Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-674/2021 04.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmə prosesi dövründə banka olan borc tam ödənilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçının nümayəndəsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılmasını və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmaqla iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, prosessual qanunvericilikdə iddiadan imtina etməsi (AR MPM-nin 261.0.4-cü madə) ilə sənədlərin geri qaytarılmasının (AR MPM-nin 259.0.11) hüquqi nəticələri fərqlidir. Belə ki, iddiaçının iddiadan imtina etməsinin hüquqi nəticəsi işin icraatına xitam verilməsidir, sənədlərin geri qaytarılmasının xahişinin hüquqi nəticəsi iddia ərizəsinin baxılmamış saxlanılmasıdır. İddiaçının nümayəndəsi ərizəsində bir tərəfdən iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını, digər tərəfdən işin icraatına xitam verilməsini xahiş edir . Məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi ərizəsində işin icraatına xitam verilməsini xahiş etsə də, onun adına verilmiş etibarnamədə iddiadan imtina etməsi ilə bağlı xüsusi səlahiyyət göstərilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, nümayəndənin iddiadan imtina etmək səlahiyyəti olmadğı üçün, işin icraatına xitam verilməsi barədə xahişi təmin edilə bilməz. Məhkəmə iddia ərizəsinin geri qaytarılması ilə bağlı qeyd edir ki, həmin prosessual hərəkətin yerinə yetirilməsi ilə bağlı etibarnamədə xüsusi səlahiyyətin göstərilməsi qanunla müəyyən olunmamışdır. İddiaçının nümayəndəsinin adına verilmiş etibarnamədə ona qanunvericiliklə nəzərdə tutulmuş zəruri olan digər prosessual hərəkətlərin icra edilməsinə səlahiyyət verildiyindən, iddia ərizəsinin geri qaytarılması hissəsində ərizə əsaslı hesab edilməli və təmin edilməlidir. AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə məhkəmə hesb edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 259.0.11, 260.1, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın və iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-674/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-674/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver