Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-670/2023 10.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyinə 10 dekabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 8960.92 AZN əsas borc, 278.87 AZN faiz, 47.69 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 9287.48 AZN və 112.87 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, Cavabdeh 10 dekabr 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 18 faizlə 36 ay müddətinə 12 000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərii pozaraq,borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-cü il fevralın 13-dək Cavabdehın xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 8960.92 manat əsas borc, 278.87 manat faiz, 95.38 manat cərimə borcu olmaqla ümumillikdə cəmi 9335.17 manat borcu vardır. Cavabdeh banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 95.38 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 47.69 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borvu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, KBD254 saylı xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC Cavabdeh borcu ödəməsi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 808-Y-1-0-943- 21 nömrəli, xx.xx.2021-ci il tarixli Kredit müqaviləsindən görünür ki, Bank borcluya istehlak məqsədilə 36 ay müddətinə, illik 18 faiz hesablanmaqla 12000 (on iki min) manatg məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Banka 8960.92 manat əsas, 278.87 manat faiz, 95.38 manat cərimə borcu olmaqla, cəmi 9335.17 manat məbləğində borcu vardır. İş materiallarında olan DİN-in BPQMİ-nin arayışından görünür ki, Cavabdeh xx.xx.1992-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyata alınmışdır. İş materiallarında olan ********** saylı qəbzin surətindən görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq məqsədi ilə 113.27 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc məbləğini müəyyən edərkən məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 808-Y-1-0- 943-21 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 7140.92 əsas, 464.05 manat faiz, 182.73 borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə əsas borcun tutulması ilə bağlı hissədə iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışında əsas borc 7140.92 manat qeyd edildiyindən həmin arayışı əsas götürərək əsas borcun 7140.92 manat olduğunu məqsədə müvafiq hesab edir. Məhkəmə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulması ilə bağlı hissədə iddia tələbini əsas götürərək 278.87 manat faiz borcunun hesablanmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iddia ərizəsinin 47.69 manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər Məhkəmə işin hallarını və müqavilələr üzrə ödənilməli olan əsas borcun məbləğini nəzərə alaraq borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 47.69 manat cərimə (dəbbə) məbləğində müəyyən edilməsinin məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə həmçinin iddianın “cavabdehlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi” tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 808-Y-1-0-943-21 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi xx.xx.2021-ci il tarixdə 36 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixə kimi bağlandığından kredit müddətinin bitmədiyini, Cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən və bununla da müqavilə şərtlətini faktiki pozduğundan iddiaçının şərtləri pozulmuş 808-Y-1-0-943-21 nömrəli, xx.xx.2021-ci il tarixli krеdit razılaşmasının birtərəfli qaydada ləğv edilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat+ 1000 manatdan yuxarı olan iddia qiymətinin 1% məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 94.68 manatı cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 808-Y-1-0-943-21 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 7140.92 (yeddi min yüz qırx manat doxsan iki qəpik) əsas, 278.87 (iki yüz yetmiş səkkiz manat səksən yeddi qəpik) faiz borcu, 47.69 manat cərimə borcu və ödənilmiş 112.87 (bir yüz on iki manat səksən yeddi qəpik) manat məbləğində dövlət rüsumunun 94.68 (doxsan dörd manat altmış səkkiz qəpik) manat hissəsi tutularaq İddiaçı ASC-yə ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 808-Y-1-0-943-21 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 7140.92 (yeddi min yüz qırx manat doxsan iki qəpik) əsas, 278.87 (iki yüz yetmiş səkkiz manat səksən yeddi qəpik) faiz borcu, 47.69 manat cərimə borcu və ödənilmiş 112.87 (bir yüz on iki manat səksən yeddi qəpik) manat məbləğində dövlət rüsumunun 94.68 (doxsan dörd manat altmış səkkiz qəpik) manat hissəsi tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-670/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-670/2023
10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver