeh1 arasında xx xxxxx 2014-cü il tarixində 05L000005280 saylı X2 əsasən xx.xx.2016-cı il tarixdə 005R********** saylı kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinə, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək illik 5%-lə hesablanmaqla banka olan borcu - əsas borc üzrə - 1404,09 manat; faiz borcu üzrə - 279,67 manat, cərimə borcu müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixli 005R********** saylı kredit razılaşması üzrə - rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarışlardan və İddiaçı QSC ilə Cavabdeh1 arasında xx xxxxx 2014-cü il tarixində 05L000005280 saylı X2 əsasən xx.xx.2016-cı il tarixdə 005R********** saylı kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2018-ci tarixə banka olan borcu - əsas borc üzrə — 10990,0 manat, faiz borcu üzrə — 4446.35 manat, cərimə borcu üzrə — 290,58 manat müəyyən edilmişdir. Tərtib olunmuş cədvəl məlumatından göründüyü kimi, “İddiaçı" KB QSC ilə Cavabdeh1 arasında xx xxxxx 2014-cü il tarixdə 05L000005280 saylı X2 əsasən xx.xx.2016-cı il tarixdə 005R********** saylı kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinə, yəni xx.xx.2018-ci il tarixə - əsas borc üzrə — 10990,0 manat, faiz borcu üzrə — 4762.50 manat, cərimə borcu üzrə — 312,04 manat müəyyən edilmişdir. Tərtib olunmuş cədvəl məlumatından göründüyü kimi, “İddiaçı" QSC ilə Cavabdeh1 arasında xx xxxxx 2014-cü tarixində 05L000005280 saylı X2 əsasən xx.xx.2016-cı il tarixdə 005R********** saylı kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinə, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək illik 5%-lə hesablanmaqla banka olan borcu - əsas borc üzrə — 1404,09 manat, faiz borcu üzrə — 4806.77 manat, cərimə borcu üzrə — 0,00 manat müəyyən edilmişdir. İş üzrə təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 9/2620 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2016-cı il tarixli 005R********** saylı Kredit Razılaşmasının şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2018-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 1.643,62 manat məbləğində, əsas borc qalığına xx.xx.2018-ci il tarixdən - xx.xx.2018-ci il tarixədək illik 5%-iə hesablanmalı faiz borcu 5,68 manat məbləğində müəyyən edilir, o cümlədən –xx.xx.2018-ci il tarixə - əsas borc üzrə 1.409,09 manat, faiz borcu üzrə 234,53 manat, xx.xx.2018-ci il tarixdən - xx.xx.2018-ci il tarixədək illik 5%-lə xx.xx.2018-ci il tarixə faiz borcu üzrə 5,68 manat müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2016-cı il tarixli 005R********** saylı Kredit Razılaşmasının şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2018-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 15.629,92 manat məbləğində, əsas borc qalığına xx.xx.2018-ci il tarixdən - xx.xx.2018-ci il tarixədək illik 5%-lə hesablanmalı faiz borcu 46,06 manat məbləğində müəyyən edilir, o cümlədən xx.xx.2018-ci il tarixə - əsas borc üzrə - 11.435,11 manat, faiz borcu üzrə 4.194,80 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək illik 5 faizlə xx.xx.2018-ci il tarixə faiz borcu üzrə 46,06 manat müəyyən edilmişdir. Azərbaycan Republikası MPM-nin: - 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək ola bilər ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, rəyin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Yalnız bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/2620 saylı, xx.xx.2020-ci il tarixli rəyinə digər sübutlarla yanaşı qiymət verərək qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışında Cavabdeh1 xx.xx.2018-ci il tarixinə xx.xx.2016-cı il tarixli, 005R********** nömrəli kredit razılaşması üzrə 1548.57 manat kredit borcu, 280.63 manat faiz borcu və 631.16 manat cərimə borcu olmaqla, cəmi 2460.36 manat məbləğində kredit borcunun olduğu göstərilmişdir. Lakin ekspert rəyində cavabdehin xx.xx.2018-ci il tarixə qeyd edilən razılaşma üzrə banka olan əsas və faiz borcu 1.643,62 manat məbləğində, yəni əsas borc üzrə 1409,09 manat, faiz borcu üzrə isə 234,53 manat borcunun olması müəyyən edilmişdir. Məhkəmə ekspert rəyinin qeyd edilən hissəsini sübut növü kimi qiymətləndirərərək Cavabdeh1 xx.xx.2016-cı il tarixli, 005R********** nömrəli kredit razılaşması üzrə əsas borca görə 1.409,09 manat, faiz borcuna görə 234,53 manat, cəmi 1.643,62 manat məbləğində borcun tutulması nəticəsinə gəlir. Məhkəmə ekspert rəyinə digər sübutlarla yanaşı qiymət verməkdə davam edərək həmçinin qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli digər maliyyə arayışında Cavabdeh1 xx.xx.2018-ci il tarixinə xx.xx.2016-cı il tarixli 005R********** saylı Kredit Razılaşması üzrə 11019.54 manat kredit borcu, 4511.64 manat faiz borcu və 6156.36 manat cərimə borcu olmaqla, cəmi 21687.54 manat məbləğində kredit borcunun olduğu göstərilmişdir. Ekspert rəyində cavabdehin xx.xx.2018-ci il tarixə banka qeyd edilən razılaşma üzrə olan əsas və faiz borcu 15629.92 manat məbləğində, yəni əsas borc üzrə 11435,11 manat, faiz borcu üzrə isə 4.194,80 manat borcunun olması müəyyən edilmişdir. Lakin, məhkəmə 005R********** saylı kredit razılaşması üzrə faiz borcun tutulması ilə bağlı hissədə ekspert rəyini əsas götürsə də, əsas borcun tutulması ilə bağlı hissədə iddia tələbini və maliyyə arayışını əsas götürərək borcun hesablanmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qeyd edilən normanı hazırki işə tətbiq edərək hesab edir ki, sözügedən kredit razılaşması üzrə cavabdehdən əsas və faiz borcu iddiaçının iddia tələbində və maliyyə arayışında göstərilən həcmdə, yəni 11019.54 manat məbləğində əsas, 4.194,80 manat məbləğində isə faiz borcu tutulmalıdır. Məhkəmə iddia tələbinin “cərimə tutulmasına dair” hissəsi ilə bağlı işin hallarını, xx.xx.2016-cı il tarixli, 005R********** nömrəli kredit razılaşması üzrə 1.409,09 manat əsas borcun, 055R********** saylı kredit razılaşması üzrə 11019.54 manat əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış müvafiq olaraq hesablanmış 631,16 manat cərimə və 6156,36 manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə məbləğlərinin azaldılaraq xx.xx.2016-cı il tarixli, 005R********** nömrəli kredit razılaşması üzrə 100 manat, 055R********** saylı kredit razılaşması üzrə 1000 manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Belə ki, Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin aşağadıkalara əsasən iddia tələbinin Cavabdeh3 məxsus Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, dalan 3 ünvanında yerləşən 63 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və hərracda əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulması hissələrinin əsassız olduğu üçün rədd edilməsi nəticəsinə gəlir. Belə ki, işin araşdırılmış hallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 05L000005280 nömrəli kredit xətti müqaviləsi bağlandıqdan sonra Cavabdeh2 və Cavabdeh3 arasında, xx.xx.2014-cü il tarixdə isə Cavabdeh4 ilə zaminlik müqavilələri bağlanmış, daha sonra Cavabdeh3 arasında xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmış, Cavabdeh1 xx.xx.2016-cı il tarixdə, 005R********** nömrəli kredit razılaşması üzrə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3500 manat, xx.xx.2016-cı il tarixdə isə 005R********** nömrəli kredit razılaşmasına əsasən isə eyni şərtlərlə 12500 manat məbləğində kreditlər vermişdir. «xxxx» QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 05L000005280 nömrəli X1 1.3-cü bəndinin tələblərinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan Kredit razılaşmaları ilə müəyyən edilir. Lakin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı Bankla borcalan arasında bağlanmış “Kredit xətti müqaviləsi” sadəcə iki nüsxədə tərtib edilmiş, nə ipoteka qoyan, nə də zaminlərlə razılaşdırılmamışdır. İşin materiallarından görünür ki, cavabdehlərlə iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrində zaminliyin müddəti göstərilməmiş, müqavilənin 4.1-ci bəndində qeyd olunmuşdur ki: “bu müqavilə Borclu kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edənədək qüvvədədir”. Məhkəmə hesab edir ki, müqavilələrdə belə şərtin özünün göstərilməsi yolverilməzdir və müddət anlayışına uyğun olmadığından zaminliyin müddəti kimi də qəbul edilə bilməz. Belə ki, Mülki Məcəllənin 367-ci maddəsinə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin maddədə müddətin müəyyənləşdirilməsinin 3 qaydası təsbit edilmişdir. - dəqiq təqvim tarixi; - illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi; - hökmən baş verməli olan hadisənin göstərilməsi; Müqavilənin müddətinin öhdəliklərin tam icra olunması vaxtı ilə təyin edilməsi şərti həmin maddənin tələblərinə uyğun deyildir. Çünki öhdəliklərin tam icra edilməsi hökmən baş verməli hadisə kimi qiymətləndirilə bilməz. Ümumiyyətlə müddətlərin bitməsi obyektiv xarakter daşıyır, yəni mülki hüquq münasibətlərinin subyektlərinin iradəsindən asılı deyil. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır. Məhkəmə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımalı olmasına dair iddiaçının dəlili üzrə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0 və 477.0.1-ci maddələrinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2012-ci il tarixli Qərarında zaminliyin mahiyyəti ilə bağlı aşağıdakılar qeyd olunmuşdur: «…Qanunvericilikdə zaminlik müqaviləsinin yazılı formada bağlanması tələbinin nəzərdə tutulması ilə birtərəfli qaydada öhdəlik yaradan zaminlik müqaviləsinin zamin tərəfindən dərk edilmədən bağlanmasının qarşısı alınır və bununla da ilk növbədə zaminin maraqları qorunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır… MM-in 470.2-ci maddəsində zaminlik müqaviləsinin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlanmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Bu zaman nəzərə almaq lazımdır ki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər… Qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Eyni zamanda, zaminlik müqaviləsinin aksessor xarakterli olduğunu və mövcud olmayan öhdəliyin icra edilməsinin mümkün olmamasını nəzərə alaraq, gələcəkdə yaranacaq öhdəliyi təmin edən zaminlik müqaviləsinin tərəflərinin qarşılıqlı hüquq və vəzifələri belə müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir. Borclu tərəfindən zaminliklə təmin olunmuş öhdəliyin pozulmasına dair kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərilən hallarda irəli sürülə bilər.». Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi yanaşmaya görə, zaminlik müqaviləsində zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi zəruri şərt kimi nəzərdə tutulmuşdur. Müqavilədə hansı əsas müqaviləyə dair zaminliyin yaranması və əsas öhdəliyin həddi barədə göstərişlər olmalı, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləği göstərilməlidir. Həmçinin, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2018-ci il tarixli Qərarına əsasən, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilik normalarından çıxış edərək zaminlik müqaviləsinin bağlanmış hesab edilməsi üçün yuxarıda göstərilən zəruri şərtlərin kredit müqavilələrində göstərilməli olması qənaətinə gəlmişdir. Həmçinin, Plenum hesab etmişdir ki, həmin şərtlərin müqavilədə göstərilməməsinin və ya zaminin razılığı alınmadan sonradan dəyişdirilməsinin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb oldugu müəyyən edilərsə, zaminliyə xitam verilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2018-ci il tarixli Qərarında daha sonra qeyd edilir ki, AR MM-nin 307.4-cü maddəsinin əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin müddətində faiz dərəcəsinin valyuta və s., zəruri şərtlərin göstərilməsini ehtiva edir. Bununla da öhdəliyin təminatı kimi bağlanmış ipoteka müqaviləsində göstərilməli olan mühüm şərtlər dəqiqləşdirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu adıçəkilən Qərarda həmçinin hesab etmişdir ki, kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə ipoteka qoyanın yazılı razılığı alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, işə baxılan dövrdə qəbul edilmiş və qəbul edildiyi andan qüvvəyə minən “Banklar haqqında” AR Qanununun 1.0.9-cu, “İpoteka haqqında” AR Qanununun 10.5, 14 və 48-ci maddələrinin və AR MM-inin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, X1 təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Sözügedən qərarda daha sonra göstərilmişdir ki, qanunvericiliyin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin zəruri şərtlərində (məbləğ, müddət, faiz dərəcəsi, valyutaya və s.) dəyişikliklər edildikdə ipoteka müqaviləsinə də müvafiq dəyişikliklər edilməlidir. Belə ki, «İpoteka haqqında» Qanunun 14.1-ci maddəsinə görə, ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır: ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə, əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə; ipoteka predmeti özgəninkiləşdirildikdə və s. Konstitusiya Məhkəməsinin Plenumu qanunvericiliyin tələblərinə əsaslanaraq hesab etmişdir ki, ipoteka qoyanın məsuliyyəti ehtimallara əsaslana bilməz, o yalnız ona məlum olan şərtlər daxilində məsuliyyət daşımalıdır. Buna görə də ipoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün şərtlərin göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyacaqdır. İpotekaya xitam verilməsinin qaydaları isə “İpoteka haqqında” Qanunun 48-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə, ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda və qanunda nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. Göründüyü kimi, zaminlik müqaviləsindən fərqli olaraq, ipoteka müqaviləsinə xitam verilmə halları sırasında ipoteka qoyanın razılığı olmadan öhdəliyin həcminin dəyişdirilməsi və bu dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması halı nəzərdə tutulmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 269.1 və 269.5-ci maddələrinə müvafiq olaraq, ipoteka əsas öhdəliyin icrasının təminatı üsuludur və bu səbəbdən ipoteka müqaviləsinə hər hansı mülki hüquq müqaviləsi, o cümlədən kredit müqaviləsi ilə birlikdə baxılmalıdır. “İpoteka haqqında” Qanunun 1.0.7 və 1.0.8-ci maddələrinə əsasən, ipoteka müqaviləsi əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir. Əsas öhdəlik - əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır (“İpoteka haqqında” Qanunun 10.1-ci maddəsi). Sadalanan normaların məzmunundan göründüyü kimi, ipoteka müqaviləsi birmənalı olaraq əsas öhdəliyin təminatı kimi bağlanır və borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Qeyd edilən mövcud qanunvericilik normalarının tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun zaminlik və ipoteka institutları ilə bağlı formalaşdırdığı hüquqi mövqeləri rəhbər tutaraq Plenum hesab etmişdir ki, X1 təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlərin (məbləğin, müddətin, faiz dərəcəsinin, valyutanın və s.) göstərilməməsi və sonradan belə şərtlər barəsində ipoteka qoyanın razılığının alınmaması zaminlik müqaviləsindən fərqli olaraq, ipoteka müqaviləsinin xitamına deyil, bağlanmamış hesab edilməsinə səbəb olur. Lakin bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. Konstitusiya Məhkəməsinin Plenumunu qərarında Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli Qərarında əks olunmuş hüquqi mövqelərin tətbiqi zamanı yaranmış fərqli yanaşmaları nəzərə alaraq qeyd etməyi vacib bilmişdir ki, Konstitusiyanın 130-cu maddəsinin İX hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 63.4, 66.1 və 66.2-ci maddələrinə görə, Konstitusiya Məhkəməsinin Qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir və qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə istinadən bir daha qeyd edir ki, məhkəmələr öz qərarlarını Konstitusiya Məhkəməsi tərəfindən iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Məhkəmələr Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks olunmuş hüquqi mövqelərə uyğun olmayan qərar qəbul etməklə Konstitusiyanın 130-cu maddəsinin İX hissəsinin və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 63.4, 66.1 və 66.2-ci maddələrinin tələblərini pozmuş olurlar. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Eyni müddəa «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsində öz əksini tapmışdır. Həmin Qanunun 66.2 və 63.4-cü maddələrinə əsasən Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır, bu qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» xx xxxx 2004-cü il tarixli, 688 - İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2005-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 1.0.5-ci maddələri, eləcə də 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsiən dair” xx.xx.2018-ci il tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka hqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair” xx xxxxxxx 2019-cu il qərardadında qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikaası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İşin materiallarından görünür ki, hazırki mülki iş xx.xx.2018-ci ildən məhkəmənin icraatındadır. Məhkəmə Konstitusiya Məhkəməsinin Qərarlarının məcburi hüquqi qüvvəsinin onun Qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilməsini və həmin hüquqi mövqelərin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olmasını nəzərə almaqla hesab edir ki, Cavabdeh1 ilə İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 05L000005280 saylı kredit xətti müqaviləsi “Borcverənin” kredit vermək vədini ifadə etməməklə yanaşı Bankla cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış ipoteka və zaminlik müqavilələrinin müddəalarına əsasən, müqavilə ilə ipotekaya qoyulmuş əmlak, eyni zamanda zamin olan şəxslərin İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış kredit xəttinin açılması barədə müqavilə və bu kredit müqaviləsinin ayrılmaz tərkib hissələri olan ayrıca razılaşmalar üçün ayrılmış bütün vəsaitlərin qaytarılmasının təminatı kimi çıxış etdiyi qeyd edilsə də, bu öhdəliklərin vacib şərtlərini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, hazırki iş üzrə zaminlik müqavilələrində borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıması göstərilsə də, orada faiz göstərilməmiş, sonradan bağlanmış kredit müqavilələri zaminlərin razılığı alınmadan bağlanmışdır ki, bu da zaminlərin məsuliyyətinin artmasına və ya onlar üçün digər əlverişsiz nəticələrin yaranmasına səbəb olmuşdur. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh1 ilə bağlanmış kredit müqavilələri zaminlərin razılığı alınmadan bağlandığı, bunun da zaminlərin məsuliyyətinin artmasına və ya onlar üçün digər əlverişsiz nəticələrə səbəb olduğu halda faktiki olaraq zaminlik müqavilələrinin qüvvəsinə xitam verildiyindən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçı qarşısında məsuliyyət daşımır, buna görə də bank onlara qarşı hazırkı iddianı irəli sürməkdə haqlı olmamışdır. Eyni hal «xxxx» QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinə də aiddir. Belə ki, X1 təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlərdən biri olan faiz dərəcəsi göstərilməmiş və sonradan bağlanmış kredit müqavilələrində belə şərt barəsində ipoteka qoyanın razılığı alınmamışdır. Bununla da ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilmiş olduğu halda iddiaçı bank həmçinin tələbin Cavabdeh3 məxsus Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, dalan 3 ünvanında yerləşən 63 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması kimi iddianı irəli sürməkdə də haqlı olmamışdır. Məhkəmə iddianın- tələbin Cavabdeh3 məxsus Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, dalan 3 ünvanında yerləşən 63 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracda əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulması hissələrinin əsassız olduğu üçün rədd edilməsi nəticəsinə gəldiyi üçün həmçinin hesab edir ki, iddianın digər törəmə hissələri, yəni, hərracda əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulması, Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, dalan 3 ünvanında yerləşən 63 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh1, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə hissələri də əsassız olduğu üçün rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə qeyd edir ki, “X3” MMC-nin xx.xx.2019-cu il tarixli məktubundan məlum olur ki, daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri 150 (bir yüz əlli) manat, “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli məktubundan məlum olur ki, daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri 300 (üç yüz) manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərindən görünür ki, məhkəmə-mühasibatlıq ekspertizalarının tədqiqatının dəyəri 420 (dörd yüz iyirmi) manat təşkil edir. İş materiallarına əlavə edilmiş orderdən və qəbzlərdən görünür ki, iddianın verilməsi ilə bağlı iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu, bank və digər xidmət xərci olaraq 30 manat ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməli, 10 (on) manat hissəsi iddiaçıya edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizalarının dəyəri olan 420 (dörd yüz iyirmi) manatın 220 (iki yüz iyirmi) manat hissəsi Cavabdeh1, 200 (iki yüz) manat hissəsi İddiaçı QSC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, “xxxx” MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın 150 (bir yüz əlli) manat hissəsi Cavabdeh1, 150 (bir yüz əlli) manat hissəsi İddiaçı QSC-dən tutularaq “xxxx” MMC-nin hesabına, “X3” MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 75 (yetmiş beş) manat hissəsi Cavabdeh1, 75 (yetmiş beş) manat hissəsi İddiaçı QSC-dən tutularaq “X3” MMC-nin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 05L000005280 saylı X2 əsasən xx.xx.2016-cı il tarixli, 005R********** nömrəli kredit razılaşması üzrə əsas borca görə 1.409,09 manat, faiz borcuna görə 234,53 manat, cərimə borcuna görə 100 manat olmaqla, cəmi 1.743,62 manat borc, 005R********** saylı kredit razılaşması üzrə 11019.54 manat məbləğində əsas borc, 4.194,80 manat məbləğində faiz borcu, 1000 manat cərimə borcu olmaqla, cəmi 16214,34 manat borc, ümumilikdə 17957,96 (on yeddi min doqquz yüz əlli yeddi manat doxsan altı qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməli, 10 (on) manat hissəsi iddiaçıya edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizalarının dəyəri olan 420 (dörd yüz iyirmi) manatın 220 (iki yüz iyirmi) manat hissəsi Cavabdeh1, 200 (iki yüz) manat hissəsi İddiaçı QSC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, “xxxx” MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın 150 (bir yüz əlli) manat hissəsi Cavabdeh1, 150 (bir yüz əlli) manat hissəsi İddiaçı QSC-dən tutularaq “xxxx” MMC-nin hesabına, “X3” MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 75 (yetmiş beş) manat hissəsi Cavabdeh1, 75 (yetmiş beş) manat hissəsi İddiaçı QSC-dən tutularaq “X3” MMC-nin hesabına köçürülməli, iddia qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 05L000005280 saylı X2 əsasən xx.xx.2016-cı il tarixli, 005R********** nömrəli kredit razılaşması üzrə əsas borca görə 1409,09 (bir min dörd yüz doqquz manat doqquz qəpik) manat, faiz borcuna görə 234,53 (iki yüz otuz dörd manat əlli üç qəpik) manat, cərimə borcuna görə 100 (bir yüz) manat olmaqla, cəmi 1743,62 (bir min yeddi yüz qırx üç manat altmış iki qəpik) manat borc, 005R********** saylı kredit razılaşması üzrə 11019.54 (on bir min on doqquz manat əlli dörd qəpik) manat məbləğində əsas borc, 4194,80 (dörd min yüz doxsan dörd manat səksən qəpik) manat məbləğində faiz borcu, 1000 (bir min) manat cərimə borcu olmaqla, cəmi 16214,34 (on altı iki yüz on dörd manat otuz dörd qəpik) manat borc, ümumilikdə 17957,96 (on yeddi min doqquz yüz əlli yeddi manat doxsan altı qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizalarının dəyəri olan 420 (dörd yüz iyirmi) manatın 220 (iki yüz iyirmi) manat hissəsi Cavabdeh1, 200 (iki yüz) manat hissəsi İddiaçı QSC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. “xxxx” MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın 150 (bir yüz əlli) manat hissəsi Cavabdeh1, 150 (bir yüz əlli) manat hissəsi İddiaçı QSC-dən tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN: **********, “xxxx” ASC Abşeron filialı VÖEN: **********, M/h:AZ03NABZ013501**********2944 Kodu:805539 S.W.İ.F.T. BİC: 1BAZAZ2X H/h:AZ52İBAZ********************) köçürülsün. “X3” MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 150 (yüz əlli) manatın 75 (yetmiş beş) manat hissəsi Cavabdeh1, 75 (yetmiş beş) manat hissəsi İddiaçı QSC-dən tutularaq “X3” MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************; Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************; KOD: 505594; SWİFT: GUNAAZ22) köçürülsün. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-65/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-65/2020
20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver