Məhkəmə qərarları › İş №2(009)-653/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-653/2022

16.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-653/2022 16.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X1, İddiaçı “ifadə azadlığının məhdudlaşdırılması və ayrıseçkiliyə məruz qoyulması” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı “ifadə azadlığının məhdudlaşdırılması və ayrıseçkiliyə məruz qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddia ərizəsində göstərilən cavabdehin “Facebook” sosial şəbəkəsindəki səhifəsindən blok edilmənin qanunsuz sayılması, bu addımın siyasi baxışlara görə ayrıseçkilik sayılması, bu addımın informasiya əldə etmək, ifadə azadlığının məhdudlaşdırılması kimi qəbul edilməsi və qeyd edilən sosial şəbəkə hesabındakı blokun aradan qaldırılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə müvafiq olaraq, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Mülki-prosessual qanunvericilikdə «cavabdeh» ifadəsi cavab verən mənasında işlədilir, yəni cavabdeh ona qarşı yönələn tələbə cavab verən şəxsdir. Lakin iddiaçının iddia ərizəsində cavabdeh qismində göstərdiyi şəxsin iddia ərizəsində qeyd edilən tələblərə məhkəmədə cavab verməli olması ərizədən görünmür. Əksinə, iddiaçının iddia ərizəsində irəli sürdüyü dəlilə görə, cavabdehin “Facebook” səhifəsi digər şəxslər tərəfindən idarə olunur, onun şəxsi hesabı sayıla bilməz. Belə olduğu halda, iddia ərizəsinin hansı əsaslara görə iddia ərizəsində qeyd edilən cavabdehə qarşı verilməsi göstərilməmişdir. Beləliklə hesab edir ki, iddiaçının irəli sürdüyü tələblərə iddia ərizəsində göstərilən şəxsin cavab verməli olan şəxs olmadığı üçün iddia ərizəsi qaytarılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “ifadə azadlığının məhdudlaşdırılması və ayrıseçkiliyə məruz qoyulması” barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar