Məhkəmə qərarları › İş №2(009)-659/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-659/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-659/2020 16.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Aygün Həsən qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dairmülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı ləğv prosesində olan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia irəli sürərək Cavabdeh1 və Cavabdeh2 ləğv prosesində olan İddiaçı-nin xeyrinə 352,26 ABŞ dolları əsas, 289,78 ABŞ dolları faiz, 2656,79 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2010-ci il tarixinəı kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 53,60 ABŞ dollari borc, ümumilikdə 3352,43 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixli, ******* ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı-dən illik 27%-lə 18 ay müddətinə 4168,28 ABŞ dolları kredit götürmüşdür. Müqavilə müddəti xx.xx.2017-ci il tarixdə bitsə də, lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. Borcun təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixinədək cavabdehlərin ləğv prosesində olan İddiaçı- yə müqavilənin bitmə tarixinə hesablanmış 352.26 ABŞ dolları əsas, 289.78 ABŞ dolları faiz, 2656.79 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 53.60 ABŞ dolları borc, ümumilikdə 3352.43 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. xx xxxxxxxx 2020-ci il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirdi ki, hazırda iddia tələbinin cavabdehlərə aid olan hissədə dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, texniki səhv nəticəsində iddia ərizəsində Cavabdeh2 Zamin, Cavabdeh1 əsas borclu kimi göstərilmişdir. İş materiallarında olan Kredit müqaviləsi, Zaminlik müqaviləsi, maliyə arayışından da görünür ki, əsas borclu Cavabdeh2, Zamin isə X3r. Məlum olduğu kimi, Azərbaycan Respublikası Maliyyə X2 xx xxxxxx 2017-ci il tarixli 49 saylı qərarı ilə İddiaçı-nin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr tarixli 2-1(103)-3194/2017 saylı qərarı ilə İddiaçı müflis elan edilmiş, X1 İddiaçı-nin ləğvedicisi təyin edilmişdir. Yuxarıda göstərilənənlərə və AR MPM-nin 53-cü maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ləğv prosesində olan İddiaçı-nin xeyrinə 352,26 ABŞ dolları əsas, 289,78 ABŞ dolları faiz, 2656,79 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2010-ci il tarixinəı kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 53,60 ABŞ dollari borc, ümumilikdə 3352,43 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizəyə ünvanlayaraq işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, onun təmin edilmədən saxlanılmasını xahiş etdi və izah etdi ki, xx xxxxxx 2017- ci il tarixində İddiaçı ASC-nin ona təklif etdiyi güzəştlə (1 ABŞ dolları = 1.25 AZN) ******* saylı xx/xx/2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC qarşımda olan kredit borcunun əsas məbləğini ödəməklə faiz və cərimələrin isə bank tərəfindən güzəşt edilməsi nəticəsinədə kredit borcumu tam həcmdə bağlamışdır. Bununla bağlı olaraq bank tərəfindən tərtib edilən aktı almışdır. Lakin xx.xx.2020 tarixində ləğv prosesində olan İddiaçı ASC ona heç bir məlumat və ya xəbərdarlıq vermədən məhkəməyə iddia ilə müraciət etmiş, tam həcmdə bağladığı həmin kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 352.26 ABŞ dolları məbləğində əsas borcu, 289.78 ABŞ dolları məbləğində faiz və 2656.79 ABŞ dolları məlum olmayan cəriməni tələb etmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019 tarixli 551 No-li Fərmanına əsasən əhalinin problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi təmin edilərək hesablanmış faiz və cərimələr silindiyi və əsas borclar restrukturizasiya edildiyi bir vaxtda İddiaçı ASC-nin xx.xx.2017-ci ildə bağlanmış bir kredit üzrə iddia qaldırması və hansısa cərimə tələb etməsi başa düşülən deyil. İddia ərizəsində göstərilən məbləğlər haqqında iddiaçıların heç bir məlumatı yoxdur, həmin məbləğlərin necə hesablandığı da ona aydın deyil. Reallığı əks etdirməyən və nə olduğu məlum olmayan cərimə məbləği də heç qəbul edilməzdir. Göstərilənlərə əsasən kredit borcunun bağlanması haqqında İddiaçı ASC-nin ona verdiyi xx.xx.2017-ci il tarixli akt və ödəniş qəbzinin nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 ogluna məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia əsassızdır və təmin edilməməlidir. İş materiallarından olan K/X 116 USD saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə 01 saylı, xx.xx.2015-ci il tarixli əlavə sazişdən görünür ki, Ləğv prosesində olan İddiaçı tərəfindən Cavabdeh2 18 ay müddətinə, illik 27 faizlə 4618,28 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan ZM-R/T 001 USD saylı, xx/xx/2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklər üçün bank qarşısında zamin durmuşdur. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə borc xx.xx.2015-ci il tarixdən başlayaraq aylıq 315 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 323,28 ABŞ dolları ödəməklə başa çatmalıdır. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehlərə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, x xxxxxx 2015-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixə olan borc 352,26 ABŞ dolları əsas, 289,78 ABŞ dolları faiz, 2656,79 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2010-ci il tarixinəı kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 53,60 ABŞ dollari borc, ümumilikdə 3352,43 ABŞ dolları məbləğində təşkil edir. İş materiallarında olan İddiaçı ASC-nin Xəzər filialının müdiri E.Məmmədov, kredit mütəxəssisi A.Hacıbəyli, aparıcı satış məsləhətçisi N.Kaverina tərəfindən Cavabdeh2 iştirakı ilə tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktdan görünür ki, Cavabdeh2 tərəfindən 2258 manat vəsait 36-70173314-10 saylı cari hesabab mədaxil edildi. Həmin vəsait 36- 70173314-27 saylı İddiaçı ASC (Bank) qarşısında olan ******* saylı, xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə kredit borcunun (əsas borc, hesablanmış faiz və cərimə (mövcud olduğu halda) ilə birlikdə) 4254,39 USD məbləğində qalığının əsas məbləğinin 1806,35 ABŞ dolları Bank tərəfindən (1 USD=1,25 AZN) güzəşt edilməsi nəticəsində kreditin tam bağlanmasına yönəldildi. İş materiallarında olan ********* saylı, xx.xx.2017-ci il tarixli mədaxil qəbzindən görünür ki, 2258 (iki min iki yüz əlli səkkiz) manat Cavabdeh2 tərəfindən İddiaçı ASC-nin Xəzər filialının hesabına daxil edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, ASC İddiaçı Kommersiya Bankı ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi əlavə sazişə əsasən bank tərəfindən borcalana 18 ay müddətinə, illik 27 faizlə 4618,28 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə kredit borcunun (əsas borc, hesablanmış faiz və cərimə (mövcud olduğu halda) ilə birlikdə) 4254,39 USD məbləğində qalığının əsas məbləğinin 1806,35 ABŞ dolları Bank tərəfindən (1 USD=1,25 AZN) güzəşt edilməsi nəticəsində kreditin tam bağlanmasına yönəldilmiş və bu barədə xx.xx.2017-ci il tarixli akt tərtib edilmişdir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbinin hüquqi əsası olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar