Məhkəmə qərarları › İş №2(009)-663/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-663/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-663/2022 01.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə cavabdehlər Binəqədi rayon İcra şöbəsi və “X3 Azerbaijan” MMC-yə qarşı qiymətləndirmə hesabatının ləğv edilməsi və əmlakın qiymətinin müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə cavabdehlər Binəqədirayon İcra şöbəsi və “X3 Azerbaijan” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsində istifadədə olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 9 otaqlaı 151,6 m2 yaşayış, 276,7 m2 köməkçi sahədən ibarət 78 a saylı fərdi yaşayış evinin qiymətləndirilməsi barədə “X3 Azerbaijan” MMC-nin 24 avqust 2021-ci il tarixli rəyinin ləğv edilməsi və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsində istifadədə olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 9 otaqlaı 151,6 m2 yaşayış, 276,7 m2 köməkçi sahədən ibarət 78 a saylı fərdi yaşayış evinin cavabdeh Maraqlı şəxs aid olan hissəsinin ilkin satış qiymətinin müəyyən olunması üçün yenidən qiymətləndirməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" İKB ASC (hazırki adı İddiaçı ASC) tərəfindən cavabdehlər X2, X5 və Maraqlı şəxs qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərisəzi ilə Nəsimi rayon Məhkəməsinə müraciət olunmuşdur. Nəsimi rayon Məhkəməsinin 27 iyun 2012-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bakı Apelliyasiya Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli 2(103)-1632/2013 saylı icra vərəqəsinin icrası olaraq ipoteka predmetinin açıq hərrac vasitəsilə satışının təşkil olunmasından ötrü qiymətləndirici dəvət olunması barədə icra məmuru tərəfindən qərar qəbul edilmiş və icra olunması üçün “X3 Azerbaijan” MMC-yə göndərilmişdir. “X3 Azerbaijan” MMC tələb yönəlmiş əmlakı 186.000 manat dəyərində qiymətləndirməsi barədə 24 avqust 2021-ci il tarixli rəy vermiş və icra şöbəsi tərəfindən rəydə göstərilən qiymət əmlakın ilkin satış qiyməti kimi müəyyən edilməklə 15 sentyabr 2021-ci il tarixli xx/xx-276945-16 nömrəli sifariş məktubu ilə açıq hərrac vasitəsilə hərracda satışının təşkil olunması üçün "xxxx" MMC-yə sifariş verilmişdir. Əmlakın dəyəri müəyyən olunarkən qiymətlədrmə şirkəti (“X3 Azerbaijan” MMC) əmlakın faktiki vəziyyətini, tələbin əmlakın yalnız bir hissəsinə yönəldiyini nəzərə almadan hədsiz şişirdilmiş formada 186.000 manat dəyərində qiymətləndirmişdir. Belə ki, qeyd olunan əmlak kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edilərkən tərəflərin qarşılıqlı razılığına əsasən 29 yanvar 2009-cu il tarixli ipoteka müqaviləsində qeyd olunduğu kimi X6 və X4 məxsus, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsində istifadədə olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 9 otaqlı fərdi yaşayış evinin dəyəri (bölgüsüz, tam evin) 167.000 manat müəyyən olunmuşdur. Bundan başqa, Binəqədi rayon icra şöbəsinin 12 dekabr 2014-cü il tarixli müraciəti əsasında "xxxx" MMC tərəfindən 31 may 2015-ci il tarixdə tərtib olunmuş əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Nümayəndə1 küçəsində olan 78 a saylı fərdi yaşayış evinin Maraqlı şəxs mülkiyyətində olan 1/2 hissəsinin dəyəri 75.000 manat olduğu müəyyənləşdirilmişdir. Bakı Apelliyasiya Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli 2(103)-1632/2013 saylı icra vərəqəsindən göründüyü kimi, cavabdeh X1 tutulmalı olan borc məbləği Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsində istifadədə olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 9 otaqlaı 151,6 m2 yaşayış, 276,7 m2 köməkçi sahədən ibarət 78 a saylı fərdi yaşayış evinin cavabdeh Maraqlı şəxs aid olan hissəsinə yönəldilmişdir. Göründüyü kimi, qiymətləndirici qeyd olunanları nəzərə almadan əmlakın tam formada olan, yəni bölgüsüz hissəsinə qoyulmuş qiymətdən belə daha yüksək qiymət müəyyən etmişdir ki, bu da reallığı əks etdirmir. Belə ki, əmlak fərdi yaşayış evidir və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Çıxarışdan göründüyü kimi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsində istifadədə olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 9 otaqlaı 151,6 m2 yaşayış, 276,7 nr köməkçi sahədən ibarət 78 a saylı fərdi yaşayış evinin cavabdeh Maraqlı şəxs aid hissəsi 2-ci mərtəbə, mansard (143,0 m2), sanitar qovşağı (6,6 m2), açıq eyvandan (6,3 m2) ibarətdir (icra sənədi üzrə tələb yönəlmiş hissə). 23 iyul 2008-ci il tarixdə tərtib edilmiş daşınmaz əmlakın texniki pasportundan da görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsində istifadədə olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 9 otaqlaı 151,6 m2 yaşayış, 276,7 m2 köməkçi sahədən ibarət 78 a saylı fərdi yaşayış evinin cavabdeh Maraqlı şəxs aid hissəsi 2-ci mərtəbə, mansard (143,0 m2), sanitar qovşağı (6,6 m2), açıq eyvandan (6,3 m2) ibarət (icra sənədi üzrə tələb yönəlmiş hissə) olmaqla fərdi yaşayış evinin 2-ci mərtəbəsinə girişçıxış 1-ci mərtəbədən tam ayrıdır. Fərdi yaşayış evinin ipoteka ilə yüklü edilmiş 2-ci mərtəbəsinə giriş-çıxışın ayrı olması ekspert tərəfindən nəzərə alınmamışdır. Həmçinin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də faktiki olaraq 1-ci mərtəbədə yaşayan şəxsin istifadəsindədir, 2-ci mərtəbəyə giriş-çıxış fərdi yaşayış evinin yan hissəsindən açılmışdır. Bu hal da qiymətləndirmə zamanı “X3 Azerbaijan” MMC tərəfindən nəzərə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq "xxxx" MMC-də 08 oktyabr 2021-ci il tarixə təyin olunmuş hərracın dayandırılması, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsində istifadədə olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 9 otaqlaı 151,6 m2 yaşayış, 276.7 mr köməkçi sahədən ibarət 78 a saylı fərdi yaşayış evinin cavabdeh Maraqlı şəxs aid hissə: 2-ci mərtəbə, mansard (143,0 m2), sanitar qovşağı (6,6 m2), açıq eyvandan (6,3 m2) ibarət hissəsinin real bazar dəyərinin müəyyən olunmasından ötrü qiymətləndirici dəvət olunması barədə qərar qəbul edilməsi üçün bank tərəfindən 28 sentyabr 2021-ci il tarixdə Binəqədi rayon İcra Şöbəsinə müraciət olunmuşdur.Binəqədi rayon İcra Şöbəsinin 28 sentyabr 2021-ci il tarixli xx/xx-276945-16 saylı məktubu ilə bildirilmişdir ki, əmlakın ilkin satış qiymətindən İddiaçı ASC narazı olduğu üçün hərrac prosesinin dayandırılaraq sifarişin geri qaytarılmasını xahiş etmişdir. Göründüyü kimi, “X3 Azerbaijan” MMC tərəfindən ipoteka predmeti qiymətləndirilən zaman əmlakın faktiki vəziyyəti və ipoteka ilə yüklü edilən hissəsinə qiymət qoyulmalı olması nəzərə alınmamış, nəticədə isə əmlaka şişirdilmiş qiymət qoyulmuşdur. Belə olan halda isə ekspertizanın düzgün keçirilməsi və rəyin peşəkarcasına yazılması şübhə yaradır. Ekspert rəyinə nəzər saldıqda belə qənaətə gəlmək olar ki, qiymətləndirmə zamanı müqayisəli metoddan istifadə edilməmiş, mövcüd bazar qiymətləri araşdırılmamışdır və nəticə etibarı ilə şişirdilmiş qiymət müəyyən edilmişdir. Belə olan halda qoyulmuş qiymət ilə əmlakın satışını təşkil etmək mümkün deyil. Ona görə də, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsində istifadədə olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 9 otaqlaı 151,6 m2 yaşayış, 276,7 m2 köməkçi sahədən ibarət 78 a saylı fərdi yaşayış evinin qiymətləndirilməsi barədə “X3 Azerbaijan” MMC-nin 24 avqust 2021-ci il tarixli rəyinin ləğv edilməsi və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsində istifadədə olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 9 otaqlaı 151,6 m2 yaşayış, 276,7 m2 köməkçi, sahədən ibarət 78 a saylı fərdi yaşayış evinin cavabdeh Maraqlı şəxs aid olan hissəsinin ilkin satış qiymətinin müəyyən olunması üçün yenidən qiymətləndirməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs və cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxsin və cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan və təqdim edilmiş sənədləri tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iş üzrə icraata xitam verilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən qətnamənin icrası qaydasında ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı qiymətləndiricinin hesabatı mübahisələndirilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, borclunun ipoteka predmeti olan əmlakının ilkin satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki mübahisəyə iddia icraatı qaydasında baxıla bilməz, icra məmurunun hərəkətlərindən şikayət qaydasında məhkəməyə müraciət olunmalıdır. Belə olduğu təqdirdə, mhəkəmə hesab edir ki, hazırki iddiaya məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı ASC-nin müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə cavabdehlər Binəqədi rayon İcra şöbəsi və “X3 Azerbaijan” MMC-yə qarşı qiymətləndirmə hesabatının ləğv edilməsi və əmlakın qiymətinin müəyyən edilməsi tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat İddiaçı ASC-dən tutularaq “Əmlak Ekspertiza Mərkəzi» MMC-nin aşağıdakı hesabına köçürülsün: (VÖEN:**********, Hesab N AZN:AZ30GUNA********************, Bank:GÜNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD:505594; SWİFT:GUNAAZ22). Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar